NAZİM YAQUBOĞLU . » Bizim analoqumuz yoxdur!
 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 
  • 21:30 – "Jurnalistə edilən qəsd birbaşa demokratiyaya edilən qəsddir" - Rafael Cəbrayılov 
  • 19:30 – Tanınmış professor Tural İrfanın "Eşqin şəhidi" sənədli romanından yazdı 
  • 17:01 – Şəbnəm bizlərdən dəstək gözləyir 
  • 14:30 – Hind aşpazı:" Əti həftədə, hətta ayda bir dəfə yemək kifayət edir" 
  • 13:00 – İlqar Məmmədov azadlığa buraxılıb 
  • 10:00 – Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı 

NAZİM YAQUBOĞLU .

  • Tarix: 18.03.2016, 13:47,
  • Bölmə: ---
  • Baxılıb: 51 691
NAZİM YAQUBOĞLU . NAZİM YAQUBOĞLU . NAZİM YAQUBOĞLU .

MƏN YENƏ UNUDA BİLMİRƏM SƏNİ

Əllərini məndən üzüb getmisən ,
Mən yenə unuda bilmirəm səni .
Həsrəti sinəmə düzüb getmisən ,
Mən yenə unuda bilmirəm səni .

Unudub ilqarı axtardın varı ,
Bir olan qəlbimiz bölündü yarı ,
Hərəmiz olsaq da birinin yarı ,
Mən yenə unuda bilmirəm səni .

Şan - şöhrət dalınca axıb getmisən ,
Könlümün sarayın yıxıb getmisən ,
Eşqimin sonuna çıxıb getmisən ,
Mən yenə unuda bilmirəm səni .

Könlümü qərq edib alova , oda ,
Məni tərk edərək yar oldun yada .
Sən ana olmusan iki övlada ,
Mən yenə unuda bilmirəm səni .

Sən bağsan qoynunda gül - çiçək bitir ,
Başqa bir ömürə səpirsən ətir .
Artıq o zamandan neçə il ötür ,
Mən yenə unuda bilmirəm səni .

Yüz kərə demişəm , deyirəm bir də ,
Səninlə oluram hər vaxt hər yerdə .
Olsam da hardasa xeyirdə , şərdə ,
Mən yenə unuda bilmirəm səni .

Ömrümün bağçası solub , saralıb ,
Başımın üstünü intizar alıb .
Naziməm , gözlərim yolunda qalıb ,
Mən yenə unuda bilmirəm səni .

BAYRAĞIMIZ

Səninlə cuşa gəlir damarlarda qanımız ,
Sənə qurbandır , qurban bizim şirin canımız !
Səmaları fəth elə , tanıt bizi dünyaya .
Səninlə xoş keçəcək hər zaman növrağımız ,
Müqəddəs , Ay - Ulduzlu , Üçrəngli Bayrağımız .

Mavi rəngin deyir ki , Türkük gəl tanı bizi ,
Yaşıl rəngin Dinimiz - Böyük İslamın rəmzi .
Al rənginə həkk olub Torpağımın qan izi ,
Sənsən yolumuz üstə nurumuz , mayağımız ,
Müqəddəs , Ay - Ulduzlu , Üçrəngli Bayrağımız .

Sən böyük dahilərin sözünün canı oldun ,
Xalqımın , Millətimin şərəfi , şanı oldun .
Zülmətdə ruhumuzun sən sübhü , danı oldun ,
Sənsən zülmət gecədə sönməyən çırağımız ,
Müqəddəs , Ay - Ulduzlu , Üçrəngli bayrağımız .

Çox bəlalar çəkibdir başımız zaman - zaman ,
Vaxt olar gülər səma , dağılar bu sis - duman .
Tükənməzdir qəlbimdə yaşatdığım bu güman ,
Səninlə bəzənəcək bir gün Qarabağımız ,
O günə qurban deyir yaralımız , sağımız ,
Müqəddəs , Ay - Ulduzlu , Üçrəngli Bayrağımız .


MƏNİM QOŞMALARIM , GƏRAYLILARIM

Həsrət ümmanıdır , qəm dəryasıdır ,
Mənim qoşmalarım , gəraylılarım .
Bəxtimə yazılmış eşqin yasıdır ,
Mənim qoşmalarım , gəraylılarım .

Alovdan güc alıb , oddan yaranıb ,
Günəşdən süzülən nurdan yaranıb .
Qəlbimi yandıran qordan yaranıb ,
Mənim qoşmalarım , gəraylılarım .

Tanrının buyruğu , Haqqın sözüdür ,
Dünyanın əyrini kəsən düzüdür ,
Bir ömrün astarı , həm də üzüdür ,
Mənim qoşmalarım , gəraylılarım .

Hissimdir , Duyğumdur , həyəcanımdır ,
Varlığım , həyatım , şirin canımdır ,
Döyünən ürəyim , axan qanımdır ,
Mənim qoşmalarım , gəraylılarım .

Qonağa hörmətdir , düşmənə nifrət ,
Dosta sədaqətdir , yara məhəbbət .
Kimə nəsihətdir , kimə vəsiyyət ,
Mənim qoşmalarım , gəraylılarım .

Naziməm , könlümdə saf niyyətimdir ,
Canda olan odum , hərarətimdir .
Öləndə kəlmeyi - şəhadətimdir ,
Mənim qoşmalarım , gəraylılarım .скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV