Bizi izləməyi unutmayın

Qulu Məhərrəmli məhkəməyə verildi

Автор: SAVALAN6 от 26-03-2016, 23:32
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sədri Arif Alışanovla AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli arasında son günlər mediada gedən qarşılıqlı ittihamlar pik nöqtəyə çatıb.Qulu Məhərrəmli məhkəməyə verildi

“Qafqazinfo”nun unikal.org-a istinadən məlumatına görə, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, Arif Alışanov artıq məhkəməyə müraciət edib:

“Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədəb bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həmdə yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Qulu Məhərrəmlinin açıqlamalarından sonra AzTV rəhbərliyində təmsil olunan şəxslər bəzi saytlarda və sosial şəbəkələrdə professor Qulu Məhərrəmli əleyhinə kampaniyaya başlayıblar. Daha sonra həmin qurumun, eləcə də İTV-nin 28 əməkdaşının çıxışından ibarət 2 saat 44 dəqiqəlik “ifşa” videosu yayılıb.

Sürücülər insan taleyinə biganədirlər

Автор: NIGAR1 от 26-03-2016, 23:30
Sürücülər insan taleyinə biganədirlər
Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobusların sürücülərinin çıxdıqları "sərnişin ovu"nda bir-biri ilə yarışa girmələri, bəzən isə bir-birinin vaxtına girərək "dartmaları" adi hal alıb. Lakin bu adi dediyimiz hal bəzən yollarda ciddi təhlükələrə, hətta ağır nəticələrə gətirib çıxarır.

Məsələn, martın 23-də 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini onun "vaxtına girdiyinə" görə avtobusun sükanı arxasında bıçaqlayaraq qətlə yetirib.

Paytaxt sakinlərinin sözlərinə görə, təəssüf ki, bu hadisə digərlərinə hələ ibrət olmayıb və oxşar hallara yenə də tez-tez rast gəlmək olur.

Məsələn, sərnişinlərin Milli.Az-a bildirdiyinə görə, martın 24-də 165 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü saat 17:42-də Binəqədi kəndində onunla hərəkət trayektoriyasının müəyyən hissəsinin eyni olduğu 133 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qarşısına keçərək qəsdən yolu kəsir. Sərnişinlər bildirirlər ki, adıçəkilən istiqamətdə belə hallar tez-tez olur. Bəzən belə hallarda sürücülər arasında ciddi mübahisələr də yaranır.

Ekspertlər isə hesab edirlər ki, nə qədər avtobus marşrutlarının sahibləri sürücülər arasında plan sistemini ləğv edib konkret maaş sisteminə keçməyiblər, belə eybəcər halların baş verməsi bundan sonra da davam edəcək.

Yeni yaradılan və bir neçə gündən sonra tam fəaliyyətə başlayacaq Bakı Nəqliyyat Agentliyindən isə bir müddət paytaxtın nəqliyyat sistemində təkmilləşmə ilə bağlı ciddi tədbirlər görüləcəyini və bu sahədə köklü dəyişikliklər olacağını bildirirlər

Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov kimdir?

Автор: NIGAR1 от 26-03-2016, 22:31
Tanınmış siyasi vә ictimai xadim Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov kimdir? 1891-ci ildә İrəvan şəhərində anadan olmuşdur. Orta tәhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra, 1912-ci ildә Peterburq Yol Mühәndisliyi İnstitutuna daxil olmuş, 1917-ci ildә Rusiyada fevral inqilabından sonra ali təhsilli mütəxəssis kimi vәtәnә qayıtmışdır.1918-ci ilin fevralında Ә.Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, hәmin il fevralın 28-dә Seym tәrәfindәn tәsdiq olunmuş Müsәlman fraksiyasının tәrkibindәki Hümmәt partiyasına daxil olmuşdur. Ә.Şeyxulislamov Zaqafqaziya Seymi tәrәfindәn Türkiyә hökumәti ilә sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-dә yaradılmış nümayәndә heyәtinin tәrkibinә daxil olmuşdur. O, hәmçinin Zaqafqaziya hökumәtindә daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir.Ә.Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur. O, Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini tutmuşdur. Ә.Şeyxülislamov 1918-ci il dekabrın 7-dә Bakıda açılmış Azәrbaycan parlamentinә üzv seçilmişdir. O, parlamentdә sosialist fraksiyasının tərkibinə daxil edilmişdir. Ә. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləmişdir.O, görkəmli siyasi vә ictimai xadim Әlimәrdan bәy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Respublikası nümayәndә heyətinin tәrkibindә 1919-cu ildә açılaçaq Versal sülh konfransında iştirak etmәk üçün Parisә yola düşmüş və 1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada qalmışdır.Әkbәr ağa Şeyxülislamov 20-ci illәrdә Azәrbaycandan II İnternasionalın üzvü olmuşdur. Onun İkinci Dünya müharibәsinә qәdәr Parisdә rusca nәşr olunan “Azәrbaycan” jurnalının 2-ci sayında dərc edilmiş “Azәrbaycan necә quruldu” adlı mәqalәsi bu gün də öz aktuallığını saxlayır.Әkbәr ağa Şeyxülislamov 1961-ci il martın 2-dә vәfat etmiş vә Parisin yaxınlığındakı müsәlman qәbiristanlığında dәfn olunmuşdur.

24 yaşlı xanım Rusiyada yaşayır.

Автор: salamsalam от 26-03-2016, 22:12
24 yaşlı xanım Rusiyada yaşayır.
24 yaşlı xanım Rusiyada yaşayır.


Fevralın 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Lady Universe 2016” beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil edərək “Perfect Body” (“Ən gözəl bədənli model”) titulunu qazanan Pərvin Həsənzadə yeni fotosessiya etdirib.

Oxu.Az xəbər verir ki, 24 yaşlı model sözügedən şəkillərini sosial şəbəkədə paylaşıb.

Rusiyada yaşayan P.Həsənzadə eyni zamanda “Miss Eurasia 2014”, “Miss Bikini SNQ 2014”, “Miss Asia 2014” müsabiqələrinin qalibidir.

Ərəb müəlliflərində rastlanan “Azərbaycan dili”

Автор: NIGAR1 от 26-03-2016, 21:00
Ərəb müəlliflərində rastlanan “Azərbaycan dili”

Bəxtiyar Tuncay yazır...

X əsrdə yaşamş bir sra ərəb müəllifləri ana dilimizi bəzən “Azərbaycan dili”, bəzən “azəri”, eləcə də “azərbi” adlandrmışlar. Məsələn, İbn Hövqəl (X əsr) yazmışdır:

“Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Qafqaz) sıra dağları birləşir. Bu dağlar çox böyükdür. Deyirlər ki, orada 360 dildə danışılır. Əvvəllər çox şəhərlər görənə qədər mən bunu inkar edirdim. Buradakı (Qafqaz dağındakı) hər bir şəhərin Azərbaycan və fars dillərindən başqa öz dilləri var.”

Bu məlumatdan göründüyü kimi, artıq X əsrdə Azərbaycan dili fars dili ilə yanaşı bütün Azərbaycan ərazisində, – Azərbaycan isə o dövrdə bugünkü Ermnistan, Gürcüstan, Abxaziya, Dağıstan və Şərqi Anadolu ərazilərini də əhatə edən böyük ölkə idi, – ortaq ünsiyyət vasitəsi idi. Bu faktı təhlil edən və digər mənbələrə istinad edən Elməddin Əlibəyzadə haqlı olaraq yazır:

“Buradakı “Aderbeycan – Ad(h)əbeycan dili” istilahının müasir “Azərbaycan dili” istilahında işləndiyinə şübhə etmirik; bu dilin türk – oğuz dili olmadığına dair başqa dəlil də yoxdur. “Azərbaycan dilinin ərəb mənbələrində göstərilən bu nüfuz dairəsi “Dədə Qorqud kitabı”nın yazıldığı dilin o vaxtkı nüfuz dairəsinə tam uyğun gəlir. “Dədə Qorqud”da danışılan dilin sərhəddi Kür – Araz üstü, Böyük Qafqazın cənub və şərq ətəkləri və Kiçik Qafqaz dağları boyunca uzanıb gedirdi. Bu sərhəd şimal şərqdən Dərbənd ağzına, cənub qərbdən Göyçə gölünə (Dastanlarda “Kökçə dəniz), qərbdən Baş keçidə – Dumanisiyə (Dastanlarda: “ Tomanın qələsi”), Gürcüstan ağzına və Abxaziya sahillərinədək çatırdı. Həm də diqqətdən yayına biməz ki, dastanlarda qonşu xalqların da türk dilində danışdığına, oğuzların öz dillərində onlarla ünsiyyətdə olduqlarına, qopuzla çalınıb oxunan şerlərə ləzzətlə qulaq asdıqlarına, hətta özlərinin də bu dildə şer qoşduqlarına dair faktlar, işarələr çoxdur… Əgər X əsrdə “Azərbaycan dili” istilahı işlənibsə və bu dil “360 dildə” danışan müxtəlif tayfa və qəbilələrin ümumi ünsiyyət vasitəsi olubsa, maraqlı və təqdirəlayiqdir ki, bu istilah ölkənin bütünlükdə adı ilə əlaqədar formalaşmışdı; bu, qanunauyğun prosesdir.”

Şübhəsiz ki, buradakı “360 dil” məsələsi bir qədər şişirdilmişdir. Lakin fakt budur ki, Qafqaz daim azsaylı xalqların qaynaşdığı bir ərazi olmuşdur və bu gün də həmin ərazidə 40 – dan artıq dildə danışılır. Məsudi (X əsr) “Müruc əz – zəhab əl – cəvahir” adlı əsərində İbn Hövqəldən fərqli olaraq, 72 dildən söz açır:

“Kabk (Qafqaz) dağları bütün yerləşim boyu çox sayda xalq və şahlığı əhatə edən byük bir silsilədir. Bu dağlarda hər birinin öz dili və hökmdarı olan və dilləri başqaları tərəfindən anlaşılmayan 72 tayfanın yaşadığı söylənir… Kabk ətrafına səplənmiş tayfaların gerçək sayını isə yalnız Allah – Təala bilir.”

Əl – İstəhri isə yazmışdır:

“Bab əl – Əbvab (Dərbənd) məşhur və önəmli sərhədyanı ərazilərdən biridir. Çünki hər tərəfdən müxtəlif dillərdə danışan çox sayda müxtəlif düşmən millətlərin əhatəsindədir. Şəhərin yanında Dzıb adlı bir dağ ucalır…. Deyirlər ki, Bab əl – Əbvabın yanındakı dağların başında 70 müxtəlif tayfa yaşayır və onların hər birinin öz dili var və onlar bir – birinin dilini anlamırlar.”

Əl – Müqəddəsidə bu dillərin sayı 60-dır:

“Azərbaycana gəlincə, bu diyarın sərhədlərini Azərbaz ibn Böyürasif ibn Əsud ibn Sam ibn Nuh çızmşdır… Onun paytaxtı… Ərdəbil şəhəridir. Onun (Azrbaycanın) yanında 140 frsəng məsafədə uzanan, çoxsaylı kənd və əkin yerləri olan Qabk (Qafqaz) dağı uzanr. Orada 60 dildə danışılır.”

Yuxarıda qeyd etdiyimiz kimi, ərəblər Azərbaycan əhalisinin dilini bəzən “Azərbaycan əhalisinin dili”, bəzənsə “azəri dili” və ya “azərbi dili” adlandırmış və bu terminləri sinonim kimi işlətmişlər. Bu baxımdan Yaqut əl – Həməvi (Xll – Xlll əsrlər) yazır:

“Bəzi qrammatiklər deyirlər ki, Azərbaycan sözünün nisbi sifəti “azəridir”, bəziləri isə deyirlər ki, “azərbi”dir. Onların fikrincə, həmin söz “azər” və “bican” hissələrindən ibarətdir. Buna görə də sifət kimi sözün ancaq birinci tərəfini götürür və bunu “azərbi” kimi də işlədirlər.”

Yaqut əl – Həməvinin son dərəcə böyük dəyərə sahib bu məlumatından belə aydın olur ki, ərəblər tərəfindən dövriyyəyə salınmış “azəri” və “azərbi” ifadələri Azərbaycan adının qısaldılması ilə yaranmış və “Azərbaycan dili” ifadəsinin sinonimi kimi işlənmişdir. Fəqət bəzi türk düşmənləri siyasi məqsədlərdən çıxış edərək, “azəri” kəlməsini spekulyasiya mövzusuna çevirərək, bu adla guya fars dilinin ləhcələrindən birinin (talış, kürd və ya tat) adlandığını iddia etmişlər və çox təəssüflər olsun ki, bəzi kəmsavad “alim”lərimiz də onlara züy tutaraq, düşmən dəyirmanına su tökmüşlər. Halbuki, elə Yaqut əl – Həməvi Azərbaycanın, daha dəqiq desək, onun Muğan əyalətinin əhalisindən söz açarkən bunları yazmışdır:

“Muğan çoxlu kənd və otlaqları olan əyalətdir. Bu əyalətdə türkmənlər (oğuzlar) məskundurlar, onlar burada öz sürülərini otarırlar. Türkmənlər (oğuzlar) buranın əhalisinin böyük əksəriyyətini təşkil edirlər”.

Mahmud Kaşğarlı da Azərbaycan şəhərlərindən Qəzvinin adının etimologiyasını Alp Ər Tonqanın (Əfrasiyabın) qızı Qazın adı ilə əlaqələndirərək onu türk şəhəri adlandırmışdır. O, eyni zamanda, Qum şəhəri barədə də eyni sözləri söyləmişdir:

“Qaz. Əfrasiyabın qızının adı. Qəzvin şəhərini o saldırmışdır. Əsli “Qaz oynı”dır. Çünki Əfrasiyabın qızı orada yaşayır, orada oynayırmış. Buna görə də bəzi türklər Qəzvini türk şəhəri sayr, türk ölkəsinin sərhədini oradan başlayrlar. Qum şəhəri də türk ölkəsi hüdudları içində sayılır. Çünki “qum” sözü türkcədir. Üstəlik, Əfrasiyabın qızı tez – tez oraya gedərək, orada ov edərmiş.”

Eyni müəllif “Səprən” adlandırdığı Səbran (ərəbləşmiş variantı Şabran) şəhərindən də oğuz şəhəri kimi söz açaraq yazmışdır:

“Səprən. Oğuz şəhərlərindən birinin adıdır. Xalq ﺺ”“ sad hərfi ilə “ﺎن‎‎ﺼڊﺮ” Səbran deyir.”

Bəri başdan deyək ki, “azəri dili”nin məzmununun hansı anlama gəldiyi, yəni hansı dil olduğu barədə ilk yazılı izahat Nəsirəddin şah Qacarın dövründə alimlər kollektivi tərəfindən qələmə alınan və dərc ediln “Name – i Daneşvaran” kitabında verilmişdir. Həmin kitabda “azəri dili”nin “zəbani – torkan”, yəni türklərin dili olduğu bildirilir. Görkəmli ingilis şərqşünası G. L. Strange də eyni fikri söyləmişdir. Fəqət şovinist fars – Pəhləvilərin hakimiyyəti dövründə, İran şahının sifarişi ilə yazılmış bir sıra kitablarda (Mirzə Mühəmmədin “Bist məqaley – i Qəzvini”, Seyid Əhməd Kəsrəvinin “Azəri və ya zəban – i bastani Azərbaycan”, Nasih Natiqin “Azərbaycan dili və İranın milli birliyi” və s) məsələ tamam başqa cür şərh edilməyə və sapdırılmağa başlandı. Elmi deyil, siyasi məqsədlərlə ortaya atılan bu saxta konsepsiya ruslara sərf etdiyindən sonralar rus “alim”ləri tərəfindən də eyni məqsədlərlə qəbul edildi və inkişaf etdirildi. Bu konsepsiyaya görə, “azəri dili” termini talış və tat dillərinə aid edilirdi. Məsələn, sovet dövründə nəşr edilmiş “Böyük Sovet Ensiklopediyası”nda azəri dili ilə talış dili arasına bərabərlik işarəsi qoyulur.

Maraqlıdır ki, bu yanlış, qeyri – elimi, siyasi məqsəd daşıyan konsepsiyanın əsas müəlliflərindən biri, əslən azərbaycanlı olan Seyid Əhməd Kəsrəvi sonradan vicdan əzabı çəkərək, yazdıqlarnın doğru olmadığını, onları hakim dairələrin sifarişi ilə yazmağa məcbur edildiyini etiraf etsə də, keçən illər ərzində onun ardıcıllarının sayı zərrə qədər də azalmamışdır.

Konsepsiyanın tərəfdarlarının, demək olar ki, hamısı Xl əsrdə yaşamış böyük Azərbaycan alimi Xətib Təbrizlinin nəql etdiyi və Əbdülkərim ibn Mühəmməd əs – Samaninin “kitab əl – ənsab” adlı kitabında əksini tapan bir hadisəni misal çəkirlər:

“Xətib Təbrizi nəql etmişdir ki, Nəməndə Məərə məscidində mən onun (Abdullanın) qarşısında oturub ona kitabların birindən nə isə oxuyurdum. Birdən məscidə namaz qılmaq üçün daxil olan qonşularımdan birini gördüm və tanıdım. Sevincdən halım dəyişdi. Abdulla dedi:

-Sənə nə oldu?

Mən ona iki il ərzində öz ölkəmdən heç kəsə rast gəlmədiyimi, indisə bir qonşumu gördüyümü söylədim. O mənə dedi:

-Get, onunla söhbət et.

Mən dedim:

-Qoy, dərsimi bitirim, sonra”

O dedi:

-Dur, mən səni gözləyərəm.

Mən qalxdım və onunla (qonşmla) “azərbicidə”ilə danışdım və məni maraqlandıran hər şey barədə onu sorğu – sual etdim. Sonra qayıdıb onun (Abdullanın) önündə oturdum. O, danışdığımız dilin hansı dil olduğunu soruşdu. Mən cavab verdim:

-Bu, Azərbaycan əhalisinin dilidir.

O dedi:

-Mən bu dili bilmirəm və başa düşmürəm, amma danışdıqlarınızın hamısını əzbərlədim.

Sonra o bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum onun bütün bunları əzbərləməsinə təəccübləndi”

Bu hekayətdən öz məqsədləri üçün istifadə edən və saxta konsepsiyanı sübut etmək istəyən saxtakarlar mətndəki “Azərbicidə” kəlməsini “azəri dilində” kimi tərcümə edir, bu dilin Azərbaycan əhalisinin dili olduğunu deyərək, bu halda söhbətin talış (və ya tat) dilindən getdiyini iddia edirlər. Halbuki, mətndə “azəri dilində” yox, “azərbicidə ilə” ( ڊﻼﺯﺮڊﻴﺠﻴﺪﻩ ) yazılıb və bu halda “azərbi” istilahından istifadə edilib. “Azərbi”nin isə nə anlama gəldiyini Yaqut əl – Həməvidən sitat gətirməklə yuxarıda göstərdik. Bu dilin nə olduğunu, eyni zamanda, mətnin ərəb dilində qələmə alınmış olmasına baxmayaraq, “azərbi” kökünə qoşulan və ərəb dilində heç bir məna ifadə etməyən, türk dilinə xas sözdüzəldici “-ci” (-cə, -ca) və “-də” yerlik hal şəkilçilərinin qoşulması açıq – aşkar ortaya qoymaqdadır. Buradakı “-ci” (-cə, ca) şəkilçisi ana dilimizdə etnonimlərin arxasına artılaraq həmin etnosun dilini göstərməyə xidmət edən sözdüzəldici şəkilçidir: rusca, türk-cə, almanca və s. Yerlik hal şəkilçisin artırılması isə bu və ya digər dildə danışıldığına işarədir: ruscada (rus dilində), türkcədə (türk dilində), azərbicədə (azərbi dilində). Bizcə artıq bir şərhə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

Xətib Təbrizlinin yaşamış olduğu Xl əsrdə “azəri”, “azərbi” və ya “Azərbaycan əhalisinin dili” dedikdə məhz Azərbaycan türkcəsinin nəzərdə tutulduğunu Xətib Təbrizlinin müasiri və həmşəhərlisi olan Qətran Təbrizlinin qələminə məxsus “Fars dilinin izahlı lüğəti” birmənalı və təkzibedilməz şəkildə sübut etməkdədir. Fars dilinin ayrı –ayrı istilahlarnın izahı zamanı bu böyük alim öz ana dilinin, yəni türk dilinin materialından da gen – bol istifadə etmiş və “dağ”, “tağ”, “ataq”, “sürmə”, “xan”, “muncuq”, “tuğ”, “tapança”, “xatun”, “xıl”, “bol”, “qar”, “qır”, “çöp”, “cağan”, “bəkməz”, “çuval” və s. sözləri misal çəkmişdir.

Bənzər halla Nizami Gəncəli, Xaqani Şirvanlı və Fələki Şirvanlının da əsərlərində də üzləşmək mümkündür. Xll əsrdə yaşamış Rəvəndinin “Rahət əs – südur və ayət əs – sürur” adlı əsərində isə türk sözlərinin sayı yüzlərlədir. Görkəmli türkoloq alim Fərhad Zeynalov yazmışdır:

“Xlll əsrdən qabaq Azərbaycan ədəbi dilinin olmasını, bu dildə bədii əsərlərin (xüsusilə nəzm əsərlərinin) yazıla biləcəyinə dəlalət edən çoxlu məlumatlar vardır. Əvvələn, bu dövrdə dünya miqyasında parlayan Qətran Təbrizinin, Ə. Xaqaninin, N. Gəncəvinin və farsca yazıb yaradan başqa azərbaycanlı mütəfəkkir – şairlərin əsərlərində dilimiz üçün səciyyəvi olan yüzlərlə söz , söz birləşmələri, atalar sözü, zərb – məsəllər, rəngarəng frazeoloji birləşmələr fikrimizi sübut üçün əsas ola bilər. İkincisi isə Şirvanşah Əxsitanın “Leyli və Məcnun”u türkcə (azərbaycanca) deyil, farsca yazmağı tələb etməsi, Nizaminin bundan qəzəblənməsi, “Beyninə qan vurması, dodağı əsməsi” fikri də dilimizdə bu qəbildən olan əsərlər yaratmağın mümkünlüyünə dəlalət edir.

Bundan əlavə, X – Xlll əsrlərdə farsca yazılmış tarix əsərlrində, iki və üçdilli lüğətlrdə dil faktlarının bol – bol işlənməsi də Azərbaycan ədəbi dilinin çox – çox qədimlərdən fəaliyyət göstərdiyini sübut edən tutarlı dəlillərdəndir.”

Şübhəsiz ki, bu faktlar “azəri”, “azərbi” və “Azrbaycan əhalisinin dili”nin türk dilindən, daha doğrusu onun yerli şivəsndən başqa bir şey olmadığını göstərməkdədir. Deyilənləri dövrün, demək olar ki, bütün ərəb müəlliflərinin Azrbaycanda danışılan dilin fars (orta fars, yəni pars, başqa sözlə, tat dili nəzərdə tutulur) və dəri (yeni fars) dillərindən əsaslı surətdə fərqləndiyini qeyd etmələri də sübut edir. Onların yazdıqlarından belə məlum olur ki, o dövrdə bugünkü İran (Əcəm) ərazisində farslar hələ pars, yəni orta fars (tat) dilində danışırdılar, dəri (yeni fars) dilində danışanlar da var idi. Bu barədə ətraflı məlumat verən Əl – Məqdisi (lX əsr) yazır ki, Azərbaycan əhalisinin dili bu dillərdən fərqlənir və çətin başa düşülür.

Yaqut əl – Həməvi isə yazır:

“Azərbaycanın əhalisi səmimi, çəhrayı sifətli, zərif dərili bir xalqdır. Onlar başqalarının başa düşmədiyi bir dildə – azəri dilində danışırlar.”

Bununla belə, “azəri dili”nin guya fars dilinin bir ləhcəsi olduğunu “sübut etməyə” çalışanlar hələ də var və onlar faktları təhrif etməkdən də çəkinmirlər. Məsələn, bir çox hallarda X əsr ərəb müəllifi Yaqubinin Azərbaycan şəhərlərinin əhalisindn danışarkən işlətdiyi “azəriyyə əcəmləri” (ərəblər ərəb olmayanlara “əcəm” deyirdilər) ifadəsi “azəriyyə farsları” kimi tərcümə edilərək təqdim edilir. Bu saxtakarlığa və ya səhvə ilk dəfə Əl – Yaqubinin kitabı 1908 – ci ildə rusca nəşr edilərkən yol verimişdir. Ümumiyyətlə, ərəbdilli mənbələrin tərcüməsi zamanı “əcəm” (qeyri – ərəb, ərəb olmayan) sözünü “İran” və “fars” kimi tərcümə etmək geniş dəb halını almışdır. Bu isə kökündən səhvdir və səhv nəticələrin əldə edilmsinə gtirib çıxarır. Halbuku, ərəb müəllifləri əcəmləri “fars əcəmləri” və “azəri (Azərbaycan) əcəmləri” deyə iki yerə ayırırdılar və onlar arasındakı fərqi də dəqiq bilirdilər. Eyni dövrə aid olan, klassik fars nəsrinin şedevri hesab edilən və farslar tərəfindən yaradıldığı heç bir şübhə oyatmayan “Qabusnamə”də farslarla əcəmlər bir – birindən fərqləndirilir:

“Əcəmi tapsan fars alma”.

Bu fakt “əcəm” kəlməsinin ayrı – ayrı müəlliflərin fərqli mənalarda işlətdiklərini sübut etməkdədir. Bəzi hallarda “əcəm dili” ifadəsinin bilavasitə Azərbaycan türkcəsini ifadə etdiyini də söyləyə bilərik. Belə ki, Xlll əsrdə tərtib edilən, müəllifi bilinməyən, T. Hautsman tərəfindən nəşr edilən “Kitabi – məcmu – e –tərcüman türki və əcəmi və moğoli və farsi” adlanan lüğətdə Misirin Məmlük türkcəsi “türk dili”, Türküstan türkcəsi, yəni uyğur dili “moğol dili”, Azəbaycan türkcəsi isə “əcəm dili” kimi təqdim edilir. Lüğətin adından da gördüyümüz kimi, əcəm dili ilə fars dili tamam fərqli dillər kimi tqdim edilir.

“Əcəm” termini ilə bağlı Yeni Türk Ensiklopediyasında yazılıb:

“Əcəm. Ərəblərə görə özlərindən, yəni ərəb olmayan kimsə və ya topluluq… Osmanlılarda iranlı azəri türklərinə də… “əcəm” deyilirdi”.

Yuxarıda Yaqut Həməvidən misal gətirərək göstərdik ki, ərəblər “azəri” və ya “azərbi” kəlmələrini “Azərbaycan” adının qısaltması kimi işlətmişlər və bu kəlmələrlə azərbaycanlıları və onların dilini ifadə etmişlər.

Opponentlrimiz haqlı olaraq sual verə bilərlər ki, ərəblərə “türk dili” anlayışı məlum ola – ola, nədən onlar Azərbaycan əhalisinin dilini “türk dili” yox, məhz “azəri” dili adlandırıblar? Bəli, ərəblər bunu bilirdilər və bildikləri üçün də Müaviyənin Azəbaycana hücum ərəfəsində bu ölkə barəsində verdiyi suala Azrbaycanın ən qədim zamanlardan türklər ölkəsi olduğu cavabı verilmişdi. Bəs, görəsən, Azərbaycan türkləri birdən – birə nə üçün azəriyə çevrildilər? Sualın cavabı çox sadədir və onun cavabını Türkiyə alimi, professor Osman Turanıın “Türk Cahan hakimiyyəti məfkurəsi” kitabında tapırıq. Görkəmli alim yazır:

“…X əsr coğrafiyaçıları “türk” adını sadəcə şamanist (müsəlman olmayan) türklərə şamil elədiyi və müsəlman türkləri onlardan ayırdığı üçün “Türküstan” adını İslam hüdudlarından kənarda qalan və Fərab, hətta Talasın o tayında bulunan türk məmləkətlərinə verirdilər. İslamiyyətin yayılması və hüdudların dəyişməsi ilə bu xəta qaynaqlarda da təkrarlanmışdır.”

X əsrdə Azərbaycan əhalisi artıq çoxdan müsəlman idi və bu üzdən də onlar “türk” yox, “azəri”, yəni azərbaycanlı adlandırılırdılar. Türk adı isə müsəlman olmayan qıpçaqlara, o cümlədən xəzərlərə aid edilirdi. Xəlifə Müaviyənin dövründə isə Azərbaycan türkləri hələ müsəlman olmadığı üçün adları mənbələrə “türk” kimi düşmüşdür.

Təmir işlərinə start verildi

Автор: NIGAR1 от 26-03-2016, 20:30
Təmir işlərinə start verildi
Bakıda yol tikintisi başlayır. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamına uyğun olaraq 26 mart tarixindən etibarən sözügedən avtomobil yolunda tikinti işlərinə start verilir.Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. "Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyyə olunur", deyə ASC-dən bildirilib.Adıçəkilən yolun təmiri ilə bağlı prezident sərəncamı mart ayının 7-də imzalayıb. Sərəncama əsasən, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.

Ustad aşıq son mənzilə belə yola salındı

Автор: NIGAR1 от 26-03-2016, 20:02
Bu gün Borçalı mahalı sonuncu ustad aşığını,Məhəmməd Sadaxlını son mənzilə yola saldı. Mərasimi giriş sözü ilə Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu açaraq yaxından- uzaqdan gələnləri salamlaydı.Tədbirdə Marneuli rayon bələdiyyəsinin sədri,Nəbi Abdullayev, professor Mahmud Kamaloğlu,aşıq Ziyəddin, Akif Xansultanlı, Güllü Eldar,Əflatun Kamandar oğlu,aşıq - şair İsimxan ustad aşıq Məhəmməd Sadıxlının aşıq sənətinə verdiyi töhvələrdən, uğurlardan danışdılar.Borçalı aşıqları ustadı sazın sədalarıyla son mənzilə yola saldılar.
analoq.az
Ustad aşıq son mənzilə belə yola salındı
Ustad aşıq son mənzilə belə yola salındı
Ustad aşıq son mənzilə belə yola salındı

Belçika terrorunun əsl hədəfi üzə çıxdı

Автор: INTIQAMADMIN от 26-03-2016, 20:00
Belçika terrorunun əsl hədəfi üzə çıxdı
Terror aktı Pasxa bayramında olmalı idi.
İŞİD-in Belçikadakı əsl hədəfi ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, terror təşkilatı bu ölkədə əslində Pasxa bayramında hücumlar planlaşdırıb. Amma polisin keçirdiyi əməliyyatlar onların planlarını pozub.
Hüquq – mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-in Belçikadakı rəhbərləri öldürüldüyü üçün terror aktının vaxtı dəyişib. Adıçəkilən ölkədəki İŞİD liderlərindən Əlcəzair əsili Muhamməd Belkaid polislə atışmada öldürülüb.
Terrorçular yeni hədəf axtarışında - "Eyfel Qülləsini hansı rəngdə görmək istəyirsiz?"
İngiltərənin “Times” qəzetinin iddiasına görə, İŞİD bayram günlərində ölkənin bir neçə bölgəsində terror aktı planlaşdırıb. Onların hücumları Kalaşnikov və müxtəlif növ tüfənglərə Parisdəki terrorun oxşarını həyata keçirəcəkləri iddia olunur.
Belçika terrorunun əsl hədəfi üzə çıxdı
Parisi qana bulayanlardan daha birinin kimliyi bilindi (FOTO)
Maraqlıdır ki, Belçika hava limanının xətirəsi Paris terrorunun təşkilatçılarından biri hesab edilən terrorçunun evindən də tapılıb. "Belga" agentliyinin məlumatına görə, xəritə Afinadakı mənzildə olub. Məhz bu evdə Abdulhəmid Abaaud - ötən ilin noyabr ayında Paris terrronu təşkil edənlərdən biri yaşayıb.
Terror təşkilatının sosial şəbəkələrdəki üzvləri İŞİD-in sonrakı hədəfləri ilə bağlı müzkirələr aparırlar. Qruplaşma üzvülərindən biri “yeni hücumlardan sonra Eyfel Qülləsini hansı rəngdə görmək istəyirsiz” deyə istifadəçilərə sual ünvanlayıb.
Martın 22-də Brüssel aeroportu və metro stansiyasında partlayışlar baş verib. Nəticədə nəticəsində 34 nəfər həlak olub, 270 nəfər yaralanıb.
Fransa Belçikaya dəstək məqsədilə Parisdəki məşhur Eyfel qülləsini bu ölkənin bayrağındakı rənglərlə işıqlandırmışdı.
Belçika terrorunun əsl hədəfi üzə çıxdı
Belçikada terror
Terrora görə, İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi məlum olub. Məlumata görə, qardaşların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü qeyd olunur.
Amma digər terrorçu hadisə yerindən qaçıb. Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. İŞİD Avropada yeni terror hadisələri törədəcəyini açıqlayıb.

Meksika sahillərində əylənərkən görüntüləniblər.

Автор: salamsalam от 26-03-2016, 19:27
Meksika sahillərində əylənərkən görüntüləniblər.

Meksika sahillərində əylənərkən görüntüləniblər.

“Victoria’s Secret”in “mələk”ləri Rachel Hilbert və DevonWindsor Meksika sahillərində əylənərkən görüntüləniblər.

Elnur Nağızadənin sonu necə olacaq?

Автор: NIGAR1 от 26-03-2016, 18:30
Elnur Nağızadənin sonu necə olacaq?Dələduzluqda ittiham olunan və haqqında qiyabi həbs qətimkan tədbiri seçilən TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadədən daha bir nəfər şikayət edib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Malik Şükürov Nizami RPI 25-ci Polis Bölməsinə müraciət edib. M.Şükürov bildirib ki, E.Nağızadə 2015-ci ilin sentyabr ayında ondan 45 000 ABŞ dolları alıb və qaytarmayıb.Qeyd edək ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Назад Вперед
Наверх
kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının