Bizi izləməyi unutmayın

Məhkəmə qərar qəbul edib.

Автор: salamsalam от 1-04-2016, 19:30
Məhkəmə qərar qəbul edib.

Jurnalistin ölümü ilə bağlı hökm oxundu: Ümumilikdə 54 il həbs
Məhkəmə qərar qəbul edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilənlər Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olmaları öz təsdiqini tapmadığına görə onların ittiham olunduqları maddələr 32.5 və 126-cı maddəyə tövsif edilib.

Onların hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilənlər məhkəmədə özlərini təqsirli bilmədiklərini, ittihamla razılaşmadıqları bildiriblər.

Dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

E.Ə.
www.oxu.az

Zəvvarlardan arayış tələb olunur.

Автор: salamsalam от 1-04-2016, 19:00
Zəvvarlardan arayış tələb olunur.

Hacı olmaq istəyənlərin nəzərinə!
.

Azərbaycanda bu gündən etibarən Həcc ziyarətinə sənəd qəbulu başlayır.

Qafqaz Müsəlmanları idarəsindən (QMİ) Oxu.Az-a verilən məlumata görə, ölkədə Həcc ilə bağlı sənəd qəbulu yalnız idarə tərəfindən aparılır.

Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4x6 sm 4 ədəd fotoşəkil tələb olunur.

Vizalar QMİ tərəfindən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alınacaq.

Qeyd edək ki, ötən gün Azərbaycanda ziyarətin qiymətləri açıqlanıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur.

Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 3500 dollardır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək.

E.Ə.
www.oxu.az

Məşhur aktyor vəfat etdi

Автор: salamsalam от 1-04-2016, 18:00
Məşhur aktyor vəfat etdi

Dünyanın ən məşhur komik aktyorlarından biri, 86 yaşlı britaniyalı Ronni Korbett vəfat edib.
Analoq.Az Daily Mail-ə istinadən bildirir ki, Korbett 1960-cı illərdə "The Frost Report" şousu vasitəsilə populyarlaşmışdı. Onun ən məşhur layihələrindən biri "The Two Ronnies" komediya serialı idi. Bu serialda o Ronni Barkerlə tərəf-müqabil idi.
Son 50 ildə Ronni Korbett Britaniya televiziyasının ən məşhur simalarından biri sayılırdı.



Ronni Korbettin xanımı Enni Elizabet, qızları Emma və Sofinin dediklərinə görə, aktyor son nəfəsinədək zarafatlaşıb, şən əhval-ruhiyyədə olub.


Milli.Az

Türkiyədə antiterror əməliyyatları davam edir.

Автор: salamsalam от 1-04-2016, 17:30
Türkiyədə antiterror əməliyyatları davam edir.


Türkiyə şəhid verdi

Milli.Az "Habertürk"ə istinadən xəbər verir ki, aparılan antiterror əməliyyatları zamanı Mardinin Nusaybin rayonunda terroristlərin hücumu nəticəsində yaralanan əsgər xəstəxanaya aparılarkən şəhid olub.

Bəxtiyar Umarlı
Milli.Az

MUROVDA QALAN HARAYLAR

Автор: INTIQAMADMIN от 1-04-2016, 17:11
Məhəmməd NƏRİMANOĞLU


Atam Nəriman Ələkbər oğlunun əziz xatirəsinə
MUROVDA QALAN HARAYLAR

Qaçqınçılıq, didərginlik hamımızı yaralayıb. Yaralarımızdan qan axmır, quruyub damarlarımız. Amma göz yaşlarımız qurumaq bilmir. Kimi dindirirsən, qan ağlayır, ağı deyir. Bulaqların suyunu sinəmizə çəkə bilmirik, gözlərmizdən axıdırıq ki, yanaqlarımızı və qurumuş dodaqlarımızı isladaq…
…Kəlbəcərsiz günlərimiz başlanmışdı. Aranda qohum evinə pənah gətirmişdik. Atamın heç nə yadına düşmür, sanki, orada qabar əlləri ilə tikib, kasıb ailəsini birtəhər içərisinə yığdığı və bunun üstündə də on beş günlük həbsxana həyatı yaşamamışdı. O zülmət gecələrdən «salamat çıxmış» balalarına şükr edirdi.
İllər boyu əl qabarıyla düzəltdiyi ev-eşik indi bir qara qəpiyə dönmüşd gözlərində. El-oba pərən-pərən düşmüşdü, itirilənlərin tapılmasına güman yox idi. Ona görə də heç nə olmamış kimi, səsini içinə salmşıdı atam. Üzdə özünü şax tutan atam içindən əriyir, üzülür, sınır, bizə isə şirin yalanlanla təsəlli verirdi.
İkigünlük «qonaqlığımız» ikiillik ömrümüzü (atamınkını isə ömürlük) aldı əlimizdən: «Kişi başqasının qoltuğuna sığnmaz, məni niyə cətirdiniz?»
Bu hirsli-hikkəəli sual dolu baxışlar yumruq kimi düyünlənib sanki başımıza dəyirdi. Əlacımız yox idi. Kimi yurdda qoyub çıxmaq olardı. Amma… Anam bunu bacarırdı. Ayrılmırdı ev-eşiyindən. Atamdan fərqli düşüncələri ilə həmişə ürəyiyumşaqlıq göstərən anamı budəfə yola gətirmək, qrad yağışının altından qoparmaq mümkün deyildi. Atamın açılmayan qaş-qabağından dəhşət yağırdı. Cürət edib dindirə bilmirdik. Hirsi, hikkəsi ilə dişlərini sıxması onun səyriyən dodaqlarından hiss olunurdu. Kişi kimi ömür sürənlərimizin hamısı da belə düşünürdü.
Apreldən iyunacan «dözə bildi» atam. Buna dözmək yox, günlərini saymaq deyərdin. Atalı günlərimdə atasızların (şəhid balalarının) dərdini çəkərdim, indi də atasızlıq dərdini yüklədiyim qəmli könlümü ovutmağa bir atalı axtarıam, arxalı yox.
1993-cü ilin iyunun 12-də dünyasını qəfil dəyişən atamın Göygöl rayonunun Aşıqlı kənd məzarstanlığındakı qərib qəbri indi ürəyimdə mənə doğma yurd, ata ocağdır, baxmayaraq ki, Kəlbəcər kimi, ora da tez-tez baş çəkə bilmirəm. Son günlər isə yolumuz qəbristanlıqara yamanca tez-tez düşür. Kəlbəcərlilər qırılıb-qurtardı vallah! Birinin dəfnindən çıxıb o birisininkinə tələsirsən. Yenə çatdıra bilmirsən, qalırsan gözükölgəli…
Tez-tez görüşünə gedə bilmədiyim atam «yuxularımda», xəyallarmda ilk kitabıma görə məni təbrik edib. «Dağların sinə dağı» kitabının nəşr edilməsi arzusu çin olsa da (atam inana bilmirdi ki, kitabı çap etirə biləcəyik, axı, heç cür imkanımız yox idi), bunu görmədi. Amma ruhu bildi, duydu və yuxumda «neynim, bala, öz evimiz, həyətimiz, dam-daşımız olsaydı, ilk kitabının qurbanını kəsərdim»,-dedi və küskün baxışlarla məndən uzaqlaşdı.
Çağırdım, səsimə özüm oyandım, atam yuxumda qaldı…».
Bura qədər sizə danışdığım bu «nağıl» 1995-ci ildə «Azərbaycan» nəşriyyatında çapdan buraxılmış «Yurd göynərtisi» kitabımda ön söz əvəzi kimi yazılıb. Bilmirəm ki, necə yazmışam, indi də oxuya bilmirəm, kövrəlirəm. Atamı sevindirmək istəyirəm ki, sən bir kitabımın çapını həsrətlə gözləyirdin. İndi on dörd kitabın müəllifi, yüzdən artığının naşiri və redaktoru olsam da, elə bilirəm ki, bircə kitab yazmışam. Axı, hər gün işdən çıxıb redaksiyaya yanıma gələndə «uşaq kimi» sevinirdin, mənim jurnalist olmağımla fəxr edərdin, çünki məni sənə tərifəlyən iş yoldaşlarım səni yaxşı tanıyırdı. Gözünü, böyük oğlun olduğum üçün mənə dikmişdin. Hoyuna çatırdım, deyəsən, zalım fələk qoymadı…
MUROVDA QALAN HARAYLAR
Atam Nəriman Ələkbər oğlu sonralar rayondakı təmir-tikinti idarsində mühafizəçi işləsə də, əvvəllər Otaqlıda sinif müəllimi olub. Anam Güllər Məmməd qızına dərs deyib, o zaman «sevgi məktubu»nu da «qonşu qızı»na – anama nöqtələrlə (işarələrlə) yazıb. Nə yazıqlar ki, vəzifədə olan qohumları onun oxuyub ali təhsil almasına kömək etmək əvəzinə, kolxozun mal-qarasını otarmağa, naxırçılıq etməyə göndərmişdi. Oxumadığım nağıl, dastan və rəvayətləri ondan öyrənmişəm.
Anam da orta-ixtisas təhsilli idi. Uzun müddət kitabxanaçı işlədiyindən, hər ikisi də gözəl mütaliəçi idi. Kitabı avazla, bədii qiraətlə oxuyardılar və bu, mənim ədəbiyyata marağımı bir az da artırırdı.
Atasızlıq illərimin ağrı-acılarını qələmə alıb on dörd «dastan bağlamışam», amma bircə kəlmə də olsun atam barəsində yazmamışam, utanmşam, çəkinmişəm, amma, əslinə qalanda, yazmalı idim, bir oğul kimi, qələm adamı olaraq və həm də ulusu-kökü, nəsil-nəcabəti nökər-naibli olduğu, yetim-yesirə sahib çıxdığı üçün.
Atamın babalarından bizə yadigar qalan «evdamı-otaq» albanların müqəddəs iqamtgahlarından olub və Otaqlı kəndinin adı da məhz bu abidə ilə bağlı olub. Kəlbəcər şəhərindəki məscidi qırmızıisfət sovetlər anbara döndərsələr də, Otaqlıdakına «əl gəzdirə bilməmişdilər». Və ağlım kəsəndn rayonun rəhbər işçilərinin məhrrəmlik ayının onuncu günü (qətl günü) Otaqlıya gələr, imamlarımızın ruhuna oxunan mərsiyyələrdə iştirak edərdilər.
Bu məscid atamın babası Məşədi Atakişiyə onun ulu babası Səfərdən qalmışdı. Kəlbəcərdən didərgin düşdüyümüz il orada məhərrəmlik ayının onuncu gününü, yəni «qətl günü»nü keçirmək mümkün olmadı, hansı ki, atamla dayım məscidi ciddi və əsaslı təmir etdirmiş, daha doğrusu, tamamilə yenidən qurmuşdular, əlbəttə, kənd camaatının köməkliyi ilə.
On yeddi ildir ki, (təbii ki, hələ torpaqlarımızı işğaldan azad etmədiyimizdən, bu rəqəmin dəyişəcəyi şəksizdir. Ola bilsin ki, bu yazılar Kəlbəcərin işğalından 18, 19, 20…. iraq olsun) atamın, indi də anamın qəbri ilə ilə birlikd qərib məzarını ziyarət edən anlarda daşa dönüb, mən də başdaşına çevrilirəm, axı, torpaq onu sıxmasın deyə, «sizi torpağa müvəqqəti tapşırırıq, Kəlbəcəri geri alandan sonra qaytaran kimi bizimlə siz də gedəcəksiniz doğma qəbristanlığa, ata-ananınızın yatdığı torpağa»,-demişdik. Demək, oğulluq edib Kəlbəcərə dön bilmirik. Bu borc da qalaqlandı o birilərinin üstünə…
İllər keçdi, ömrümüzü dərd sər oraq kimi biçdi. Anam atamdan gizlincə yazdıqlarını nəvələr Sənan, Kənan və Ələkbərə verib, «mən öləndn sonra atalarınıza verrsiniz»-demişdi. Orada dərd yumağı sarımşdı anam, Bir şerində isə məni tamamilə və haql olaraq, ittiham eləyirdi ki, axı, gör neçə ildi atanıza verdiyiniz vəddən keçib?!
Budur, həmin ittham dolu dərd yumağn dolaşmış kələfinin ucu:
Elə tamarzıyam dağ havasına,
Uduram zəhəri gör neçə ildi?!
Hamı çkiləndə öz yuvasına,
«Açmıram səhəri» gör neçə ildi?!
Kəlbəcərsiz dözümə bax, yaşa bax,
Min bir zülmə tab eyləyən başa bax.
Çox vədəsiz ömrə gələn qışa bax,
Dolandıq sərsəri gör neçə ildi?
Yetimxana, «yardım» payı – tsaddıq,
Tanımazdıq, tanıtdlar, biz daddıq.
Qəriblikdə ömrü yaman uzatdıq,
Görmürük Tərtəri gör neçə ildi?!
Oğul-uşaq bir-birindən aralı,
Hamısı da sinsindəny aralı.
Gül rəngimiz xəzan kimi saral,
İtirdik təpri gör neçə ildi?!
Güllər kimi xəstəhallar az deyil,
Kəlbəcərsiz ömrə gələny az eyil.
Sızıldayan kaman deyil, saz deyil,
Köklənmir telləri gör neçə ildi?!
Bilmirəm, təbiətin gözəl fəsli – yaşıl donlu baharı gəlndə niyə qm-qüssə fikrimi, əxyalımı belə dumana-çənə bürüyür. Deyəcəksiniz ki,y az havasıdır də, belə olmalıdır! Yaz dumanı dərəlrdə sürünəndə, gözəllər bulaq başından görünəndə, hr çmndn bir ççək drlndə mn d drdlərimin şələsini alıb çiyinlrimə alıb təngnəfəs oluram, ana!
Sisiz nə bahar, bizə nə də ki, yazdı,
Sızıldayan ürəyimin başıdır vallah!
Fikir-xəyal bu baharda elə azdı,
Düşündüm ömrümün qışıdır vallah!
Kəlbəcərsiz ömür sürdük, uzatdıq,
El qaçan yolları qırdıq, qısaltdıq.
Dolan gözlərmizi yazda boşaltdıq,
Tərtər kəlbəcərlilərin yaşıdır vallah!
Atam, dözümdə dağdın, qayaydın,
Anam, həsrətimi yenə duyaydın.
Fələk, Kəlbəcərdə bizə qıyaydın,
Deməyin Məhəmməd naşıdır vallah!
Dərd yumağı sarıram,
May gələndə dağlara.
Anam yadıma düşür,
Vay gələndə dağlara.
May gələndə dağlara.
Açmır, çiçək, solur gül,
Qan ağlar dəli könül.
Oxumur şeyda bülbül.
Qıy gələndə dağlara,
May gəlndə dağlara.
Guruldamaz göylərim,
Zəhər olar meylərim.
Susar tütək, neylərim,
Hay gələndə dağlara,
May gələndə dağlara.
Nə dağlar yaşıl geyər,
Nə bağlar yaşıl geyər.
Bənövşə boynun əyər,
Yay gələndə dağlara,
May gələndə dağlara.
Çən-dumana bürünməz,
Ayağına sürünməz.
Nərimanoğlu görünməz,
Bu ay gələndə dağlara,
May gələndə dağlara.



MUROVDA QALAN HARAYLAR
MUROVDA QALAN HARAYLAR
MUROVDA QALAN HARAYLAR

Altmışa dağlarda çata biləydik...

Автор: INTIQAMADMIN от 1-04-2016, 17:06
Əli Vahid Çaylı-60

Məhəmməd NƏRİMANOĞLU,
ASKEF-in üzvü, “Yenilik press” qəzetinin təsisçisi və baş redaktoru,
yazıçı-publisist.
Altmışa dağlarda çata biləydik...

“Sözün qüdrətindən boy verən poeziya” – onun zirvəsində Əli Vahid Çaylının yaradıcılığı görünür”



Bədii söz mülklü karvanının sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman mütləqi-hakim olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib, qorunub, saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var, dağa qaldırır, söz də var ki, dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...
Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma, nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.
Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib. Sözə “ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.
Belə söz sahiblərimiz az olmayıb və nə yaxşı ki, davamçıları azalmır. Bu da əlbəttə, millətimizin və xalqımızın mənəvi sərvətlərindəndir.
Qələm və söz əhli ilə dostluq eləmək o qədər də asan deyil. Bir dəfə mərhum şairimiz Məmməd Aslan dedi ki, mən çox çətin adamam: yol getmək çətindir. Sonralar ustadın bu fikrinin doğruluğuna inandım. Ondan sonra söz və qələm adamları ilə ehtiyatlı davranmağa başladım. Qəlbləri şüşə kimi kövrəkdir: adicə çəp baxışdan da sına bilir.
Həyatın gözəlliyi onun rəngarəngliyindədir, bəsit olan nə varsa yorucudur,-deyirlər. Həyat başdan-başa fəlsəfədir, açılmamış, oxunmamış. Bir insan ömrü yox, qərinələr, əsrlər, minilliklər bəs eləmir ki, bu kainatın və onun əşrəfi sayılan insanın fəlsəfəsi açılsın. Planetlər kəşf edildikcə, insanın mürəkkəbliyi, bütün canlılardan daha çox kəşfə ehtiyacı olduğu üzə çıxır.
Hər gün qarşılaşdığın, üstəlik, həmsöhbət olduğun dostunun və tanışının iç dünyasını dərk etmək, bəzən ona bənzəmək və ya əksinə, onu özünə oxşatmaq cəhdləri də əbəs yerə baş qaldırmır ürəklərdə, könüllərdə, düşüncələrdə.
Filosofluq etmək kimi çıxmasın, həyatın amansızlıqları ilə üzləşdikdən sonra dahilərin zaman-zaman söylədiklərini sanki gözlərimlə gördüm və yaşamağa məcbur oldum. Həyatımın, deyərdim ki, həm duyğulu, həm də mürgülü dövründə doğma yurd-yuvamdan perik düşüb, qəriblik ömrü yaşadım. Sonralar dünyanın bir çox məşhurlarının belə mənim yaşadığım qaçqınlıq-köçkünlük ağrısı ilə baş-başa qaldıqlarını öyrənib bir qədər təsəlli tapdım. Ona görə yox ki, onlar da həmin ağrıları yaşayıb. Yəni, bu dərdi çəkən təkcə ötən əsrin sonlarında erməni vandalizminin qurbanları deyil, bəşəriyyətin və təbiətin təbii və süni fəlakətlərinin qurbanları az olmayıblar və təəssüf ki, həmin ağrı-acılar bu gün də yaşanır.
Kəlbəcərdən didərgin düşdükdən sonra qarşılaşdığım insanlar arasında özümə ən çox doğma bildiyim qanı-canı bir olan qohum-əqrabalar deyil, qələmi və sözü ilə xalqımızın gərəkli övladına çevrilənlər olub. O insanların arasında isə xüsusi olaraq elələri də olub ki, onları daha yaxın və doğma bilmiş, dərd-sərimi bölüşmüşəm.
25 ilə yaxındır çalışdığım «Azərbaycan» nəşriyyatında belə gərəklilərlə demək olar ki, hər gün qarşılaşır, həmsöhbətə çevrilir, fikirlərimizi bölüşür və bəzən də yüngülcə mübahisə ilə «küsüşürük» də. Belə küsüşmələr, əlbəttə, qısaömürlü olur. Axı, hər bir qələm və söz adamı qarşısındakının da onun kimi, «çörəyinin qələm və sözdən çıxdığını» yaxşı bilir. Bəzən ona da təəssüf edirik ki, bu peşənin sahibləri digərlərindən fərqli olaraq, əsl həmkara çevrilə bilmirlər. Elə onun nəticəsidir ki, jurnalistlərin ömür yollarını təkcə toz yox, daş-kəsək də basır. İlin əlamətdar günlərində belə yada salınmayan qələm əhli özü ilboyu digər peşə sahiblərinin vəsfi ilə məşğul olur, cəmiyyətin ağrı-acılarını ilkin yaşayır, problemlərin həllində vacib rol oynayırlar.
Gizli deyil ki, hər əlinə qələm alıb, qəzet səhifələrində cızma-qara edənlər də jurnalist məsuliyyəti daşımır, sözünə və özünə hörmət qoymağı və qoydurmağı bacarmır, sözün məcazi mənasında zurnalistə çevrilirlər. Belələri ilə hər addımbaşı qarşılaşdığımızdan, çox hallarda əsl söz və qələm sahibləri kölgədə qalır, unudulur, zəhməti dəyərləndirilmir, yollarda ömür sürsələr də.
Qələm dostlarımızın yubileylərinin çox sadə, təmtəraqdan uzaq keçirilməsi də bir özgə problemin nəticəsidir. Meyarlar qorunmadıqda, «səhv düşəndə yerimiz» əməksizlər əməkdar, qələmsizlər «Qızıl qələm»li olurlar. Deyərdim ki, haqqında söz açmağa çətinlik çəkdiyim qələm dostum Əli Vahid Çaylını tanıyandan onunla dostluq körpüsündən keçmək istəyəndən bəri bir neçə dəfə görüşsək də, qəlbimdə illərlə iz salanlardan biri kimi qalıb. Bəlkə də ilk tanışlığımızın tarixinin müqəddəsliyindəndir, bilmirəm. Onunla 2015-ci il mart ayının 7-də Türkiyənin Antalya şəhərində keçirilən “Avrasya şairlərinin antologiyası” kitabının təqdimetmə mərasimində tanış olduq. Bir süfrədə çörək də kəsdik. Ulu Şirvan torpağında (qədim Şamaxı rayonunun Çaylı kəndində “aldatma günü”-Gülüş günü”) doğulduğunu, dili poetik, qəlbi, ruhu lirik duyğularla silələndiyini də orada gördüm. Düzü, qələm dostumuz Elli Atayurdla hər ikisinin çıxışı məni daha çox cəlb eləmişdi. Sən demə, bu şair qardaşlarımın hər ikisi də saza vurğunluqları ilə də seçilirmiş...
Antalya səfərindən tanıdığım qələm dostumla hər gün eyni iş yerinə tələsirik. Bakının basabas, toz-torpaqlı, küçələrindən keçib “Azərbaycan” nəşriyyatına tələsirik ki...
Yox, deməzdim ki, hər gün könül xoşluğu ilə qazanc əldə edir, axşamlar əli, cibidolu evə dönürük. Yaradıcılıq ab-havası olmasa da, bir küncə sığınıb iç dünyamızın dərd-səriylə baş-başa qalırıq. Bundan tapdığımız təsəlli, çəkdiyimiz dərdi misralara düzüb könlümüzü, gözümüzü doldurub balaların yanına qayıdanda dünya bizim olur.
Bax, belə yaşayırıq onunla, digər qələm dostlarımızla.
Ömrünün və yaradıcılığının bahar fəslində olan qələm dostumuz məşədi Əli Vahid Səttar oğlu Xəlilbəylinin könül dünyasını vərəqləmək mənə də nəsib olub. Qarşımda dostumuzun ötən il çapdan buraxılan “Müqəddəs hissin daşıyıcısı” kitabı var. Sadiq dostlarımızdan biri olan şair-publisist, Prezident təqaüdçüsü, AYB-nin üzvü Hikmət Məlikzadənin tərtib elədiyi toplunun redaktori çox hörmətli ziaylımız, professor Ziyadxan Nəbibəyli, məsləhətçiləri isə professor Tahir Cəfərli ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Əminə Tüncaydır. Şair-publisistin yaradıcılıq nümunələri ilə yanaşı, onun şəxsiyyətini əks etdirən tutarlı fikirlər və rəylərin də burada cəmlənməsi sanki dostumuzun 60 illik yubileyinə bir hədiyyə-ərmağandır.
Hikmət Məlikzadə kitabın ön səhifələrinin birində yazır:
“Əyməz səni zülmün gücü, şadam, Əli vahid,
Ləl ilə könül ovlana, dadam, Əli Vahid...
...Əli Vahid Çaylının özünəməxsus deyim tərzi, yaradıcılıq üslubu var. O, əksər şeirlərində zəngin bədii tendensiyalarala dünyanın mahiyyəti və onun mövcudluğu, fəlsəfi və bədii fikirlərlə insan probleminin təşəkkülü və inkişaf mərhələləri barədə oxucuda geniş təsəvvür yaradır”...
Qələm dostim və iş yoldaşım Daşdəmir Əjdəroğlunun isə onun haqqındakı fikirlərinin hər biri dəyərlidir. Amma ən gözəli budur: “Sözün qüdrətindən boy verən poeziya” – onun zirvəsində Əli Vahid Çaylının yaradıcılığı görünür”.
Şair dostumun bədii yaradıcılıq üslubu və deyim forması müasirlərinkindən xeyli fərqlidir. Klassik janrların unudulmaması, yaddan çıxmaması üçün istifadə edilməsi Azərbaycan dilinə və ədəbiyyatına məhəbbətdən qaynaqlanır. Burada, qəzəl, məsnəvi, qoşma, gəraylı, sərbəst vəzndə toplanmış nümunələr yalnız bədii ifadələrlə zənginliyində deyil, həm də mövzu rəngarəngliyi ilə də diqqətəlayiqdir.
Bir lirik duyğulu könül ovunduran nazlamasına baxın:
İlk eşqim, qibləgahım,
Günəş olsun sabahım.
Axı nədir günahım,
Ay mənim küsənim, gəl!
Dərin mənalı, siyasi baxışlı bu bənddə nələr yoxdur ki:
El üçün şam kimi yanandan soraq,
Zənbur kimi şəhdi qanandan soraq.
Biləndən öyrənək, duyandan soraq,
Xalq bu yatanları oyatmır, niyə?
Burada S.Ə. Şirvani, yaxud M.Ə.Sabir sorğusunu hiss etdinizmi? Zaman dəyişsə də, eyham və ironiya ilə “səs salma, yatanlar qoy hələ yatsın”,-deyən klassiklərimizin yolunun davamçısı olan Əli Vahid isə həmin fikri bu gün belə nəzmə çəkir:
Çox yollar görmüşəm ikitərəfli,
Bir yol var – gedənlər qayıtmır, nədən?
Nə sirdir ki, qəfəsdəki qartalı
Ovutmur bir qayğı, ovutmur, nədən?
Əruzu gözəl bilən, bu klassik vəznin incəliklərini dərk etmək üçün şairin qəzəlindən bir beytə nəzər salaq:

Ya Rəbb, bizə hər kim ki gəlir, saz ilə gəlsin,
Versin qəmini dağlara, min naz ilə gəlsin.

Qəlbimdə qışa var gileyim, kim gələcəksə,
Bir güllü bahar, bir gözəl yaz ilə gəlsin...

Düşsün muğamın sehrinə bir nazlı mələk tək,
Uçsun Vahidin səmtinə, pərvaz ilə gəlsin.

Əli Vahid Çaylının kitabdakı bədii nümunələrini yetərincə göstərmək olar. Əslində, məqsədim qələm dostumuzun ömürnaməsini vərəqləmək, oradakı yaddaqalan xatirələrinə birini də əlavə etmək idi. Ona görə də poetik düşüncələr qoynunda ömrün zirvə baharına yetən, dönüb geri boylananda kədərlənməyən, qazancı söz mülkü, söz sərvəti olan Əli Vahid Çaylının 60 illik yubileyinə əliboş gəlməyin günah olduğunu düşündüm. Gümanım ürəyimin rişəsindən qidalanan sözlərimə çatdı, qardaş. İcazə verin Sizi bu tarixi, əlamətdar günlərinizdə dünya malı ilə yox, könül sovqatılı kəlmələrimlə təbrik edim. Həyatda uzun ömürlülüyü Sizə Yaradanımız bəxş etsin, sevilməyi, sevməyi, yaradıcılıq uğurlarınızın davamlı olmasını isə mən diləyim. Bax beləcə:

Ömrün zirvəsinə, ay Əli Vahid,
Kaş, o dağlarda çata biləydik.
Dərib gül-çiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Altmışa dağlarda çata biləydik.

Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Altmışa dağlarda çata biləydik.

Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Altmışa dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Altmışa dağlarda çata biləydik.

Çəkəmmədik biz dağların nazını,
Çalammadıq ustadların sazını.
Məhəmmədə yazdıranda yazını,
Bir dostun ruhunu tuta biləydik,
Altmışa dağlarda çata biləydik.

Kürdəmirdə dəhşətli son

Автор: salamsalam от 1-04-2016, 17:00
Kürdəmirdə  dəhşətli son

Kürdəmirdə xəstə qadının dəhşətli sonu
O, sirkə turşusunu içib.

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, rayonun Sığırlı kəndində 1941-ci il təvəllüdlü Şövkət Əzizova ehtiyatsızlıqdan sirkə turşusu içib.

Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, zob və şəkər xəstəliyindən əziyyət çəkən 75 yaşlı Ş.Əzizova hər gün soyuducuda saxladığı dərmanlardan qəbul edirmiş.

Dünən səhər saatlarında o, soyuducunu açaraq dərman götürmək istəyərkən səhvən sirkə turşusunu qəbul edib. Xəstəlik nəticəsində hətta dadbilmə orqanının funksiyasını itirən qadın sirkə turşusu içdiyinin fərqinə varmayıb.

Bir qədər sonra Ş.Əzizovanın gəlini onun halının pisləşdiyini görüb və yaşlı qadın təcili xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Nağıllaşan, dastanlaşan yaradıcılıq

Автор: INTIQAMADMIN от 1-04-2016, 16:44
Nağıllaşan, dastanlaşan yaradıcılıq

Cəmilə Çiçəyin təfəkküründən qidalananlar ədəbi-bədii müstəvidə

Bədii söz mülklü karvanın sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman hakimi-mütləq olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib və qorunub saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var dağa qaldırır, söz də var dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...

Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.

Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib Sözə “ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.
Kəlbəcər ədəbi mühitində də belə söz sahibləri az olmayıb. Onların sırasında qızlarımız, xanım-xatınlarımız xüsusilə seçiliblər. Hələ on səkkizinci yüzillikdən yaradıcılığı bizə məlum olan qadın aşıq-şairlərimizin sırasında nakam məhəbbəti dillərdə dastana çevrilən Aşıq Bəstinin adının olması heç də təsadüfi deyil. Kəlbəcərin Lev kəndində dünyaya göz açmış Bəsti və digərlərinin yaradıcılıq irsinin araşdırıcılarından birinin də Kəlbəcərdə doğulan, ədəbi və elmi ictimaiyyətdə özünü təsdiq edən Cəmilə Çiçək kimi gənc jurnalist-publisist, pedaqoq, nəhayət, filoloqun olması, ən azı, o yerlərin saza-sözə olan məhəbbətinin tükənməzliyindən soraq verir.

Doğrusu, Kəlbəcər ədəbi mühitinin tədqiqində öz qabiliyyət və vətənpərvərliyi ilə seçilən Cəmilə Çiçəyin (İsbəndiyarova) ədəbi-bədii nümunələrinin toplusuna respublikamızın tanınmış söz adamlarının bir-birindən dəyərli rəy və fikirlərinin yanında bu yazım, olsun ki, zəifdir. Bununla belə, mən Cəmilə Çiçəyin yaradıcılıq və elmi, ədəbi fəaliyyəti barədə indiyə kimi ətraflı söz açmamağı özümə bağışlaya bilmədim.
Cəmilə Çiçək (İsbəndiyarova) Kəlbəcərdə anadan olub. Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Pedaqoji fəaliyyətlə yanaşı, dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətli şeirləri və elmi-publisistik məqalələr, ilə tanınıb. AYB və AJB-nin üzvüdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” ali media mükafatı laureatı diplomuna layiq görülüb.

“Ədalət”, “Şərq”, “Respublika” qəzetlərində işləyib, “Kəlbəcər harayı”, “Təhsil” jurnalı, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Vətən səsi”, “Türküstan”, “İki sahil” və digər tanınmış nüfuzlu qəzet və jurnallarla əməkdaşlıq edib. 2007-ci ildən “Möcüzə yaradan əllər” jurnalının redaktoru, “Milli Zəka” beynəlxalq elmi, ictimai-siyasi, hüquqi jurnalının təsisçisi və baş redaktorudur.

Cəmilə İsbəndiyarova ilk növbədə müəllimədir, pedaqoji fəaliyyətlə də məşğul olur. Onun elmi-mətbu auditoriya ilə paralel olaraq, pedaqoji sahədə də kifayət qədər uğur və nailiyyətləri göz önündədir. Şagirdləri hər il yüksək göstəricilərlə ali məktəblərə qəbul olunur.

Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova haqqında söz açılan dil-ədəbiyyat müəlliminin pedaqoji sahədə də, mətbuatda və elm aləmində olduğu kimi, böyük hörmət və nüfuz qazandığını bildirir: “Kəlbəcərli məktəblilər ilk növbədə dövlətimizin elmə, təhsilə, məktəbə və müəllim-şagird kollektivinə göstərdiyi diqqət və daimi qayğısından bəhrələnirlər. Bunun nəticəsidir ki, son illər məhz Cəmilə İsbəndiyarova kimi öz peşəsinin vurğunu olan, şagirdlərinə dilimizi sevdirən müəllimlərin qayğısı sayəsində məzunlarımızın ali təhsil müəssisələrinə yüksək balla qəbul olunanların sayı artmaqdadır. Nümunə üçün deyə bilərik ki, təkcə Kəlbəcər şəhər 13 №-li tam orta məktəbin 7 məzunu (Mehdiyev Orxan Gəncəli oğlu BDU-ya, Hüseynova Fatimə Nurəddin qızı Gəncə Dövlət Aqrar Universitetinə, Əhmədzadə Cavid Cümşüd oğlu Texnologiya Universitetinə) yüksək balla ali təhsil müəssisələrinə qəbul olunublar. Ötən il də belə göstəricilər yüksəl olmuşdur. Məmmədov Novruz Məzahir oğlu İqtisad Universitetinə, Quliyeva Gülnar Mahir qızı Azərbaycan Dövlət Sənaye Universitetinə, Qasımov Elgün Adil oğlu Bakı Avrasiya Universitetinə, Əhmədov Elçin Cahangir oğlu Azərbaycan Texniki Universitetinə, Quliyeva Gülgün Mahir qızı Bakı Humanitar Kollecinə qəbul olunmuşlar”.

Elmira xanım Şükürova elm və təhsil sahəsindəki zəngin təcrübəsinə əsaslanaraq deyir ki, ümumiyyətlə, Kəlbəcər məktəblərində çalışan pedaqoji kollektivlərdə Cəmilə İsbəndiyarova kimi dərs keçdiyi şagirdlərin hərtərəfli inkişafına çalışan müəllimlərimiz az deyil: “Cəmilə İsbəndiyarova məzunu olduğu universiteti bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayandan bu günə kimi fədakarlıq nümunəsi göstərib. O, daim yeniləşən təhsil proqramlarının tələblərinin yerinə yetirilməsində nümunəviliyi ilə seçilib. Təhsil nazirimiz Mikayıl Cabbarovun orta təhsil müəssisələri kollektivləriniun qarşısında duran vəzifələrin daha məsuliyyətli və müqəddəs olduğunu söyləməsi Cəmilə İsbəndiyarova kimi müəllimlərimizin peşə-sənət məhəbbətini bir az da artırıb. Sözün əsl mənasında biz onu əməksevər müəllim kimi görürük. Çünki o, həm əməksevər, vətənpərvər, qayğıkeş, həm də doğma yurdunun həsrətini çəkən, o yerlərin təbiətinin vurğunudur. Şagirdlərində də məhz belə xarakter formalaşdırır. Şagirdləri də onu sevir, dərslərində fəallıq nümayiş etdirirlər”.

Pedaqoji sahədə daim uğurlar qazanan Cəmilə Çiçəyin bir qədər də ədəbi yaradıcılığına nəzər salaq. Onun “Kəlbəcərin saz qalası” (ön sözün müəllifi xalq yazıçısı Anar), “Arı çiçəyə gəlib” (ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov), “Sən dağlardan ayrılmadın” (ön sözün müəllifi akademik Vasim Məmmədəliyev), “Sazımız ağlayır dağlar başında” (elmi redaktoru akademik İsa Həbibbəyli) kitabları ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından, o cümlədən, bütövlükdə Kəlbəcər ədəbi mühitindən bəhs edir. “Səməd Vurğun–Aşıq Şəmşir” dastanı adlı (beşinci kitabı, elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu – peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verilir. Bu dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür. Sayca altıncı kitabı olan “Əyyub və Sənəm dastanı” miniatür kitabı (elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat) da AMEA Folklor İnstitutu Elmi Şurasının 25 noyabr 2015-ci il tarixli qərarı ilə işıq üzü görüb. Əslində, “Əyyub və Sənəm dastanı” yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir.

Cəmilə İsbəndiyarova AMEA Folklor İnstitutunun doktorantıdır. “Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları”, “Klassik məhəbbət dastanları və XX əsrdə yaranan müəllifi bəlli olan dastanlar”, “Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi”, “Haqq aşiqliyi”, “Yeni yaranan məhəbbət dastanları”, “Obrazlar sistemi”, “Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili”, “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və Azərbaycanın müasir məhəbbət dastanları: oxşar və fərqli cəhətlər” və xarici ölkələrdə rus, ingilis, türk dillərində işıq üzü görmüş bir sıra elmi məqalələrin müəllifi kimi beynəlxalq simpoziumlarda etdiyi dəyərli məruzələrə görə saysız təşəkkür bəlgələri ilə təltif edilib.
Onun elmi təfəkkürü, prinsipləri qavrama və təsdiqetmə bacarığı yüksəkdir. Bütün məqalələr boyu müəllifin elmi-nəzəri hazırlığı, gərgin axtarışları və tədqiqatçılıq qabiliyyəti özünü bariz şəkildə göstərir.

Bütün bu qısa xatırlatmalardan sonra deyək ki, Cəmilə Çiçəyin oxucularına yeni hədiyyə etdiyi növbəti əsəri dastandır. Bəli, dastan. Səhv eləmədim. Doğrudur, publisistikası və poetik lövhələri ilə öz oxucularının görüşünə tez-tez gələn bu xanım qızın son vaxtlar mətbuatdakı fəallığı elmi və ədəbi ictimaiyyətin də diqqətindən kənarda qalmayıb.

Haqqında dəyərli fikirlər yazılmaqda və söylənməkdədir. Elə mən də Cəmilə Çiçəyin ədəbi-bədii yaradıcılığı barədə fikirlərimi gizlətməmişəm. Amma onun barəsində, daha doğrusu, növbəti uğurları haqqında söz açmağı özümə mənəvi borc bildim. Çünki C.Çiçəyin növbəti dəfə oxucularla görüşə gəldiyi miniatür kitabı bir şairin illərdir dillərdə əzbər olan dastanına həsr edilib.
Əyyub-Yaqub qardaşlarının poeziyasını sinədəftər edən Cəmilə Çiçəyin “Əyyub və Sənəm dastanı”nı oxuculara miniatür kitab kimi çatdırması da bunu təsdiqləyir. Dastan məhəbbət mövzusunda oxuduğumuz klassik aşıq ədəbiyyatı nümunəsi olaraq da çox maraqlıdır. Bu dastanı maraqlı edən cəhətlər az deyil. Məsələn, o, Kəlbəcərdə, həm də ötən əsrin 70-80-ci illərində yaradılıb. Kəlbəcərin yaylaqlarını ziyarət etmək üçün, “İstisu” sanatoriyasında istirahətə gəlmiş bir gözələ dastan bağlayan şair Əyyubun yaradıcılıq nümunəsi dillər əzbəri olsa da, aşıqlar onu toylarda, dastan gecələrində sazın müşayiəti ilə xalqa çatdırsalar da, sinələrdən kitab-dəftərə köçürülmürdü. Hətta, bu sətirlərin müəllifi də Kəlbəcər ədəbi mühitini araşdırıb bir neçə almanax və antologiya nəşr etdirsə də, dastan heç bir topluya əlavə edilməmiş qalırdı.

Budur, Əyyub Cabbarovun yaratdığı, həm də real faktlar əsasında dastanlaşdırılan “Əyyub və Sənəm dastanı” oxucuların stolüstü kitabına çevrilib, Cəmilə xanımın vətənpərvərliyinə söykənərək, miniatür kitab kimi... Onu toplamaqla yanaşı, tərtibçi xanım həm də klassik dastan dilinə bələdçiliyini də ortaya qoyub.Filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayatın dastan haqqında fikirləri olduqca maraqlı və orijinaldır: “Bəlli bir zamanda, xüsusən də sonuncu fakelor hadisəsi tənqid edilmiş, folkloru saxtalaşdıranlar tənqid atəşinə tutulmuşdur. Müstəqillikdən sonra aşıq ədəbiyyatının bir az dəyişməsi, bir az ideologiyadan uzaqlaşması baş verdisə də, artıq klassik aşıq ənənəsi qırıldığı, dastanların böyük əksəriyyətinin icra ortamından çıxdığı müşahidə edildi. Tədqiqatçılar da yeni dastanlar yazmaq cəhdi ilə klassik dastanları yeni ifada diktofona yazıb nəşr etmək yolunu tutdular. Bəziləri isə fakeloru yeni istiqamətdə irəlilətmək üçün aşıq repertuarında dastan kimi icra edilməyən, bəzən də yazılı dastan nümunələrini folkorun prinsipləri əsasında yenidən yazdılar. Cəmilə Çiçək də aşıq şeirləri əsasında dastan yaradan “toplayıcı”lardandır. Daha öncə də o, “Aşıq Şəmşir–Səməd Vurğun” dastanını iki sənətkarın məktublaşmalarına və şeirlərinə dayanaraq tərtib etmişdi. İdeologiyaya, süni siyasi havaya qulluq etmədiyi üçün bu dastanı və haqqında söhbət açacağımız “Əyyub və Sənəm dastanı”nı mütərəqqi hadisə kimi qəbul etmək olar.

“Əyyub və Sənəm dastanı” el şairi adı ilə tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının strukturu üzərində işlənərək tərtib edilən bu dastan “Dirili Qurbani”, “Əsli−Kərəm” dastanları kimi nakam eşqə həsr edilmişdir. Bir az da avtobioqrafik səciyyə daşıyan bu dastanın şeirləri, deyişmələri şair Əyyub Cabbarova aiddirsə, dastanın yurd yeri dediyimiz nəsr qismi tərtibçi Cəmilə Çiçəyə məxsusdur. Nakam eşqin səbəbkarı, klassik dastanlarımızdan fərqli olaraq, nə milli, nə dini, nə də sosial fərqdir. “Əyyub və Sənəm dastanı”nın qəhrəmanlarının nakam eşqinə ailə səbəbkardır və dastanda bu, müasir həyatla səsləşir, bugünün problemləri baxımından dəyər qazanır. Ana gələcək kürəkəninin boyunu-buxununu, duruşunu, yerişini bəyənmir və qızını qonşunun oğluna qaçırtdırmaqla ölümünə səbəb olur.

Qız qaçırmaq kimi qədim adətin ritual-mifoloji kökü ölüb-dirilmə, yenidən həyata qayıtma, yeni status qazanma olsa da, dastanda bu, müasirliklə bağlanmış, gerilik kimi qələmə verilmişdir. Qızı zorla, istəmədiyi bir adama qaçırtdırmaqla ölümünə bais olma (intihar edərək özünü çaya atmaq) bu mənfi tendensiyanın oxucuda ikrah hissi oyandırmasına səbəb olur. Beləliklə, əski mifoloji motiv yeni məzmunlu vaxtı keçmiş adətə dönüşmüş, ciddi səbəblər üzündən yaranan nakam məhəbbət çox kiçik bir məsələyə bağlanmışdır. Ancaq hər nə olursa-olsun, bir folklor hadisəsi olan bu eşq dastanı müasirliklə səsləşdiyi, dastan yaradıcılığımızın yaşadılmasına xidmət etdiyi üçün qiymətlidir”.

Kitabın dilə gətiriləsi müsbət məziyyətləri barədə ətraflı söz açmağa ehtiyac görmürəm. Cəmilə xanım miniatür kitabını sevimli oxucularının diqqətini cəlb etsin deyə onu xüsusi tərtibatla nəşr etdirib. Bunu da qeyd edim ki, “Əyyub və Sənəm dastanı” yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir. Ölçüsü 45x55 mm olan 168 səhifədən ibarət, “Milli Zəka” jurnalının redaksiyasında çap olunan bu kitab formatına görə Ginnesin rekordlar kitabına düşüb. Bu yolda çox böyük əziyyət çəkən dastançı xanıma bundan sonra da uğurlar diləyirik. Bu sətirlərin müəllifi onun həm də elm aləmində və publisistikada nail olduğu uğurlara sevinir və nümunə kimi yeri gəldikcə onun zəhmətsevərliyindən bəhs edir.

Bəli, Cəmilə Çiçək son illər ədəbi-bədii, bu gün isə elmi dünyagörüşünü zənginləşdirən ziyalı xanım kimi cəsarətlə addımlamaqdadır. “Milli Zəka” elmi-publisistik dərgisinin təsisçisi və baş redaktoru kimi də tanınır. Dədə Şəmşir irsinin toplanıb nəşr edilməsində də çoxlarından daha sanballı iş görmək bacarığını ortaya qoyub. Həmin “Kəlbəcərin saz qalası”, “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadın”, “Sazımız ağlayır dağlar başında”, “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” kitablarından Türk Dünyası Şairləri Federasiyasının (ASKEF) baş ofisinə hədiyyə etməsi də təqdirəlayiqdir.

Bu sətirləri yazarkən aldığım daha bir xoş xəbər fikrimdə və yazımda düzəlişə səbəb oldu: Azərbaycan Yazıçılar Birliyinin sədri, çox hörmətli nasirimiz, xalq yazıçısı Anar müəllim Cəmilə Çiçəyin ədəbi mühitdə əldə etdiyi uğurları və nailiyyətləri dəyərləndirərək onu Prezident təqaüdünə layiq görüb. Bu, adi sevinc deyildi. O gün həm də erməni işğalında olan ərazilərimizin azad edilməsi yolunda ordumuzun atdığı mübarək addım və yağıya verdiyi tutarlı cavab xalqımızda qələbə sevinclərini yaşadırdı. Cəmilə Çiçək isə məhz həmin gün ikiqat sevincini dostları ilə bölüşürdü.Uğurlar olsun, hörmətli pedaqoq-yazıçı, dəyərli alim bacımız Cəmilə Çiçək! Yaradıcılığınız bax beləcə bahar təravəti ilə daim çiçək açsın...
Nağıllaşan, dastanlaşan yaradıcılıq

Məhəmməd NƏRİMANOĞLU,
yazıçı-puyblisist, ASKEF üzvü, “Qızıl qələm” və M.Araz ali media mükafatları laureatı

Planetin ilkin inkişaf mərhələlərində meydana gəlib.

Автор: salamsalam от 1-04-2016, 16:30
 Planetin ilkin inkişaf mərhələlərində meydana gəlib.

Alimlər nəhəng yeraltı okean tapdılar

Rusiya, Fransa və Almaniyadan olan geokimyaçılar Yer səthinin 410-660 km dərinliyində Arxey dövrünün okeanını aşkar ediblər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə alimlərin tədqiqatları “Nature” jurnalında dərc edilib.

Jurnaldakı məlumata görə, okeanın həcmi Dünya okeanının həcmindən böyükdür.

İri su hövzəsi yerin səthi altındadır və qədim zamanlarda yüksək təzyiq və temperatur (1530 dərəcə Selsi) təsiri ilə yaranıb. Su mineralların kristallik sturkturundadır.

Alimlər lava axınının nümunələrini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Daha öncə alimlər yeraltı okeanın olmasından şübhələnirdilər, amma aparılan tədqiqatlar onun ölçülərini təyin etməyə imkan verdi. Beləliklə də onlar yeraltı nəhəng okeanın mövcudluğunu bəyan edə biliblər. Çox güman ki, su hövzəsi planetin ilkin inkişaf mərhələlərində yaranıb.

www.oxu.az

Oğlunu öldürən ata tutuldu.

Автор: salamsalam от 1-04-2016, 15:30
Oğlunu öldürən ata tutuldu.


Ağstafada dəhşət: Ata azyaşlı oğlunu döyərək öldürdü – YENİLƏNİB

Ağstafada baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.

Oxu.Az xəbər verir ki, Ağstafa Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qırılı kəndində əslən Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb.

Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.

Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub:

“O daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazaxa apardı və orada yaşadılar.

Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokururluq araşdırır”.

Ötən gün axşam saatlarında Ağstafada, Qırılı kəndində ata 6 yaşlı oğlunu döyərək öldürüb.

31.03.2016

Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub.

Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər.

Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.

Hazırda hüquq mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparırlar.

www.oxu.az

Назад Вперед
Наверх
kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının