Dəhşət: Yol Polisi işçilərinin növbəti biabırçılığı - VİDEO



Dəhşət: Yol Polisi işçilərinin növbəti biabırçılığı - VİDEO

Blogger Mehman Hüseynovun paylaşdığı Yol Polis işçilərinin növbəti qanunsuz əməli ilə bağlı video sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub. Belə ki, sürət həddi 60km/saat olan yolda (Ağstafa - Bakı yolunda) xarici ölkə vətəndaşlarının yük maşınlarının qarşısını sürət həddi 60 km/saatdan aşağı olan nəqliyyat vasitəsilə xüsusi öyrədilmiş mülki vətəndaş kəsir və beləliklə süni qanun pozuntusu yaradılır, "şikar" tələyə düşmüş olur. Bütün bunlar Türkiyədən gələn yük maşını sürücüsü tərəfindən videoya qeydə alınıb. Qeyd edək, həm Rusiya-Türkiyə arasından yaranan təyyarə böhranından sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən qardaş ölkəyə dəstək olaraq Türkiyə tranzit nəqliyyat vasitələrinin rahat ölkəmizdən keçməsinə şərait yaradılması gösdərişinin pozulması, həmçinin ölkə imicinin yüksəldilməsi üçün atılan bütün addımlara ziddir. Onuda əlavə edək ki, bugün həmçinin vətəndaşları təhqir edən icra başçılarıda tutduqları vəzifələrdən azad edilmişdi. Ümid edirik ki, ölkəmizin imicinə ziyan vuran dövlətini fikirləşməyən tutduqları vəzifədən sui istifadə edən yol polis işçiləridə layiqli cəzalarını alacaqlar.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi