ƏSAS SƏHİFƏ Araşdırma Qarabağda erməni ordusunda qanlı hesablaşma- erməni icmalçı yazır

Qarabağda erməni ordusunda qanlı hesablaşma- erməni icmalçı yazır

Ötən gün Dağlıq Qarabağda iki erməni əsgər qətlə yetirilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bunu müxtəlif insidentlərin baş verməsi ilə əlaqələndirib.

Analoq.az xəbər verir ki, bu fikirləri erməni icmalçı Naira Ayrumyan yazıb.

Onun sözlərinə görə, ilin əvvəlindən artıq 10 erməni əsgəri həlak olub. Ermənistanda kriminal aləmə qarşı mübarizənin elan olunduğu bir şəraitdə bu, qarşıdurma və müharibənin elan edilməsi kimi görünür.

“Fevralın 2-də həlak olmuş Vaqram Avakyanın qohumları intihar versiyasına inanmadılar və bütün kənd Eçmiədzindən İrəvana yollanaraq, özləri ilə həlak olanların cənazəsini apardılar. Onları kəndə qaytarmaq və əsgərin cəsədini torpağa vermək üçün güclə yola gətirdilər.

Ekspertlər və hüquq müdafiəçiləri güman edirlər ki, bütün alayın gözü qarşısında baş verən hadisə ordudakı döyülmə faktları ilə bağlı olub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da orduda məzuniyyətdən qayıtmış əsgərlərdən pul istənilməsini istisna etməyib. Əks təqdirdə, bu, intihara gətirib çıxarır.

KİV-də həmin alayın əxlaqı ilə bağlı araşdırma aparılıb. Orada kriminal ictimaiyyətin və “bərkgedənlərin” məşğul olduğu rüşvət sisteminin mövcudluğu iddia edilir.

Bu gün dövlətin əsgərlərin həyatına görə yüz faiz məsuliyyət daşıdığını Baş prokuror Artur Davtyan da bəyan edib.

Parlament bu yaxınlarda kriminal aləmlə mübarizə haqqında qanun qəbul edib və ekspertlər ilk növbədə onun ordudan başlanılmasını vacib hesab edirlər”, – deyə icmalçı bildirib.konkret.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu