ƏSAS SƏHİFƏ Araşdırma "Qibləmiz bu günə kimi yanlış təqdim olunub"-Araşdırmaıçı elə faktların üstünü açdı kı,...

"Qibləmiz bu günə kimi yanlış təqdim olunub"-Araşdırmaıçı elə faktların üstünü açdı kı,...

Bizim ölkədə yaşayan mömin və müsəlmanlar üçün əsl qiblənin hansı tərəfdə olduğunu araşdırmağa iki hadisə səbəb olubdur. Bunlardan biri, Mərdəkan qəsəbəsində yaşayan bir nəfər namaz əhli Türkiyənin dini tv kanallarından birinə belə bir sualla müraciət etdi: "Hörmətli Hoca, Bizim Mərdəkan məscidində indiyə kimi axundlar deyirdilər ki, qiblə bu tərəfdədir. İndi cavan bir axund gəlibdir, deyir ki, qiblə siz bildiyiniz tərəfdə deyil, başqa bir tərəfdədir. Sizin indiyədək göstərdiyiniz tərəf doğru deyil." Hoca belə cavab verdi: "Dünya xəritəsini qoyun qabağınıza, Məkkədəki Kəbə məscidi sizə nəzərən hansı tərəfdədirsə, Qiblə o tərəfdədir."

Ikinci hadisə belə olubdur: Qazax bölgəsinin "Dəmirçilər" kəndindən bir kişi iş dalınca Rusiyanın Maqadan şəhərinə gedib çıxır və orada ölür. Ruslar ölünü sahiblərinə xəbər göndərirlər ki, gəlin ölünüzü aparın. Bizimkilərin Maqadana gedib çıxması 10 gündən artıq çəkir. Çatanda görürlər ki, ruslar bizim ölünü basdırıb, hətta üstünə baş daşı da qoyublar.

Ancaq qəbiristanlıqda diqqət edəndə görürlər ki, bütün qəbirlər eyni istiqamətə baxır, yalnız bizim ölünün baş daşı başqa bir istiqamətədir. Buradan gedənlər ruslara deyirlər: "Bizim ölümüzün sizin ölülərdən harası əskikdir ki, yalnız bunu başqa istiqamətə basdırıbsınız." Ruslar bizimkilərə deyir: "Ay müsəlmanlar, biz bunu dəfn etməmişdən qabaq öz keşişimizdən soruşduq ki, bu ölü xaçpərəst deyil, müsəlmandır. Bunu hansı istiqamətə basdıraq. Bizim keşiş dünya xəritəsinə baxaraq, Məkkənin yerini tapdı və göstərdi ki, bu istiqamətə basdırın."

Bizmkilər bu cavabı eşidəndə çox seviniblər.

Yuxarıda göstərdiyimiz hadisələrdən belə nəticə çıxarmaq olar ki, uzaq Maqadanda rus keşişi bizim ölünü əsl dəqiq qibləyə - Kəbə istiqamətinə dəfn edir. Amma biz, ölülərimizin əksəriyyətini rus və ya başqa ümmətlərin qiblələrinə dəfn edirik.Çox təəssüf doğuran bir halda yaşayırıq.

Bizim ölkədə üç növ qiblə var. Namaz qılmayanların əksəriyyətini qibləsi günçıxandır. Namaz əhlinin əksəriyyəti qibləni kompasla təyin edirlər, yəni günortanı qiblə kimi götürürlər. Kompas qibləni göstərmir, yalnız qibləni tapmaq üçün vasitə kimi istifadə oluna bilər. Yaşadığımız şəhər və ya kəntdən keçən şimal və cənub qütbünü birləşdirən meridian xəttini göstərir. Meridian xəttini tapdıqdan sonra dünya xəritəsinə baxmaq lazımdır ki, Məkkə bizim hansı tərəfimizdədir. Kompas bizim eradan əvvəl Çində icad olunubdur. Azərbaycanda yaşayan xalqlar isə İslamı 7 - ci əsrin axırlarında Alban hökmdarı Cavnşirin dövründə qəbul ediblər. Əgər biz, Moskva, Rostov, Diyarbəkirdə yaşasaydıq, kompas elə düz Məkkəni göstərərdi. Halbuki, həmin şəhərlərlə bizim ölkə ərazisində zaman fərqi düz bir saatdır.

Qazaxda 14 dərəcə cənubdan qərb istiqamətinə dönməsək, qibləmiz əsl qiblədən 560 km yan keçir. Ağstafada 15 dərəcə, Tovuzda 16 dərəcə, Şəmkirdə 17 dərəcə, Gəncədə 18 dərəcə və i.a. Bakıda 27 dərəcə cənubdan qərbə doğru dönməsək, 1000 km - dən çox qibləmizdə xəta olur.

Deməli, bizim ölkədə bir qiblə var. Bütün bölgələrdə, müəyyən bucaq ölçüsündə cənubdan qərbə doğru dönmək lazımdır.

Qardaş Türkiyədə də üç növ qiblə var: Ərzurum tərəfdə cənubdan qərb istiqamətinə, orta hissədə kompas birbaşa Məkkəni göstərir, Aralıq dənizi sahillərində yaşayanlar isə qibləni tapmaq üçün cənubdan şərq istiqamətinə doğru dönürlər.

Həmzə Zal Xoca
Araşdırmaçı-yazar

Analoq.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu