• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Qubad İbadoğlu xəbərdarlıq edir: "Bank sektoru çökə bilər"

  • Tarix: 10.02.2016, 20:54,
  • Bölmə: Araşdırma
  • Baxılıb: 5426
Qubad İbadoğlu xəbərdarlıq edir: "Bank sektoru çökə bilər" Qubad İbadoğlu xəbərdarlıq edir: "Bank sektoru çökə bilər" Qubad İbadoğlu xəbərdarlıq edir: "Bank sektoru çökə bilər"
İqtisadçı-alim Qubad İbadoğlu xarici valyuta ilə olan kreditlər haqqında öz sosial şəbəkə hesabından fikirlərini bildirib. Qubad İbadoğlu ötən il ərzində xarici valyuta ilə olan problemli borclar 500 milyon manat artdığına diqqət çəkib. İqtisadçı-alim onuda qeyd edib ki, "Hökümət təcili tədbirlər görməzsə bu problem bütövlükdə bank sektorunu batıra bilər."Mərkəzi Bankın açıqladıığı son məlumata görə, bu ilin əvvəlinə iqtisadiyyata cəmi kredit qoyuluşunda vaxtı keçmiş problemli kreditlərin ümumi məbləği 1,5 milyard manatı ötüb ki, onun da 55,7 faizini manatla, 44,3 faizini isə valyuta ilə olan kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin əvvəlində bu göstərici 80 faizin 20 faizə nisbətində böyük üstünlüklə manatın xeyrinə idi. Problem borcların valyuta növləri üzrə struktur təhlili göstərir ki, ümumi həcmdə il ərzində baş verən 50 faizlik artımda valyuta ilə olan problemli borcların payı 95 faizdən çoxdur. Göründüyü kimi 1 il ərzində valyuta ilə olan problemi borcların həcmi 500 milyon manatadək artıb. Təbii ki, bunun başlıca səbəbi il ərzində manatın 2 dəfə devalvasiyası nəticəsində dəyərini 100 faizdən çox itirməsinə görə, banklara valyuta ilə borcları olan müştərilərin kredit faizlərindən əlavə məzənnə fərqinə görə 2 dəfədən çox əlavə itkilərə məruz qalmasıdır. Əgər xarici valyuta ilə olan borclar problemi həll olunmazsa son nəticədə bu səbəbdən problemli kreditlərin cəmi kreditlərdə payı kəskin arta və bu bütövlükdə bank sektorunun ziyanının çoxalmasına və maliyyə mötəbərliliyinin azalmasına gətirib çıxara bilər. Odur ki, bir daha yaranmış vəziyyətin fəalkətli hala keçməməsi üçün bu problemi diqqətə gətirir, onun neqativ təsirlərini əvvəlcədən qiymətlərndiməklə höküməti təcili tədbirlər görməyə çağırıram. Əks tədqirdə bu problem bütövlükdə bank sektorunu batıra bilər və onun sosial fəsadları daha da kəskinləşə bilər.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV