• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

Milli Qəhrəmanlarımız OTAQQAYA, QANLI KARVAN və bir də...

  • Tarix: 11.07.2016, 16:24,
  • Bölmə: Araşdırma
  • Baxılıb: 5418
Milli Qəhrəmanlarımız OTAQQAYA, QANLI KARVAN  və bir də... Milli Qəhrəmanlarımız OTAQQAYA, QANLI KARVAN  və bir də... -Allloo, redaksiyadı?
-Bəli!
-Zərdaba cavab verin.
-Bəli, bəli, Kəlbəcər “Yenilik” qəzeti redaksiyasından Məhəmməd Nərimanoğlu eşidir!
-Sizdən bir xahiş edim. Qəzetinizdə şəhidlərdən material verirsiniz, köməyinizi əsirgəməyin. Bizə Şahlar Əvəz oğlu Şükürov haqqında fakt lazımdır. Eşitmisinizmi, Şahlara Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib?!
-Bəli, eşitmişik. Amma başa düşmədim, Şahlar haqqında faktı neynirsiz?! Şahlar Kəlbəcərin şəhididir. Burda doğulub boya-başa çatıb. Burda da...
Bu telefon söhbəti 1992-ci ilin noyabr ayında oldu. Bu o vaxtlar idi ki, Azərbaycanımızın aranı da, dağı da qan dəryasında boğulurdu. Nəinki Qarabağda, Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında vəziyyət olduqca gərgin idi. Zərdabdan zəng vurub Şahlar haqqında material istəyən həmkarıma göndərdiyim materialın gedib çatmasına isə o qədər də güman yox idi. Çünki Kəlbəcərin aran ellərlə əlaqəsi yaxşı deyildi. Qanımız bahasına açdığımız Tərtər-Kəlbəcər magistral yolunda yenə tez-tez təxribatlar törədilir, qanlar axıdılırdı. Ona görə də mən Zərdaba göndərdiyim materialı – 1990-cı ilin 11 iyul tarixində Otaqqayada olan o qanlı əməliyyat zamanı karvanımızın qana bələnməsi barədə yazımı bura əlavə edirəm.
Karvan qana bələndi.
-Nə vaxt, harada?
-Oxuyun, yadda saxlayın: 11 iyul 1990-cı il, Otaqqaya.
Kəlbəcərin Ermənistanla sərhədləri boyunca silahlı erməni quldurları özlərinin bədnam niyyətlərini açıq-açığına həyata keçirməyə başlayırdılar. Bir mərkəzdən idarə olunan qanlı əməliyyatlar Kəlbəcərin Böyük Alagöllər, Söyüdlü, Dikyurd yaylaqlarında da eyni vaxtda başlamışdı. Dikyurdda bir saatadək davam edən atışmanın səsi Kəlbəcərin mərkəzində eşidilir və körpələri vahiməyə salırdı. Ağdərənin ərazisində, Otaqqaya adlanan yerdəki gülləbaran isə bu “əməliyyatların” ən dəhşətlisi oldu.
Asfalt yol ermənilər tərəfindən əvvəlcədən minalanmışdı. Bolqarıstanda istehsal olunmuş radio-rabitə qurğuları ilə quldurlar bir-birinə xəbər vermişdilər ki, Yevlax, Bərdə, Tərtərdən... Kəlbəcərə gedən maşın karvanı saat neçədə, harada dayandırılacaq. Məqsəd aydın idi: yol kəsilsin, karvanın qabağı dayandırıldıqdan sonra Otaqqayaya qoyulmuş partlayıcı maddə partladılmaqla, bütünlüklə karvan məhv edilsin.
Amma karvanın önündə vaxtı bir az qabaqlayıb irəliləyən “UAZ”la “NİVA” quldurların planlarını alt-üst elədi. Ona görə də bir neçə istiqamətdən hədəfə alındılar. Şahlar sürücüyə əmr vermişdi: “Saxlama, sən sür! Yolu biz açmalıyıq. Qanımız-canımız bahasına ols da! Sürücü yaralansa da “NİVA”nı saxlamadığı üçün yol kəsilmədi...
Həmin maşındakılar Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya gəlmiş, sonradan bütün Azərbaycanın oğlu kimi sevilən, Zərdab Rayon Daxili İşlər Şöbəsinin rəis müavini, polis (milis) mayoru Şahlar Əvəz oğlu Şükürov və Dədə Şəmşirin qaragöz adlandırdığı qızı Çimnaz xanım idi.
Həmin karvanı salamat keçirmək üçün avtobuslara dörd əsgər də götürmüşdülər. Avtobusun birinin sağ yanındakı pəncərədən keçən gülə əsgərin birini yerindəcə keçirdi. Bundan sonra müşayiətçi əsgərlər atəş açmağa başladılar.
O gün Şahlar və Çimnazla birlikdə uzaq Rusiyanın Kemerov şəhərindən olan sıravi əsgər Sergey Mezentsev də şəhid oldu.
Bu,həmin qanlı əməliyyatın çox qısa tarixçəsidir. O əməliyyatın ki, orada Şahlar olub. O əməliyyat ki, onda Şahların balaları ata yolu gözləyiblər. Ataları gəlməyinə gəlib, lakin onları qucağına alıb oxşaya bilməyib. Atanı “oxşayıblar” və onu balalarından ayırıb, özündən və balalarından çox istədiyi Vətən torpağına tapşırıblar...
Ürəkdən gələn səslər, dağlardan qopan ahlar
Şahlar haqqında yazmağa başlayanda kimi dindirirdim, bir dastan danışırdı onun mərdliyindən, səxavətindən, alicənablığından, təəssübkeşliyindən, insanpərvərliyindən, Ana yurdu Azərbaycanı varlığı qədər sevməyindən, doğma Kəlbəcərini qorumaq üçün bütün varlığıyla çalışmağından, hər şeyə hazır olmağından...
Ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi kəlbəcərliləri çox sevindirirdi. Şahlar Şükürovun son kəlmələrindən: “... Qoy bu qara şərin qara dumanı ayazısın Vətənimizin başı üstündən, onda yağılarla üzbəüz döyüşlərdə qəhrəmanlıq üminəsi göstərəcək oğulları xalqımız yaxından tanıyacaq! Şəhidlik zirvəsinə ucalanlar Vətənə layiq oğullardır. Hiyləgər düşmən aman vermədi ki, onunla üzbəüz gələk!”...
Bu, Şahların Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında pıçıldadığı son kəlmələrdən idi. Şahların dəfn mərasimində nəinki insanlar, sanki dağ-daş da dilə gəlmişdi. Bircə atası Əvəz Şükürovdan savayı. Daim qürur simvoliu kimi görünən bu dağdan ağır kişi oğul vermişdi Vətənə! Elə bir oğul ki, “oğul deyirəm sənə”... Azərbaycan xalqı onu qəhrəman kimi yola salırdı əbədiyyətə. Yox, yox! Şahlar Şükürov xalqının qəhrəmanı kimi köçürdü ürəklərə!..
Ey Vətən şəhidləri, dağ qartalları! Sizi nə tarix, nə ana yurdunuz, nə də özünüzdən sonra qalan ömrünüzü yaşadacaq balalarınız unutmayacaq. Qəhrəmanlıqlarınız haqqında, özünüzə layiq dastanlar yaranacaq!
Zirvədə qalan ömür, yaxud
“gəl, gəl, a qaragöz balam”
Otaqqayada böyülk bir karvanı qanlı terrrordan qurtaran “NİVA”da şəhid olan Çimnaz Şəmşir qızı İsmayılovanı da son mənzilə yola salan el qara geyinmişdi o gün.Kəlbəcərdə yeni salınan Şəhidlər xiyabanının ilk sakinləri ağdabanlılar idi.
...Dağların sazlı-sözlü ağsaqqalı olan Dədə Şəmşirin oylağında hər yan qara geyinmişdi. Bir qara karvan da bu qapqara dünyada Ağdabana üz tütmuşdu.
Karvan qana bələnən gün ilk dəfə düşmən gülləsi Dədənin balasına tuş gəlmişdi. Balalarına çatmağa macal verməmiş, yolun yarısında haqlamışdı onu. İlk dəfə şəhid olan bu karvanın arxasınca el-oba axışırdı, Dədə Şəmşirin dədəsiz yurduna başsağlığı vermək üçün. Balanı ataya tapşırmaq üçün tələsirdilər. Analı dünyadan atalı dünyaya köç edirdi. Çimnaz yamanca darıxırmış. Ata həsrətinə dözümü yox imiş. İşə bax ey, bu dünyada anasız qoyduğu balaları ilə son dəfə görüşməmiş gedirdi. Gedirdi ki, giley eləsin bu dünyada gördüyü haqsızlıqlardan, Kəlbəcərin yollarının, kəlbəcərlilərin talelərinin bağlılığından - ağrı-acılardan. Gedirdi ki, anasız qoyub getdiyi balalarının sabah başlarına nələr gələcəyini öyrənsin Dədədən...
Məhəmməd NƏRİMANOĞLUскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV