Misir fironlarının və avropalıların əcdadları harada yaşayıb?-Maraqlıdır



Yüzə yaxın Misir mumiyasının DNK analizi alimləri şoka salıb.

"Ölkə.Az" xəbər verir ki, analizin nəticələrinə əsasən qədim misirlilər Afrikalı deyilmişlər.

Maks Pank və Tyubingen universitetlərinin alman alimləri yaşı 3500-1500 olan 90 Misir mumiyasını hissə-hissə bərpa ediblər. Sonra isə DNK analizi ediblər. Alınan nəticəyə əsasən qədim misirlilər afrikalı deyillər.

Onlardan bəzisi türk, bəziləri isə cənubi Avropadan çıxma insanlardır. O ərazilərdə indi İsrail, İordaniya, Suriya, Livan,Gürcüstan və Abxaziya yerləşir.

Bir müddət əvvəl Sürixdə yerləşən iGENEA genetik mərkəzinin bioloqları da anoloji araşdırma aparıblar. Onlar qədim bir mumiyanı genetik analiz ediblər.

Amma bu Tutanhamonun meyiti olub. Fironun sol çiyin və sol ayağından sümük parçası götürülüb və DNK analizi aparılıb.

Mərkəzin mütəxəssisləri fironun genləri ilə müasir avropalıların genlərini müqayisə ediblər. Məlum olub ki, onların bir çoxu Tutanhamonun qohumlarıdır.

Avropalı kişilərin demək olar ki, yarısı eyni genləri daşıyırlar. İspaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə bu faiz nisbəti 60-70 % təşkil edir.

DNK-ları nəsildən nəsilə dəyişilmədən ötürən haploqruplarla müqayisə ediblər. Fironun qohumları R1b1a2 haploqrupuna məxsus olduğu üzə çıxıb.

Alimlər bildiriblər ki, bu haploqrup müasir misirlilərdə nadir hallarda görünür. Misirin cəmi 1 faizi bu genin daşıyıcılarıdır.

İsveçrəlilərin və almanların genetik tədqiqatı sübut edib ki, müasir misirlilərin fironların nəslindən gəlmir.

Müasir misirlilərin qədim fironlarla ortaq heç bir şeyi yoxdur.

Alimlərin qənaətinə görə, Misir fironlarının və avropalıların əcdadı 9.500 il əvvəl Qafqazda yaşayıb.

7 min il əvvəl onun törəmələri Avropaya yayılıb. Bəziləri Misirə köçüb və fironlar səltənətini qurub.

Tutanhamonun ulu babasından başlayaraq, bütün fironlar qafqazlıdır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi