

Onun sözlərinə görə, uşaqların hüquqları pozulmursa, təhsildən yayınma və sağlamlığına zərər vurma faktı yoxdursa, uşaqların dini mərasimlərdə iştirakına icazə verilir: “Lakin sağlamlığa zərər vuran hərəkətlərin edilməsi, qan tökülməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır”.
Şöbə müdiri qeyd edib ki, son illərdə Azərbaycanda azyaşlıların dini mərasimlərdə iştirakı ilə bağlı problemli məsələlər qaldırılmayıb: “Məsələ ilə əlaqədar zərərçəkən uşaqlar qeydiyyata alınmayıb. Dini mərasimlərdə iştirak zamanı uşağa qarşı zorakılıq faktı törədilərsə, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılması mümkündür”
Analoq.az