Bizi izləməyi unutmayın

#Araşdırma

Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadə etməsi qadağan oluna bilər

11-03-2016, 03:01 | 5282 dəfə baxılıb.

Məktəblərdə  şagirdlərin mobil telefonlardan istifadə etməsi qadağan oluna bilər
"Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Uşaq məktəbə girəndən sonra mobil telefonlar yığılmalı, xüsusi otaqda müvafiq qaydada təhvil verilməlidir. Dərslərdən sonra isə valideyn özü bilər, necə istəsə, uşağa telefondan istifadəyə icazə verər".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional, eyni zamanda Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayev bəzi məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulmasına münasibət bildirərkən deyib.
Məktəblərdə  şagirdlərin mobil telefonlardan istifadə etməsi qadağan oluna bilər
Millət vəkilinin sözlərinə görə, uşaqların mobil telefon gəzdirməsi, şagirdlərin telefondan istifadə etməsi o qədər də pis şey deyil. Çünki bu, bir-birilə xəbərləşmək, ailə ilə əlaqə saxlamaq, nigaranlığın olmaması üçündür: "Bəzən elə olur ki, uşaq müəyyən çətinliyə düşür, ya narahat olur, ya da valideyn uşağından nəyəsə görə nigaran qalır. Ona görə də valideyn 2-3 saatdan bir uşağına zəng edib ondan hal-əhval soruşa bilər. Bəzən də olur ki, məktəbdə elə hadisələr baş verir ki, uşaq ondan sarsıntı keçirir. Ancaq uşağın telefonu müntəzəm olaraq üstündə gəzdirməsi və daim onu açıq saxlamasını qəbul etmirəm. Bu, düzgün deyil. Çünki elə uşaqlar var ki, bütün günü dərs boyu vaxtını telefonlarla keçirir, internetə girir, müxtəlif oyunlar oynayır, dərs də yaddan çıxır".
Ona görə də T.Rzayev bəzi məktəblərdə mobil telefonlardan istifadəyə müəyyən qadağa qoyulmasını düzgün hesab edir: "Yaxşı olar ki, üstündə telefonu olan uşaqlar məktəbə girəndə ailələrinə xəbər versinlər ki, məktəbə çatıblar. Sonra isə kimdə mobil telefon varsa, yığılıb bir otağa qoyulsun. Dərsdən evə qayıdanda isə telefon yenidən uşağa qaytarılsın. Əgər nəsə vacib hadisə olarsa və ya uşaq özünü narahat hiss edərsə, o zaman ya ona telefonunu müvəqqəti olaraq götürüb evinə zəng etməyə icazə verilsin, ya da həmin otağın nəzarətçisi valideynə zəng edib bildirsin ki, uşağın hansısa narahatlığı var. Amma uşağın telefonu daim üstündə gəzdirməsini qəbul etmirəm".
Millət vəkili təkcə ağıllı telefonlara deyil, adi telefonların da daimi istifadəsinə icazə verilməsinin əleyhinədir: "Çünki uşaq psixologiyası belədir ki, əgər onda hansısa cihaz olsa, onun diqqəti mütləq yayınacaq. Bəzən evdə də olanda əgər əlindən alınmasa, uşaqlar saatlarla telefonda oyun oynayır, internetdə lazım olmayan yerlərə girir, lazım olmayan xəbərləri oxuyurlar. Şəxsən mənim təklifim odur ki, uşaqlar mobil telefonlardan kənar tutulmalı, məktəbə daxil olandan sonra yalnız təhsillə, dərsləri ilə məşğul olmalıdırlar".

Qeyd edək ki, bir neçə gün öncə Bakının Binəqədi rayonu 182 saylı məktəbin direktoru yuxarı sinif şagirdlərinə məktəbdə mobil telefonlardan istifadə etmələrinə qadağa qoyub.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

Kimlər daha " WhatsApp" dan istifadə edə bilməyəcəklər?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Uşaqlarımızı ürək qüsurundan necə qoruyaq?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının