• 18:00 – Görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb 
  • 14:30 – Əli Mirəliyev:"Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar..." 
  • 13:00 – ABŞ-ı həyacanlandıran silah 
  • 11:00 – Vyetnam prezidenti vəfat edib 
  • 10:00 – Mehriban Əliyeva NATO baş katibinin müavini ilə görüşüb 
  • 21:00 – Vüsal Əliyev məndən 1300 dollar aldı qaytarmadı-Efirə çıxan tamaşaçı 
  • 13:30 – Galenvagen” “protiv” gedir, Binəqədi polisi inkar edir 
  • 11:53 – Təhsil üzrə ekspert:"Xocalı soyqrımı günü hər yerdə şıdırğı alver gedirdi" 

QURBANLIQ HAQQINDA-Sultan Mərzili yazır

  • Tarix: 24.08.2018, 19:05,
  • Bölmə: Araşdırma
  • Baxılıb: 556
QURBANLIQ HAQQINDA-Sultan Mərzili yazır QURBANLIQ HAQQINDA-Sultan Mərzili yazır
Qurban vermək bir ac sərçəyə dən verməkdən başlayaraq el üçün məktəb-mədrəsə tikməyə, gözəl və xeyirxah işlər görməyə, kasıba, yetimə, köməksizə əl tutmağa, istedada cığır açmağa, malını, canını vətən, millət, dövlət üçün, nəhayətdə Allah üçün Mübarizlər kimi əsirgəməməkdi!

Şübhəsiz ki hər bir aadət-ənən kimi qurbanlığın da sirləri çoxdur, zahiri və batini sirləri var. Ən əski zamanlardan gələn, əksər dünya xalqlarında olmuş bu adət, insan qurbanlarının heyvan qurbanlığına keşməkdən, yəni vəhşilikdən mədəniyyətə, barbarlıqdan sivilizasiyaya tərəf atılan mühüm bir addım olmuşdur. Zamanla təkmilləşmiş ritual halına düşmüşdür.

Bunun dini, elmi, ezotürik, mifik və s. köklərini, yaranma səbəblərini bir yana qoyaraq, günümüzdə bu adətə əməl olunmğın bəzi şərtlərini xtırladaq. Qurbanlıq cütdırnaqlı və gövşək gətirən heyvanların yaşı birdən az olmamaqla erkək cinsindən seçilməlidir. İri buynuzlu, yaxud xırda buynuzlu heyvnlardan imkanı olanlar, yaxud imkanı az olduqda bir neçə nəfərlə şərik olmaqla bu ayini yerinə yetorə bilərlər.

Bəzən sual yaranır ki niyə qurbanlıq mütləq erkək heyvan, həm də bir yaşından az olmamalıdır?!

Bu adətləri yaradan babaların, texnologiya baxımından, elm baxımından bizim qədər təhsilləri, savadları, və s. olmasa da onların böyük bir praktikası, düşünə bilən ağsaqqalları, fitri istedadlı müdrik insanları mütləq var imiş. Deməli, qurbanlıq da seçəndə nəsə bir əsasları olmalı idi. İndi o əsaslara diqqət edək! Nəyə görə qrbanlıq heyvanın mütləq erkək cinsindən və 1 yaşdan az olmayaraq, niyə?! Bir yaşdan az və dişi olsa nə olasıdır ki?!

Bunun səbəbləri: Əsas nəsil artıran, doğan törəyən dişi cinsidir, o qorunmalıdır. Dişi heyvan kəsilərkən döllü də ola bilər, yəni qurbanlıqda hələ dünyaya gəlməmiş bir canlı da məhv ola bilərdi. Erkək heyvan da heç olmasa 1 yaşına çatmalıdır ki həyatını az-çox yaşamış olsun.

Qurbanlıq kəsilən heyvan ac, susuz olmamalıdır, duzdan ehtiyacı olmamalıdır. Yəni, qarşısına ot, su, duz qoyulur, heyvan yeyib-içib doyur, bir də onu kəsməkdən əvvəl dua oxunur ki: ey Allahın heyvanı, biz səni zərurət üzündən Allah yolunda kəsirik, haqqını bizə halal et, üzrümüzü qəbul et! Sonra “Bisimillah!” kəlməsi, ilə yəni uca yaradanın adını çəkmələ, onun razılığı ilə, qoyduğu şərtlərə əməl olunmaqla və olunacağı vədi ilə kəsilir.

Heyvanı kəsən qəssab usta olmalı, bıçağı iti olmaldır ki kəsiləndə qorxutmasın, çox ağrıtmasın, incitməsin. Heyvan kəsilən zaman onu kəsəiləcək qurbanlar görməməlidir,ayıca yerdə kəsilməlidir. və s.və i.

Qurbanlıq qədr üçündür, qarın üçün deyil.
Kainatı Yaradanın bizə və bizim hədiyyələrmizə, qurbanlarımza ehtiyacı yoxdur, bizim Ona ehtiyacımız var. Etdiyimiz qurbanlar da elə ehtiyacı olanlar üçün ehsan etməkdir. Hər kəs öz imkanı və bacarığı dairəsində nəsə edirsə, ondan gözəl heç nə ola bilməz!

Amma mən düz 25 ildir hələ də özümü İbrahımin kor bıçağını sürtdüyü, amma hələ boğazını üzə bilmədiyi əli-qolu bağlı oğlu kimi köməksiz, daş üzərində uzanmış İsmayıl kimi hiss edirəm!
Kaş ki bizə də Qələbə günü yetişsin, qurbanlıq üçün Qoçumuz gəlsin!
Allah qurbanlarımızı qəbul etsin!..

***
Bəlkə bir çəməndə bitən gül oldum,
Qəlbimin kül altda odumu qalmış?!
Səməndər quşutək yanıb kül oldum,
Yenidən dirilmək umudu qalmış...

Nə peyğəmbər eylə, nə də mələk bil,
Tanrm, imtahana çəkmə gəl məni.
Adi bir insanam, günahkar, xəcil,
Düzüb-qoşa bilsəm iki kəlməni.

Göstər möcüüzəni, göstər sirrini,
Yaşamaq deyilən görək nə imiş?!
Boşalt ürəyimdə qalan şeirimi
Ömür bir söz imiş, əfsanə imi...

Daş edə bilmədim mən öz qəlbimi.
Bilsəm də hardandır bəla başıma.
Tanrım, səndən ötrü, İbrahim kimi,
Necə bıçaq çkm, bala başına?!

08., 2018, Moskva,
Sultan Mərzili
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV