Bizi izləməyi unutmayın

#Araşdırma

Erməni xislətinin ifşasına həsr olunmuş əsərlə bağlı düşüncələr

26-10-2018, 12:50 | 1152 dəfə baxılıb.

Ədəbiyyatşünaslığa aid də dəyərli əsərləri ilə tanınan prof. Buludxan Əziz oğlu Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” (Bakı-2018) əsəri elmi ictimaiyyətin – filoloq alimlərin, ədəbiyyatşünaslıq elminin müxtəlif bölmələri ilə bağlı araşdırmalar aparan dissertantların, doktorantların, filologiya fakültəsinin bakalavr, magistratura pillələrində təhsil alan tələbələrin və oxucuların böyük elmi marağına səbəb olan, yüksək elmi-metodiki səviyyədə apardığı axtarışlarının uğurlu tapıntısıdır. Bu möhtəşəm və maraqlı kitab çox aktual mövzuya – sağlam ruhlu, yüksək mənəviyyatlı insanlarda güclü ikrah, böyük nifrət hissi oyadan, alovlandıran iyrənc erməni xislətinin, terrorunun, oğurluğunun kəskin öldürücü ifşasını vermək üçün yazılmışdır. Məzmunca bitkin, vətənpərvərlik hissi ilə dol-ğun, müəllifin yetkin ədəbi-nəzəri düşüncələrinin uğurlu göstəricisi statusunu qazanan, bu kitabı ictimai həyatın güzgüsü funksiyasını yerinə yetirə bilən dəyərli, möhtəşəm yaradıcılıq tapıntısı adlandırıla bilər.

Aktuallığını heç zaman itirməyəcək əbədi yaşamaq hüququ qazanmış əsər müəllifin erməni məsələsi ilə bağlı işlənən, yazılan mövzularda bədii, elmi qaynaqların təşəkkül tarixi və təkamül mərhələləri barədə bilgisini əks etdirir. Buna görə də tədqiqatçının erməni xisləti ilə bağlı ədəbi düşüncələri onun kitabından əvvəl çapdan çıxmış əsərlərdə irəli sürülən fikirlərdən özəlliyinə, orijinallığına görə fərqlənir. Belə ki, Buludxan Xəlilov birbaşa ilk qaynaqlara, onlarda verilən obrazların nitqinə, danışıqlarına söykənərək, türksoylu xalqların, xüsusən, Azərbaycanlıların düşmənləri kimi tanınan erməniləri daha təbii, daha əyani və daha inandırıcı ifşa etmişdir.

O, ermənilərin riyakarlığını, ikiüzlülüyünü, qorxaqlığını, böhtançı, milli ədavətin qızışdırıcısı olduqlarını, maddi, mənəvi sərvətlərimizi oğurlamaq, talamaq üçün “dəridən-qabıqdan çıxdıqlarını”, şeytanlıqlarını, hiyləgərliklərini, öz xeyirlərinə başqalarına yaltaqlanmaq, yarınmaq yolunda mincür oyundan çıxdıqlarını, xəyanətkarlıqlarını, xarakterlərini yaxşı bilən mürtəce qüvvələrin öz çirkin məqsədlərini həyata keçirməkdən ötrü onları tarixən türklərin, Azərbaycanlıların doğma torpaqlarına, Vətənlərinə gətirib yerləşdirdiklərini ədəbi-bədii qaynaqlardan – Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin bədii əsərlərindən istifadə etməklə tədqiq etmişdir. Bizcə, erməni xislətinin mahiyyətini açması, onu bütün çılpaqlığı, aydınlığı ilə üzə çıxarması, ifşa həddini dəqiq, düzgün təyin etməsi, müəyyənləşdirməsi prof. Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” (Bakı – 2018) kitabının başlıca fərqləndirici əlaməti adlandırıla bilər.

Onun haqqında söhbət açdığımız kitabını xalqını, Vətənini sevən ziyalıları daim düşündürən, onları ehtiyatlı, ayıq olmağa çağıran, haqq-ədalət uğrunda mübarizəyə səsləyən, həyat həqiqətlərini konkret, yığcam şəkildə dolğun əks etdirən möhtəşəm və dəyərli yaradıcılıq nümunəsi hesab etmək olar. Əsərin möhtəşəmliyi, sanballı olması həcmcə böyüklüyü, çoxcildliyi ilə deyil, onun mövzusunun aktuallığı, ideya-məzmununun dəyərliliyi ilə müəyyən edilir.

Buludxan Xəlilovun göstərilən monoqrafiyasının tutarlı, sanballı yaradıcılıq məhsulu olması, monumentallığı müsbət ədəbi-estetik keyfiyyətləri, xalqın taleyi ilə bağlı məsələləri, həyat həqiqətlərini əks etdirməsində, inandırıcı faktlarla ermənilərin kəskin ifşasını verən kiçik, böyük bədii parçalarının xüsusi maraq doğurmasında, nitqinin zənginliyində, üslubi səlisliyində, məzmunca aydınlığında və dolğunluğundadır. Bütün bunlar əsərin müsbət bədii-estetik keyfiyyətlərinin parlaq göstəriciləri adlandırıla bilər.

Burada xalqımızın düşmənlərinin qəddarlıqlarının, mənəviyyatsızlıqlarının güclü satirik ifşasını hərərəfli genişliyi ilə görə bilirik. Kitabın hər bölməsində ermənilərin qorxaq, böhtançı, talançı, eqoist olmaları, real faktları, həqiqətləri danmaları və s. çirkin əməlləri barədə verilən bilgilər deyilənləri sübut edir.

Araşdırıcı erməni xislətini, məkrini, qorxaqlığını, yaltaqlığını bütün genişliyi ilə oxucuların diqqətinə yönəltmək məqsədi ilə tarixi-ədəbi şəxsiyyətlərin, yəni sağlam ruhlu, dərin düşüncəli və yüksək əqidəli yazıçıların bədii əsərləri üzərində yaradıcılıq axtarışları aparmış, bədii parçaları ideya-məzmun yönümü baxımından qruplaşdırmış, ayrı-ayrı yazıçılara məxsus əsərlərdən seçdiyi bədii parçalarda obrazların milli mənsubiyyətlərinə, xarakterlərinə uyğun nitqlərini, danışıqlarını diqqətə yönəltmiş, ermənilərin fərdi səciyyəli nitqləri, danışıqları ilə onların xislətini parlaq şəkildə üzə çıxarmış, qruplaşdırdığı ədəbi parçaları təhlil etmək yolu ilə öz ədəbi-nəzəri fikir və mülahizələrini yüksək səviyyədə ümumiləşdirə bilmişdir. O, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Cəlil Məmmədquluzadənin “Usta Zeynal”, Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” əsəri Üzeyir Hacıbəylinin “Ordan-burdan” felyetonu, “Yazıq ermənilər”, “Genə yazıq ermənilər”, “A yazıq ermənilər”, “Biz hamımız qafqazlı balalarıyıq”, “Məruzələrimizdən biri”, “Halımıza dair”, “Bir tədbir lazımdır, ya yox” məqalələri, “Məktəb məsələsi və F.A cənabları” felyetonu, Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanı əsasında Azərbaycan ədəbiyyatında erməni xislətinin ümumi ədəbi mənzərəsini yaratmağı bacarmış, öz dəyərli kitabında erməni xislətinin əsl mahiyyətini açmış, ermənilərə qarşı güclü nifrət hissi alovlandırmışdır. Prof. Buludxan Xəlilov Azərbaycan ədəbiyyatı müstəvisində çox aktual mövzunun ədəbi-tənqidi həllinə girişmiş, erməni məsələsi ilə bağlı mövzulara müasir dövrün tələblərinə uyğun yeni baxışla yanaşmağı vacib saymışdır. Ona görə də ayrı-ayrı yazıçıların müxtəlif janrlarda yaratdıqları erməni xislətinə dair əsərlərdə bu məsələyə zamanın tələbləri baxımından yanaşılmasına zəruri ehtiyac duyulduğu vurğulanmışdır.

Azərbaycan ədəbiyyatında xalqımızla ermənilərin münasibətlərinin təhlili verilən ədəbiyyatşünaslığa dair mənbələrlə, dərsliklərlə, elmi tədqiqat əsərləri ilə yaxından tanış olduqda erməni xislətindən söhbət açılmadığı, bu xislətin mahiyyətinə varılmadığı, ermənilərin əsl simalarının, mənəviyyatsızlıqlarının üzə çıxarılmadığı aydınlaşır. Buludxan Xəlilovun kitabının mündəricatı ilə tanışlıq əsərdə araşdırılan, təhlil edilən məsələlər haqqında konkret, dolğun təsəvvür əldə etməyə imkan verir. Bu hissə səh. 3-22-ni əhatə edir.

“Ermənilərin yüzbaşısı Ohanın qorxaqlığı və ikiüzlülüyü”, “Ermənilərin əlindən dincəlmək olmur”, “Ohan yüzbaşı böhtan atır”, “Hacı Qara düz deyirmiş”, “Mirzə Fətəli Axundzadə bunu elə-belə deməzdi” başlıqları aid olduqları mətnlərin məzmunlarına uyğun adlardır. Cümlə şəklində olan adlar da söz, söz birləşməsi formalarında verilmiş başlıqlar kimi, müəyyən hissələrin, kitabın bölmələrinin adları olduqları üçün nominativ funksiyanı yerinə yetirirlər. Belə canlı dil faktları söz, ad, cümlə anlayışlarının linqvistik ifadə görümləri arasında daxili, üzvi bağlılıq oduğunu və bunların dilə məxsus linqvistik qanunauyğunluqdan irəli gəldiyini söyləməyə imkan yaradır.

Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” (Bakı, “Adiloğlu” 2018) kitabını ermənilərin iyrənc xislətini ifşa edən əsərlər sil-siləsindən ən güclüsü, yetkini adlandırmağa tutarlı əsaslarımız vardır.

Əlavə onu deyə bilərik ki, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun istər məqalələrində, istərsə də dərslik və monoqrafiyalarında heç vaxt təqlidə, deyilmiş, söylənilmiş məsələlərə yer verməməsi, həmişə təzə, yeni fikir irəli sürməyə güclü meyl etməsi bu filoloq alimin bənzərsiz, özəl elmi yaradıcılıq üslubunun formalaşması ilə nəticələnmişdir. Onun elmi yaradıcılıq üslubunun ən başlıca özəlliklərindən biri də hansı mövzularda yaradıcılıq işləri aparırsa, birbaşa ilk mənbələrdən, qaynaqlardan bəhrələnməsi, daha çox onlara əsaslanması, inanmasıdır. Bunlar Buludxan Xəlilovun elmi yaradıcılıq üslubunun ən başlıca xarakterik əlaməti, özəlliyidir. O həm də elmi qaynaqlardan yaradıcı şəkildə bəhrələnməyi bacarır.

Belə yaradıcılıq üslubunun daşıyıcısı olduğuna görə tədqiqat predmeti seçdiyi böyük ədəbi tarixi şəxsiyyətlərin konkret yaradıcılıq tapıntıları üzərində axtarışlar aparmış, onları təmkinlə, məqsədyönlü şəkildə, ardıcıllıqla gözdən keçirmiş, həssaslıqla bəhrələndiyi möhtəşəm, inandırıcı qaynaqlardan seçib götürdüyü xarakterik, bədii parçaların məzmunlarını hərtərəfli açmış, ədəbi əsərlərdən verdiyi müxtəlif həcmli bədii mətnləri müasir elmi tələblərə uyğun təhlil etməyi bacarmış, ayrı-ayrı yazıçıların rəngarəng janrlarda yazdıqları bədii materialları nəzəri-filoloji ümumiləşdirmələrlə qruplaşdırmış, bir-birinə həm məzmunca oxşar, həm də fərqli çoxlu ədəbi faktlar əsasında ədəbiyyatın çoxcəhətliliyini əyani formada aşkara çıxarmaq yolu ilə onun doğrudan da “insanşünaslıq”, “həyatın dərs kitabı” adlanmağa yetərincə layiq olduğunu sübuta yetirmişdir.

Buludxan Xəlilov ədəbiyyatın bu çox mühüm, önəmli əlamətini, xüsusiyyətini diqqətə yönəltməklə onun tədqiqat obyekti, tədqiqat predmeti olduğu elmi təlimi, yəni ədəbiyyatşünaslığı gözümüzdə yüksəltmiş, həmin filoloji təlimlə bağlı təsəvvürümüzü daha da genişləndirmiş, dolğunlaşdırmışdır.

Ona görə də ayrı-ayrı yazıçıların erməni xislətinə toxunulan əsərlərinə yenidən baxılmasını, onları zamanın tələblərinə uyğun dəyərləndirməyi məqsədəuyğun bilmişdir.

Prof. Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” (Bakı, “Adiloğlu” 2018) adlı kitabı, “Erməni məsələsi” ədəbiyyat müstəvisində məzmunlu yaradıcılıq nümunələri silsiləsinə aid olması baxımından mövzu, ideya-məzmun yönümündən həmin əsərlərlə səsləşsə də, ədəbiyyatşünaslığın, üslubiyyatın tələblərinə yetərincə cavab verən orijinal üslubda qələmə alınmış, erməni xislətini kəskin, tünd boyalarla ifşa edən bənzərsiz və tamamilə yeni tipli ədəbi-tənqidi yaradıcılıq axtarışlarının uğurlu göstəricisidir. Yorulmaz, həm də zəngin təcrübəli tədqiqatçının bu bənzərsiz yaradıcılıq məhsulunda tarixi gerçəkliklə, bədii həqiqətin ədəbiyyatşünaslıqla onun tədqiqat obyekti, tədqiqat predmeti olan bədii ədəbiyyatın harmoniyası, daxili birliyi, bölünməzliyi prinsipi gözlənilmiş, məkirli ermənilər öz nitqləri, danışıqları ilə ifşa edilmiş, qamçılanmışdır.

Kitabın mündəricatından göründüyü kimi, altı bölümdə, yəni “Mirzə Fətəli Axundzadənin yaradıcılığında erməni məsələsi”, “Cəlil Məmmədquluzadənin yaradıcılığında erməni məsələsi”, “Nəriman Nərimanovun “Bahadır və Sona” romanı: gizli anlar, qaranlıq məqamlar”, “Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsi”, “Üzeyir Hacıbəylinin yaradıcılığında erməni məsələsi”, “Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanı: erməni xisləti, erməni məkri” adlanan bədii parçalarda erməni xisləti anlayışının bütöv leksik mənası, semantik çalarlıqların incəlikləri həmin mənfur varlıqların bütün mənəvi-əxlaqi eybəcərliklərini, daxili şikəstliyini, mənfiliklərlə dolu xəbis xislətini, şeytanlığını çox real, inandırıcı bədii boyalarla oxuculara parlaq və dolğun şəkildə çatdırmaq üçün birbaşa ilkin qaynaqlara – görkəmli, talantlı ədəbi tarixi şəxsiyyətlərin bədii əsərlərinə söykənilmiş, mahir ustalıqla, orijinal yaradıcılıq üslubu ilə bəd əməllərin güclü xarakterik daşıyıcıları statusunu qazanmış ermənilərin – Zori Balayanların, Silva Kaputikyanların, Aqambekyanların “ədəbi təxribatlarına” qarşı bu mükəmməl özəlliyi ilə diqqəti çəkən filoloji yaradıcılıq işində azğın ermənilərin hər birini güclü ifşa etmək məqsədilə fərdi səciyyəli nitqlərindən məharətlə istifadə edilmişdir. Bütün deyilənlər bizə prof.

Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” (Bakı, “Adiloğlu” 2018, 152 səh.) monoqrafiyasını son illərdə Azərbaycan ədəbiyyatşünaslığında erməni xislətinə həsr edilmiş əsərlərin heç birinə bənzəməyən, orijinal üslubda yazılan çox dəyərli yaradıcılıq işi adlandırmağa imkan verir. Müəllifin haqqında danışdığımız kitabı erməni xislətinin ifşasına həsr edilmiş digər əsərlərdən fərqlənir.

Belə ki, Buludxan müəllimin kitabında erməni məsələsi, xisləti tarixi ardıcıllıqla, həm də sistemli şəkildə araşdırılmış, həmişə xalqın maariflənməsi, müxtəlif fəaliyyət sahələrində uğurlar qazanması barədə düşünən tarixi-ədəbi şəxsiyyətlərin birbaşa erməni mövzusunda qələmə aldıqları əsərlərə müraciət edilmiş, onların mənəviyyatsızlığı, ədalətsizlikləri xalqımıza qərəzli, düşmən münasibətləri, xain, paxıl xislətli olmaları, ikiüzlülükləri, başqalarının, daha doğrusu, azərbaycanlıların həyatda əldə etdikləri uğurlardan qəm-qüssəyə batmaları öz daxili və xarici nitqlərində gerçəkləşdirilmişdir.

Buludxan Xəlilov Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin və Yusif Çəmənzəminlinin öz bədii əsərlərində erməni xislətini böyük ustalıqla ifşa etmələrinə dair xarakterik nümunələri xüsusi məharətlə seçmiş, müəyyənləşdirdiyi nümunələr əsasında erməni xislətini bütün mənfi çalarları ilə oxuculara çatdıra bilmiş, həm də bu ustad sənətçilərin yüksək sənətkarlıq qüdrətinin incəliklərini üzə çıxarmağı bacarmışdır.

Kitabda Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılıqlarında ermənilərin xislətini, qorxaqlığı, ikiüzlülüyü, böhtançılıqları, milli ədavəti qızışdırmaları, xalqımıza qarşı düşmənçiliyi, hiyləgərliyi, oğurluqları, başqalarını yamsılamaları, şeytanlığı, çirkin məqsədlərinə çatmaq üçün min dona girmələri, xəyanətkarlıqları, yaşadıqları yerlərə tamamilə uzaq, yad yerlərdən gəlmələri, alçaqlıqları kəskin şəkildə, dərin nifrətlə ifşa olunmuşdur.

Prof. Buludxan Xəlilov birbaşa tədqiqat obyekti, predmeti seçdiyi böyük ədəbi tarixi şəxsiyyətlərin müəyyən, konkret yaradıcılıq tapıntıları üzərində axtarışlar aparmış, onları məqsədyönlü şəkildə ardıcıllıqla gözdən keçirmiş, filoloji həssaslıqla bəhrələndiyi möhtərəm, inandırıcı qaynaqlardan götürdüyü xarakterik, dəyərli bədii parçaları hərtərəfli, dərindən təhlil etmiş, məzmunlarını açmış, ədəbi əsərlərdən seçdiyi mikro və makro bədii mətnlərin müasir tələblərə uyğun filoloji təhlilini verməyi bacarmışdır.

Prof. Buludxan Xəlilov mənfur, yaramaz ermənilərin ədalətsizcəsinə yerləşdirildiyi, doldurulduğu doğma yurdumuzun – Vətənimizin ayrılmaz parçası sayılan Ağbabada doğulub boya-başa çatdığı üçün əksəriyyəti şərəfsizlik statusunun “ləyaqətli” daşıyıcısı kimi tanınan mənfur, cinayətkar ermənilərin törətdikləri qanqaraldan, ürək bulandıran, insanları (xüsusən türksoyluları) sarsıdan, dəhşətə gətirən hadisələri, insanda nifrət hissini oyadan, alovlandıran erməni cinayətlərinin ört-basdır edilməsini, birtərəfli şərh olunduğunu, yaxşı tanıdığı ermənilərin törətdikləri cinayətləri yüksək inandırıcılıqla üzə çıxarmışdır.

Professor Buludxan Xəlilovun ədəbiyyatşünaslığa aid bu möhtəşəm yaradıcılıq nümunəsinin hər bölməsində mənfur ermənilərin xislətinin faktlarla ifşasını görə bilirik. Burada Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi xəsis (Hacı Qara)” əsərində ermənilərin acgözlüyü, tamahkarlıqları, azğınlıqları aralarında gedən ünsiyyət prosesində, canlı danışıqlarında üzə çıxır. Görkəmli klassik yazıçının onları öz danışıqları, ünsiyyət prosesində işlətdikləri sözlərlə ifşa etdiyi satira atəşinə tutduğu göstərilir.

Professor Buludxan Xəlilov Azərbay-can ədəbiyyatının tanınmış, sağlam düşüncəli klassiklərinin erməni xislətini – yəni xalqımızın düşmənlərinin xarakterik mənəvi şikəstliklərini, riyakarlıqlarını, fırıldaqçılıqlarını, hiyləgərliklərini, insana yaraşmayan, əxlaqa zidd hərəkətlərini, qorxaqlıqlarını, qəddarlıqlarını, dələduzluqlarını ifşa etməkdən, mənəvi eybəcər-liklərini əyani şəkildə göstərməkdən, üzə çıxarmaqdan ötrü ən düzgün ifşa etmək yolunu – hər birini danışdırmaqla özləri özlərinin mənəviyyatsızlıqlarını göstər-mək üsulunun doğruluğunu müsbət dəyərləndirmiş, bu yolun daha düzgün və məqsədəuyğun olduğunu diqqətə yönəltmişdir.

Kitabın müəllifinin adı göstərilən əsərdə “Sərgüzəşti mərdi xəsis”də yazıçının Heydər bəyi, Əsgər bəyi və Hacı Qaranı ermənilərlə qarşılaşdırması hadisəsi zamanı ermənilərin kimliyində, xislətində olan başlıca səciyyəvi, xarakterik xüsusiyyətlərin açıldığını diqqətə yetirməsi, əsərdə ermənilərin məlumat toplamaq üsulu ilə namərdlik etməyi bacarmalarını onların yüzbaşısı Ohanın nitqində-danışıqında verməsi tədqiqat-çının (Buludxan Xəlilovun) öz əsərində elmi həllini, təhlilini verdiyi problemə düzgün, obyektiv mövqedən yanaşdığını sübut edir.

Professor Buludxan Xəlilovun Azərbaycan ədəbiyyatında erməni xislətinin ifşasına dair araşdırması bu möv-zuda yazılmış əsərlərdən – məqalə və monoqrafiyalarda tədqiqat obyektinə nəzəri və praktik baxımdan düzgün mövqedən yanaşma üsuluna görə əsaslı şəkildə fərqlənir.

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov monoqra-fiyasında Azərbaycan ədəbiyyatında erməni xislətini konkret ifşa edən ədəbi yaradıcılıq nümunələrində yaradılmış erməni obrazlarının danışıqlarına –nitqlə-rinə söykənərək araşdırdığı mövzunun mahiyyətini aça bilmişdir. Onun kitabının özəlliyi, həmin mövzuda yazılmış digər tədqiqatlardan başlıca fərqi budur.

Erməni obrazlarını təmsil edən yüzbaşı Ohanın özünü ifşa edən nitqinə diqqət yetirək:

“Qoççun Sərkis, qoççun Karapet, qoççun Qəhrəman siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, havaxt deyəcəm, o saat da atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhtəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalı-mızda olun, qorxmayın. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, Allah bilir, hamısını xingəl kimi doğrayacağam”.

Erməni yüzbaşının özü xarakterli insanlara dediyi sözlər onun xalqımıza qarşı pis münasibətini, qəddarlığını, şərəfsiz və yırtıcı bir şəxs olduğunu göstərir.

Buludxan Xəlilovun kitabında erməni xislətinin mahiyyətini bütün incəliklərini üzə çıxarıb, kəskin ifşa etməkdən ötrü Azərbaycan ədəbiyyatının həmişə xalqını xoşbəxt görmək, maarifləndirmək üçün çalışmağı vərdişə çevirmiş qabaqcıl fikirli, uzaq görən, əsl ziyalı səviyyəsinə yüksəlmiş, erməni xislətinin mahiyyətini dərindən bilən və bu mənfur, mənəvi eybəcərliyi nifrətlə, kəskin ifşa edən yazıçılarımızın erməni xislətini satirik planda ifşasını verən əsərlərindən ən xarakterik nümunələr seçilmişdir.

Prof. Buludxan Xəlilov kitabının, daha doğrusu araşdırmasının tədqiqat obyekti və predmeti kimi müəyyənləşdirdiyi, seçdiyi yazıçıların erməni xislətini hərtərəfli ifşa edən əsərlərindən daha məqsədəuyğun olan bədii parçaları həmin ədiblərin xarakterik yaradıcılıq nümunələrinin tarixi ardıcıllıqla sıralanması fonunda vermişdir.

Müəllif ictimai məsələlərə yüksək vətəndaşlıq mövqeyindən yanaşan, xalqının, millətinin azad, xoşbəxt yaşaması üçün bütün gücü, varlığı ilə çalışan haqsızlığa, ədalətsizliyə hədsiz nifrət bəsləyən, sağlam düşüncəli, yüksək əqidəli Azərbaycan yazıçılarının əsərlərində mənfur erməni xislətinə böyük zərbə vurulmasının əlverişli üsulunu, düzgün yolunu faktlarla göstərə bilmişdir.

Buludxan Xəlilov kitabında erməni xislətini kəskin pisləyən, onun başlıca xarakterik əlamətlərini ustalıqla açan, bu mənəvi azara ümumbəşəri nifrət hissi oyatmaq istəyən yazıçılara məxsus bədii materiallara son dərəcə filoloji həssaslıqla yanaşmış, buna görə də müxtəlif başlıqlar altında veriləcək məsələ-lərin düzgün təhlilini, açımını oxucuya çatdırmağı bacarmışdır.

Xarakterik erməni obrazlarının nitqlərini əks etdirən mikro və makro bədii mətnlər geniş informativ yüklü qaynaqlardır. Muğdisi Akop kimdir, kimə və nəyə inanır? “Usta Zeynal” hekayəsində onun ideya-məzmununu açmağa xidmət göstərən həqiqi və ritorik suallardan biridir.

Bədii mətndə Muğdisi Akopun oğlunun gəlməsini gözləməyən, çoxdan bildiyi, tanıdığı qonşuluğundakı Usta Səfər adlı məharətli bənnanı evində tapa bilmədikdən sonra dükan qonşusu Hacı Rəsulun aşağıdakı sözlərinə inanmaq məcburiyyətində qalan bir erməni olduğunu görürük: “Usta Zeynal sözünün üstündə duran möhkəm adamdır; Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır”.

Əsərdə Muğdisi Akopun hərdən bir yarımçıq tavana baxıb Usta Zeynalı yad edən, ancaq onun dini, əqidəsi barədə hec nə deməyən erməni olduğu bildirilir. Professor Buludxan Xəlilov Muğdusi Akopun Usta Zeynalın dini, əqidəsi barədə heç nə deməməsinin izahını verərkən belə suallar irəli sürür. “Bu, Muğdisi Akopun alicənablılığıdır, laqeyidliyidir, biganəliyidir, yoxsa qanmazlığıdır?”. Onun suallara cavabına baxaq: “Bizcə, bunların heç biri deyil.

Erməniyə məxsus olan soyuqqanlılığıdır. Həmin soyuqqanlığın içərisində nələr yoxdur?” Buludxan Xəlilovun fikrincə, onu, yəni soyuqqanlığın içindəkiləri erməninin özündən başqa heç kəs bilməz. Daha doğrusu, erməninin Muğdusi Akopun özü qədər heç kəs bilməz. Tədqiqatçı erməninin çoxbilmişliyini Muğdisi Akopun timsalında məharətlə ümumiləşdirərək erməni xislətinin başlıca xüsusiyyətlərini səciyyələndirmişdir. Muğdisi Akopun Rəsula dediyi sözlərə diqqət yetirək:

“Doğrusu, Hacı, mənim ustalardan gözüm su içmir, qorxuram, işi yarımçıq qoyalar”. Hələ Usta Zeynal Muğdusi Akopun evində təzə-təzə işə başlayanda arvadının ondan bunu soruşduğu diqqətə yetirilir: “Ustalar nə işlədirlər”.

Tədqiqatçının Usta Zeynalın Muğdusi Akopun evində təzə-təzə işə başlayanda arvadının ona əvvəl göstərilən sualı verməsi və Muğdusi Akopun arvadına “ustalardan gözü su içmir; çünki çox yavaş tərpəşirlər” cavabı, Usta Zeynalla Qurban arasındakı boş-boş söhbətlərin işi yubatdığını bilən Muğdusi Akopun “Ay rəhmətlik oğlanları, axı siz buraya işləməyə gəlibsiniz ya davaya? Bəs siz dava eləyəcəksiniz işi kim görəcək?”. Kitabın 39-cu səhifəsində Muğdusi Akopun başqa usta tapa bilmədiyinə görə Usta Zeynalla razılaşması və işin yarımçıq qalacağının da onun üçün gözlənilməz olmaması hissəsi təsadüfiötəri xarakter daşımır. Burada ermənilərin biclikdə, hiyləgərlikdə ustalıqları aydın nəzərə çarpdırılır.

Prof. Buludxan Xəlilovun Azərbaycan ədəbiyyatında erməni xislətini kəskin şəkildə pisləyən bu əsərinin bütün hissələrində ümumxalq məhəbbəti qazanmış yazıçılarımızın əsərlərindəki erməni obrazlarıının nitqlərindən, danışıqlarından mənfur erməni xislətini tutarlı, real faktlarla olduqca satirik bədii boyalarla pisləyən, bu çirkin mənəvi xəstəliyə, eybəcərliyə öldürücü zərbə vuran, çox güclü ədəbi üsul, metod kimi istifadə edilmişdir.

Buludxan Xəlilovun ədəbiyyatşünaslığa aid bu möhtəşəm yaradıcılıq nümunəsinin hər bölməsində mənfur təbiətli ermənilərin xislətini canlı dil faktları ilə ifşa etməsi, adi danışıq sözlərinin əsərin ideyasının, məzmununun açımında həlledici, qüdrətli vasitə olduğunu bütün incəliklərinə qədər anlaya bilməsi , erməni xislətinin çoxcəhətliliyini, mürəkkəbliyini, əsl mahiyyətini çox sadə , ay-dın şəkildə üzə çıxarmaqda sözün – dilin əvəzedilməz böyük və heyrətedici təsir gücünə diqqəti yönəltməsi ilə onların yəni, dilin, dilçiliyin, ədəbiyyatın və ədəbiyyatşünaslığın ən dəyərli, ən çətin, elmi idrakın hüdudlarını aşan problematik məsələləri açmağa qadir olan yeganə vasitə olduğunu sübuta yetirir.

Mürəkkəb məzmunlu, elmi sirlərlə zəngin araşdırmalardan belə qənaətə gəlirik ki, dildən və onun haqqında elmi təlimdən –dilçilikdən yetərincə bəhrələnə bilmək yolu ilə ədəbiyyatın, ədəbiyyatşünaslığın bütün problemlərini həll etmək mümükündür. Elmi şərhi uzun, böyük axtarışlar tələb edən tədqiqat obyektləri yalnız dildə qorunur və gələcək nəsillərə ötürülür. Bütün anlayışlar dilin (onun vasitələrinin) köməyi ilə dərk edilir. Sirlərlə dolu və zəngin olan dil isə yalnız bir elmin – dilçiliyin tədqiqat predmetidir. Buna görə də filoloji araşdırmalarda ən önəmli və aparıcı elm dilçilikdir.

Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” əsərinin materialları üzərində aparılan tədqiqatdan belə nəticəyə gəlirik ki, bütün mürəkkəb xarakterli ictimai, siyasi məsələlər dilin köməyi ilə açılır. Əsərin məzmunu ilə yaxından tanış olanda aydın olur ki, sağlam düşüncəli klassik, eləcə də müasir yazıçılarımız dildən ən möhtərəm, ən inandırıcı qaynaq kimi, bəhrələnməyi məqsədəuyğun saymışlar.

Onlar öz əsərlərində təsvirini verdikləri bütün mənəvi eybəcərlikləri, ictimai bəlaları, ziddiyyətləri – fırıldaqçılığı, riyakarlığı, hiyləgərlikləri, əxlaqsızlıqları, dələduzluğu, azğınlıqları, ziyankarlıqları, qorxaqlığı, qəddarlığı, yalançılığı özündə birləşdirən erməni xislətini, onun rəzalətlərini satirik məzmunlu, müxtəlif janrlı əsərlərində dildən, sözdən bəhrələnmək yolu ilə gerçəkləşdirmiş və ifadə etmişlər.
Buludxan Xəlilovun adı çəkilən araşdırması erməni xislətinin satirik ifşasına həsr olunmuşdur.

Müəllifin bu tədqiqat əsəri özündə həm bədii, həm də elmi sənətkarlığı birləşdirir. O erməni xislətinin kəskin ifşasını verən bədii materialları orijinal, özəl bir üslubda araşdırmış və təhlil etmişdir.

Buludxan Xəlilov klassiklərimizin nəinki Azərbaycanda, hətta beynəlxalq aləmdə mürtəce, mənfur, insanlığa zidd ideologiya kimi formalaşmış erməni xislətini ifşa etməyin praktik əhəmiyyət daşıyan ən düzgün üsulunu tapdıqlarını müəyyənləşdirmiş və Azərbaycan ədəbiyyatında böyük şöhrət qazanmış bu klassik yazıçıların erməni xislətini kəskin nifrətlə, öldürücü satira ilə ifşa etməkdən ötrü sanki vahid bir cəbhədə birləşdiklərini və buna görə də onların erməni xislətini ifşasını verən, onu öldürücü satira atəşinə tutan üslubları eyni ümumi məqsədə xidmət etdiyi üçün sistem xarakter daşıdığını göstərmişdir.

Prof. Buludxan Xəlilovun elmi məharəti, ustalığı ondadır ki, erməni xislətinin ifşasına dair əsərlər yazmış başqa tədqiqatçılardan, ədəbiyyatşünaslardan fərqlənərək Azərbaycan ədəbiyyatında erməni xislətini ifşa etməyin ən başlıca düzgün yolunu, üslubunu taparaq aşkara çıxarmış, bu erməni xislətinin mahiyyətini, onun məkrli, iyrənc xarakterini ifşa edən elmi-satirik üslubun sistem xarakteri daşıdığını konkret faktlar əsasında müəyyən edə bilmişdir.

Ağlabatan, inandırıcı bədii detallara söykənərək eyni ifşa hədəfini seçmiş klassik Azərbaycan yazıçılarının ideya, əqidə birliyini göstərən erməni xislətinin mahiyyətini açmağın, onun insanlığa, əxlaqa düşmən xarakterini, təbiətini göstərməkdən ötrü ən düzgün və faydalı ifşa üsulunu – ermənilərin xislətini öz danışıqları, nitqləri ilə əyani şəkildə üzə çıxartdıqlarını, özləri-özlərini biyabır etdiklərini xalqa, yəni geniş oxucu kütləsinə, eləcə də ədəbi, elmi ictimaiyyətə çatdırmış, bunu Azərbaycan yazıçılarının böyük yaradıcılıq qüdrəti kimi dəyərləndirmişdir.


Erməni xislətinin ifşasına həsr edilmiş əsərlər içərisində ilk dəfə professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” adlı monoqrafiyasında həmin məsələ ermənilərin öz danışıqları ilə özləri-özlərini ifşa etmələri ədəbiyyatşünaslıqda erməni xislətini ifşa edən ən yaxşı üsul adlandırılmışdır.

Yəni Azərbaycan ədəbiyyatında erməni xislətinə həsr edilmiş əsərlərin ilk dəfə sistemli şəkildə tədqiqini gerçəkləşdirən, onu tarixi-xronoloji ardıcıllıqla araşdıran, erməni xislətini kəskin ifşa edən ən əhəmiyyətli, əlverişli bədii üslubu üzə çıxaran və həmin üslubun elmi şərhini ədəbiyyatşünaslıqda verən Buludxan Xəlilov olmuşdur. İndiyədək ədəbiyyat-şünaslıqda heç kim Azərbaycan ədəbiyyatında erməni xislətinin ifşasına dair tarixi prinsip əsasında sistemli şəkildə tədqiqat əsəri yazmamışdır.

Bizcə, dilçi alim, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” (2018) kitabı ədəbiyyatşünaslıq elminə ən dəyərli tövhələrdən biridir. Arzu edirik ki, çox aktual mövzuda yazıldığı nəzərə alınıb, bu monumental, möhtəşəm monoqrafiya xarici dillərə tərcümə edilib, yenidən nəşr olunsun. Belə aktual mövzuda qələmə alınmış əsərlərin geniş dairədə yayılmasına zəruri ehtiyac vardır.

Yusif Yusifov,
filologiya üzrə fəlsəfə doktoru, dosent
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ədəbiyyat / #Araşdırma

Ədəbi-nəzəri fikrin təkamül yolunun tədqiqatçısı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Professora “Şöhrət” ordeni verildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının