Tövrat türklərin "Törə"sindən gəlir-İlahiyyatçının təhlili



"Tövrat" sözü əslində Quranda, ərəbcədə "Tovrah" kimi oxunur. (Ərəb dili qrammatıkasında sondakı 't' hərfi təmərbutə adlanır. Keçid zamanı "t" səsi ilə, duraq vəziyyətdə 'h" səsi ilə oxunur

Qədim türklərin qanunları "Törə" adlanıb. Yəni, qayda, qanun, ürf, adət...

Tövrat - TÖRƏ Allahın insanlığa yolladığı ilk təlimdir, qaydalar toplusudur.

Musa peyğəmbər vasitəsi ilə endirilən bu təlimin yazılı şəkli sonralar dəyişdirilib təhrif edildi.

Ancaq Türk dünyası bu Törəyə sadiq qalaraq onu yazmasalar da həyatda yaşatdılar.

Adətlərimizdə, qədim ənənələrimizdə nəyə aid "olar-olmaz" qaydalar varsa bu Törədir.

Təhrif olunmamış əsl Tövrat, məhz Türkün Törəsidir. Quran ona görə ilk olaraq ərəblərə endi ki, Türklər Törəni (yazılı şəkildə olmasa da) əməli şəkildə həyata tətbiq edirdilər.

Qurana ərəblərin daha çox ehtiyacı var idi. Çünki türk qız uşağını torpağa dəfn etməzdi. Ancaq ərəb bu çirkin işi edirdi.

Türk qadını irz-ismətini qoruya bilirdi, ancaq ərəblərdə qadın bazalarda satılırdı.
Türk tək Tanrıya inanırdı, ərəb isə palçıqdan bütlər düzəldib ona səcdə edirdi.
Türk millətində birlik vardı, ancaq ərəblər bir-birini tayfa davaları ilə qırırdılar.

Allahın məqsədi insanları ayırıb parçalamaq və müxtəlif dinlər göndərib onları üz-üzə qoymaq deyil. Əksinədir əslində məqsəd...

Bütün ilahi qaydalar və səmavi kitablar eyni hədəfə çağırıb orijinal mətndə.

Adəmin, İdrisin, İbrahimin səhifələri indiyə qalmayıb. İbrahim əslən türkdür və Həzrət Muhəmməd də onun oğlu İsmailin nəslindəndir.

Törə, ilkin İlahi nizam qaydaları da məhz İbrahimin Sühufu və Musanın Tövratının həyata tətbiqi qaydasıdır.

Quran isə bütün bu qaydaların ümumi və lakonik rəsmi məcmusudur.

Quranda tənqid edilən millətlər, məhz ilahi qaydaları təhrif edənlər:yəhudilər və ərəblərdir.

Türk milləti haqda heç bir xüsusi göstəriş yoxdur.

Quran ilk öncə ərəbləri hidayət etmək üçün nazil edilib. Bəzi sərt qanunlar da sırf onlar üçündür. Çünki humanist cəzalarla körpəni diri-diri torpağa gömən, heyvanın başını kəsməmiş qol-budunu qoparıb yeyən, qadınları bazarlarda satan vəhşi bir toplumu yumşaq tövsiyyələrlə bu yoldan ayırmaq olmazdı...

Türk xalqlarında isə heç zaman belə çirkin işlər olmayıb, etiqaddan sapma halı da olmayıb.

Farslar atəşə, ərəblər bütə, yəhudilər danaya, hindlillər inəyə, yunanlar heykəllərə səcdə və pərəstiş edəndə Türklər tək və yeganə Xaliqə, Tanrıya sitayiş ediblər.

Bu gün də İslama, həqiqi tövhidə ən saf əməl edən Türk xalqlarıdır. Bu gün əsl İslam türklərin sayəsində yaşayır.

Ərəblər islamı təhrif edərək öz xislətlərinə uyğunlaşdırıb milliləşdiriblər, yəhudilər öz dinlərini etdikləri kimi. Farslar da əski dinlərinin qalıqlarını, atəşpərəst ənənələrini qataraq vur növü islamı çoxtanrılı bir din kimi təqdim edirlər.

Ancaq mötədil islam, əsl ilahi din Türklərdə yaşayır.


Tural İrfan

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Can Viagra 100mg Be Dangerous? Viagra Paris Boutique a vendre levitra en suisse For Sale Amoxicilina On Line Pills Kamagra Australia Mastrcard