Bizi izləməyi unutmayın

#Araşdırma

Həsənəli xan Vəziri- Ənvər Çingizoğlunun araşdırması

28-12-2018, 16:12 | 1562 dəfə baxılıb.

Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün salnaməçisinə çevrilmiş olursan. Bu şəxsiyyətlərdən biri daxili azadlığı, ləyaqəti, comərdliyi, nəcibliyi, yaradıcılığı ilə seçilən Həsənəli xan Vəziri idi.

Gəlin əvvəlcə Həsənəli xan Vəzirinin soy-kökünə nəzər salaq. Onun ulu babası Mehrəli bəy Seyid Məhəmməd ağa oğlu Bərdənin Zümürxaç kəndindən olub. Savadlı, sayılan şəxslərdən imiş. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir onu kiçik qızı Gövhərbəyim ağaya lələ təyin etmişdi. Mehrəli bəyin əmisi Mirzə Əliməhəmməd ağa Sofuoğlu da xanın vəziri idi. Ona görə də Vəzirov soyadını daşıyırdılar. Lələ Mehrəli bəy 1822-ci ildə Mehdiqulu xanla bərabər İrana qaçır. Şahzadə Abbas mirzə ona xan ünvanı verib, mühacirlərdən ibarət atlı qoşuna sərkərdə təyin edir. Qərəz, Mehrəli bəyin Lütfəli bəy, Lütfəli bəyin isə Musa xan adlı oğlu vardı.

Musa xanın dördüncü oğlu Həsənəli xan 21 fevral 1890-cı ildə Tehran şəhərində anadan olmuşdu. 1899-cu ildə Rəssamlıq məktəbinə girmişdi. Bu məktəb "Kamaleh" adlanırdı. Məktəbin direktoru Mürtəzaqulu xan idi. Burda incəsənəti, rəssamlığı öyrənmişdi. Sonra 1901-ci ildə İran Kazak diviziyasının nəzdindəki Hərbi məktəbə daxil olmuşdu. Burda hərb sənəti ilə bərabər rus və fransız dillərinə də bələd olmuşdu. 1908-ci ildə Hərbi məktəbi naib (leytenant) rütbəsi ilə bitirmişdi. Sonra o dövrün prestij təhsil ocaqlarından olan Müqəddəs Lui məktəbinə daxil olmuşdu. 1909-cu ildə həmin məktəbi də tamamlamışdı. Qacarlar ordusunda hərbi xidmətini davam etdirmişdi. 1910-cu ildə vaxtından əvvəl ona sərhəng (polkovnik) rütbəsi verilmişdi.

Həsənəli xan Vəziri daha çox rəssamlığa meyl edirdi. Hərbi xidmətdə olanda da şlem, əsgər və gözünə görünəni çəkirdi. Daha dözməyib, hərbi xidmətdən ayrılmalı oldu. Ənənəyə dönüklüyü ailədə qınağa səbəb oldu.

Həsənəli xan Vəziri Baharıstan meydanındakı Nigarıstan bağından cənubda yerləşən İncəsənət məktəbinə yazıldı. Məktəbin direktoru, məşhur rəssam Kamalülmülk (1847-1940) onun işləri ilə tanış olduqdan sonra tələbələri sırasına qəbul etdi.

Həsənəli xan Vəziri 1912-ci ildə İncəsənət məktəbini bitirdi.

Həsənəli xan Vəziri I Dünya müharibəsini pisləyən silsilə şeirlər yazdı.

Həsənəli xan Vəziri 24 oktyabr 1918-ci ildə İncəsənət məktəbinə müəllim götürüldü.

Həsənəli xan Vəziri 24 iyul 1920-ci ildə Mədəniyyət nazirliyinin əmri ilə İran təsviri incəsənət sahəsinin müdir-məsulu təyin edildi. Həmin ilin dekabr ayının 2-də sevimli müəlliminin yerinə direktor vəzifəsinə göndərildi.

Həsənəli xan Vəziri 1924-cü ildən başlayaraq iki il ərzində qardaşının "Musiqi klubu"nda rəngkarlıq dərsləri təşkil etdi.

1927-ci ildə Pəhləvilər dövlətinin din və etiqad nazirinin sabotajı və büdcə kəmliyi nəticəsində İncəsənət məktəbində dərslər azaldı. Kamalülmülk istefa verib, məktəbdən uzaqlaşdı. Həsənəli xan qardaşı Əlinağı xanın yeni açdığı Musiqi klubuna yönəldi.

Həsənəli xan Vəziri 1928-cü ildə Musiqi klubunda ilk sərgisini açdı. Klubda baş verən yanğında onun yüzdən çox əsəri məhv oldu.

Kamalülmülk Nişapura getdiyindən onun yerinə məktəbə İsmail Aştiyanini direktor təyin etdilər. Həsənəli xan müəllimini ziyarət etmək üçün Nişapura yollandı.

Həsənəli xan Vəziri 1933-cü ilin yanvarından Mədəniyyət nazirliyinin xətti ilə iki illik Avropa və Amerika gəzintisinə çıxdı. Buralarda işlərini sərgilədi.

1934-cü ilin noyabr ayının 4-dən 23-ə qədər Nyu-Yorkun Nikolay Rerix muzeyində işləri sərgiləndi. " New York Times" 11 noyabr nömrəsində bu sərgidən geniş reportaj vermişdi. Həsənəli xan Vəzirinin işlərindən olan "Mənim qardaşım" və "Mazandaran quşu" muzey üçün satın alındı.

1935-ci ildə İranın Londondakı səfirliyində görkəmli rəssamın 70 işi sərgiləndi.

1939-cu ildə II Dünya müharibəsinin fəsadları nəticəsində Berlində rəssamın 70 işi yanmışdı.

1946-cı ildə Tehranda SSRİ-nin səfirliyində rəssamın böyük bir sərgisi açıldı.

Həsənəli xan Vəziri 1948-ci ildə Tehran universitetinin professoru idi.

Həsənəli xan Vəziri 26 noyabr 1954-cü ildə vəfat edib. "İmamzadə Qasım"da dəfn edilib.

Həsənəli xan Vəziri 1919-cu ildə Banu Üzra xanım Hicazi ilə və ikinci dəfə 1936-cı ildə xanım Cebelli ilə həyat qurmuşdu. Birinci nikahdan Mustafa xan (2 yaşında tələf olmuşdu) adlı oğlu, Məhinduxt xanım adlı qızı, ikinci nikahdan isə Mustafa xan, Şahin xan adlı oğlanları, Pərvin xanım adlı qızı vardı.

Bu böyük rəssamın həyatı boyu əldə etdiyi ən böyük uğurlardan biri də İran rəssamlığında yeni yol açması idi. Yeniliklə bərabər fırçası ənənəvi Şərq sənətindən rəng götürmüşdü. Yaratdığı əsərlər onu xalqından, torpağından, vətənindən ayırmamışdı. Öz izərində daim işləmiş, yaratdığı əsərlərin səviyyəsini yüksəltmişdi. Bir qazancı da vardı. Valideynlərinin mənəvi dünyasından, böyüyüb boya-başa çatdığı ailə ocağından gələn nəciblik, kübarlıq, insanlara sevgi, şəfqət hissi heç zaman onu tərk etməmişdi.


Analoq.az
Həsənəli xan Vəziri- Ənvər Çingizoğlunun araşdırmasıскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

Mirzə Ağa xan Qarabaği- Ənvər Çingizoğlu yazır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Davud xan Məmmədbəyov - Ənvər Çingizoğlu yazır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Qədim Azərbaycan türklərinin yurd yeri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının