Bizi izləməyi unutmayın

#Araşdırma

Hərb elminin mahir bilicisi Məmməd bəy Əhmədbəyov-Ənvər Çingizoğlunun araşdırması

1-01-2019, 17:03 | 1172 dəfə baxılıb.

Məmməd bəy Əhmədbəyovun soy-kökünə nəzər salaq. Atası Əhməd bəy 1820-ci ildə İyirmi dörd mahalının Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. Mülkədar idi. Babası Baxşalı bəy 1799-cu ildə Xanməmmədsərkarlı obasında anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Əhər şəhərində mədrəsədə oxumuşdu. Əmisi Xanməmməd sərkardan sonra obalarının kədxudası olmuşdu. Ulu babası Molla Vəli ağa Mahmud ağa oğlu Cənubi Azərbaycanın Qaradağlı elinə məxsus idi. Onun soyuna məxsus şəxslər Azərbaycan tarixində dərin iz buraxmışdılar. Daha uluları Qızılbaş sərkərdələri olmuşdular.

Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya göz açmışdı. Ibtidai təhsilini molla yanında almışdı. Şuşa rеal məktəbində təhsilini davam еtdirmişdi. Daha sonra dədə-baba mülkləri olan Xankəndində Hərbi alayın məktəbində təhsilini davam etdirmişdi.

Çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğuna Xankəndində başlamışdı. 1888-ci ilədək burdakı alayda xidmət edərək ştabs-kapitan rutbəsini alır. Qafqaz hərbi dairəsi qərarqahının xüsusi komissiyası sınaqlardan sonra 77-ci Tеngiz alayına dəyişilmişdi. Orduda əla və qüsursuz xidmət edən Məmməd bəy hərbi pillələri çox sürətlə keçmişdir.

1890-cı ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə sentyabrın 29-da ona birinci dərəcəli mükafat verilmiş və 55 manat pulla mükafatlandırılmışdır. Bir müddət 14-cü Qrеnadyor alayında kapitan rütbəsində hərbi qulluqda olmuşdu.

M. Əhmədbəyov 1890-cı ildə Tiflis şəhərində xidmət edirdi.

M. Əhmədbəyov 1891-cı ildə Xankəndi alayında xidmət edirdi.

M. Əhmədbəyov özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir.

Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, M. Əhmədbəyov bacarıqlı zabit, nəcib insandır. Qeyri-adi istedadı və insanı ləyaqəti sayəsində hamının hörmətini qazanmışdır. Fəzl və qeyrəti, sidq və saflığı sayəsində az vaxtda böyük şöhrətə nail olmuşdur. O, döyüşlərdə bərkimiş, özünü nümunəvi döyüş zabiti kimi göstərərək komandanlıq qarşısında iltifata yetişmişdir. Bir qayda olaraq ali baş komandanın tapşırıqlarını cəsarətlə və dəqiq yerinə yetirmiçdir.

M. Əhmədbəyov 1892-ci ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuşdur. Bundan başqa döyüşlər zamanı düşmən həmlələrinin dönə-dönə məhv edilməsində böyük xidmətləri olub, hərbi rəşadət göstərmişdir.

Qəhrəmanlığı altı ordenə "Müqəddəs Stanislav" ordeninin üç dərəcəsi, "Müqəddəs Anna" ordeninin dörd dərəcəsi, "Müqəddəs Vladimir" ordeninin ikinci, üçüncü, dördüncü dərəcələri, "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdür.

Hərb elminin mahir bilicisi olan Məmməd bəy polkovnik rütbəsi ilə istеfaya çıxmışdı. İstefasından sonra bir müddət Tiflis şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

M. Əhmədbəyov öz xidməti və döyüş təcrübəsini gənc azərbaycanlılara öyrətmişdi. O, milli duyğularla bağlı bir insan olduğundan Xankəndi hərbi məktəbində bir erməni zabitini güllələmişdi. 1906-cı ildə Qarabağın müsəlman əhalisini hərbi işlə tanış etmək, bölgədə sabitliyin, ictimai asayişin və nizam-intizamın saxlanması uğrunda çalışıb, çaba göstərmişdi.

Məmməd bəy mayor Abbas bəy Ağayеvin qızı Böyükxanım xanımla ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, xanım, Ayna xanım, Tamara xanım, Nisə xanım adlı qızları vardı.

Ənvər Çingizoğlu

Analoq.az

Hərb elminin mahir bilicisi Məmməd bəy Əhmədbəyov-Ənvər Çingizoğlunun araşdırmasıскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Həsənəli xan Vəziri- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Ağa xan Qarabaği- Ənvər Çingizoğlu yazır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Tarixçi-aşıq 39 yaşını qeyd edir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının