Bizi izləməyi unutmayın

#Araşdırma

Əmir bəy Aslanov - şəfqətin şanlı əmiri-Araşdırma

12-01-2019, 22:30 | 682 dəfə baxılıb.

XX əsrin əvvələrində yaşamış, adını tibb tarixinə yazdırmış Qarabağlı həkimlərdən biri də Əmir bəy Aslanovdur. Nəslini tanıyıb, nəcabətini öyrənək.
Əmir bəy Aslanovun babasının babası Qıvlıyalı bəy Dizaq mahalının Tuğ kəndində yaşamışdı. Cahangir bəy və Aslanalı bəy adlı oğlanları vardı.

Əmir bəy Aslanovun ulu babası, Qıvlıyalı bəyin ikinci oğlu Aslanəli bəy Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Əhməd xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin mirzəsi idi.

Mirzə Aslanəli bəyin törəmələri Aslanov soyadını daşıyırlar.

Mirzə Aslanəli bəyin Mehdiqulu bəy, Abbasqulu bəy, Əliqulu bəy, Şıxəli bəy adlı oğulları vardı.

Əmir bəy Aslanovun babası Mehdiqulu bəy Mirzə Aslanəli bəy oğlu 1805-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Şuşanın tanınmış şəxsiyyətlərindən idi.

Mirzə Mehdiqulu bəy Güllü xanımla ailə qurmuşdu. Aslan bəy, Zəkəriyyə bəy, Əsəd bəy adlı oğulları, Püstə xanım, Bulqeys xanım, Münəvvər xanım və Gövhər xanım adlı qızları vardı.


Əmir bəy Aslanovun atası, Mirzə Mehdiqulu bəyin ikinci oğlu Zəkəriyyə bəy 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmişdi. Pedaqoq idi.

Zəkəriyyə bəy Aslanov 1938-ci ildə vəfat edib.

Zəkəriyyə bəy Əzizə xanım Şıxhəsən bəy qızı Vəlibəyova ilə ailə qurmuşdu. Əmir bəy, Teymur bəy, Nadir bəy adlı oğulları, Sona xanım, Mina xanım adlı qızları vardı.

Əmir bəy Zəkəriyyə bəy oğlu Aslanov 3 noyabr 1892-ci ildə Şuşa şəhərində doğulmuşdu. Bakı şəhər real məktəbini (1909), sonra gimnaziyanı bitirmişdi. 1911-ci ildə Bakı gimnaziyasında latın dilindən imtahan vermişdi. Elə həmin ildə Kiyev Müqəddəs Vladimir Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 16 may 1916-cı Kiyev Müqəddəs Vladimir Universitetinin tibb fakültəsini lekar dərəcəsi ilə başa vurmuşdu. Səhiyyə sahəsində çalışmışdı. Bir müddət Balaxanı xəstəxanasında 1916-1919), sonra Bərdə kənd xəstəxanasında (1919) işləmişdi. Azərbaycan Demokraktik Respublikası dönəmində orduda hərbi həkim kimi xidmət etmişdi.

Əmir bəy Aslanov 28 oktyabr 1918-ci ildə Gəncədən Gəncə Quberniya İdarəsi həkimlər şöbəsinə ərizə yazaraq ya Bərdə kəndində kənd həkimi, ya da Cavanşir qəzasında qəza həkimi təyin edilməsini xahiş edib. Səhiyyə nazirinin 18 noyabr 1918-ci il tarixli 21 saylı əmri ilə o, Bərdə kənd xəstəxanasına həkim təyin edilib. Artıq 1 dekabrda o, həmin idarəyə raport göndərərək bildirib ki, mən bu gündən Bərdə kənd xəstəxanasını inventarları və dava-dərmanı ilə birlikdə qaydasında qəbul etdim və vəzifəmin icrasına başladım; bununla birgə bildirirəm ki, 2 gözətçidən başqa xəstəxananın bütün işçiləri 1 dekabradək maaşla təmin edilib.

1919-cu il yanvarın başlanğıcında Cavanşir qəzası Bərdə kənd həkimi Aslanov Gəncə Quberniya İdarəsi həkimlər şöbəsinə raport göndərərək bildirib ki, 24 dekabr 1918-ci il tarixli 2255 saylı əmrə əsasən mən Cavanşir qəzası həkimi və Orataq xəstəxanasının həkimi vəzifələrini icra etməyə başlamışam, ancaq həkim Cəmil bəy Lənbəranskinin yoxluğu üzündən xəstəxananın əmlakını hələ qəbul etməmişəm. 2 fevral 1919-cu ildə Cavanşir qəzası Bərdə kənd həkimi Aslanov Gəncə Quberniya İdarəsi həkimlər şöbəsinə məktub yazaraq bildirib ki, əlahəzrət cənab Azərbaycan Cümhuriyyəti hərbiyyə nazirinin şəxsi sərəncamı ilə mən 1 fevral 1919-cu ildən Bərdə qarnizonunun həkimi təyin edilmişəm.

5 sentyabrda bir aylıq məzuniyyətindən dönən Bərdə kənd həkimi Aslanov 6 sentyabr 1919-cu ildə Gəncə Quberniya İdarəsi həkimlər şöbəsinə raport yazaraq 1 sentyabr 1919-cu ildən vəzifədən və ümumən qulluqdan çıxarılmasını xahiş edərək bildirib ki, xəstəxanın inventar və dava-dərmanını həkim Çayevakiyə təhvil vermişəm. Onun xahişi yerinə yetirilib.

Bakı kişi müəllimlər seminariyasının direktoru R.Əfəndiyev xalq maarif nazirinə raport yazaraq bildirib ki, boş qalmış seminariya həkimi vəzifəsinə 1 noyabrdan Aslanovun təyin edilməsini mümkün sayıram. Maarif naziri Nəsib bəy Yusifbəyli 15 noyabr 1919-cu ildə Aslanovun həmin vəzifəyə təyin edilməsi haqqında göstəriş verib və o, nazirliyin 16 noyabr 1919-cu il tarixli 560 saylı əmri ilə 1 noyabrdan müəllimlər seminariyasının həkimi təyin edilib. Bu vəzifədən o, 1 mart 1920-ci ildə öz ərizəsinə əsasən çıxarılıb. [Mərdanov M, Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 səh. s.406-409]

Əmir bəy Aslanov 20 mart 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin hərbi naziri S. Mehmandarovun əmri ilə möhkəmləndirilmiş Bakı rayonunun mövqe batalyonuna həkim təyin edilmişdi. [ГААР, ф.2894, оп.1, д.39., л.96.].

Əmir bəy Aslanov 1920-ci ildən Culfa-Bakı dəmiryolu idarəsində səhiyyə şöbəsinə başçılıq etmişdi. Bir müddət də Azərbaycan diviziyasının artilleriya polkunda həkim işləmişdi. 1930-1933-cü illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı klinik institutunun (hazırkı F. Əfəndiyev adına xəstəxana) direktoru olmuşdu.

Əmir bəy Aslanov 1933-cü ilin yanvarından N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun dəri-zöhrəvi klinikasında asissent işləmiş, elə həmin ildən 1938-ci ilədək Fəhlə-Kəndli Milisi Baş Idarəsində klinika direktoru vəzifəsində çalışmışdır.

Əmir bəy Aslanov tibb elmləri namizədi idi.

Əmir bəy 10 iyun 1942-ci ildə intihar edib. [«Şuşa» qəzeti, №5(30), iyun 2007].

Əmir bəy dayısı Səfərəli bəyin qızı Nigar xanımla ailə qurmuşdu.

Loğman ləyaqətli, şəfqətli bir həkimin yarımçıq ömürnaməsi. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə xalqının məhəbbətini qazanmışdı. Başqalarını yaşatmağı özünə şərəf bilirdi. Özünü yaşada bilmədi...

Ənvər Çingizoğlu

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Hərb elminin mahir bilicisi Məmməd bəy Əhmədbəyov-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Həsənəli xan Vəziri- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Davud xan Məmmədbəyov - Ənvər Çingizoğlu yazır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının