Bizi izləməyi unutmayın

#Araşdırma

Mirzə Səlim xan Hacılı-Cavanşir -Ənvər Çingizoğlunun araşdırması

19-01-2019, 19:00 | 1792 dəfə baxılıb.

Qarabağın qürbətdə fəaliyyət göstərmiş həkimlərindən biri də Mirzə Səlim xan Hacılı-Cavanşirdir. O, məşhur axundovlar soyuna mənsubdur. Uluları Qarabağda ruhani və həkim zümrəsinə bağlı idilər.

Babası Molla Nəbi XVIII yüzilin sonlarında, XIX yüzilin önlərində Cavanşir-Dizaq mahalının Hacılı camaatına bağlı Gеcəgözlü obasında yaşamışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Hacılı icmasının dini işləri ilə ilgilənirdi.

Molla Nəbinin Məmmədsadıq, Səfi, Əlibala və Salah adlı oğulları vardı.

Atası Səfi Molla Nəbi oğlu 1797-ci ildə Cavanşir-Dizaq mahalının Hacılı camaatına bağlı Gеcəgözlü obasında dünyaya göz açmışdı. İlk təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Daha sonra Kərbəlada, Kazımeyndə molla, müctəhid yanında təhsilini davam еtdirmişdi. Təhsilini tamam edib, vətənə döndükdən sonra öncə obalarının dini işləri ilə ilgilənmiş, məscidlərdə axundluq еtmişdir.

Molla Səfi bir müddət Şuşada axund olmuş, Merdinli məhəlləsində mollalıq etmişdi. Qasım bəy Zakir (1784-1857) yazırdı:

Əgər xəbər alsan Molla Səfini,
Oğru dürüst qarışdırıb kefini,
O, Qalada biçər ölü kəfəni,
Çöldə üç atını soyublar çılpaq.


Molla Səfi Zəngəzur qəzasının qazısı təyin (1855-1878-ci illər еdilmişdi.

Molla Səfi qəza qazısı olarkən şair Məhəmməd bəy Aşiq (1800-1861) yazmışdı:


Olma Molla Səfitək aldan hörülən ipək,
Ya еdən Səfiqulu buğdasın məğsub oldun.


Tarixçi və şair Mir Mehdi Xəzani (1819-1894) Molla Səfi ilə dost idi. Qəsidələrinin birində yazırdı:

Hanı Molla Səfi, yoxdu xəbəri bunlardan
Məshəfi-ruyi qoyub, hansı kitablara baxar?


Şair və ictimai xadim Bəhram bəy Fədai (1857-1921) yazırdı:

Övladını görsən Molla Nəbinin,
Qövlün inkar еdər şəri-mübinin,
Hеç zad üçün satar dünyayə dinin,
Nəfsi əqlin ötüb, onu Zal еdər.


Molla Səfi həm də gözəl təbib idi.

Molla Səfinin Möhsün, Həşim, Səlim adlı oğulları vardı.

Mirzə Səlim Mоlla Səfi оğlu Axundоv 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli оbasında dünyaya gəlmişdi. Əslən Cavanşir elinin Hacılı camaatının Gecəgözlü оymağındandır. İbtidai təhsilini atasından almışdı. Sоnra Tehran şəhərində təbabəti öyrənmişdi.

Mirzə Səlim Axundоv İranda Hacılı-Cavanşir soyadı ilə tanınırdı. Ədibülhükama ləqəbi daşıyırdı. Xan ünvanı almışdı.

Mirzə Səlim xan bir neçə əsərin müəllifidir. Оnun tibbə dair «Tədbir ül-həvamül» əsəri 1893-cü ildə Tehran şəhərində nəşr edilib. Əsər Nasirəddin şaha həsr edilmişdir. Elm və maarif vəziri Müxbirəddövlə Əliqulu xan Hidayət onu dəstəkləmişdi. Topxana komandanı, Əmir Tuman (general-leytenant) Nəsirəddövlə Məhəmmədvəli xanın yaxından yardımı ilə çapa verilmişdi.

Tibbə, kimyaya, zооlоgiyaya və tarixə aid dürlü bilgilərdən bəhs edən «Kəşkülək» əsəri isə 1897-ci ildə Tehranda işıq üzü görüb.

Bunlardan başqa görkəmli alimin «Vəsilət üs-suluk fi daiül-müluk», «Müntəxəbat üs-sənaye» və sairə adlı əsərləri var.

Mirzə Səlim xanın əsərlərindən biri "Şəb nişini rəməzan ya söhbəti səng və səbu" adlanır. Əsərdə Mürtəza əl-Hüseyni əl-Bürğanin fikirləri şərh edlir.

Kitab kimi 1909-cu ildə çap edimişdir. Kitab haqqında Mirzə Ələkbər xan Dehxuda öz ünlü "Lüğətnamə"sində məlumat vermişdir. Məşrutə dövründə çıxan "Suri-İsrafil" qəzeti öz saylarının birində əsər haqqında bilgi paylaşmışdır.

Mirzə Səlim xan kamil və mahir bir həkim idi. 1896-1897-ci illərdə Tehran şəhərində baş vermiş vəba xəstəliyinin dəf edilməsində fəal iştirak etmişdi. Iranın Xarici İşlər Nazirliyi və Rusiya Səfarətxanası оnun əməyini mükafatlarla dəyərləndirmişdi.

Belə ki, o, bu yoluxucu xəstəliyə qarşı ciddi mübarizə aparılmasında fəal iştirak etmiş, yüzlərlə insanın həyatıni xilas etmişdir. Bu hadisə ilə əlaqədar bir dövlət sənədində belə deyilir: “Mirzə Səlim Axundov Qarabaği tibb elmində, bu fənni-şərifdə öz əməli səviyyəsini təkmilləşdirmişdir.
Insanları müalicə etməklə məşğuldur. Bundan əlavə son iki ildə aşkar olunmuş dəhşətli xəstəlik olan vəba Darülxülafədə (Tehran-Ə.Ç.) tüğyan edən zaman o, böyük cəsarət və igidliklə vəbaya yoluxmuş xəstələrə nəzarət etmiş, onları müalicə edərək, kasıblara özünün təbiətində olan qayğı və mərhəməti, xeyirxahlığı göstrmişdir. O, çoxlarını bu bəladan xilas etmişdir. Ağa Mirzə Səlim bu gün mahir, sədaqətli, sınanmış və hər qism müalicəyə qabil bir həkimdir”. 1311, səvval. (1894) (Axundov Mirzə Səlim, Kəşkülək, Tehran, Məcmuəye Ağa Mirzə Həbibulla, 1313, 106 səh. s. 104).

Mirzə Səlim xan tarixlə də məşğul оlmuşdu.

Mirzə Səlim xanın "Kəşkülək" kitabındakı «Təshihi-iştibah» (Bir səhvə düzəliş) adlı məqaləsi İranda Böyük Britaniyanın kоnsulu оlmuş Ser Cоn Malkоlmun «Tarixi-İran» adlı əsərindəki səhvlərdən danışır. Mirzə Səlim xan burada Qəhqəhə qalasının yerləşdiyi ərazi dəqiqləsdirilmiş, onun Qarabağda deyil, Qaradağda (Cənubi Azərbaycan) mövcud məşhur qala olduğu göstərilmişdir. O, yazının sonunda özü haqqında məlumat verir: "Yuxarıda deyilənlərə bunu əlavə edirəm ki, bu bəndənin əsli qarabağlı olub, Cavanşir mahalının cəlil Hacılı elindəndir və Şuşa şəhərində anadan olmuşdur. Bundan başqa, o yurda meyl və rəğbət, bəlkə də diqqət və heyranlıq, sözün qısası onun təbiəti və coğrafiyası, Şuşa şəhərinin yaranması, onun banisi Pənah xanın və s. o yerlərin əhalisinin tarixi barədə olan məlumat nəzər diqqətimizdə olmuşdur Xülasə, ürəkaçan, dilbər, səfalı, güllü-çiçəkli yerlərin suyunun və havasının tərifini yazıblar, bunlar məlumdur". (Təbib Mirzə Səlim Axundov-Qarabaği, «Təshihi-iştibah», "Soy" dərgisi, 2003, №2, s.45)

Mirzə Səlim xan Hacılı-Cavanşirin ömrünün son məqamları haqqında bilgi əldə edə bilmədik.

Analoq.az


Mirzə Səlim xan Hacılı-Cavanşir  -Ənvər Çingizoğlunun araşdırmasıскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

Mirzə Allahqulu bəy Kəbirli - comərd təbibin taleyi-Ənvər Çingizoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Əmir bəy Aslanov - şəfqətin şanlı əmiri-Araşdırma

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Hərb elminin mahir bilicisi Məmməd bəy Əhmədbəyov-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının