Bizi izləməyi unutmayın

#Araşdırma

Mirzə Şükür bəy Müqimov - Ənvər Çingizoğlunun araşdırması

7-02-2019, 19:30 | 1352 dəfə baxılıb.

Qarabağın tanınmış təbiblərindən biri də Mirzə Şükür bəy Müqimovdur. Onun atası Hacı Mirzə Müqim bəy də məşhur həkim idi. Ona ayrıca yazı həsr etdiyimizdən burda verməyi gərəkli bilmədik.

Şükür bəy Hacı Mirzə Müqim bəy оğlu 1859-cu ildə Şuşa şəhərində dünyaya anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə оxumuşdu. Vəkillik və həkimlik peşələri ilə məşğul оlurdu. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı.

Mirzə Şükür bəy həkim kimi Qarabağın xan övladlarını, bəyzadələrini, başqa şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. Evində Şuşa əhalisinə tibbi xidmət göstərir və kasıbları təmənnasız müalicə edirdi.

Mirzə Şükür bəy Müqimovun yaşadığı dönəmdə xalq artıq Avropa üsullu tibbi tanıyırdı və Şuşada qərb təhsilli həkimlər fəaliyyət göstərirdi. Daha kimisə cindarlıqla, əmçilik-əbəçiliklə aldatmaq olmurdu. Hər kəs müalicənin nəticəsini tələb edirdi. Belə vaxtda təbib kimi fəaliyyət göstərən Mirzə Şükür bəy müalicəsi ilə diplomlu həkimləri geridə qoymuşdu.

Köhnə qalalılar Mirzə Şükür bəy Müqimov haqqında həmişə hörmətlə danışırdılar.

Mirzə Şükür bəy Müqimov bütün bu üstünlükləri ilə yanaşı böyük pedaqoq idi. Evində şagirdlərə dərs verirdi. Təbib öz biliyini istedadlı şagirdlərə bəxş edir, həm də sorağını eşidib onun yanına gələn yüzlərlə insanın müalicəsi ilə məşğul olurdu.

Mirzə Şükür bəy Müqimov "Erməni-müsəlman davası"nda çox böyük zərər-ziyan çəkmişdi. Onun evi və əlyazmaları yandırılmışdı. 1906-cı ildə “Daşnaksutyun” partiyası Şuşanı ələ keçirmək üçün bütün hazırlıq işlərini əvvəlcədən görmüşdü. Erməni silahlı dəstələrinə Hamazasp Srvandzyan komandanlıq edirdi. Ermənilər bəhanə axtarırdılar ki, qırğınlara başlasınlar.

1905-ci il avqustun 16-da kazaklar Şuşada bir ermənini tərksilah etmək istəyərkən o, müqavimət göstərmiş və öldürülmüşdü. Bu fürsətdən istifadə edən ermənilər qətlin günahını azərbaycanlıların üstünə ataraq qırğınlara başlamışdıar. Qırğınların 4-cü günü ermənilər məğlub olduqlarını görüb ağ bayraq qaldırmışdılar.

Avqustun 21-də tərəflər arasında sülh imzalanmışdı. Hökumət qüvvələri iğtişaşlar davam etdiyi müddətdə hadisələrə seyrçi qalmışdı. Erməni müəllifi A-Donun verdiyi məlumata görə, Şuşadakı birinci qırğınlar zamanı ermənilər 100 nəfər, türklər isə bundan 2-3 dəfə çox itki vermişdilər (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla). İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907, 535 səh, s. 156).

Ermənilər 12-22 iyul 1906-cı ildə Şuşa şəhərində ikinci dəfə qırğınlara başlamışdılar. Ermənilər bir neçə gün əvvəl ölmüş bir erməninin meyitini Şuşanın ermənipərəst general-qubernatoru Qolşşapova göstərərək guya onun azərbaycanlılar tərəfindən yenicə qətlə yetirildiyini söyləmişdilər. Qoloşşapovun əmri ilə hökumət Qumluq və Köçərli məhəllələrini top atəşinə tutur.

Beş gün ərzində Şuşanın ermənilər yaşayan hissəsində bütün azərbaycanlı evləri yandırılır və top zərbələri ilə dağıdılır. A-Do yazır ki, Şuşada baş verən ikinci qırğınlar zamanı 24 erməni öldürülmüş, 102 nəfər yaralanmışdı, türklərinisə iltkiləri yenə də qat-qat çox olmuş, böyük əksəriyyəti türklərə məxsus olmaqla, 200-dən artıq ev yandırılmışdı (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla). İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907, 535 səh, s. 167).

Qırğın illərindən sağ qurtulan dəyərli təbib qalan bütün ömrünü Azərbaycan xalqının sağlamlığına həsr etmişdi.

Mirzə Şükür bəy Müqimov dövrünün zəkalı və iti ağıla malik şəxslərindən sayılırdı. Şuşada ona "Filosof Muqumov" deyirdilər.

Mirzə Şükür bəy Müqimov: Tale önündə aciz, tibb önündə bariz şəxsiyyət...

Mirzə Şükür bəyin Kübra xanım, Suqra xanım adlı qızları vardı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Hacı Mirzə Əliqulu Yusifzadə-Ənvər Çingizoğlu araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Sadıq Lətifov-Ənvər Çingizoğlu yazır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Allahqulu bəy Kəbirli - comərd təbibin taleyi-Ənvər Çingizoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının