Bizi izləməyi unutmayın

#Araşdırma

İsfəndiyar bəy İbrahimbəyov-Ənvər Çingizoğlu araşdırması

13-02-2019, 15:30 | 852 dəfə baxılıb.

Qarabağın tanınmış həkimlərindən biri də İsfəndiyar bəy İbrahimbəyovdur. Öncə kök-köməcindən başlayaq. Ulu babası Əliməhəmməd bəy Hacı Baba bəy oğlu 1787-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Ibrahimxəlil xanın qulluğunda durmuşdu. Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.

Hacı Əliməhəmməd bəy Bəyim xanımla ailə qurmuşdu. Ibrahim bəy, Həsən bəy adlı oğlanları, Bacıxanım xanım, Anaxanım xanım və Əziz xanım adlı qızları vardı.

Babası İbrahim bəy Hacı Əliməhəmməd bəy oğlu 1818-ci ildə Şuşa şəhərində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.

İbrahim bəyin törəmələri İbrahimbəyov soyadını daşıyırdılar.

İbrahim bəy Mehri xanımla ailə qurmuşdu. Hüseyn bəy, Ağa bəy, Bağır bəy, Qulu bəy, Əli bəy, Əbdüssəməd bəy və Məhəmməd adlı oğlanları vardı.

Atası Bağır bəy İbrahim bəy oglu 1846-cı ildə Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. 1865-1868-ci illərdə Şuşa qəza məktəbində təhsil almışdı. Pedaqoji fəaliyyətlə məşğul olmuşdu.

Bağır bəy İbrahimbəyov Qarabağın bir çox məktəblərində müəllim işləmişdi.

Bağır bəyin İsfəndiyar bəy, Qamboy bəy, Teymur bəy, Adışirin bəy adlı oglanları, Füruzə xanım, Qütəvvər xanım adlı qızları vardı.

İsfəndiyar bəy Bağır bəy oğlu İbrahimbəyov (1892, Şuşa-Bakı) Azərbaycanın səhiyyə təşkilatçılarından biri, respublikanın əməkdar həkimi (1942), tibb elmləri namizədidir (1952). Müəllim ailəsində anadan olmuş İsfəndiyar bəy İbrahimbəyov ibtidai təhsilini Şuşada almış, Tiflis şəhər gimnaziyasında oxumuş (1904-1912), oranı fərqlənmə diplomu ilə bitirmişdir.

O, 1912-ci ildə Müqəddəs Vladmir adına Kiyev universitetinin tibb fakültəsinin daxil olmuşdir. Maddi cəhətdən çətinlik çəkən gənc tələbə, yaxın dostu Əli bəy Qayıbovla birlikdə müəllimlik etmiş, həm də universitetdə əla qiymətlərlə oxumuşdur. 1914-cü ildə, üçüncü kursda ikən o, universitetin zəmanəti ilə Kiyev yaxınlığındakı “Puşey Vodiça” 7 nömrəli hospitalında ordinator işləməyə başlamışdır. 1916-ci ildə ali təhsilini başa vurmuş, 1918-ci ilədək həmin hospitalda ordinator, 1920-ci ilə qədər isə isə Cənub Dəmiryol idarəsinin 19-cu tibb sahəsinin müdiri vəzifəsində işləmişdir.

Azərbaycanda Sovet Hakimiyyəti qələbə çalandan sonra İsfəndiyar bəy İbrahimbəyov Bakıya dəvət olunmuş, Mərdəkan kənd xəstəxanasına baş həkim təyin olunmuşdur, ona yeni tipli xəstəxana yaratmaq tapşırılmışdı. Təşkilatçılıq qabiliyyəti olan gənc həkimi az bir müddətdə müasir tələblərə cavab verən xəstəxana təşkil etmişdir.

İsfəndiyar bəy İbrahimbəyov 1921-ci ildə Əhmədli kəndindəki Lenin adına Toxuculuq Fabrikinə baş həkim təyin olunmuş, sonralar “Azneft” biurliyinin Buzovnadakı istirahət evlərinin müdiri (1925-1926), Yesentuki şəhərindəki 8 nömrəli sonatoriyanın baş həkimi, Bakıda iki böyük poliklinikanın (Montin və Andreyev adına) təşkilatçısı və müdiri olmuşdur (1926-1931), Bakı şəhər səhiyyə şöbəsinə məsul işə (1931-ci ildə) dəvət edilmişdir.

İsfəndiyar bəy İbrahimbəyov ağır xəstəlik keçirdiyinə görə 1936-cı ildə dövlət onu Qara dənizin cənub sahillərinə müalicəyə göndərmiş, müalicə müddəti dövründə əvvəlcə 220 çarpalıyıq “Çelyuskinçilər” sonralar isə “Qruzinskiy çay” istirahət evlərinin baş həkimi vəzifəsində çalışmışdır. Uzunmüddətli müalicədən somra Bakıya qayıdan İsfəndiyar bəy İbrahimbəyov Şaumyan (İndiki Xətai) rayon səhiyyə şöbəsinin müdiri, 1939-cu ildən isə M. Əzizbəyov adına şəhər doğum evinin baş həkim olmuşdur.

1940-cı ildən qanköçürmə sahəsinə işə göndərilən İsfəndiyar bəy İbrahimbəyov Azərbaycan Respublikası Qanköçürmə Stansiyasında geniş təşkilati və elmi-praktiki işlər aparmış, bunun da nəticəsində idarə yeni binaya köçmüş və sərbəst respublika idarəsi kimi formalaşmışdır.

Böyük Vətən müharibəsi illərində bu stansiya hərbi dövrün bütün tələnlərini yürinə yetirmişdir, cəbhəni qanla təmin etmişdir. Respublikanın bir nömrəli donoru isə onun özü olmuşdur.

İsfəndiyar bəy İbrahimbəyovun səyi nəticəsində Gemantologiya və Qanköçürmə Elm-Tədqiqat İnstitutunu yaradılmış və o, bu müəssisənin ilk direktoru olmuşdur. Bir çox elmi kadrlar, təcrübəli həkimlər dəstəsi yetişdirərək bacarıqlı həkim eyni zamanda N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutunda pedaqoji fəalliyyətlə məşğul olmuşdur.

İsfəndiyar bəy Züleyxa xanım İmamqulu bəy qızı Vəlibəyova ilə ailə qurmuşdu.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Məşədi Mir Baba bəy Vəzirov-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Aslan bəy Cuvarlinski-Məmmədbəyоv

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının