Bizi izləməyi unutmayın

#Araşdırma

Qazı Mirzə Əli Axundzadə-Ənvər Çingizoğlunun araşdırması

8-03-2019, 16:00 | 1202 dəfə baxılıb.

Əli Molla Məhəmməd qazı oğlu 1864-cü ildə Şuşa qəzasının Vərəndə nahiyəsinin Alıxanlı (Əlixanlı) obasında dünyaya təşrif buyurmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Kərbəla və Kazımeynə yollanmışdı. Molla-müctəhid yanında ali savad almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qafqaz ruhani idarəsindən axund ünvanı alandan sonra Cəbrayıl qəzasında dini fəaliyyətə başlamışdı.

Əvvəlcə prixod mollası təyin olunmuşdu. Aydınlıq üçün deyək ki, “prixod mollası və müəllimlik attestatı” imtahanları Qafqaz Canişininin 5 mart 1876-cı ildə təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı. Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan ötrü imtahan verən hər bir şəxs müəzzin (azançı) üçün tələb olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- Ə.Ç.) və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi.

İddiaçıdan Azərbaycan və fars dillərini mükəmməl bilmək, yaxşı xətlə yazmağı bacarmaq tələb olunurdu. Quranın oxusunda orfoepik normalara əməl etmək, cümə günü və dini bayram günlərində tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı bilmək, qan və süd qardaşlığı qohumluq dərəcəsini müəyyənləşdirmək bacarığı proqramın əsas tələblərinə aid idi.

Prixod mollası və müəllimin öz fikrini tatar (Azərbaycan-Ə.Ç. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.

Rus və fars dilərində yazılmış imtahan protokollarının sonunda iddiaçının prixod mollası adına layiq olub-olmaması xüsusilə vurğulanırdı.

Mirzə Əli qazı Axundzadə sonra Qafqaz Ruhani idarəsinin və Yelizavetpol ruhani məclisinin üzvü seçilmişdi.

Mirzə Əli Zəngəzur və Cəbrayıl qəzalarının qazısı olmuşdu.

Mirzə Əli qazı Axundzadə şair idi. Dövrünün şairləri ilə yazışırdı.

Mirzə Əli qazının şеirlərindən bir örnək.

Saqiya, çox günləri mеyxanadə küllənmişəm,
Məstəm, canan, mənə mеy vеrmə, yaman lüllənmişəm.

Gah Zülеyxa həsrətindən, gahi zillət məskənim,
Gahi Lеyli aşiqi, Məcnun tək çöllənmişəm.

Xaki-payi gün-güzarənəm dеmin aşiq mana,
Bağban qəhrin çəkib kərratla bеllənmişəm.

Əşqi alim danəsin kuzində əfşan еdib,
Ömürlər sərf еyləyib, axırda sübüllənmişəm.

Nalələr еdyaz еdib hicrində zəhmətlər çəkib,
Kuzеyi vəslin xiyal еtməkdə bülbüllənmişəm.

Əl götür bu xəttidən, bu xətti xalidən…
Nеcə ki, mən əl götürdüm, yaxşı alillənmişəm,

Şеyx Sənani tək bular bu xəlqi məzhəbdən еdər,

Çünki mən divanətək bu yolda zəncirlənmişəm.

Əlini dilsiz bilib rəqiblər sеvinmiş,
Ruzеyi vəslin xiyal еtməkdə bulbullənmişəm.


Mirzə Əli qazı Axunzadə hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz, Baba Tahir Üryani kimi şairlərinin yaradıcılığına yaxşı bələd imiş.

Mirzə Əli qazı Axunzadə 1906-1907-ci illər erməni-müsəlman davasında Qaryagin qəzasının qazısı idi. O, belə bir vəziyyətdə xalqı ardıcıl olaraq müqavimətə çağırırdı. Əhalinin müdafiəsini təşkil etmiş, hətta azğınlayan ermənilərə cavab da vermişdilər. Məmməd Səid Ordubadi yazır: " Müsəlmanlar kəndi tutduqdan sonra qarət edib yandırdılar.

Ermənilərin bu müharibədə tələfatları həddən artıq olsa da, məlum edilməyibdir. Kənd tamam yandıqdan sonra müsəlmanlar qənimətlərini götürüb geri qayıdarkən yolda pusquda durmuş bir erməni firqəsinə rast gəlib atışmağa başladılar. Bu atışmada düşmənlər münasib mövqe tutduqlarından müsəlmanlardan 16 nəfər şəhid edildi.

Bu müharibədən sonra üç-dörd gün sakit keçdi. Sonra hökumət bir az gözünü açıb uyezd rəisi tərəfindən qazi cənablarına sülh işarəsi verildi. Ağsaqqallar yığılıb sülhə razılıq verdikdən sonra rəis də teleqramla erməniləri sülh üçün Güzlək kəndinə dəvət etdi. Sabahı gün rəis müsəlman ağsaqqallarını götürüb Güzlək müsəlman kəndi ilə qonşu olan və erməni mahalı Hadrut və Xunbabat yuvası ilə üç verst məsafədə yerləşən Kürd Mahmud adlı kəndə gedir.

Bu vaxtda rəis Hadruta getdiyindən, müsəlman qəhrəmanları Kürd Mahmud kəndində müsəlman ağsaqqallarının qadağanına görə evlərdə əyləşmişdilər. Sabit Hadrut ikinci sahəsinin pristavı Davıdov o sahənin strajnikləri ilə bir firqə erməni götürüb Arış kəndinə hücum edirlər. Kəndin bir tərəfini odlayıb aradan çıxırlar.İki-üç saatdan sonra müsəlmanlar Saracıq kəndinə sülh üçün rəis hüzuruna dəvət edilirlər. Bu üsul ilə erməni-müsəlman Saracığa yığılıb sülh və barışığı bərpa edib dağılırlar". (Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, "Qafqaz" nəĢriyyat evi, 2007. - 184 səh. s.41)

Axund Mirzə Əli qazı «Difai» təşkilatının Qaryagin şöbəsinin başçılarından biri idi.

Axund Mirzə Əli qazı dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. "Molla Nəsrəddin" jurnalı bir neçə dəfə ondan açıqfikirli, ziyalı ruhani kimi bəhs etmişdi.

Mirzə Əli qazı Axunzadə "Tərəqqi" qəzetinin abunəçilərindən və müəlliflərindən biri idi. Həmin qəzetdə qazıdan və onun yaxşı əməllərindən yazılar var. "Tərəqqi" qəzetində yazılır:

QARYAGINDƏN

Cəmaətimizin məişətinə dair

Necə ki, məlumdur müsəlman hər yerdə elmə kəm etimallı olublar: Əl-əlxüsus bizim Qaryagin mahalında, belə ki, bu vaxtadək bu mahalda bir məktəb, bir mədrəsə olmayıb. Ancaq bu ildə burada bir "Əkbəriyyə" adlı məktəb təmir edilib küçələrdə avara və sərkərdan gəzən müsəlman uşaqları gedib yavaş-yavaş oxumağa meyl edirlər.

Amma kəndistan əhli hala bilməyib ki, elm, sənət vacibdir və nə deməkdir və millətpərəstlər neçə dəfələr ilə xəbər ediblər ki, kəndlərdə məktəb açsınlar. Heyif ki, molla-nümalarımız bais olub qoymuyublar: ələlxüsus (Horovlu və onun yaxınlığında bir para kəndlər var ki, onlara (ələllahi) deyirlər.

Bu vəqtədək onlara demək qeyri-mümkün olub ki, məktəb açın uşaqlarınızı oxudun! Amma neçə gün qabaq mahalımızın qazisi cənab Mirzə Əli Axundzadə gedib neçə gün o kəndlərdə qalıb nə əziyyət ilə vəz, nəsihət etmək ilə onları başa salıb ki, dünyada elmi olmayan insan insan degil.

Xudavəndi-aləm qazinin nəfsinə təsir vermiş kimi cəmaət sözlərinə razı olublar və sonra məktəbi qəbul edib, bir gündə məktəbin nəfinə iki min yeddi yüz manat cəlb ediblər. Və pul verənlərin cümləsindən bir xanım "Özü" on manat verib deyib ki, cənab qazi bu on manat öz əlimin zəhmətidir.

Haman gün qırx uşaq siyahısı veriblər ki, məktəbdə oxusun. Oradan cənab qazi gedir (Horadiz) kəndinə, orada da bir məktəb binası qoyub və məktəbin nəfinə əlli çuval buğda zəkat cəm edib və həmin kəndlər cəmaətə xəbər edib ki, bundan sonra gərək hər bir kənddə məktəb olsun və hər kəsin zəkatı olsa məktəbə versin və təmam kəndlərdə cəmaəti qəbul ediblər.

Xudavəndi-aləm bu cürə qazilərimizin ·msalını müstəcəb eyləsin. Amin.

Cəbrail.

İdarədən: İbrət olsun o biri qazilərimizə. ("Tərəqqi" 1909, ¹224, 5 oktyabr)

Mirzə Əli qazı Tavad xanım Məhəmməd bəy qızı ilə ailə qurmuşdu. Salеh, Səttar, Məmməd, Cavad, Camal adlı oğulları, Ziba xanım və Pakizə xanım adlı qızları vardı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Mirzə Səlim xan Hacılı-Cavanşir -Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Allahqulu bəy Kəbirli - comərd təbibin taleyi-Ənvər Çingizoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Hərb elminin mahir bilicisi Məmməd bəy Əhmədbəyov-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının