Bizi izləməyi unutmayın

#Araşdırma

İSMAYIL ŞIXLININ ƏDƏBİ – TƏNQİDİ GÖRÜŞLƏRİ: Ədəbi proses və tənqidçi mövqeyi

1-04-2019, 13:44 | 822 dəfə baxılıb.

İsmayıl Şıxlı tənqidə peşəkar bir səviyyədə yanaşır, onun vəziyyətini xüsusi olaraq təhlil edir, başlıca cəhətləri üzərində dayanırdı. O, ədəbi – tənqidin vəziyyətindən danışarkən iki başlıca cəhət barədə: “Birincisi, tənqidin özündən gələn qüsurlar, ikincisi, bu qüsurların törəməsinə səbəb olan şərait” barədə dəqiq və konkret mühakimələr yürüdürdü.

Tənqid olmayan yerdə ədəbiyyatın inkişafından danışmaq əbəsdir. Məhz tənqidçilərin xidməti sayəsində ədəbiyyat inkişaf etmiş, ədəbi əsərlərin müsbət və mənfi cəhətləri açılmış, oxucu auditoriyası genişlənmiş, müəllif - ədib nüfuz sahibinə çevrilmişdir. Bu mənada İsmayıl Şıxlı tənqid barədə aydın bir mövqe ortalığa qoyaraq yazırdı: “Tənqid ədəbiyyatın inkişaf və istiqamətlənməsində mühüm rol oynayan amillərdən biri və bəlkə də başlıcasıdır. Ədəbi təcrübə göstərir ki, bu və ya digər xalqın ədəbiyyatının dünyəvi əhəmiyyət qazanmasında böyük tənqidçilərin xidməti az olmamışdır. Bu məsələdə, heç şübhəsiz, ədəbiyyatla tənqid bir – birinə mütəqabil təsir göstərir. Böyük əsərlər böyük tənqidi fikirlərin yaranmasına səbəb olduğu kimi, böyük tənqidi zəkalar da bədii əsərlərdəki epoxal cəhətləri açır və bəzən yazıçının özünün belə şərh edə bilmədiyi problemləri tənqidçi qələmi aydınlaşdırır”.

Deməli, İsmayıl Şıxlı tənqidçinin xidmətlərinə önəm verməklə yanaşı, güclü bədii əsərin tənqidi fikrin geniş meydan almasına imkan yaratdığını da unutmurdu. Bir sözlə, İsmayıl Şıxlı ədəbiyyatla tənqidin bir – birinə təsirində hər iki tərəfin yüksək səviyyədə olmasına üstünlük verirdi.

İsmayıl Şıxlı hər şeydən əvvəl, tənqidçinin qarşısına müəyyən tələblər qoyurdu: “Mənə elə gəlir ki, hər şeydən əvvəl, tənqidçinin özünün böyük amalı və estetik tələbləri olmalıdır”. Tənqidçi şərh etdiyinin, təhlil etdiyinin, tənqid etdiyinin fövqündə durmalıdır. Belə olmazsa, tənqidçinin fikir və mülahizələri inandırıcı görünməz. Tənqidçinin elmi – nəzəri səviyyəsi, amalı və estetik imkanları o qədər yüksəkdə olmalıdır ki, onun bədii əsərlərə yanaşma tərzi, hadisələrin mahiyyətinə varmaq imkanları meyara çevrilə bilsin. Belə olduqda tənqid öz missiyasını yerinə yetirir, ədəbi mühitin inkişafına xidmət edir, yaradıcılıq prosesini istiqamətləndirir. Bu mənada İsmayıl Şıxlı yazır: “Tənqidçi özü həyatımızda və zəmanəmizdə baş verən sosioloji proseslərin fəlsəfi əsaslarını araşdırmağa çalışan və bu hadisələrin şərhi fövqündə dayanan bir qüvvə olmalıdır. Bədii əsərlər tənqidçinin əlində fikir söyləmək üçün bir vasitəyə çevrilməlidir. Belə olduqda tənqidçi bədii yaradıcılıq prosesinə yüksək tələblə yanaşacaq və onda obyektivlik əsas meyar kimi istiqamətləndirici rol oynayacaqdır”.

İsmayıl Şıxlı tənqidçiləri qruplara ayırır, bu qruplarda olan tənqidçiləri bir – birindən fərqləndirir. O, üç qrup tənqidçilərdən bəhs edir. Əlbəttə, o, tənqidçiləri üç qrupa ayıran zaman ədəbi mühitdəki, ədəbi prosesdəki vəziyyəti nəzərə alır, real və obyektiv münasibət bildirir. İsmayıl Şıxlıya görə birinci qrup “... tənqidçilərimizin bir qismi həyatda baş verən ictimai – siyasi prosesləri izləyir, yazıçı ilə bərabər yanır, ədəbi prosesə qaynayıb – qarışaraq, onun qüsurlarına qəzəblənir, müvəffəqiyyətlərinə sevinir, müsbət cəhətlərin inkişaf və istiqamətləndirilməsinə çalışır. Bu cür tənqid yüksək nəzəri səviyyədə olmaqla bərabər vətəndaşlıq ehtirası ilə daha da zənginləşir”. Bu cür tənqidçilər – birinci qrup tənqidçilər kifayət qədər elmi – nəzəri hazırlığı olan tənqidçilərdir. Onlar müntəzəm olaraq ədəbi prosesi izləyir, ədəbi proseslə nəfəs alır, ədəbi prosesdəki uğurları və qüsurları vaxtlı – vaxtında təqdim edir, bununla da ədəbiyyata xidmət edirlər. Ədəbiyyatın və ədəbi prosesin bu cür tənqidə hər zaman ehtiyacı var. Ona görə ki, bu cür tənqid təkcə tənqidin nəzəri səviyyəsinin yüksək olması ilə işini qurtarmır, həm də ədəbiyyatı yüksək bədii – estetik tələblər səviyyəsində görmək istəyir. Yazıçının uğurlarına yazıçının özü qədər sevinir, ona görə də yazıçıya geniş yollar açır, xüsusilə də, gənc ədibləri ruhlandırır, yaradıcılığın ən yüksək zirvəsinə doğru yüksəlməsi üçün müsbət enerji ilə təmin olunmasına imkan yaradır. İstedadlara qol – qanad verir, eyni zamanda ədəbi mühitdə obyektiv, qərəzsiz münasibətlərin yaranmasını gücləndirir.

İsmayıl Şıxlıya görə, “İkinci qrup tənqidçilər isə adi seyrçilərdirlər. Onları ədəbi prosesdəki problemlərdən daha çox meydana gələn əsərlərin miqdarı maraqlandırır. Bu cür tənqidçilər hesablayıcı maşın kimi hər şeyi qeyd edir, bütün yazıçılar, bütün əsərlər haqqında eyni soyuqqanlıqla, eyni qəliblərlə, standart və şablon ifadələrlə soyuq mühakimələr söyləyirlər. Bu cür tənqidin nə müəllifə, nə də ədəbi prosesə xeyri var”. Doğrudan da bütün zamanlarda bu cür tənqid olub və olacaqdır. Əslində bu cür tənqid tənqiddən daha çox ədəbiyyat və ədəbi mühit barədə informasiya söyləyəndir. Bu informasiyanı təqdim edən tənqidçinin fikir və mülahizəsi təhlildən, analizdən, süjetlərin, obrazların obyektiv mühakiməsindən çox – çox uzaq olur. Ədəbi prosesə bu cür biganəlik ədəbi proses barədə donuq bir təsəvvür yaradır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ədəbiyyatının son iyirmi ildəki vəziyyəti həm də ədəbi tənqidin ona olan bu cür münasibəti ilə bağlıdır. Belə ki, ədəbi proses və ədəbi nümunələr barədə yalnız və yalnız informasiya vermək, dərin təhlil və analizdən uzaq dayanmaq ədəbi prosesdəki donuqluğu nümayiş etdirir. Halbuki bütövlükdə ədəbi proses donuq, durğun ola bilməz. Ədəbi proses barədə donuq, durğun vəziyyəti yaradan amillərdən biri də tənqidlə bağlıdır.

İsmayıl Şıxlıya görə, “... üçüncü qrup tənqidçilər də var ki, bunları ədəbi proses və bədii yaradıcılığın ümdə məsələləri yox, yazıçının avtoriteti maraqlandırır. Bu cür tənqidçilər yalnız ədəbi avtoritetlərə xidmət etməyə cəhd göstərir və bu ədəbi avtoritetlərin ən zəif əsərlərini belə şedevr kimi qiymətləndirirlər. Bunun da nəticəsində yalançı təriflər və yaltaq tənqidlər yaranır. Beləliklə də saxta etalonlar, toxunulmaz “müqəddəslər” meydana çıxır”. Üçüncü qrupdan olan tənqidçilər ədəbi prosesin bütün mərhələlərində mövcud olub, indi də mövcuddur. Doğrudan da, bu qrup tənqidçilər yazıçının avtoritetini əsas götürərək onun yazdığı əsəri tənqidin obyektinə çevirir. Bəzən belə məqamlarda tənqidçi avtoritetin əsərinin lap aşağı səviyyədə olmasından asılı olmayaraq hörmət, izzət sahibinə çevrilir, tənqidçi avtoritet müəlliflər hesabına nüfuz qazanır.

Avtoritet hesab olunan müəllifin əsəri zəif olsa da, avtoritetin kölgəsində tənqidçi yaşayır, fəaliyyət göstərir. Əlbəttə, “yalançı təriflər və yaltaq tənqidlər” belə yaranır. Nəticədə ədəbi proses barədə qeyri – obyektiv münasibət meydan alır, “saxta etalonlar”, toxunulmaz “müqəddəslər” meydana çıxır”. İsmayıl Şıxlı “saxta etalonlar”, toxunulmaz “müqəddəslər” meydana çıxır” deməklə “Bu cür meylin obyektiv zərəri nədir?” sualına cavab axtarır. Axtardığı cavab nəsrimizdəki, şeirimizdəki vəziyyəti olduğu kimi təqdim edir. O yazır: “Son illərdə bizim istər bədii nəsrimizdə, istərsə də şeirimizdə çox istedadlı yazıçılar meydana gəlmişdir. Həmin yazıçıların yazdığı əsərlər bədii dəyəri cəhətdən respublikamızdan kənara çıxıb geniş ümumittifaq oxucularına çatdırıla bilər və ədəbiyyatımızın siqlətini gücləndirər. Lakin tənqid belə əsərlərin yanından çox zaman sükutla keçir. Çünki bu əsərlərin müəlliflərinin hələ ədəbi adı – sanı, vəzifələri, təsiredici rütbələri yoxdur. Əksər hallarda belə istedadlara qeyri – obyektiv münasibət bəslənir”. Deməli, avtoritet hesab olunmayan ədiblərin əsərlərinin yanından diqqətsiz keçmək, həmin əsərlərin çapını sükutla qarşılamaq, həmin əsərlərə biganəlik göstərmək mövcud olub və olacaqdır.

İstedad bir vergidir. Məsuliyyət və zəhmətkeşlik, həmişə axtarışda olmaq isə istedadı daha da zənginləşdirir. Bu işin bir tərəfidir, ikinci tərəfi isə odur ki, istedadın özünü də axtarıb üzə çıxarmaq lazımdır. Odur ki, istedadlı ədibin əsərini tənqidçi oxumalı və təhlil etməlidir, onun yaradıcılığına biganə qalmamalıdır.

Bəzən belə də olur ki, istedadlı bir ədibin yazdıqları tənqid olunur. Nəticədə istedadsızlar “etalona”, “meyara”, “nümunəyə” çevrilir. İsmayıl Şıxlının sözləri ilə desək “Ədəbi “etalonlar”dan hansınasa xidmət göstərmək, onların “əlçatmazlığını” saxlamaq naminə istedadla yazılmış əsərləri (tənqidçi – B.X.) əzişdirir ki, yollar açıq olsun”.
İsmayıl Şıxlı ədəbi prosesin mərhələlərinə diqqətlə yanaşır, ədəbiyyatda dərin kök salmış ədiblərin yaradıcılığını düzgün və ədalətli qiymətləndirir, bununla yanaşı, ədəbiyyatdakı irəliləyişləri də nəzərdən qaçırmır. Xüsusilə, ədəbiyyatşünaslıqda, dərsliklərdə kök salmış ədiblərin davamçılarını qeyd etməklə ədəbi prosesin daima inkişafda olduğunu göstərmişdir. Məsələn, “... öz povestləri, roman və ssenariləri ilə artıq ədəbiyyatımızda möhkəm mövqe qazanmış İsa Hüseynov, “Qarlı aşırım” adlı mürəkkəb xarakterli, ictimai və sosioloji proseslərlə zəngin olan, bədiyyatın tələblərinə cavab verən lakonik və gözəl roman müəllifi Fərman Kərimzadə, Əkrəm Əylisli, Anar kimi nasirlərimiz, Bəxtiyar Vahabzadə, Hüseyn Hüseynzadə (Arif – B.X.), Nəbi Xəzri, Qabil, Kürçaylı və s. kimi hələ həqiqi qiymətini lazımınca almamış şairlərimiz var. Əgər ədəbi tənqidimiz bunların arxasında dayansa, onların inkişafına əngəl törətməsə, “ağsaqqallardan” bunlara yol düşsə, ədəbiyyatımızın bədii siqləti nə qədər artar”.

İsmayıl Şıxlı yazıçıların əsərlərindəki zəif cəhətlər, lüzumsuz uzunçuluqlar barədə açıq, qətiyyətli fikir söyləməyi tənqidçilərin qarşısında mühüm vəzifə hesab edir. Odur ki, o tənqidi də, tənqidi dinləməyi də bir bacarıq sayır. Müstəqil fikirdən uzaq olanları tənqidçi kimi qiymətləndirmir. Özlərindən başqa, digərlərinə meydan verməyən ədiblərin fəaliyyətini ədəbiyyatımızın inkişafına maneçilik kimi təqdim edir. Bu barədə söylədiyi fikirlərin biri o birindən mənalı, məzmunlu və kəskin səslənir. Məsələn, “Tənqidi bacarmaq lazım olduğu kimi, tənqidi dinləməyi də bacarmaq lazımdır. Ancaq bizim yazıçılar mühitində tənqidi dinləmək və lazımi nəticə çıxartmaq qabiliyyətinə malik olmayanlar da çoxdur. Çox təəssüf ki, bu bəla ən çox tanınmış və ədəbi xidməti olan yazıçılara aiddir. Buraya onların vəzifələrini və imtiyazlarını da əlavə etsək mənzərə daha da aydınlaşar. Belə yazılar bir qayda olaraq çox vaxt yaradıcılıqda geriləyirlər”.

İsmayıl Şıxlının tənqidçi və yazıçı barədə bu dedikləri bütün zamanlarda ədəbi tənqidin problemi olmuş və indi də belədir. Keçmiş nailiyyətindən arxayınlaşmaq, həmişə layiq olub – olmamasından asılı olmayaraq öndə olmaq, saxtakarlığı, yaltaqlığı ədəbi tənqidin meyarına çevirmək istəyində olanlar həmişə olub, indi də belədir. Məhz İsmayıl Şıxlı ədəbi – tənqidi görüşlərində bəzilərinə qarşı olduqca qətiyyətli və cəsarətli mövqe nümayiş etdirir. Ədəbiyyatda şəxsi mənfəət axtaranların haradan qidalanması səbəblərini də müəyyənləşdirməyə çalışır. O yazır: “Belə vəziyyətin törəmə səbəblərindən biri də, şübhəsiz, Yazıçılar İttifaqının rəhbərlərinin yanlış üsulla işləməsidir. Bizim yazıçılar təşkilatında açıq müzakirələrə, fikir mübadiləsinə, mübahisələrə imkan verilmir. Ayrı – ayrı əsərlərin, ədəbi problemlərin obyektiv müzakirəsi təşkil edilmir”. Əlbəttə, ədəbi – bədii əsərin açıq müzakirəsi, müzakirə prosesində fikir mübadiləsinə imkan verilməsi, bir sözlə, obyektiv müzakirə ədəbi prosesin inkişafına xidmət edir. Tənqidçinin də, yazıçının da, oxucunun da məsuliyyətini artırır. Nəticədə yüksək bədii keyfiyyətləri ilə seçilən əsərlər geniş meydan alır, yazıçının qiyməti düzgün dəyərləndirilir, tənqidçinin ümumən ədəbiyyatımızdakı rolu və mövqeyi bilinir. Ancaq bunu da qeyd etmək yerinə düşər ki, açıq, obyektiv müzakirələr, fikir mübadiləsi hər bir şeyin həlli demək deyilir. Bu, ədəbiyyatın və ədəbi mühitin taleyində mühüm amillərdən biridir. Ədəbi – bədii təcrübə göstərir ki, bəzən açıq, obyektiv müzakirələr və fikir mübadiləsi üçün hər cür şəraitin yaranmasına baxmayaraq, yenə də yalançı təriflər, saxtakarlıqdan, yaltaqlıqdan və şəxsi mənfəətdən qaynaqlanan mövqelər ədəbiyyatın, bütövlükdə ədəbi mühitin inkişafına maneçilik göstərir. Müqayisə üçün qeyd edək ki, çağdaş ədəbi mühitimizdə tənqid üçün hər cür şərait var. Qərəzsiz, obyektiv, açıq və aydın müzakirələrə geniş meydan var. Ancaq bu meydanda ədəbi mühiti müntəzəm şəkildə izləyən tənqid, müzakirə və fikir mübadiləsi yoxdur. Respublikada çap olunan qəzet və jurnalların sayı indiki qədər çox olmamışdır. Ancaq bu qəzet və jurnallarda ədəbi tənqidin meydanı arzu olunan səviyyədə deyildir.

İsmayıl Şıxlı tənqidin vəziyyətini yaxşılaşdırmaq və obyektiv, qərəzsiz fikrə meydan vermək üçün qəzetlərin, jurnalların ədəbi prosesə qarışmasını vacib sayır, bu barədə belə bir mövqedə olur: “Son vaxtlar “Azərbaycan kommunisti” jurnalının ədəbi prosesə qarışmasını və yuxarı da dediyimiz “sükunəti” pozmaq cəhdini istisna etsək, qalan qəzetlərimiz susurlar. Bu isə xoşagəlməz hallarla nəticələnir. Nə üçün “Kommunist”, “Bukiniski raboçi” qəzetləri ədəbiyyatımızı istiqamətləndirən kəskin məqalələrə öz səhifələrində yer verməsin?!” Yeri gəlmişkən onu da qeyd edək ki, çağdaş ədəbi prosesi, ədəbi bədii nümunələri daha çox əks etdirən “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat”, “Kaspi”, “525-ci qəzet”, “Kredo” və s. qəzetləridir. Bunlar ədəbi mühitimiz üçün hadisədir. Ancaq çox istərdik ki, bu mətbuat orqanlarının səhifələrində çağdaş ədəbiyyatımızı silkələyən tənqidi yazılar, ədəbi – bədii prosesi istiqamətləndirən məqalələr çap olunsun. Bu sıradan olanların azlığı mətbuat orqanının yox, ədəbi – tənqidin, tənqidçinin problemidir. Ədəbi – tənqidi və tənqidçini düşündürməli problemdir.

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

İsmayıl Şıxlı: yaddaşlara əbədi həkk olunmuş yazıçı – IV YAZI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Bu gün İsmayıl Şıxlının doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının