Bizi izləməyi unutmayın

#Araşdırma

Mirzə Əlinağı Qarabaği-Ənvər Çingizoğlunun araşdırması

1-04-2019, 19:41 | 632 dəfə baxılıb.

Qarabağda Qərbyönümlü tibbin bir çox xəstəliyi sağaltmaqda aciz qaldığı zamanda, ənənəvi Şərq həkimliyi yenidən gündəmə gəlmiş, min illər ərzində təcrübədən keçirilən ənənəvi metodlara müraciət edilmişdir. Belə xalq həkimlərdən biri də Mirzə Əlinaği Qarabaği idi.

Əlinağı Qasım oğlu 1818-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, əslən Çulundur mahalının Rəbənd kəndindəndir. Molla yanında ibtidai təhsil almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsəni tamamlayandan sonra Təbriz şəhərinə yollanmış, tibbi biliyini təkmilləşdirmişdi. Daha sonra Tehrana getmiş, səriştəli təbiblərin yanında tibb elminin sirlərini dərindən öyrənmişdi. 12 ildən çox Şərqin məşhur təbiblərinin dərslərini dinləmişdi. Bu illər onun təcrübəli həkim kimi yetişməsində, püxtələşməsində böyük rol oynamışdı. O, təhsilini tamamlayandan sonra Qarabağa dönmüş, Şuşada həkimliklə məşğul olmağa başlamışdı. Şəhərdə tibb məktəbi açmış, şagirdlərə həkimlik öyrətmişdi. (ARDTA, f.10, siy. 1, iş 9, v. 123)

Heratlı Yusif Hərəvinin "Tibbi-Yusif" (1511) kitabı Mirzə Əlinağı Qarabağinin sevimli dərsliyi idi və əsasən şagirdlərinə bu kitabdan dərs deyirdi. Digər istifadə etdiyi kitab "Qarabadini-kəbir" (1777) idi. Hər iki kitab da ünlü təbibin masaüstü kitabları sayılırdı.

Mirzə Əlinağı Qarabaği sinir sisteminin müxtəlif xəstəlikləri zamanı təmiz hava amilinin orqanizmə müalicəvi təsirini tətbiq edirdi. Qarabağın, Şuşanın havasının məlhəm olduğunu əksər xəstələrə bildirdi.

Mirzə Əlinağı Qarabaği xəstənin xüsusiyyətlərini nəzərə alan, xəstəliyi deyil, xəstəni müalicə edən bir təbib idi. Onun müalicəsi təbiətin öz gücündən istifadə etməklə insanları sağlam həyat tərzinə qaytarmaqla digər müalicə metodlarından ciddi surətdə fərqlənirdi.

Mirzə Əlinağı Qarabaği klassik təbabətin müsbət cəhətlərini Qərb və Şərq təbabəti ilə özünəməxsus formada birləşdirərək ən müxtəlif xəstəlikləri müalicə edə bilirdi.

Mirzə Əlinağı Qarabaği zəncəfildən həzm problemlərinin müalicəsi, qan dövranının gücləndirilməsi və ürək-damar sistemi üçün istifadə edirdi. Onu mədə bulanması, soyuqdəymə və öskürək müalicəsində də tətbiq edirdi.

Mirzə Əlinağı Qarabağinin Şuşada xüsusi əttar dükanı var idi. Orada qədim Şərq təbabətinin dərmanları, muxtəlif otlar və sağaldıcı minеrallar satılırdı.

Mirzə Əlinağı Qarabaği çox bacarıqlı və səriştəli həkim olduğundan Qarabağın hər yerindən xəstələr onun yanına axışırdı. Onun həkimliyi barədə çoxlu rəvayətlər günümüzə də gəlib çatmışdır.

Mirzə Əlinağı Qarabaği parlaq zəkası, yorulmaz fəaliyyəti, humanist keyfiyyətləri ilə Qarabağ təbabətinin tanınmış xadimlərinin sırasında özünəməxsus mövqe və nüfuz qazanmışdı. Qarabağ camaatı arasında "Ölürsənsə, get Əlinağının yanına" məsəli yaranmışdı.

Mirzə Əlinağı Qarabağinin "Cindən qorxma, cindardan qorx, həkimdən yox, mindardan (murdardan-Ə.Ç.) qorx" deyimi Qarabağda dildə-ağızda idi.

Mirzə Əlinağının Ələkbər, Abbas, Əli adlı oğlanları vardı.

Bəlli bilgidir ki, rus üsul-idarəsi dövründə Qarabağda səhiyyənin vəziyyəti ağır və ölkədə epidemioloji şərait qeyri-qənaətbəxş olmuşdur. Əhaliyə ambulator yardımın göstərilməsində Mirzə Əlinağı Qarabaği kimi xalq həkimlərinin böyük əməyi olmuşdur.

XIX əsrdə digər bölgələrdən fərqli olaraq, Qarabağda xalq təbabəti yüksək inkişaf mərhələsinə çatmışdı. Bu bölgənin tibb tarixinin keçmiş səhifələrini vərəqlədikcə səhiyyənin də həmin dönəmdə çox böyük inkişaf yolu keçdiyinin şahidi oluruq. Bu yolu zənginləşdirən həkimlərdən biri haqqında söhbət açdıq. Tədqiqatlar yoğunlaşdıqca, gələcəkdə ondan iftixarla bəhs edəcəklər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Umbay bəy Əmirov- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Mirzə Şükür bəy Müqimov - Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Allahqulu bəy Kəbirli - comərd təbibin taleyi-Ənvər Çingizoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının