Bizi izləməyi unutmayın

#Araşdırma

Fərrux bəy Hüseynbəyov-Ənvər Çingizoğlunun araşdırması

10-04-2019, 16:00 | 1902 dəfə baxılıb.

Qarabağlı həkimlərdən biri də Fərrux bəy Hüseynbəyovdur. Soy-kökü Qarabağın Bağaberd mahalının Xocamusaqlı (ilkin adı Xacəəbuishaqlı) kəndindəndir.

Ulu babası Hüseyn bəy 1778-ci ildə Qarabağın Bağaberd mahalının Xocamusaqlı (Xacəəbuishaqlı) kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. O, tüşmal, kələntər ünvanlarını daşıyırmış. “Tüşmal” sözüylə ilgili Minorski bu bilgiləri verir: “Günümüz İranında ... yayğın olan Monqol ürf-adətlərini uyğulayan el, tayfa başçılarına “tüşmal” deyilirmiş. Məlum olduğu kimi kələntər fars dilində “böyük” sözündən törəmə olaraq “şəhər başçısı”, “şəhər hakimi” mənalarında işlədilir. Orta çağdan bəri Azərbaycanda el böyüklərinə də kələntər deyilirmiş.

Hüseyn bəyin törəmələri Hüseynbəyov, Kələntərov soyadlarını daşımışlar.

Hüseyn bəyin Səfi bəy, İsmayıl bəy, Qasım bəy, Məmmədhüseyn bəy, Həsrətqulu bəy, Mahmud bəy adlı oğlanları olmuşdur.

Babası Məmmədhüseyn bəy Hüseyn bəy oğlu 1820-ci ildə Qarabağın Bağaberd mahalının Xocamusaqlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu.

Məmmədhüseyn bəy Zəhra xanımla ailə qurmuşdu. Həsən bəy, Məhərrəm bəy, Süleyman bəy, Feyzi bəy adlı oğlanları olmuşdur.

Atası Məhərrəm bəy Məmmədhüseyn bəy oğlu 1849-cu ildə Şuşa qəzasının Zəngəzur sahəsinin Xocamusaqlı kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Özəl mülkünü idarə etməklə güzəran keçirirmiş.

Məhərrəm bəyin Fərrux bəy adlı oğlu vardı.

Fərrux bəy Məhərrəm bəy oğlu Hüseynbəyov 1876-cı ildə Zəngəzur qəzasının Xocamusaqlı kəndində doğulmuşdu. Gorus kənd məktəbini, Gəncə kişi gimnaziyasını bitirmişdi. Xarkov Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1906-cı ildə univeristeti tamamlamışdı.

Fərrux bəy Hüseynbəyov Ukraynanın Xarkov şəhərində tibb təhsili alandan sonra Gəncədə hərbi həkim vəzifəsində çalışmışdır.

Fərrux bəy Hüseynbəyov ermənilərin təcavüzlərinə cavab tədbiri kimi yaradılan və hərbi birləşmələri də olan Difai partiyasının üzvü olmuşdur.

Fərrux bəy Hüseynbəyov 1913-cü ildə vəfat edib.

Fərrux bəy Hüseynbəyov Çar Rusiyasının bir ordu generalının qızı ilə ailə həyatı qurubmuş. Bu izdivacdan İskəndər adlı övladları varmış. Çox erkən xəstəlikdən vəfat edən Fərrux bəyin rus əsilli həyat yoldaşı körpə İskəndəri götürüb Rusiyaya qayıdır. İskəndər böyüyüb sovet ordusunda xidmət edir, polkovnik rütbəsində təqaüdə çıxır. Sonradan Bakıya qayıdaraq bir müddət burada qalır və qohumları ilə tapışır.

Tibb elminin tərəqqisində xidmətləri ilə töhfələrini verən Fərrux bəy Hüseynbəyov haqqında məlumat azdır. Bu da onun qürbətdə yaşaması ilə bağlıdır.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Umbay bəy Əmirov- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Cabbar bəy Sultanov-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

İsfəndiyar bəy İbrahimbəyov-Ənvər Çingizoğlu araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının