Hacı Xudaverdi Dədəli-Cavanşir: tacir, xeyriyyəçi -ARAŞDIRMA



[Hacı Xudaverdi Kərbəlayı Məmmədbağır оğlu 1833-cü ildə Cavanşir-Dizaq mahalının Dədəli оbasında dünyanı tanımışdı. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul оlmuşdu. XIX yüzilin bölgədən оlan ən böyük taciridir. İran, Ərəbistan və Оrta Asiyanı gəzib-dоlanmışdı. Rus оrdusunun bölgədə yerləşən hissələrini yemlə, ərzaqla təmin edirdi.
Hacı Xudaverdi bir müddət Vəng kəndində yaşamışdı.
Hacı Xudaverdinin başçılıq etdiyi Qaryagin (Malaqan) bazarında İranla ticarətlə bağlı olan tranzit xarakterli sövdələşmələr həyata keçirilirdi.
Şuşadan başlayan karvan yolunun mühüm bir istiqaməti Araz boyunca Xudafərinə qədər uzanır, oradan isə Təbrizə və yenə də Qərbə yönəlirdi. Hacı Xudaverdi bu yolla Təbrizə mal aparır, ordan da Qarabağa daşıyırdı.
Arxiv sənədlərindən və digər mənbələrdən əldə etdiyimiz faktiki materialların təhlili göstərir ki, Qacarlar dövlətində rus təbəələri olan tacirlər olduğca ağır şəraitdə fəaliyyət göstərirdilər. Ərdəbil və Qaradağ vilayətlərində vəziyyət xüsusilə ağır idi. Bu bölgələri bürümüş siyasi pərakəndəlik və onun nəticəsi kimi meydana çıxan şahsevən və çələbiyanlı çapqınçıları rus tacirlərinə Qacarlar dövlətinin mərkəzi və cənub vilayətləri ilə ticarət əlaqələri saxlamağa imkan vermirdi. Şahsevənlər dəflərlə Qarabağ tacirlərini soymuşdular. [Mükatibati daxili və xarici əhdi Müzəffərəddin mirzə vəliəhd, be kuşeşe Abbasqulu Sadiqi və Bəhruz Sadiqi, Nəşri tarixi İran, 1394/2015, s.108]
Rusiyanın hakimiyyət orqanları da Azərbaycan tacirləri ilə Rusiyada pis rəftar edirdilər. Həştərxanda Azərbaycan tacirlərindən müəyyən olunmuş miqdardan artıq gömrük haqqı alınır, bəzi hallarda isə heç bir səbəb gös tərmədən onların mallarını müsadirə edirdilər. [РГАДА, ф.276, оп.1, д.1546, л.5-8 об]
Quru yolla hərəkət edən ticarət karvanlarında malların daşınması at, dəvə və ulaqlar vasitəsilə həyata keçirilirdi. Uzaq məsafələrə ağır yüklərin daşınması daha çox dəvələr vasitəsilə həyata keçirilirdi. Əldə olan materiallar göstərir ki, Qarabağda, Cavanşir-Dizaq mahalında istehsal edilmiş məhsulların böyük hissəsi yükgötürmə qabiliyyəti, orta hesabla 15-20 pud olan dəvələr vasitəsilə Rusiyaya, İrana və hətta uzaq Hindistana daşınırdı. Hacı Xudaverdi bir neçə dəfə Hindistanda olmuşdu. Daha çox Xorasana və Təbrizə mal aparırdı.
Hacı Xudaverdinin Qoçəhmədlidən Xudafərinə gedən karvan yolunun kənarlarında su quyuları, namazgahlar, qədəmgahlar tikilmişdi.
Hacı Xudaverdinin Həsən, Hüseyn adlı оğulları vardı.

Ənvər Çingizoğluскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi