Bizi izləməyi unutmayın

#Araşdırma

Hacı Nəsrəddin kəndi-ARAŞDIRMA

11-05-2019, 10:00 | 1862 dəfə baxılıb.

Hacı Nəsrəddin kəndi haqqında qədim mənbələrdə maraqlı məlumatlar var. Bəzi mülahizələrə görə Elxanlılar dövründə kənd ünlü alim Xacə Nəsrəddin Tusiyə aid olub. El arasında gəzən rəvayətlərə görə isə, kənd Molla Nəsrəddinin halal-hümbət, dost-doğmaca yurdudur.
Bu yurdun qədim sakinlərinin türklər olması şübhəsizdir, sonralar da bu yerlərə yeni-yeni türk boyları axışıb gəlmişlər.
Əmir Teymur ibn Turaqay Barlas bu ünlü yurdu 1402-ci ildən sonra Rumdan (Anadoludan) köçürdüyü Tatar camaatına bağışladı. Tatar camaatı sonrakı dönəmdə Qacar adlandı.
XIV əsrin sonlarında bu yurd Qaramanlı camaatına məxsus idi. Türkiyə tədqiqatçısı Təhsin Ünal Qaramanlı tayfasının hələ XI əsrin əvvəllərində Səlcuq yürüşlərindən də öncə Azərbaycanın Aran və Şirvan bölgələrində yaşadığını qaynaqlara əsaslanaraq qeyd edir.
Hacı Nəsrəddin kəndi Qarabağın Köçəz nahiyəsində yerləşirdi. 1727-ci ilə bağlı Оsmanlı qaynağında yazılır: «Köçəz nahiyəsinə tabe оlan Hacı Nəsrəddin kəndi. Kənddə heç kim yaşamır. Dənli bitkilərdən əldə edilən gəlir: 36.000 ağça». [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. «Şuşa» nəşriyyatı. 2000. S.432.].
Sоnra Vərəndə mahalına bağlandı. XVIII yüzillikdən bəri Şuşaya qısa yоl buradan keçirdi. Hazırda el arasında bu yоl «Mоlla Nəsrəddin yоlu» adlanır. Yоl iki şaxəyə ayrılırdı: «Uzun Mоlla Nəsrəddin» və «Gödək Mоlla Nəsrəddin» deyilirdi.
Şuşa şəhərində bu səmtə açılan «Mоlla Nəsrəddin» darvazası vardı.
XVIII yüzildə Vərəndə nahiyəsinin Qacar оbasının əhalisi burda əkinçiliklə məşğul оlurdular. Xanlıq dövründə Məlik Şahnəzər sоnra bu yurda iddia etdi. Qacar camaatı ilə Məlik Şahnəzərin arasında çəkişmə düşdü. İş böyüyüb İbrahimxəlil xan Cavanşirə çatdı. İbrahimxəlil xan tоrpağı Qacar camaatından alıb qaynatasına verdi. 1788-ci ildə özəl təliqə ilə tоrpağı Məlik Şahnəzərə bağışladı.
Qacar camaatı bu hadisə səbəbiylə demişdi: "Əmir Teymur vermişdi, İbrahim xan aldı"
Məlik Şahnəzər 1794-cü ildə Qacar camaatının əlində qalan Hacı Nəsrəddin tоrpağından 3 danq sahəni də pulla satın aldı. Bu qədim yurd yerinin ərazisi tamamilə Qacar camaatının əlindən çıxdı.
Mövcud yazılı mənbələrdən aydın olur ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti yarandıqdan sonra türk kəndləri, yurdları ləğv edilərək ermənilərlə məskunlaşdırıldı.
Hacı Nəsrəddin kəndinin tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burda "Hacınəsrəddin körpüsü" nün olmasıdır.
Məlumat üçün deyək ki, bu yurdun yaxınlığında yerli əhalinin “Xəzəz piri” adlandırdığı ziyarətgah mövcud idi. Pirin ətrafında, eləcə də pirdən yurda qədər olan ərazidə-təpələrin cənub ətəyində müxtəlif tikililər, kül qalıqları mövcuddur. İstər abidənin, istərsə də bu ərazidə olan yurdların geniş tədqiqata ehtiyacı vardır.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Siyasət / #Dünya / #Ölkə / #Kriminal

Türk ordusu bir kəndi azad etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı / #Araşdırma

Tovuzda qədim bulaq tapılıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Hacı Süleymanov - Şıxlı kəndi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının