Bizi izləməyi unutmayın

#Araşdırma

Əmir Abdulla xan Təhmasibi-ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI

14-05-2019, 22:16 | 662 dəfə baxılıb.

Əmir Abdulla xan Təhmasibinin ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Əslən Qarabağlı olduğu güman olunur. Atası Hacı xan İran Kazak briqadasının zabiti olmuşdu. O, 1881-ci ildə Tehran şəhərində doğulmuşdu. Kazak məktəbində oxumuşdu.
Əmir Abdulla xan Təhmasibi Əmir Ləşkər ləqəbini daşıyırdı.
Əmir Abdulla xan Təhmasibi Qacarlar dövləti devriləndən sonra kazak dostu Rza xana xidmət etmişdi. Rza xan hakimiyyətə yiyələnəndən sonra İranda ən varlı adamlardan olan Murtuzaqulu xan Bayatı soymaq qərarına gəldi. Əmir Abdulla xan Təhmasibini onun ardınca göndərib onu həbs etdirdi. (Ənvər Çingizoğlu, Murtuzaqulu xan Bayat, "Soy" dərgisi, 1 (33), Bakı, 2009. səh.45.)
A.Təhmasibi prinsip etibarilə ziyalılara Azərbaycanın və Azərbaycan tayfalarının tarixini yazmağı tapşırmışdı və məsələnin bu cəhəti onun əyalətdə böyük nüfuz və hörmət sahibi olması və onun Rza xanla münasibətlərinin xarakteri ilə izah edilə bilər. A.Mostoufi qeyd edir ki, A.Təhmasibi Azərbaycanda olduğu müddət ərzində (1924-1925), adamların elə hörmət və etibarını qazanmışdı ki, ”Azərbaycan dilində söylədiyi nitqləri ilə onları heç bir etiraz etmədən istənilən çətin işə, istənilən fədakarlıq göstərməyə vadar edə bilərdi”. (Abdulla Mustovfi, Şərhi zindəgani mən ba tarix, )
Xacə Nuri isə Rza xanın A.Təhmasibiyə qarşı şübhələrinin artdığını qeyd edir. A.Tahmasibinin Azərbaycan qoşunlarına əyalətdə Qacar sülaləsinin tərəfdarlarının ehtimali çıxışlarının qarşısını almaq üçün komandan təyin edilməsinə baxmayaraq onun özü Rza xanın taxt-taca gedən yolunda ehtimali rəqibinə çevrilmişdi.
Rza xan onu Tehrana-geri çağırmağı qərara aldı, “lakin, azərbaycanlılar çoxlu teleqram göndərərək onun getməsinə mane oldular və hökumət əhalinin tələbi ilə razılaşaraq onu bir müddət orda saxlamağa məcbur oldu. Onu oradan geri çağırmaq çətin olduğu üçün Sərdar sepəh (Rza xan - Ə.Ç.) özü ora getdi və oradan Abdulla xanla Kürdüstana hərəkət edib onu oradan Tehrana apardı.” Əhalinin A.Təhmasibiyə olan xeyirxah münasibətini bəzi müəlliflər onun şəxsi keyfiyyətləri, köçərilərin özbaşınalığının qarşısını almaq, əyalətdə qayda-qanunun bərqərar edilməsi, burada abadlıq sahəsində gördüyü tədbirlərin təsirliliyi ilə izah edirlər.
A.Təhmasibinin nüfuzuna, görünür, onun azərbaycanlılar qarşısında həmişə azərbaycanca danışması da təsir göstərirdi. Beləliklə, A.Təhmasibi həm özünün gələcək ehtimali dayağını daha dərindən tanımaq, həm də azərbaycanlılar arasında milli, tarixi şüurun geniş yayılmasına yardım etmək üçün Azərbaycan və Azərbaycan tayfalarının tarixini yazmaq tapşırığı verə bilərdi. Əgər, A.Təhmasibinin tapşırığı ilə Təbrizdə yazılmış əlyazmalarının mövcud olması doğrudursa, onda Azərbaycan ziyalılarının bəzi nümayəndələrinin nisbətən inkişaf etmiş tarixi - milli şüura malik olmaları fikri də doğrudur.
Beləliklə, azərbaycanlılar bütövlükdə Qacar sülaləsinin əsas dayağı hesab edilməsə də, Rza xan və onun ətrafındəkilər ilk günlərdən Azərbaycan və azərbaycanlıların yeri və əhəmiyyətini nəzərə almağa çalışırdılar. Həm A.Təhmasibini Azərbaycandan aparmaq, hem də əyalətdə antiqacar çıxışları təşkil etmək məqsədi ilə Rza xan 1925-ci ildə Azərbaycana səfər etdi. Rza xanın tərəfdarları oktyabrın 29- da Təbrizdə Təbrizin Tehranla əlaqəsini kəsdiyini bildirən fitnəkar elamiyyə çap etdilər. Şəhərdə ”paytaxta yürüş üçün könüllülər dəstələri ”təşkil etməyə” başladılar.
Abdulla xan Tehrana gedəndən sonra yerinə Məhəmmədhüseyn xan Ayrım qaldı.
Əmir Abdulla xan Təhmasibi 4 aprel 1928-ci ildə Borucerd şəhərində vəfat etdi.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

Ənvər Çingizoğlu yazır- Mustafa bəy Əlikişibəyov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Umbay bəy Əmirov- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Əmir Xosrov xan Qasımlı-Avşar - Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının