Bizi izləməyi unutmayın

#Araşdırma

Bir mühacir ailəsinin izi ilə-ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI

15-05-2019, 23:56 | 1672 dəfə baxılıb.

1991-ci ildən, İran İslam Respublikası ilə sərhədlərimizim açıldığı çağdan, tez-tez güneyə baş çəkir, arxivlərdə, kitabxanalarda, kitab mağazalarında olurduq. İranı başdan ayağa gəzmişik. Bu gəzintilərin nəticəsində bir neçə kitab ərsəyə gəlib.
Qaradağ vilayəti Güney Azərbaycanın tarixi bölgələrindən biridir. Bu bölgəyə 4 kitab” (“Qarşı yatan Qaradağ” (Bakı, “Ozan”, 1998), «Qaradağlılar» (Bakı, «Şuşa», 2008), “Qaradağ xanlığı” (Bakı, “Mütərcim”, 2011) və “Hacı Rəhim xan Çələbiyanlı” (Bakı, “Mütərcim”, 2012) həsr etmişik.
“Qarşı yatan Qaradağ” kitabını hazırlayərkən Seyid Əbülqasim Nigarinin qəbrini ziyarət etmək üçün Üştibin kəndinə baş çəkdik. Həmin kənd haqqında yazı hazırladıq. Həmin yazıdan:
Qərbi Dizmar mahalının tarixdən səs-soraq verən kəndlərindən biri də Üştibindir. Bu kəndin camaatı çox qonaqsevərdir. Qonağı təbərrük kimi qəbul edib, tutyə kimi əzizləyirlər. Bu qəlbi təpərli, dizibərk camaatın əski peşəsi bağçılıqdır. Taxıl-tərnə də əkib-becərirlər. Ötən çağlarda da uştibinlər bağ-bostan becərər, əl-ələ verib vəl sürər, çiyin-çiyinə verib biçin biçərdilər. Əkib-becərdiklərindən bazara çıxarıb, satıb yalavaclıq alardılar. Üştibinin narı, üzümü şairlər şerinin, aşıqlar qoşqusunun şah misrası olardı. Nəbati deyirdi.

Narının hər dənəsi yaqut, ya ləli-Yəmən,
Müxtəsər, bir gənc, ya bir bəlli kandır Üştibin.

Başqa bir şerində isə deyirdi:

Gəl Üştibinə, tıx üzümü, nari, doşabi,
At taxçaya qabi...

Üştibinin rəvan-rasta təbli, səs-sədası bütün Azərbaycana yayılı böyük şair Seyid Əbülqasim Nəbatinin doğulub, boya-başa çatdığı yerdir. Seyid Əbülqasim Nəbati XIX yüzilin önlərində Möhtərəm ləqəbli, Mir Yəhya adlı bir ünlü seyidin pak ocağında dünyaya gəlib. Doğma kəndlərində oxuyub savad öyrənəndən sonra – 1833-cü ildə Əhər şəhərinə gələrək, Şeyx Şihəbadinin ziyarətgahında əyləşərək, riyazətlə məşğul olmuşdur. O, burada təsəvvüf təriqətini-şihabiyyəni qəbul etmişdir.
Seyid Əbülqasim şeirlərini “Məcnunşah”, “Xançobani” və “Nəbati” təxəlüsləri ilə yazmışdır.
Seyid Əbülqasim Nəbati özünü ərəb köklü hesab edirdi:

Məhtörəm oğluyam, adım Nəbati,
Zatımız haşimi, əslimiz ərəb.

Seyid Əbülqasım özünü türk dilli, türk balası bilirdi:

Bəççeyi-türkəm, dilim türki, kəlamın həcv-məcv,
Xançobani can alan, can-canı gözlər gözlərim,

Seyid Əbülqasim özünü tatlaşmış sayırdı:

Üştibin eyləyib məni tati,
Şerimi yaxşı eyləyib mövzun...

Nəbati doğma yurdu Üştibinin adına çoxlu qoşqular bağlayıb. Qəsidələrinin birində deyirdi:

...Doğrusu yaylığının vəsfində aciz qalmışam,
Bilmirəm, Baği-İrəm, ya gülüstandır Üştibin.

Başqa bir şerində özünü toplayıb Üştibin yaylaqlarını belə vəsf edirdi:

...Fışqıraq çalıb, çəkib “hey-hey”, “hu-hu” dəmbədəm,
Ağ kəmər, Dərgəc, Telezmanı gözlər gözlərim.

Nəbati doğma kəndinə ürəkdən bağlı bir şair idi. Şerlərinin çoxunda misrabaşı Üştibini tərifləyir. Hətta sevdiyi gözəli qonşu Kürdəştə getdiyinə görə qınaylr:

Nə xoşlayıb xanım bilməm,
Xərab Kürdəşti, Kürdəşti.
Gəl Üştibinə təfərrüc qıl,
Cənnət bağı Rəşti, Rəşti...

Qərbi Dizmar mahalının sulu, səfalı yurdlarından olan Üştibində ulu uruqlar, adlı ailələr yaşayırlar. Bu adlı soy-soplardan biri Səlimbəylilərdir. Səlim bəyin Hələ kəndindən gəldiyi güman olunur. O, Üştibin kəndinin xəlifəsi olub. Seyid Əbülqasim Nəbati yazırdı:

Hakim olmuş onda ta Mirzə Səlimi-kamikar,
Ol səbəbdən xəlqə bir darül-əmandır Üştibin...

Səlim bəyin övladlarından olan Xanlar elsevər, eldar bir ağa idi. Onun oğlu Şirəli xan Zərğam İbrahim xan Məhəmmədbağır xan oğlu Şambayatlı-Qacara qulluq edirdi. Pişəvəri höküməti dövründə Zərğami beş nəfər ailə üzvü ilə birlikdə tutub Təbrizə gətirib edam etdilər...” (Çingizoğlu Ənvər, Qarşı yatan Qaradağ, Bakı: Ozan, 1998, səh.177-179)
Dünyagörmüş kişilərlə söhbətimiz zamanı bildirdilər ki, Səlimbəyli uruğu Quzey Azərbaycandan gəlmədir. Bu soyun izinə düşüb arayıb-axtarmağa başladım. Polkovnik Hüseyn Dustinin “Tarix və coğrafiyayi Ərəsbaran” əsərinə müraciət etdim. Müəllif yazır: “Səlimbəyli – Səlim bəy Dizmarın möhtərəm şəxslərindəndir və Hələ kəndindən gəlib Üştibində əyləşib. Xəlifələrdən sayılır. Onun övladlarından Xanlar xan polkovnik olub. Oğlu Şirəli xan Zərğam müəllifin ana babası İbrahim xanın adamlarındandır. 1945-ci ildə, Pişəvərinin dövründə Təbrizdə edam etmişdilər”. [Hüseyn Dusti, Tarix və coğrafiyayi Ərəsbaran, Təbriz, 1341/1962. Səh. 231.]
Onun yazdıqlarına görə bu Səlimbəyli uruğu Qaradağ xanlığını idarə etmiş Xəlifələr nəslimə mənsubdur. Ümidimizi itirməyib, axtarışlarımızı davam etdirdik. Aslandüz bəxşinin Məqsudlu kəndindən olan dostum Murad Dirəxşan-Korabbaslu ilə yenidən Üştibinə baş çəkdik. Bu dəfə bizi onun oğlu Mehran və gəlini Rüqəyyə müşaiyət edirdilər. Rüqəyyənin əsli Mərdanağamdan olduğundan o yerlərə yaxşı bələd idi. Birlikdə Üştibinə gədik. Söhbət zamanı öyrəndik ki, mühacir uruğun ulu babası Baba bəydir. Baba bəyin nəsli haqqında “Qarşı yatan Qaradağ” kitabımda yazmışdım. Həmin yazıdan:
Üştibin kəndində yaşayan ünlü soylardan biri də Nisarilərdir. Nisarilərin ulu babası Baba bəy Rus-İran savaşları çağında İrəvan çuxurundan köçüb bu kənddə sakin olmuşdur. Oğlu Hacı Məhəmmədəli bəy kəndim seçkin-sanballı adamlarından sayılırdı.
Hacı Məhəmmədəli bəyin oğullarından biri – Əmir Heşmət Nisari (Əbülhəsən xan) Məşrutə inqilabının qəhrəmanıdır. Səttar xanın sağ əli olan Əmir Heşmət ağır savaşlarda həmişə öndə olardı. Bilikli, bacarıqlı və işbilən olduğundan əyalət Əncüməninin qərarı ilə Xoyun, Səlmasın valisi təyin edilmişdi. 1909-cu ildə Səttar xanın əmri ilə Urmiyaya vali dəyişilmişdi.
Səiüdülməmalik ləqəbli Əmir Heşmət inqilabdan sonra da yüksək vəzifələrdə çalışmışdır.
Hacı Məhəmmədəli bəyin digər oğlu Məhəmməd bəy İran polisində sərhəng (polkovnik) rütbəsində xidmət edirdi. Təbriz şəhərində işlədiyi çağda camaat tərəfindən sevilirdi...
Nisarilərdən Mustafa sadiqulsultan da Təbrizə köçmüşdü. Yaşı yüzə yaxın olan Mustafa bəy şəhərin ən yaxşı xəttatlarından sayılırdı...
Nisarilərdən bir qız Hacı Fərəməz xan Hacıəlilinin xanımı idi. Bu xanımdan doğulan sərhəng Nüsrətulla xan anasının soyadıyla Nisari kimi tanınırdı... (Çingizoğlu Ənvər, Qarşı yatan Qaradağ, Bakı: Ozan, 1998, səh.179-180)
Polkovnik Hüseyn Dusti bu soy haqqında yazır: “Nisarilər – Mirzə Baba bu dudmanın ulu babasıdır. İran-Rusiya müharibəsindən sonra İrəvan nahiyəsindən Qaracadağa gəlib. Üştibin kəndində sakin olub. Oğlu Hacı Məhəmmədəli bəydir. Onun da oğlu Əmir Heşmətdir ki, şərhi-halını məşrutə bölümündə vermişik. Digər oğlu polkovnik Məhəmməd xandır ki, polis orqanlarında çalışırdı. Vəfat edib. Ağayi Mustafa sadiqulsultan səksən yaşında olar, Təbrizdə sakindir”. [Hüseyn Dusti, Tarix və coğrafiyayi Ərəsbaran, Təbriz, 1341/1962. Səh. 230.]
Ərdəbilin köhnə kitabfuruşlarında gəzərkən bir kitaba rast gəldim: “Xatirati-Müntəzəmüddövlə”. Alıb vərəqlədim. İlk səhifəsindən öz kökəni haqqında bilgi verirdi. Bildirirdi ki, babaları əslən Gəncəli olub, Nadir şahın dövründə Qaradağa, Üştibin kəndinə köçmüşdülər. Ulu babası Mirzə Baba bəy, onun da törəməsi Mirzə Səlim bəydir. Tapdığıma sevindim. Kitabın müəllifi Mirzə Məhəmməd xan Müntəzəmüddövlədir. Müntəzəmüddövlə yazır: “Mənim soyadım Azərbaycanda Qaracadaği kimi məşhurdur. Ulu-ulu babam Qafqazda Gəncə şəhərində sakin idi. Oranın maarifpərvər və ziyalı şəxslərindən sayılırdı. Nadir şaha xidmət edirdi. Bir para şərir adamların xəbərçiliyi nəticəsində şahın gözündən düşdü. Nadir şah onun qətlinə fərman verdi”. [Məhəmməd Müntəzəmüddövlə (Dəbiri-Əsrar), Xatirati-Müntəzəmüddövlə, Təbriz, “Sürxab”, 1379/2000. Səh. 1.] Müəllif sonra yazır ki, ulu babası Mirzə Baba bəy bir zənbil qızılla Arazı adlayıb Qaradağa, Üştibin kəndinə gəlir. Qızıllarını qazıb basdırandan sonra Qarabağın mərkəzi Əhərə daşınır. Hakimin yanında vəzifə tutur. Vəzir vəzifəsinədək yüksəlir. Sonra Üştibinə üz tutur. Dəfinəsini qazıb yerdən çıxarır. Qızıllarını xırdalayıb şəhərdə mülk, Üştibində torpaq sahəsi alır. Onun dörd oğlu vardı.
Onlardan biri də babam Mirzə Səlim idi. Mirzə Səlim Təbriz şəhərinə daşınıb, ləşkərnefis kimi dövlət idarəsində işləməyə başladı.
Mirzə Səlimin dörd oğlu və bir neçə qızı vardı”. [Məhəmməd Müntəzəmüddövlə (Dəbiri-Əsrar), Xatirati-Müntəzəmüddövlə, Təbriz, “Sürxab”, 1379/2000. Səh. 3-4.]
Mirzə Səlimin oğullarından biri Mirzə Hüseyn xan idi. Mirzə Hüseyn xanın Təbrizdə imarəti, Dizmar mahalının Hizcan kəndində və Əhmədabad kəndində torpaq sahələri vardı.
Mirzə Hüseyn xanın oğlanlarından biri Mirzə Məhəmməd xan idi. Mirzə Məhəmməd xan Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Eynüddövlənin yanında xidmətə başlamışdı. Sonra Məhəmmədəli mirzəyə qulluq etmişdi. Müzəffərəddin şahın fərmanı ilə astara sərhədd xidmətinin rəisi vəzifəsinə göndərilmişdi. Sonra Urmiyada xidmət etmişdi. Daxili İşlər nazirliyində çalışmışdı. Kürdistanın, Kaşanın, Kirmanşahın və başqa əyalətlərin hakimi olmuşdu.
Mirzə Məhəmməd xan Dəbiri-Əsrar, Müntəzəmüddövlə ləqəblərini daşıyırdı.
Bir mühacir uruğunun izi ilə dolandıq. Şükür ki, əməyimiz boşa getmədi. Nəsə tapa bildik...

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Cəmil bəy Lənbəranski- Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Əli bəy Əlibəyоv kimdir-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

İki qardaşın qatili öz cəzasını aldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının