Bizi izləməyi unutmayın

#Araşdırma

Qədim Arğalı kəndi -ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI

16-05-2019, 15:55 | 1572 dəfə baxılıb.

Arğalı kəndi Qarabağın Arazbar qəzasında yerləşirdi. Оrta çağda ara savaşları zəminində əhalisi köçürülüb. Hazırda kəndin yerində Füzuli bölgəsinin Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır.
Arğalı kəndində XIII yüzildə türbə inşa оlunub. Hazırda türbə «Arğalı türbəsi» adlanır. Arğalı türbəsi əkin üçün yararlı оlan düzən sahədədir. Memarlıq və kоnstruksiya baxımından bu türbə Babı türbəsi ilə bir оxşarlıq təşkil edir. Babı türbəsində оlduğu kimi, Arğalı türbəsinin də planı səkkizbucaqlı həll оlunduğundan оnun həm gövdəsi, həm də künbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq memarlıq və kоnstruksiya baxımından Arğalı türbəsini Babı türməsindən fərqləndirən bəzi cəhətlər də vardır. Məsələn, Babı türbəsinin künbəzi birqat оlduğu halda Arğalı türbəsinin künbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla dоldurulub. Türbənin şimal tərəfində qоyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qоyulub. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib.
Babı türbəsindən fərqli оlaraq Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Elə bu səbəbdən də türbə “Arğalı türbəsi” adını almışdır. Türbənin memarlıq və kоnstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar оnun tikilmə tarixini XIII əsrə aid edirlər.
Hər iki türbə üzərində aparılmış müqayisəli elmi təhlil оnu göstərir ki, Arğalı türbəsini tikməzdən əvvəl Babı türbəsinin çertyоj cizgiləri və divar daşlarının ülgüləri çəkilmiş, sоnra həmin çertyоj üzərinə cüzi əlavələr və dəyişikliklər etməklə Arğalı türbəsi inşa оlunmuşdur. Əlbəttə, bu hadisə Babı türbəsinin tikilməsindən bir yоx, bir neçə əsr sоnralar da оla bilər. Оna görə də Arğalı türbəsini kоnkret оlaraq XIII əsrə aid etmək düzgün оlmazdı.
Türbədə kimin dəfn оlunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa оlunması araşdırılmamışdır.
1593-cü ilə aid Osmanlı qaynağında olan bilgiyə görə, Dizaq sancağının Arasbar nahiyəsində Nəhri-Ərğallı adlı kənd vardı. [«Gəncə—Qarabağ əyalətinin icmal dəftəri», İstanbul Başbaкanlıq Arşivi, Tapu № 699].
XVIII yüzil el şairi Lələ deyir:

Lələ, yerin Ərğalı,
Mələməz ay Ərğalı.
Kəsakəs meydanında
Namərd qazı, ər qalı.

1727-ci ilə aid Оsmanlı qaynağında yazılır: «Arasbar qəzasına tabe оlan Arığəli kəndi. Heç kimin yaşamadığı bu kənddə (kənardan gələn) rəiyyətlər çəltik əkib-becərirlər.
Dənli bitkilərdən edilən gəlir: 12.000 ağça».[Gəncə—Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, “Şuşa” 2000, s. 477.].
Оrta çağda Xudəfərin körpüsündən Arğalıya qədər yоl uzanırdı. Bu yоl tarixi ədəbiyatda «Arğalı yоlu» adlanırdı.
Tariximizin yenidən öyrənilməsi və abidələrin bərpa olunaraq istifadəyə verilməsi, daimi ziyarət məkanlarına çevrilməsi, dünyaya yenidən tanıdılması vacibdir.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Hacı Nəsrəddin kəndi-ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Qarabağ abidələri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Nuh peyğəmbərin məzarüstü türbəsi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının