Bizi izləməyi unutmayın

#Araşdırma

Mirzə Məhəmməd Saidülvüzarə: Mart qırğınlarının şahidi -ARAŞDIRMA

18-05-2019, 14:48 | 1452 dəfə baxılıb.

Məhəmməd Said, (Saidülvüzarə) 28 aprel 1881-ci ildə Marağada, bəzi qaynaqlara görə isə Tiflisdə [Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1371/1994, s.8] anadan olmuşdu. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazı idi.[ Mustafa Əlmövti, Baziqarani siyasi əz məşrutiyyət ta 1357, London, 1375 h.ş. 2c, s.21] Bəzi müəlliflərə görə ulu babaları Marağaya Heratdan gəlib. [Ervand Abrahamian. A History of Modern Iran. — Cambridge University Press, 2008. — P. 101] Atası və babası Azərbaycanın yüksək səviyyəli qazı və hakimlərindən idi.
Mirzə Məhəmməd Said 5 yaşından Tiflisdə Zaqafqaziya şeyxülislamlığının məktəbində oxumağa başlamışdı. [Abdullapur Əhməd, Nəxostvəzirani-İran, Tehran, "Elmi", 1390, s.197] Sonra gimnaziyada təhsilini davam etdirmişdi. İsveçrənin Lozann Universitetində ali təhsil almışdı.
Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdı. Mirzə Rza Hacı Mirzə Şeyx Həsən oğlu Ərfəüddövlənin (1853-1937) yardımı ilə Xarici İşlər vəzarətində işə düzəlmiş, Tiflis general konsulluğunda naibi-əvvəl vəzifəsində çalışmışdı. Sonra Ərdəbil şəhərində kargüzar kimi xidmət etmişdi. Sonra Bakıda konsul olmuşdu.
Mirzə Məhəmməd Said 1918-ci ildə erməni-müsəlman davasında fəal və çevik siyasət yürütmüşdü. Müsəlman əhalisini qəddar erməni qırğınlarından xilas etmişdi. [Mehdi Müctəhidi, Recalə Azərbaycan dər əsre məşruteyyət, Tehran, "Zərrin", 1379, s. 151]
Mirzə Məhəmməd Said Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M.S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdi. 1994-cü ildə Tehranda nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdi. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdı. M.S.Marağayi böyük çətinliklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə almışdı. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki, Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunması sonrakı aylarda da, türk-Azərbaycan qoşunları şəhəri azad edənədək davam etmişdi.
1918-ci ilin əvvəlində yalnız Bakı və onun ətraf kəndlərində 70 minə yaxın əksəriyyəti etnik azərbaycanlı olan İran vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iqtisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vüzarə Marağayi isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici diplomatlardan biri hesab olunurdu. O, rus, fransız, alman, ərəb və türk dillərini mükəmməl bilirdi. Yerli adamlarla öz dillərində danışır və çıxışlar edirdi.
Bakıda yaşayan İran vətəndaşlarının arasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı sahələrinə nəzarət edən və şəhərdə öz kontorları, daşınmaz əmlakı, mağazaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayırdılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi həyatı keçirən “iranlılar” var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart hadisələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, “Əlahəzrət İran şahının” təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran konsulunda görürdülər. Halbuki, mart hadisələrinin ikinci günü erməni quldurlarından gizlənən yüzdən artıq İran vətəndaşlarının sığınacaq tapdığı İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçirilmiş, konsulun özü, konsulluğun əməkdaşları ilə birlikdə əsir götürülmüşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə müraciətindən sonra əsir İranlı vətəndaşları azad etmək mümkün olmuşdu və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun binasını tərk etməmək əmri verilmişdi. [Bayat Kave. Qafqaz üzərində fırtına. İranın müstəqilliyin ilk dövründə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ilə regional münasibətləri. 1917-1921, Tehran, 2001, s..39 (fars dilində).] Lakin bolşeviklərin xəbərdarlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Bakının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün həqiqətən çox səy göstərmişdi. [AR Pİİ SSA, f.277, siyahı 2, iş14, v.1-4.] Lakin, Said-əl Vəzarənin bolşeviklərlə danışıqları zamanı “günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşiliklərin dayandırılması”, habelə “müharibədə iştirak etməyən yüzlərlə İranlı vətəndaşların ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son qoyulması” kimi tələbləri eşidilməmiş qalmışdı. [Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1994, s. 49 (fars dilində).]
Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəlmanların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətəndaşlarının son məlumatlarına istinad edərək, iddia edirdilər ki, “müharibənin 3-4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfərdən çoxu iranlılar olmuşdur”. Həmçinin qeyd edilirdi ki, həlak olanların arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. (“Bahar” qəzeti, Хорасан, 1918, 21 aprel (fars dilində).] Lakin konsul Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı ki, “yalnız onun tərəfindən təşkil edilmiş komissiya tərəfindən küçə və həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyriiranlıların meyitləri toplanmış və dəfn edilmişdi.” [Marağayi Said Məhəmməd. Siyasi xatirələr, s. 49.]
İranın Bakıdakı konsulu Məhəmməd Said-əl Vüzarə Marağayi də, həmin günlərdə aralarında minlərlə İran vətəndaşlarının olduğu müsəlmanlara qarşı zorakılığın qarşısının alınmasında fəal iştirak etməklə, bu hadisələri yerli müsəlman əhalisinin erməni silahlı qüvvələri tərəfindən qızışdırılan milli qırğını kimi xarakterizə edirdi. [Marağayi Said Məhəmməd. Siyasi xatirələr....s.48.]
Mirzə Məhəmməd Said 1924-cü ildə Məmləkəti-Məhrusəyi-Qacariyyənin Osmanlı dövlətindəki səfarətinə müstəşar təyin olunmuşdu. Səfir Seyid Məhəmmədsadiq Təbatəbai səfarəti içini bütövlükdə onun öhdəsinə buraxmışdı.
Mirzə Məhəmməd Said 1932-1934-cü illərdə Qərbi Azərbaycan əyalətinin valisi olmuşdu. İran milli və senat parlementlərində Urmiyadan nümayəndə seçilmişdi. Mirzə Məhəmməd Said 1938-ci ildən İranın Rusiyadaki səfiri idi.
Mirzə Məhəmməd Said Əli Süheylinin baş nazirliyi dönəmində (9 mart 1942, 15 fevral 1943) İranın xarici işlər vəziri idi.
Məhəmməd Said Əli Süheylinin 1943-cü ildə kabinetinin süqutundan sonra baş nazir oldu. Said, Sovetin İranın şimalında neft konsessiya tələbin qəbul etməkdən imtinasından sonra, İran-Rusiya münasibətləri, Saidin hökuməti ərzində aşağı düşmüşdür. [Rubin, Barry (1980). Paved With Good Intentions. Oxford University Press, 25.] 1944-cü ildə baş nazir gözlənilmədən danışıqlarda sovet diplomatlarına qarşı sərt mövqe tutdu [Вышинский А. Я., Лозовский С. А. Советско-иранские договоры и соглашения // Дипломатический словарь. — М.: Государственное издательство политической литературы, 1948.]. Bundan sonra Sergey Kavtaradze açıqca baş nazirə hücum etdi və onun istefasını tələb etdi. Sovet və Tudə mətbuatı Kavtaradzenin sözlərini əks etdilər. Sovetlər Tudə yoldaşlarını ruhlandırdılar ki, Saidin istefa verməyi üçün nümayiş etsinlər. Said 1944-cü ilin noyabrında istefa verdi. [Gholam Reza Afkhami. The Life and Times of the Shah. — University of California Press, 2008. — P. 88-89.]
Məhəmməd Said 1948-ci ilin noyabr ayında yenidən İranın baş naziri seçildi.
O, baş nazirliyi zamanı İranda Tudə Partiyasını qadağan etmişdi və Artur Millspo (Artur Millspaugh) onun rəhbərliyi altında yenidən maliyyə naziri təyin edildi.
Bildirilir ki, o, hətta senatorluq zamanı da, ictimai nəqliyyatdan istifadə edirdi.
Məhəmməd Said 1973-cü ildə Tehranda vəfat edib [Peter Truhart. — Mörlenbach : Strauss Offserdruck, 2003. — Vol. 3. — P. 854-855. ] və Behişti-Zəhra gorgahında dəfn edilib.

Ənvər Çingizoğlu


Saidəlvüzarə ermənilər tərəfindən öldürülmüş müsəlmanların yanında
Mirzə Məhəmməd Saidülvüzarə: Mart qırğınlarının şahidi -ARAŞDIRMA

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Hacı Mirzə Əliqulu Yusifzadə-Ənvər Çingizoğlu araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Əmiraslan xan Qasımlı-Avşar - təşkilatdan təşrifata qədər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Mirzə Davud xan Məmmədbəyov - Ənvər Çingizoğlu yazır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının