Bizi izləməyi unutmayın

#Araşdırma

Şair Yuri Sofiyev əslən Azərbaycanlıdır -ARAŞDIRMA

20-05-2019, 00:39 | 1332 dəfə baxılıb.

Oxucularımızın böyük əksəriyyəti rus şairi Yuri Borisoviç Sofiyevin (1899-1975) əslən azərbaycanlı olmasından xəbərsizdirlər. Onu xalqımıza qaytarmaq üçün bir çox arxivlərdə araşdırma aparmışıq. Əvvəlcə onun nəsil-nəcabəti ilə tanış olaq.
Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər.
Azərbaycan xalqının hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu tarixə şan verən soy və sülalələrdən biri də Səfiyevlərdir. Səfiyevlər soy-kökü Səfəvilərə dayanan qədim bir soydur. Qollarından biri Borçalı mahalında, Qaracalar obasında yaşam sürürdü. Xeyli varidata, rəiyyətə və mal-mülkə yiyələnmişdilər.
Səfiyevlər soyundan İskəndər bəy rus üsul-idarəsi dönəmində Tiflis şəhərinə yerləşdi. Ordan Loris-Melikov tərəfindən Rusiyaya aparıldı. 1-ci Peterburq Kadet korpusuna verildi. Qvardiya praporşikləri və süvari yunkerləri hazırlayan hərbi məktəbdə oxudu. Çar ordusunda qulluq etdi. Polkovnik rütbəsinədək yüksəldi.
İskəndər bəy xristianlığı qəbul etmişdi. Xaç suyuna salınandan sonra Aleksanrdr Platanoviç Bek-Sofiyev kimi tanınırdı.
İskəndər bəyin Əskər bəy, Abbasqulu bəy adlı oğlanları vardı.
Əskər bəy İskəndər bəy oğlu Səfiyev 10 iyun 1872-ci ildə Tiflis şəhərində doğulmuşdu. Xristianlığı qəbul etmişdi. Xaç suyuna salınandan sonra Boris Aleksanrdroviç Bek-Sofiyev kimi tanınırdı.
Boris Aleksanrdroviç Bek-Sofiyev ümumi təhsili Pskov kadet korpusunda alıb. Xidmətə 3-cü Aleksandrovski məktəbində sıravi yunker kimi başlayıb. 1894-cü ildə təhsilini bitirdikdən sonra podporuçik kimi 110-cu Kamski piyada alayına göndәrilib. Eyni ildə xidməti üzrə sınaqdan keçməsi və sonradan artilleriyaya köçürülə bilməsi üçün müvəqqəti olaraq, 6-cı artilleriya briqadasına göndərilib. 1896-cı ildə 6-cı, 1898-ci ildə isə 2-ci artilleriya briqadasına köçürülüb. 19 iyul 1898-ci ildə poruçik, 19 avqust 1901-ci ildə isə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak edib.
1907-ci ildə 1-ci Şərqi-Sibir mortira artilleriya divizionuna köçürülüb və kapitan rütbəsinə təqdim edilib. 1912-ci ildə 19-cu artilleriya briqadasına köçürülmüşdür.
1913-cü ildə zabit artilleriya məktəbinə ezam edilmiş Boris bəy Sofiyev oranı uğurla bitirmişdir. 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlib və 19-cu artilleriya briqadasının batareya komandiri təyin olunub.
Birinci dünya müharibəsinin başlanması ilə 65-ci artilleriya briqadasında 5-ci batareyanın komandiri təyin edilib.
4 noyabr 1915-ci ildə polkovnik rütbəsinə yüksəlib. 30 aprel 1916-cı ildə 57-ci artilleriya briqadasının 1-ci divizionunun komandiri təyin edilib.
Vətəndaş müharibəsi zamanı ağ hərəkatın iştirakçısı olub. O, Yaroslavl üsyanı və Bredov yürüşündə iştirak edib.
Boris Aleksanrdroviç Bek-Sofiyev 1920-ci ildə Yuqoslaviyaya, daha sonra isə Fransaya köçüb.
Boris Bek-Sofiyev 25 aprel 1934-cü ildə Parisdə vəfat edib.
Boris Bek-Sofiyev Lidiya Nikolayevna Rodionova (1876-1956) ilə ailə qurmuşdu. Yuri, Lev (24 noyabr 1902, Polşa - 3 iyun 1982, Paris), Maksimillian (5.01.1906, Polşa – 5.11.1937, SSRİ, Kolıma) adlı oğlanları vardı.
Yuri Borisoviç Bek-Sofiyev 20 fevral 1899-cu ildə indiki Polşanın Bela şəhərində doğulmuşdu. Rus-Yapon müharibəsindən sonra ailəsi Uzaq Şərqdə məskunlaşmışdı. Onu Xabarovsk Kadet korpusuna vermişdilər. Burda 1912-ci ilə qədər oxumuşdu. Sonra onu Nijeqorod Kadet korpusuna dəyişmişdilər.
Yuri Bek-Sofiyev Birinci Dünya Müharibəsi dövründə Konstantin Artilleriya məktəbinə daxil olmuşdu. 1917-ci ildə bu məktəbi bitirmişdi. Atası ilə bərabər Ağ hərəkatda iştirak etmişdi. Yaroslavl üsyanının iştirakçısı idi. Ağqvardiyaçılardan ibarət 3-cü atlı-artilleriya diviziyasında xidmət etmişdi. 29 iyul 1919-cu ildə praporşik rütbəsi almışdı.
Yuri Bek-Sofiyev sonra 3-cü atlı-artilleriya diviziyasının 17-ci Qafqaz atlı-dağ batareyasında xidmət etmişdi. 1920-ci ildə atası ilə bərabər Krımdan köçmüşdü. Daha sonra Qallipolidə Könüllülər ordusuna qoşulmuşdu.
Yuri Bek-Sofiyev Belqrad Universitetinin tarix-ədəbiyyat fakültəsinə daxil olmuşdu. 1923-cü ildə universitet tələbələrinin dərgisi olan "Hamayun"da ilk qələm sınağını etmişdi.
Yuri Bek-Sofiyev Fransaya yerləşmiş, Parisdə Firəng-Rus institutunda yarımçıq qoyduğu fakültəni bitirmişdi. Parisdə Demokratik Respublika Cəmiyyətinə üzv yazılmışdı. Bir müddət "Fransa gənc şair və yazıçılar birliyi"nin sədri olmuşdu. Bu birliyə Marina Svetayeva əri Sergey Efronla tez-tez baş çəkirdi. Kuprin, Xodaseviç, Adamoviç, Georgi İvanov, irina Knorrinq də baş çəkənlər arasında idi. Yuri Bek-Sofiyev burda İvan Buninlə dostluq edirdi.
Yuri Bek-Sofiyev 1926-cı ildə Parisdə nəşr olunan «Звено» dərgisində dərc olunur. Mühacirətdə ədəbi sahədə baş saxlamaq çox çətin idi. Ona görə də diplomunu palaz altında gizlətdi. Ən ağır və qara işlərdə çalışmağa başladı. Fransız proletarlarının mitinqlərdə iştirak etdi.
Yuri Bek-Sofiyev zadəgan soyadını sadə Sofiyevlə əvəz etdi.
Yuri Sofiyev 1931-ci ildə Parisin «Юпитер» lojasında masonluğa daxil oldu. 1934-cü ildə 4-cü mason dərəcəsinə yüksəldi.
Yuri Sofiyevin 1937-ci ildə "İllər və daşlar" adlı ilk kitabı nəşr olundu.
Yuri Sofiyev 1942-ci ildə Fransa Müqavimət hərəkatının üzvü olur.
Yuri Sofiyev 1943-cü ildə əsir kimi Almaniyaya aparılır.
Yuri Sofiyev müharibədən sonra «Русские новости» qəzetinin əməkdaşı olur. 1946-cı ildə SSRİ-də yaşamaq icazəsi alır. 1955-ci ildə oğlu ilə SSRİ-yə gəlir və Alma-Atada yaşamağa təyin olunur. Qazaxıstan SSR-n EA-nın Zoologiya institutunda rəssam-animalist kimi çalışmağa başlayır.
Yazdığı şeirləri «Простор» dərgisində dərc etdirir. "Yelkən" adlı kitab ərsəyə gətirir.
Yuri Sofiyev 22 may 1975-ci ildə vəfat edib.
Yuri Sofiyev 1928-ci ildə şairə İrina Nikolayevna Knorrinq (1906-1943) ilə ailə qurmuşdu. İqor (1929—2005) adlı oğlu vardı.


ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə / #Araşdırma

Bu xəbərdən sonra şokalad daha cox yeyəcəksiz-Qara şokoladın faydaları - ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar / #Araşdırma

Prof. Dr Ali Murat Daryal əslən Laçınlıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının