Bizi izləməyi unutmayın

#Araşdırma

Şapşal kimliyinin bilinməyən tərəfi-ARAŞDIRMA

20-05-2019, 12:38 | 1742 dəfə baxılıb.

Bu gün Karaim əsilli filoloq, şərqşünas, filologiya elmləri doktoru, professor Seraye Mordexayeviç Şapşalın doğum günüdür. Yəhudilər arasında Xaxam Seraye, xristianlar arasında Sergey Markoviç, müsəlmanlar arasında Hacı Sürayə xan kimi tanınan Şapşalın bir çox ziddiyyətli tərəfləri var. Azərbaycanın siyasi həyatında önəmli rol oynayıb. Məşrutə hərəkatının adı çox hallanan əcnəbi şəxsiyyətlərdəndir. Daha yaxından tanış olaq:

Seraye Mordexayeviç Şapşal 1837-ci ilin may ayının 20-də Baxçasaray şəhərində Karaim ailəsində doğulmuşdu. Peterburqdakı özəl litseydən məzun olduqdan sonra, 1894-cü ildə Peterburq Universitetinin Şərq elmləri fakültəsində Ərəb-Fars-Türk dilləri şöbəsinə daxil oldu. Buradan 1899-cu ildə məzun olub V. D. Smirnovun Türk-Tatar folkloru kafedrasında qaldı. 1900-cü illərdə S.M. Şapşal Qacarlar dövlətinin Rusiyadakı səfiri Mirzə Rza xan Ərfəüddövlənin (1853-1937) təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin təqdimatı və çar II Nikolayın (1868-1918) şəxsi razılığı ilə Qacar hökmdarı Müzəfərəddin şah Qacarın (1853-1907) böyük oğlu, Qacarlar dövlətinin vəliəhd şahzadəsi Məhəmmədəli mirzənin (1872-1925) təhsil gördüyü İranın Təbriz şəhərindəki Loğmaniyyə mədrəsəsinə göndərildi.
O, bununla bağlı 1901-1908-ci illərdə İranda yaşayıb işləmişdir. Onunla yaxın yaradıcılıq əlaqələri saxlamış rus türkoloqu Nikolay Baskakovun (1905-1995) yazdığına görə, S. Şapşal həmin illərdə bir müddət Təbrizdəki Loğmaniyyə məktəbində müəllimlik də etmişdir.
S. Şapşal Təbrizə gəldikdən bir zaman sonra yerli adət-ənənələrə yaxşı bələd olması, dərin biliyi, diplomatik istedadı, yüksək əxlaqi və peşə keyfiyyətləri sayəsində həm Qacarlar sarayında, həm də vəliəhdin yanında böyük nüfuz və etibar qazana bilmişdi. Vəliəhd Məhəmmədəli mirzə atasının ölümündən sonra 1907-ci ilin yanvarında şah taxtına əyləşərək S. Şapşalı özünün müşaviri və general-adyutantı (Saray naziri) təyin etmişdi. S. Şapşal həmçinin şahın fərmanı ilə İranın bir sıra orden və medalları ilə təltif olunmuşdu. O, Məhəmmədəli şahı tamamilə öz təsiri altına ala bilmişdi və onunla o qədər yaxınlaşmışdı ki, sözün gerçək mənasında Şahın ailə üzvünə çevrilmişdi. Şah hətta bəzi idarəetmə məsələlərini S. Şapşala etibar etmişdi.
S. Şapşal geniş anlamda Rusiya monarxının təmsilçisi olmaqla yanaşı, həm də əqidəsinə görə monarxist idi ki, bu da onu İran monarxı ilə siyasi və mənəvi cəhətdən daha da yaxınlaşdıran cəhətlərdən biri idi. Beləliklə o, İranda gedən hadisələrə təsir edə bilmək üçün olduqca sərfəli imkan qazanmışdı və S. Şapşal belə vəziyyətdən, Rusiya Xarici İşlər Nazirliyi Asiya Departamentinin xətti ilə İrana ezam edilmiş dövlət məmuru (rezidenti) olaraq, ilk öncə Rusiya imperiyasının İrandakı siyasi və iqtisadi maraqlarını uğurla təmin etmək, o cümlədən, o zaman yarımmüstəmləkə halında olan İranın daxili və xarici siyasətinə Rusiya təsirini daha da artırmaq üçün istifadə edirdi.
Sovet şərqşünası və tarixçi professor Vladimir Aleksandroviç Qurko-Kryajin (1887-1931) S.Şapşalın Təbrizdəki elmi və pedaqoji fəaliyyətini görünür ki, tarixşünaslığın marksizm-leninizm təliminə əsasən,”faydalı şərtlərlə iqtisadi müqavilələr hazırlamaq üçün çar Rusiyası hökuməti tərəfindən Məhəmməd Əli şahın yanına qoyulmuş konsessiyalar ovçusu və şübhəli işbaz” kimi səciyyələndirib təqdim etmişdir (“İranın qısa tarixi”. Moskva, “Prometey” nəşriyyatı, 1925).
Pavloviç təxəllüslü rus şərqşünası və publisisti Mixail Lazareviç Veltman (1871-1927) isə “1905-ci il inqilabı və Şərq” adlı elmi-tarixi oçerkində S. Şapşalın fəaliyyətini belə analitik prizmadan işıqlandırmışdır: - “İran inqilabi hərəkatı sıx surətdə Rusiya fəhlə hərəkatı ilə bağlı idi, İran əks-inqilabı isə əksinə, öz qüvvəsini Çar taxt-tacının pyedestalından alırdı. Olduqca maraqlı haldır ki, İran Sosial-Demokrat partiyasının (İctimaiyyun-Amiyyun) əsasını mərhum yoldaş Nəriman Nərimanov qoymuşdu, İran əks-inqilabının başlıca təhrikçisi isə İranda özünə qarşı ümumi nifrət oyatmış rus təbəəsi S.M. Şapşal idi” (“İstorik-marksist” jurnalı, Moskva, 1926, № 1).
S. Şapşalın Məşrutə hərəkatına qarşı yürütdüyü siyasətin səbəbləri onun İrandan qayıtdıqdan sonra verdiyi bir müsahibəsində olduqca aydın şəkildə göstərilmişdir. “Birjevıye vedomosti” qəzetinin 7 avqust 1908-ci il tarixli sayında çap edilmiş “General-adyutant Şapşal Moskvada” adlı məqalədə bu barədə belə açıqlamalar verilmişdir: - “Tanınmış İran xadimi, general Şapşal dünən yolüstü Moskvada dayanmışdı. Şapşal jurnalistlərə verdiyi müsahibədə bildirmişdir ki, qovulmuş İran parlamenti ölkənin həqiqətən də ehtiyac duyduğu məsələlərin mahiyyət etibarilə ifadəçisi deyildi. O, bu fikrini müfəssəl surətdə əsaslandırdı və ümidvar olduğunu bildirdi ki, yeni Parlament İranın bütün fikir və rəylərini ehtiva edən gerçək tribuna olacaqdır və hüquq normalarını həyata keçirə biləcəkdir. Şapşal belə baxışlarını düzənləyən zaman, bizə təsdiq etdi ki, onun özü Konstitusionalizmin gerçək tərəfdarıdır. Lakin onun zənnincə, İran hələlik o səviyyəyə gəlib çatmayıbdır. Buna baxmayaraq, geriyə qayıtmaq mümkünsüzdür, - deyib Şapşal sözünü bitirdi”.
1909-cu ildə, İrandan Peterburqa gəlir və Peterburq Universitetinin Şərq elmləri fakültəsində Türk Dili kafedrasında müdir olaraq və eyni zamanda Xarici İşlər nazirliyinin təhsil bölümünə Şərq dilləri müəllimi olaraq seçilir. Onun şagirdləri arasında o zaman S.E. Malov, F.İ. Filonenko və sonradan ünlü olan başqa türkoloqlar vardı.
1911-ci ildə şöbələri də olan Yaxın və Uzaq Şərqdə Rus şərqşünaslar dərnəyi Peterburqda quruldu. Bu dərnəyin “Şərq külliyatı” adlı nəşr orqanı vardı.
S.M. Şapşal, illər boyunca sədr müavini, sonra Yaxın Şərq bölümünün sədr və eyni zamanda “Şərq külliyat”ın ilgili bölümündə redaktor oldu. Sonradan S.M.Şapşal Şərq elmləri dərnəyi, Coğrafiya Cəmiyyəti, Arxeologiya Cəmiyyəti, Şərq elmləri bölümü və Elmi Arxiv Komisiyasına əsl üzv olaraq seçildi.
S.M. Şapşal, Karaimlərin toplumsal həyatında təsirli bir şəkildə rol oynadı. 1915-ci ildə Kırımda Karaim camaatinin sədri olaraq seçildiyində, o Yevpatoriyada Karaim Tarixi-Etnoqrafik Muzeyini və 400 civarında özünün topladığı Karaimlərin tarixi, etnoqrafik və filolojisi kitablarından təşkil olan "Karay Birikliyi" adlı Karaim Kitabxanasını açdı. (Bu kitabxanadakı kitabların yarısı indi Rusiya EA Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində qərar tutur.)
1928-ci ildə S.M.Şapşal Polşaya daşınır. Burada Şərqi Avropa Araşdırma İnstitutunun Türk Dili professorluğu vəzifəsinə, sonra da Vilen Universitetinin professorluğu vəzifəsinə təyin edilir.
Polşada olduğu zamanlarda S.M. Şapşal Polşa Şərqşünaslar Dərnəyi sədr yardımçısı, Lvov Universitetinin fəlsəfə doktoru və Krakov Elmlər Akademiyası
əsl üzvü olaraq seçilir. S.M. Şapşal, Polşa Şərqşünaslar Dərnəyi çalışmaları üzərində redaktorluq edir və Karaimsk Düşüncəsi adlı dərgini nəşr etdirir.
Alim Vilnusdə Karaim Tarixi, Dili və Ədəbiyatı həvəskarları dərnəyini qurdu və Karaim Etnoqrafiya muzeyini təşkil etdi. Bu muzeyin idarəsini Litvada Sovet hökuməti qurulduqdan sonra Sovet dövlətinə keçirdi.
II Dünya Savaşı dönəmində, faşizm işgalinin ən çətin zamanlarında, S.M. Şapşal muzeyin bütün qiymətli əşyalarını və bu arada V.İ. Leninin portretini və Karaim rəssamı olan Bari Eqizanın çalışmalarını saxlaya bildi. Bu bilgi "Qızıl Ordu gerçəyi" adlı cəbhə qəzetinin 1944-cü il oktyabr ayındakı nömrəsində işıqlanıb.
Vilnüsü Hitler işgalçılarından boşaltdıqdan sonra alim, Karaim muzeyinin çalışmalarını yönətməyə davam etdi və muzey fondlarını Litva SSR Elmlər Akademiyasının Tarix və Hüquq İnstitutunun elmi məmuru oldu. Alimə V.V. Bartold, V.V. Struve, İ.İ. Kraçkovski, V.A. Qordlevski, İ.İ. Tolstoy və başqa qocaman professorların təklifləriylə “honor is causa” fəxri filoloji doktoru elmi adı verildi.
S.M. Şapşal 18 noyabr1961-ci ildə Vilnüs şəhərində vəfat etdi.


ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Əli Həsənovun doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Azərbaycanın və Tatarıstanın tarixçi alimləri birgə tədqiqatlar aparacaqlar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının