Bizi izləməyi unutmayın

#Araşdırma

Keştasf nahiyəsi-erməni saxtakarlığına cavab

21-05-2019, 23:32 | 1822 dəfə baxılıb.

Keştasf—Qarabağın bir tarixi bölgəsidir. Adının açımı keşti asp-at seyrangahı anlamındadır.
Keştasf nahiyəsi hazırkı Laçın bölgəsinin ərazisinə düşür.
Müşahidələr göstərir ki, erməni saxtakarlığının əsas prinsiplərindən biri türklərə mənsub coğrafi ərazilərin özünküləşdirməsidir.Bu yurdun ermənilərə məxsus olmasına dair iddialar da erməni saxtakarlığının bariz nümunələrindən biridir. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu cür yazılış ermənilərə məxsus tarixi və coğrafi ədəbiyyatda yer almışdır.
Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik.
Qeyd edək ki, Keştasfın adı yunanca farsdilli qaynaqlarında da müxtəlif cür göstərilir. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı. Bu yörə qədim mənbələrdə Quştasfi (At əti) biçimində də hallanır.
1593-cü ildə Osmanlı dövləti Кеştasf nahiyyəsinin oba, кənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış еdib, yazımıza кöçürürüк.
Кеştasf nahiyəsi

Baldadı
Miri məzrəsi
Hacılar
Qorçu
Uzun Hacı
Məhav
Cеyк
Nеvşəhri
Şirənho
Oğuzabеrd
İmirli
Yеnicə
Hortagird
Çəpni
Pul
Кəlibərd
Dərətüm
Şəbəкi
Bəridli
Şеyxabad
Obadaş
Babalı
Кöhnəк
Əngücəк
Ağcaqışlaq
Xətəк
Əsət кəndi
Pənclər
Salır Andazor
Şеyx İzzəddin
Ağabad Parqa məzrəsi
Əmir qışlağı
Qaraxan
Səfiyan
Quşçu
Alpatay
Кasos/Katos
Dəndvay
Allahvеrənli
Bəyobası
Açqız
Bəyəxan. («Gəncə—Qarabağ əyalətinin icmal dəftəri», İstanbul Başbaкanlıq Arşivi, Tapu № 699)
Səfəvi hökmdarı II Şah Abbas hicri 1056-cı ilin zilqədə ayında (9 dekabr 1646 — 7 yanvar 1647) Keştasf nahiyəsindən 5 kəndi əmir Abbasqulu sultana tiyul vermişdi. (Центр, архив Армении, фонд 59, дело I, лист 3) Bu kəndlərdən yalnız Xənəzəyin adı məlumdur. Qalanını başabəla erməni "alimcikləri" pozublar.
Bu siyahıda erməni dilinin vasitəsilə çözüləcək bir yurd yeri yoxdur. Keştasfda oğuz tayfalarından çəpnilər, salurlar, eymirlilər, qıpçaq tayfalarından quşçular yaşayırdılar. Elxanlılar dönəmində Məhəmməd bəy Quşçunun Qarabağ hakimi olduğunu bilirik. XVIII yüzilin önündə Quşçu kəndindən İmamverdi bəy Allahverdi bəy oğlu öz qandaşlarından xeyli mülk almışdı. 1704-cü ilə aid bir qəbalədə (alqı-satqı sənədi) yazılır: “Sonra Qəzənfər, Məhəmmədyar və Əli xan Əli xan Keştasflının oğulları və Vəli, Həzrətqulu Mirzə oğulları, Gülağa adlı qadın, Əliyarın qızı, Əli xanın oğlu qanuni satışda öz 2 yarım dəng qanuni paylarını, mülklərini, 6 dənglik dördyanı hasarlı əmlaklarını Quşçu kəndinə, Allahverdi bəy Keştasflının oğlu İmamverdi bəyə 6 Təbriz tüməninə satdılar”. (И. П. Петрушевский, Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв., Ленинградский Государственный Университет, 1949 год.с.121-122.)
Erməni müəllifləri yazırlar ki, XVIII yüzilin sonunda köçəri türklər qədim erməni torpağı Keştasfa yerləşdilər. Qədim erməni torpağının ermənicə adı və əhalisi olmazmı?
1727-ci ildə Кештасф нащийяси Osmanlı dövləti tərəfindən siyahıya alındı. Əhali yurdlarını tərk etdiyindən kəndlər xali-boş qalmışdı.
Ялифдар кянди. Кянддя щеч ким йашамырды.
Щажылар кянди. Кянддя щеч ким йашамырды.
Шейх Ящмядли кянди. Кянддя щеч ким йашамырды.
Гары гышлаг кянди. Кянддя щеч ким йашамырды.
Кярдцван кянди. Кянддя щеч ким йашамырды.
Муьлабяй (Malıbəy) кянди. Кянддя щеч ким йашамырды.
Йцк кянди. Кянддя щеч ким йашамырды.
Сос мязряси.
Шейх Косалы кянди. Кянддя щеч ким йашамырды. (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Baкı. «Şuşa» nəşriyyatı. 2000. s.435.)
Bölgənin qədim kəndlərindən olan Quşçu XIX yüzildə kənd Quşçular adlanırdı. Bu kənddə Qaraçorlu elinin Gəloxçu camaatı məskunlaşmışdı. Məmmədxan sultanın oğlu Hətəmxan bəy (1840-?), nəvələri II Məmmədxan bəy (1859-?), Əhməd bəy (1860-?) kənddə xeyli torpaq sahəsinə sahib idilər. Hüseynəli sultanın oğlanları Təhməzqulu bəyin (1830-?), Süleyman bəyin (1833-?), Hüseynqulu bəyin (1845-?), Abbasqulu bəyin (1846-?) torpaqlarının bəhrəsini on erməni kəndinin biçinçiləri toplaya bilmirdilər. Məhəmməd bəyin oğlanları Cəbrayıl bəyin (1819-?) və İsmayıl bəyin (1829-?) xırmanını ac ermənilər xır vurub sovururdular. Hansını sayaq? Birdi, beşdi?.. O zamanlar ermənilərin beş qarış torpaqları yoxudu ki, dədələrini dəfn edələr. Saxtakarlıq nəyə lazımdır ki? Gap-gələci sözlərlə plov bişməz ki. Sizin sözlər tarixdə əks olunmur. Erkən çağa aid olan məbədlər albanların, orta çağa bağlı olanlarsa türklərə bağlıdır. Hanı sizinki?
Keştasfın qədim kəndlərindən biri Malıbəydir. Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və başqa bir kənddə (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç horizontal və bir vertikal xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy, Güləbird kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim türk xalqlarının tanrısı Humay quşu idi və bunun abidələrin üzərində təsvir olunması, güman ki, abidələri dağılmaqdan qoruma məqsədi daşıyırdı. Laçının Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrin at heykəlli və sənduqə formalı qəbir daşları var idi.
Malıbəyli kəndinin yiyələri Püsyan elinin Həsənsultanlı tayfasının bəyləri olublar. Bu bəylərin babası Həsən bəy II İbrahim sultan oğlu 1777-ci ildə Püsyan elinin Sultanlı oymağında dünyaya pənah gətirmişdi. Molla yanında oxumuşdu. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq etmişdi.
Həsən sultan böyük mülkədar idi. Onun Zəngəzur ərazisində xeyli mülkü vardı. Ona bu mülk atasından qalmışdı. Atası İbrahim sultan Xanəmir sultan oğlu bu mülkü İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən almışdı. Sonra bu mülkü oğlanları arasında böldü.
Həsən sultanın Nəsir bəy, İskəndər bəy, Abdin bəy, Nəcəf bəy, Mehdi bəy, Atakişi bəy adlı oğlanları vardı. Malıbəyli kəndi Atakişi bəyə düşdü. Atakişi bəy Qarabağ atlı alayında naib kimi xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Onun törəməsi sovet dönəminədək Malıbəy kəndinə yiyəlik etdilər. XIX yüzilin sonlarında Malıbəy kəndində İsa bəyin, Ağalar bəyin, Musa bəyin, Abbas bəyin, Tanrıverdi bəyin, Fərəc bəyin, Xələf bəyin torpağı vardı. Kəndin verimli torpaqlarının bir hissəsi Bəylər bəyin, Mütəllib bəyin, Hüseyn bəyin, Xanlar bəyin idi.
Qədim Hacılar kəndinin əhalisi aran Qarabağa köçmüşdü. XVIII yüzilin ortasında bu yurdda Gəloxçu camaatının bir qolu binələdi. Bu camaatın bir tirəsi qədim Qarıqışlaq kəndinin ərazisində buta bağlamışdı.
Qədim Keştasf bölgəsinin Qorçu kəndinə Qaraçanlı (Qaraçənli) tayfası yerləşmişdi. Oranın qədim türk əhalisi I Şah Abbasın köçürmə siyasətinə məruz qalmışdı.
Bəzi mənbələrə görə Şəbəki kəndinin əhalisi I Şah Təhmasib Səfəvinin (1524-1576) hakimiyyəti illərində İraqi-Ərəbin Kərkük yörəsinə köçüb.
ХВЫЫЫ йцзилин икинжи йарысында Кештасф нащийясиндян бир оба гопуб, Жаваншир мащалында буталанды. Щямин оба Кештазлы адланырды. Кештазлы обасындан бир нечя аиля Шуша шящяриндя йерляшди. Щямин йер Кештазлы мящялляси адланырды.
Biz erməni saxtakarlığını əsaslı şəkildə təkzib edərkən ilk növbədə qaynaqlara əsaslandıq.
Keştasf ermənilərin saxtakarlıq səylərindən biri. Kor-kor, gör-gör... Keştasf dib dəhnədən türk yurdudur.

ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet

Paşinyan:"Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

İrəvan və Qarabağ haqqında tanınmış resurslar 3 min gəncə tanıdılıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Albanlar ermənilərə nifrət edir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının