Kürə xan — düşmən başından badə düzəldən qəhrəman -ARAŞDIRMA



Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi.

Onun peçeneqlərə qarşı xəyanəti düşmənçiliyə səbəb oldu. Bu düşmənçilik Svyatoslava baha başa gəldi. Təfsilatı ilə: 971-ci ildə Svyatoslav Bizans imperatoru İoann Tzimisces (969-976) tərəfindən qəti bir surətlə məğlub edilərək Pereyaslavı tərk etməyə və bizanslIlardan sulh istəməyə məcbur edildiyi zaman, Rus knyazı imperatora müraciətlə, məmləkətinə dönərkən peçeneqlərin hücum etməmələri xüsusunda Bizansın araçılığını diləmişdi. Tzimizces buna görə peçeneqlərə elçi göndərmiş, onların Dunayı keçib Bolqarıstana hücum etməmələri və eyni zamanda Svyatoslava məmləkətlərindən sərbəstcə keçməsinə icazə vermələrini rica etmişdi. [Лев Диакон. История. М. Наука. 1988, c. 157.] Peçeneqlər buna cavab olaraq, imperatorla müttəfiq olduqlarından Dunayı keçmiyəcəklərini, fəqət Svyatoslavı yurduna dönərkən məmləkətlərindən keçirmiyəcəklərini bildirmişdilər. [Лев Диакон, c. 157.].

Həqiqətən Rus knyazı Kiyevə qayıdarkən, Dneprin qayalıqlarından axdığı yerlərdə peçeneqərin hücumuna məruz qalmışdı (972-ci ilin baharı). [Толочко П. П. Кочевые народы степей и Киевская Русь. — СПб.: Алетейя, 2003. — С. 52.].Yanındakı bir çox adamları və Svyatoslav özü də öldürülmüş və Peçeneq sərkərdəsi Kürə, qotların 251-ci il tarixində imperator Deciusun qafa tasından bir qədəh düzəltdikləri kimi, Kiyev knyazının qafa tasından içmək üçün bir badə düzəltdirmişdi. Rus xronikalarına baxılırsa peçeneqlərin ruslara hücumları Bizans təşviqi ilə hazırlanmışdı.
Rus tarixçiləri arasında peçeneqlərin xəbərdar edilməsini gah bulqarlarla, gah da bisanslılarla bağlayırlar. [Рыбаков Б. А. Киевская Русь и русские княжества XII—XIII вв. — М.: Наука, 1982. — С. 382.]

Svyatoslavın peçeneqlər tərəfindən öldürüldüyü sıralarda, və ya ondan bir az əvvəl, pəçeneq sərkərdəsinin yanında Bizans səfiri Philotheus Euchaita vardı. O, Bizansla peçeneqlər arasında bir sulh müqaviləsi bağlamağa müvəffəq olmuşdu. İmperatora verdiyi cavabdan gördüyümüz kimi peçeneqlər Dunayı keçməməyə söz vermişdilər, Elçi də impaeator adına Svyatoslavm peçeneq ərazisindən keçirilməsini rica etmişsə də, onlarr bunu qəbul etməmişdilər. [S. Solovyev c.150]. Böyük Sovet Ensiklopediyası da peçeneqlərin bizanslılar tərəfindən qızışdırıldığını bildirir. [БСЭ «Святослав Игоревич»].

Peçeneqlər özləri üçün təhlikəli olan bu Rus knyazının zəif vaziyətindən istifadə etmişdilər. Rus xronikalarında knyazın öldürülməsi hadisəsi belə təsvir olunmuşdur; Svyatoslav Bizans imperatoru ilə sulh bağladıqdan sonra gəmiləri ilə Dnepr qayalıqlarına doğru yaxınlaşmaqda idi. Sərkərdələrindən Svendel ona dedi ki: “Knyaz, qayalıqlar yanından atlarla keçməyək, çünki peçeneqlər orada olurlar.,, Knyaz onu dinləmədi və irəliləməkdə davam etdi; Pereyaslav ahalisi Svyatoslavın Bizans səfərindən döndüyünü bir çox qənimət və sairə gətirdiyini və yanında çox az əsgəri olmasına baxmayaraq Dneprin qayalıqlardan axan qismini işğal etmişdilər. Bu vəziyət qarşısında Svyatoslavın qayalıqlardan keçməsinə imkân yoxdu; O, qışı Beloberejyedə keçirmək məcburiyətində qalmışdı. Ordunun ərzağı tamamiylə tükənmiş və müthiş bir aclıq baş göstərmişdi; bir tək başının qiyməti yarım “grivna,, idi. Svyatoslav burada qışı keçirdikdən sonra baharda təkrar Dnepr yolu ilə harəkət etmişdi; Peçeneq sərkərdəsi Kürə Svyatoslava hücum ilə onu öldürmüş və qafa tasından içki qədəhi düzəltdirmişdi. Svyatoslavın sərkərdələrindən Svenald (Svendel) isə Kiyevə çatmışdı.,, [«Повесть временных лет»].

«Keçmiş illərin hekayəti» adlı rus salnaməsinə görə, Kürə xan Svyatoslavın qafa tasından düzəlmiş qədəhdən arvadı ilə bərabər içki içirdi. Düşmənin qafa tasından piyalə düzəltmək ənənəsi türklərə aiddir. Onlar inanırdılar ki, düşmənin gücü və mərdliyi bu badədən içənə keçəcəkdir. Kürə xan və arvadı bu piyalədən içərək inanırdılar ki, övladları Svyatoslav kimi bahadur olacaqdır. [Плетнёва С. А. Половцы. — М.: Наука, 1990. — С. 19.]
Kürə xan. Düşmənlə davranmağı bacaran türk başbuğu, peçeneq bahaduru. Nədənsə tarix kitablarımızda xatırlanmır...

ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi