Bizi izləməyi unutmayın

#Araşdırma

Manyak ifadəsinin ilk ad daşıyıcısı ermənidir - ARAŞDIRMA

23-05-2019, 13:32 | 1772 dəfə baxılıb.

Erməni alimləri hər sahədə öz "ilkinlik"lərini sübut etməyə çalışırlar. Nədənsə bu faktı unudublar. Ona görə təqdimat bizim boynumuza düşüb. Gəlin tanış olaq: manyakların babası.

Əsl adı Georgi Maniakdır. XI əsr Bizans sərkərdəsidir. Kökcə ermənidir. [Peter Charanis. The Armenians in the Byzantine Empire. Лиссабон: изд. фонда Галуста Гюльбенкяна, 1963. — С. 46. — 63 с.]

Bizans monaxı Mixael Psellos onun haqqında yazır: "Boyu azca qala 3 metrə çatır. Ən hündür adam da ona başını qaldırıb baxır. Səsi göy gurultusuna bənzəyirdi. Qışqıranda az qalırdı qapı yerindən çıxsın. Bütün əzaları qaba, kobud idi". [Михаил Пселл. Хронография. М., 1978.]

Maniak ilk dəfə Bizans imperatorunun Hələbdə məğlub olduğu amma Edessanı Səlcuqlulardan almağı bacardığı 1031-ci il tarixli səfərdə tanındı. Ən böyük uğuru, 1038-ci ilin önlərində, Siciliyanı ərəblərdən qismən yenidən almasıdır. Bu səfərdə Ona, sonradan Norveç kralı olan Harald Hardradanın başçılıq etdiyi Vareg mühafizləri yardım etmişdilər. [Норвич Дж. Нормандцы в Сицилии. Второе нормандское завоевание. 1016—1130 / Пер. с англ. Л. А. Игоревского. — М.: Центрполиграф, 2005. — 367 с.]

Bu səfərdə onunla ayrıca Sirakuz əmiri Abdullanı tək bir savaşda məğlub edən Dəmir Qol Villiamın başçılığındakı Norman muzdlu əsgərləri də savaşmışdır. Arvadı saraydakı ən yüksək bürokrat İoannis Orfanotrofosun bacısı olan admiral Stefan hər kəsin önündə lombardların liderini təhqir etdiyindən dolayı lombardlar, normanlar ilə bərabər Maniaki tərk etdilər. Maniak da Stefanı qoşundan atdı. Buna müqabil eyni zamanda Stefanin qaynı və İoannis Orfanotrofosun qardaşı olan imperator IV Mixail, onu geri çağırdı. Ərəblər daha sonra adanı geri aldılarsa da, Maniakin uğurları normanlara adanı öz başlarına işğal etmələri üçün ilham qaynağı oldu.

Maniakın Sicilyadakı uğurları imperator tərəfindən gözdən salındı. O da İtaliya valisi olmasına rəğmən imperator IX Konstantinə qarşı üsyan etdi. Maniakı üsyana vadar edən Roman Sklerusdur. Maniak və Sklerusun hər ikisinin Anadoluda bir-birlərinə qonşu geniş əraziləri vardı. Bir-birlərinə hücum edəcəklərinə dair dedi-qodular gəzirdi. Sklerusun imperator üzərində təsiri vardı. Bunun səbəbi gözəlliyi ilə ünlü bacısı Sklerinanın Konstantin üzərində güclü təsiri idi. Güclü mövqeyini Konstantini Maniaka qarşı istifadə etmişdi. O, hətta Maniakın arvadını belə başdan çıxarmışdı. Maniakın buna cavabı, Apulyada imperatorluq ordularının sərkərdəliyini istəyən Sklerinanın gözünü, burnunu, ağzını peyinlə ilə doldurduqdan sonra qorxunç işkəncələr ilə öldürmək olmuşdur. [Bradbury, Jim. (2004), Routledge, p. 65]. Bu hadisə onun manyak kimi hallanmasını daha da artırdı.

Maniak özünü imperator elan etmiş içində Vareg mühafizlərinin də olduğu birlikləri ilə Konstantinopola yürüş etmişdi. 1043-cü ildə Konstantinə sadiq birliklər ilə Səlanik yaxınlarında çarpışma gerçəkləşmişdi. Başlangıcda müvəfffəqiyyət qazanmasına rəğmən, aldığı ölümcül yaradan sonra bir döyüşdə öldürülmüşdü. Bəzi tarixçilər yazırlar ki, döyüşdən qaçdığı zaman atdan yıxılmış, boynunu sındırmışdı.

Maniakın qalmaqallı əməllərindən biri də Sirakuzun hamisi sayılan Müqəddəs Lutsiyanın təbərrük qalığını oğurlamasıdır. Onun qəbrini dağıtmış, cəsədini aparmışdı.


Bir nüans da maraqlıdır: Rus tədqiqatçısı A. P. Kajdan Maniakı kuman əslli türk hesab edir. [Каждан А.П. Социальный состав господствующего класса Византии ХІ-ХІІ веков. М., 1974. С. 95]. Sonra da bildirir ki, artıq o erməniləşmişdi.

ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Kürə xan — düşmən başından badə düzəldən qəhrəman -ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Prezident Norveç kralını təbrik edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Xəzər türkləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının