Mirzə Məhəmməd xan Cavanşir: Sərkərdə və diplomat kimi-ARAŞDIRMA



Əvvəlcə Mirzə Məhəmməd xan Cavanşirin soykötüyü haqqında məlumat verək. İbrahimxəlil xanın oğlu, Qacarlar ordusunun generalı Əbülfət xanın nəvəsidir. Atası general-mayor Məhəmmədəli xan da Qacarlar ordusunda xidmət etmişdi.

Məhəmməd xan Məhəmmədəli xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Sonra hərbi məktəbdə oxumuşdu. Qacarlar ordusunda xidmət etmişdi. Əvvəlcə atasının rəhbərliyi altında süvari döyüş taktikasına yiyələnmiş, hərbi tarixi öyrənmişdi. O, gənc yaşında sərkərdəlik bacarığına yiyələnmişdir O, ordunu arxasınca aparmaq qabiliyyətinə malik bir sərkərdə olmuşdur.

Mirzə Məhəmməd xan Cavanşir atasından sonra da o, hərbi qulluğunu ləyaqətlə davam etdirmişdir. Cənubi Azərbaycanda ilk milli diviziyanın, bir çox sınaq və təlim poliqonlarının yaradılması məhz onun adı ilə bağlıdır.

Mirzə Məhəmməd xan Cavanşir fars, rus və fransız dillərini bilirdi.

Mirzə Məhəmməd xan Cavanşir bir çox diplomatik vəzifələrdə çalışmışdı.

Mirzə Məhəmməd xan Cavanşirin Xarici İşlər vəzarətində çalışanların hamisi ilə münasibətləri yaxşı olsa da, Rusiya məsələləri ilə məşğul olan müşavir və sonra vəzir Mirzə Abbas xan Təfrişi onun münasibətləri yaxşı deyildi. Mirzə Abbas xan Təfrişi ona işdə maneçilik törədirdi. Onun vəzifəsi əvvəlkinə nisbətən az prestijli olan Tiflisdə səfirlikdə baş münşi vəzifəsi ilə əvəz olunmuşdu.

Mirzə Məhəmməd xan Cavanşir 7 oktyabr 1897-ci ildə Tiflis konsulluğunda baş münşi işləyərkən yaşına görə təqaüdə çıxmışdı.
Onun iti ağlı, dünyagörüşü, danışıqlar aparmaq bacarığı, yumor hissi, zamanın tələbini duymaq, psixoloq məharəti barədə dövrünün bioqrafları qeyd edirlər.

Mirzə Məhəmməd xanın törəmələri Rusiyada Məmmədbəyov soyadını daşıyırdılar. İranda isə Pənahpur soyadını qəbul etdilər.

Mirzə Məhəmməd xanın Yusif xan, Davud xan adlı oğulları vardı. Görkəmli hərbi xadim övladlarına çox bağlı, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən valideyn olub. Heç kəsə sirr deyildir ki, övladlarda mərdlik, qəhrəmanlıq, kişilik, iradə,dözümlülük, cəsarətlilik kimi bir sıra əxlaqi keyfiyyətlərin formalaşmasında atanın rolu əvəzsizdir.

Bütün qüvvə və bacarığını Vətənin, xalqın gələcəyinə sərf etmiş görkəmli sərkərdə, ictimai xadim Mirzə Məhəmməd xan Cavanşirin həyat yolu indi də hər bir insan üçün yaxşı nümunə və örnək, gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Ona görə onun zəngin irsi dərindən öyrənməli və geniş təbliğ olunmalıdır.

ƏNVƏR ÇİNGİZOĞLU
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi