Qatırçı Muradın həkim nəvəsi - ƏNVƏR ÇINGIZOĞLUNUN ARAŞDIRMASI



Qarabağlı həkimlərdən biri də Məmməd bəy Muradovdur. Soy-kök etibarıyla məşhur Qatırçı Murada bağlıdır. Qatırçı Muradın üçüncü oglu Tağı bəy Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Tağı bəyin Ələkbər bəy, Ələsgər bəy adlı oğlanları vardı.

Ələkbər bəy Məşədi Tağı bəy oğlu 1808-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ata mülkü Muradbəyli kəndinə köçmüşdü.

Ələkbər bəy Səkinə xanımla ailə qurmuşdu. Abbas bəy, Məmmədrza bəy adlı oğlanları, Mina xanım adlı qızı vardı.

Ələkbər bəyin ikinci oğlu Məmmədrza bəy 1852-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Muradbəyli kəndində anadan olmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra Şuşa qəza məktəbində оxumuşdu. 1 avqust 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronunda silahdar kimi hərbi qulluğa başlamışdı. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1436. Л. 177–178.]

Məmmədrza bəy Muradov praporşik rütbəsi daşıyırdı.

Məmmədrza bəy İmmi xanım Allahverdiyeva ilə ailə qurmuşdu. Fərhad bəy, Murad bəy, Qaflan bəy, Sultan bəy adlı oğlanları vardı.

Fərhad bəy Məmmədrza bəy oğlu Muradov 1878-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Muradbəyli kəndində doğulmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra Şuşa Real məktəbində oxumuşdu.

Fərhad bəy Muradov 1918-ci ildə Bakı şəhərində ermənilər tərəfindən öldürüldü. [ГАППОД АР, ф.277, он. 2, д. 25, л. 44.]

Sənəd. Протокол допроса 1919 года, февраля 8-го дня. Город Баку.
Чрезвычайная Следственная Комиссия при Азербайджанском Правительстве допрашивала нижепоименованного, в качестве потерпевшего, с соблюдением 307 и 443 ст. Угол.

Судопр., который показал:

Мурад бек Мурадов, 36 лет, грамотен, жив. в г. Баку, по Чадровой ул. д. № 225 В марте месяце 1918 года в Баку брат мой - Фархад бек Мурадов, 45 лет, жил по В.-Приютской ул., в д. 143. Весь район этот был занят армянскими солдатами и в тот дом, где жил брат мой явились армяне солдаты и схватили брата в квартире, под кроватью, куда он спрятался, вывели на улицу и расстреляли его вместе с остальными двумя мусульманами, бывшими в квартире брата. Убийц я не знаю. Квартира разгромлена армянскими солдатами на общую сумму 15.000 руб. После смерти брага остался двое сыновей - Мамед бек, 19 и Джамиль бек, 16 лет, живущие в настоящее время в имении у моего отца, т.е. у дедушки их.
Прочитано. Подпись.

Члены комиссии: Александрович, А. Клуге, Гаджи-Ирзаев (подписи) ГАППОД АР, ф.277, он. 2, д. 25, л. 44 Документ № 86 Протокол допроса 1919 года марта 16-дня. Город Баку и 1919 г.

Чрезвычайная Следственная Комиссия при Азербайджанском Правительстве допрашивала нижепоименованного в качестве свидетеля и он, предваренный о содержании 307 и 443 ст. Уст. Угол.
Судопр., показал:

Мурад бек Мамед Ирза бек оглы Мурадов, 36 лет, грамотен, жив. в г.Баку, по Чадровой ул., д. № 225 Во время мартовских событий 1918 года в Баку в мою квартиру по Чадровой ул. № 225, разграбили армяне на общую сумму 84.500 руб., а также ковры на 6.000 руб., всего (90) девяноста тысяч пятьсот (90.500) рублей. В квартире моей во время грабежа находился мой племянник - Мамед бек Мурадов, 20 лет, которого армяне увели в плен. Кроме того, армяне убили моего брата -Фархад бека Мурадова, на улице, по дороге в плен.
Прочитано. Подпись.

Члены комиссии: Александрович, А.Клуге, Гаджи-Ирзаев (подписи) ГАППОД АР, ф.277, оп. 2, д. 25, л. 16.

Fərhad bəy Asiya xanım Kərim bəy qızı Nuribəyova ilə ailə qurmuşdu. Məmməd bəy, Cəmil bəy adlı oğlanları vardı.

Məmməd bəy Fərhad bəy oğlu 15 yanvar 1900-cü ildə Şuşa qəzasının Muradbəyli kəndində anadan olmuşdu. Ağdam kənd məktəbini bitirmişdi. Sonra 1911-ci Bakı gimnaziyasına daxil olmuş, 28 fevral 1918-ci ildə tamamlamışdı. ADR dövründə xaricə göndərilən 100 tələbənin tərkibinə daxil edilmişdi.

Şuşa qəzası Muradbəyli kənd sakini Məmməd bəy Muradov 6 avqust 1919-cu ildə Azərbaycan cumhuriyyətinin maarif nazirinə yazdığı ərizədə hökumətin xaricə göndərdiyi tələbələr sırasına salınmasını xahiş edib, İsveçrə universitetlərinin birində tibb fakültəsində oxumağı arzu edib.

O, ginaziyada da dövlət hesabına oxuduğunu göstərib. Ərizəsinin sonunda nənəsi Gülsüm xanım Nuribəyovanın vaxtilə Qafqaz Təhsil İdarəsinə onun dövlət hesabına götürülməsi üçün yazdığı ərizəni də təqdim edib. (ARDTA, f.51, siyahı 3, saxlama vahidi 95, vv.1-1a.)

Məmməd bəy Muradov Fransada, Parisdə tibbi təhsil alıb. (ARDTA, f.57, siyahı 1, saxlama vahidi 276, v.62a.)

Məmməd bəyFərhad bəy oğlu Muradova Azərbaycan cumhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 543 saylı vəsiqə 14 yanvar 1920-ci ildə verilib. (ARDTA, f.51, siyahı 3, saxlama vahidi 95, v.11.)

Məmməd bəy Muradzadə 1918-ci ilin mart qırğınlarından bəhs edən " Mart hadiseyi-əliməsi" adlı xatirə yazmışdı. (Muradzadə M. Mart hadiseyi-əliməsi//"Dünya" jurnalı, 1993, №2,ss.8-22, Muradzadə M. Mart hadiseyi-əliməsi, Bakı, 1996) Qeyd edək ki, "Mart hadiseyi-əliməsi"ni Məhəmməd Muradzadə şahidi olduğu qanlı hadisələr əsasında qələmə almışdır.

Burada 1918-ci ilin martında daşnakların Bakıda törətdikləri soyqırımın dəhşətləri ürək yanğısı ilə təsvir edilmişdir. Əsər təkcə bir ailənin başına gətirilən müsibətlərdən bəhs etməklə bitmir. O, Bakının rəssam fırçasına sığmayacaq 1918-ci il mart soyqırımından sonrakı pəjmürdə simasını gözümüz qarşısında canlandırır.

Əsgər geyimi ilə maskalanmış daşnakların nəinki küçələrdə onlara müqavimət göstərənlərə, hətta öz evlərində sakit oturanlara belə, müsəlman - azərbaycanlı olduğuna görə hücum edərək körpəsindən-qocasınadək aman vermədikləri konkret faktlarla diqqətə çatdırılır.

ƏNVƏR ÇİNGİZOĞLU


Analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

Viktoriya1995

написал 0
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/