Qiyas bəy Tağıbəyov: Zakirin həkim qohumu -ARAŞDIRMA



Əslən Qarabağlı olan həkimlərindən biri də Qiyas bəy Tağıbəyovdur. Məşhur tağıbəyovlar soyuna bağlıdır. Bu soyun ulu babası Şahvеrən bəyin ikinci oğlu Tağı bəy Şuşa şəhərində anadan olmuşdu. Qasım bəy Zakirin əmisidir. O, mədrəsə təhsili almışdı. Mehdiqulu xana xidmət etmişdi. Qarabağ xanlığı qoşununda bir çox döyüşlərə qatılmışdı.
1822-ci ildən sonra özəl təsərrüfatını bеcərməklə güzəran kеçirirdi.

Tağı bəyin törəməsi Tağıbəyov soyadını daşıyır.

Tağı bəyin İmamqulu bəy, Hümmət bəy və Məmməd bəy adlı oğulları vardı.

İmamqulu bəy Tağı bəy oğlu 1832-ci ildə Cavanşir mahalının Xındırıstan kəndində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Əkinçiliklə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət еtmişdi.
Kərbəlayı İmamqulu bəyin Həsən bəy, Abdulla bəy, Şamil bəy adlı oğulları vardı.
Həsən bəy Kərbəlayı İmamqulu bəy oğlu 1866-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Xındırıstan kəndində dünyaya gəlmişdi.
Həsən bəyin Qiyas bəy adlı oğlu vardı.

Qiyas bəy Həsən bəy oğlu Tağıbəyov (qəbrinin üstündə Hüseyn oğlu yazılıb) 1 may 1900-cü ildə Şuşa qəzasının Xındırıstan kəndində dünyaya boy göstərmişdi. Məktəb təhsili almışdı. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində oxumuşdu.
İlk dəfə 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrası nəzdində aspirantura təşkil edilmişdir. Kafedranın ilk aspirantları Rəfi Muğanlinski, Qiyas Tağıbəyov və Xanlar Hacıyev olmuşlar. Q.Tağıbəyov və X. Hacıyev cərrahiyyə kafedrasına keçmiş, həmin kafedrada namizədlik və doktorluq dissertasiyası müdafiə etmişlər.

Qiyas bəy Tağıbəyov ailəsi ilə birlikdə Qazaxıstan SSR-in Çimkənd vilayətində, Suzak rayonunun Çulakkurqan kəndinə sürgün edilimişdi.
Qiyas bəy Tağıbəyov 1959-cu ildən 1967-ci ilədək Odessa Tibb institutunun müalicə fakültəsinin hospital cərrahlığı kafedrasına başçılıq etmişdi.

Qiyas bəy Tağıbəyov gözəl səhiyyə təşkilatçısı idi. İnstitun nəzdində bir neçə müalicə bazası yaratmışdı.
Qiyas bəy Tağıbəyov 72 yaşında təqaüdə çıxmışdı.
Qiyas bəy Tağıbəyov tibb elmləri doktoru, professor idi.

Qiyas bəy Tağıbəyov bir neçə dərs vəsaitinin, proqramın və monoqrafiyanın müəllifi idi.
Qiyas bəy Tağıbəyov 19 noyabr 1982-ci ildə vəfat edib. Odessa şəhərində dəfn edilib.
Qiyas bəy Tağıbəyov Bəyim xanım Sultan bəy qızı Muradova ilə yaşam qurmuşdu. Kazbеk bəy adlı oğlu, Fatimə xanım adlı qızı var.

Ənvər Çingizoğlu

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

Viktoriya1995

написал 0
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/