Bizi izləməyi unutmayın

#Araşdırma

Sipahilər: Osmanlı ordusunun süvariləri -ARAŞDIRMA

8-06-2019, 11:24 | 922 dəfə baxılıb.

Orta çağda Osmanlı dövlətində sipahilər - timar sahibi süvarilərə deyilirdi. Osmanlı ordusunun əsası və ən böyük qismini timarlı sipahi deyilən atlı ordu təşkil edirdi. Timarlı sipahilər qapıqulu sinifləri kimi maaşlı deyildi. Ləvəndlər və akınçılar kimi qənimətlərlə keçinməzlər, yaşamaları üçün onlara dövlət torpaq verirdi. Torpaqlarında rəiyyət olurdu. Rəiyyətdən vergini timarlı sipahi toplayırdı. Bununla həm özü dolanır, həm də atları və silahları döyüşə davamlı hazır edirdi. Timar ordunun sıravi və zabitlərinə sürəkli əsgərlik xidmətlərinə və özlərinin və adamlarının harbə hazır olmaları, səfərə çıxarıldığında xəzinəyə yük olmadan gətirdikləri silah-sursat, geyim və yeyəcəklərə qarşı ödənən bir maaş kimiydi.
Bir timarın ilk üç min ağçalıq aşağı qisminə qılınc, qalanına təraqqi deyilirdi. Hər üç min ağça üçün sipahi yanında özü kimi atlı və təchizatlı bir əsgər gətirməyə məcbur idi. Cəbəli deyilən bu ərlər, sipahinin övladları, qardaşları, qohumu olacağı kimi, torpağı işləyən hər hansı bir rəiyyət də ola bilərdi. Bəzi timarlarda qılınc iki min ağçaya, hətta daha aza düşə bilirdi. Bəzi timarlarda isə ən çox altı min ağçaya qədər çıxa bilirdi.
Səlcuqluların ərəbcə iqta dedikləri belə torpağa osmanlılar bu təbiri türkcələşdirərək dirlik demişdilər. Dirliklər gəlirləri baxımından üçə ayrılırdı. İllik gəliri 19.999 ağçaya qədər olan dirliyə, timar; 20.000 ağçadan 99.999 ağçaya qədər olan zəamət; 100.000 ağçadan etibarən gəlir gətirənə də xas deyilirdi. Burada gəlir tamamilə vergi mənasındadır. Yəni məhsulun gerçək dəyəri deyil, məhsuldan rəiyyətin dövlətə verdiyi vergi dəyəridir. Bu vergini, digər bəzi vergilərlə bərabər toplamaq haqqı dirlik sahibi sipahiyə aid idi.
“Ədna” deyilən kiçik timar sahibləri ər və ərbaş; “əvsaf” deyilən orta timar sahibləri orta dərəcəli zabit; “ala” deyilən böyük timar sahibləri kiçik rütbəli zabit dərəcəsindəydilər. Kiçik zəamət sahibləri minbaşı, orta zəamət sahibləri podpolkovnik, böyük zəamət sahibləri polkovnik dərəcəsində yüksək rütbəli süvari zabitləriydi. Bu sonunculara alay bəyi deyilirdi ki, sonradan farscalaşdırılaraq miralay və bugün eyni mənada albay (polkovnik) olmuşdur. Sancaqbəyi tümgenəral və bəylərbəyi orgənəral rütbəsindəki şəxslərin dirliyinə “xas” deyilirdi. Vəzirlərin, xanədan üzvlərinin də xasları vardı. Ən böyük xaslar padşaha aid idi.
İki cür timarlı olurdu: Təzkirəli və təzkirəsiz. Təzkirəli timarlılar, timarı mərkəzdən, yəni İstanbulda Divan-i Hümayundan birbaşa alandırlar. Təzkirəsiz timarlılar isə dirliklərini bəylərbəyinin ərzəsinə görə alırdılar.
Sipahi timarın olduğu torpaqlarda yaşayır, kəndlilərdən vergisini ümumiyyətlə, mal olaraq alır və bu gəliri özünü və cəbəlilərini keçindirmək üçün xərcləyirdi. Kəndlərdəki nizam-intizamı qoruyurdu. Sipahilərin, timarları içindəki dövlət torpaqlarını, əkinçilərə dağıdırkən, verdikləri vəsiqəyə sipahi sənədi deyilirdi. Birinci Murad xan zamanında təsis edilən sipahilərin Anadolu və Rumelinin türkləşməsində və islamlaşmasında böyük xidmətləri vardı.
Rumeli timarları, Anadolu timarlarından daha verimliydi. Anadoluda üç min ağçaya qədər olan timarlar orduya bir cəbəli verdiyi halda, Rumelidə üç min ağçaya qədər olan timarlardan iki, hətta üç cəbəli çıxdığı olurdu. Təbii timarların üzərində yaşayan kəndli əkinçilərin Anadolu əyalətlərində böyük çoxluğu türk olduğu halda, Rumeli əyalətlərində ancaq yarıya yaxını türk, yarıdan çoxu, bəzi bölgələrdə daha çoxu xristian ortodoks, bəzi bölgələr də katolik idi.
Səfər elan edilincə sipahilər, sərəsgərin olduğu yerə gəlir, yoxlamadan keçirdilər, dirlik sipahiləri və cəbəliləri ayrı-ayrı dəftərə qeyd edilirdi. “Sipahi və cəbəli filan paşanın dəftərlisidir” deyə bilinirdi. Səfərə dəvət olunub da, səfərdə iştirak etməyən sipahinin əlindəki timar zəbt olunur, başqasına verilirdi. Qanunən götürmək məcburiyətində olduqları cəbəli və qulamı gətirməyənlər və götürüb də qaçanların yerlərinə digərlərini tədarük edə bilməyənlər haqqında da eyni vəziyyət tətbiq olunurdu.
Yürüş-yığınaq əmri gəlincə hər timar sahibi, cəbəliləriylə bərabər, öz yaşadığı qəzasının bəlli yerində toplanırdı. O qəzadakı timarlılar, çəribaşı deyilən sipahi yüzbaşısının əmrində olurdular. Çəribaşı da alay bəyinin əmrinə daxil olurdu. Alayını toplayan alay bəyi, sancaq bəyinə gedib hazır olduğunu bildirirdi. Özü maliyət əsgərini də alan sancaq bəyi, bu sipahi alayıyla bərabər, bəylərbəyinə qatılmaq üzrə hərəkətə keçirdi. Bu iş böyük bir sürətlə edilirdi.
Bəylərbəyilərin izn verməsiylə sancaq bəyləri tərəfindən bir qism sipahilər məmləkət mühafizəsi üçün yerlərində buraxıla bilinirdi. Sipahi səfərə getdiyində yerinə vəkil olaraq buraxdığı qoruyucu, dirlik sahibinin yoxluğunda torpağın müntəzəm işlənməsinə nəzarət edirdi. Əgər sipahi hərbin uzanması halında qışı hüdudda keçirmək əmri alırsa, dirliyinə xərclikçi deyilən bir vəkil göndərərək, illik gəlirini olduğu yerə gətirdirdi.
Timar və zəamət; sahibi ölüncə, mirası böyük oğluna, yoxsa, qardaşına və ya qardaşı oğluna verilirdi. Fəqət bunun üçün timar və zəamətin bağlı olduğu alay, varisin torpağı idarə edə biləcək qabiliyət və şərtlərə hazır olduğuna şəhadət edirdilər. Bir sipahi zabiti, yerinə keçəcək birini illər boyunca hazırlayıb, yetişdirirdi. Bu sürətlə dirlik təcrübəsiz insanların əlinə keçməzdi.
Timar və zəamət sahibləri, əraziləri üzərindəki torpaqları üç ildən artıq işləməzlərsə, dirliklərini itrərdilər. Torpaq işləməmək, Allah-təalaya qarşı bir günah sayılırdı. Torpaq sayəsində Allah-təalanın qulları bəslənirdi. Timar hər əyalətdə olmazdı. Məsələn, əl-Cəzayir, Tunis, Trablusqərb, Misir, Yəmən, Bağdad kimi əyalətlərdə timar və zəamət yox idi. Əsasən türk əhalisinin olduğu əyalətlərdə timar və zəamət təşkilatı hazırlanmışdı. Timarlı sipahi tamamilə türk soyundan gəlirdi.
Sultan I Süleyman xan (1520-1566) zamanında timarlı sipahilər, ən parlaq dövrünü yaşadı. Bu zamanda 166.200 timarlı sipahi vardı; bunun 74.000-i Rumeli, 91.600-ü Anadolu timarlı sipahisiydi. Bu sürətdə türk atlı ordusu, iki orduya ayrılırdı: Rumeli atlı ordusu və Anadolu atlı ordusu. Meydan müharibələrində ordu düzəninin sağ və sol qanadlarını bu iki ordu təşkil edirdi. Qapıqulu əsgərləri mərkəzdə olurdu. İlk zamanlarda, Rumeli timarlı ordusunun sərkərdəsi Rumeli bəylərbəyi, Anadolu timarlı ordusunun başçısı da Anadolu bəylərbəyi idi. Fəqət sonradan bu iki qanada da padşah tərəfindən seçilən vəzirlər başçılıq etməyə başladı. Sultan Süleyman xan dövründə bu iki ordu o dərəcə böyüdü ki, səfər Avropada olduğu zaman çox zaman Anadolu sipahi ordusu çağrılmaz və ya bəzi birliklər çağrılırdı. Səfər Asiyada isə, Rumeli əsgərləri ya çağrılmaz və ya bəzi birlikləri səfərə qatılmaq üçün istənilirdi.
Timarlı sipahilər XVIII yüzilə doğru pozulmağa başladı. Quruluşlarından bəri Osmanlı dövlətinin tarixində böyük bir rol oynayan timarlı sistemi, yeniçərilər üçün olduğu kimi qanlı və iztırablı bir təsfiyədən ziyadə, səssiz-sədasız bir sürətdə və hər hansı bir sarsıntıya səbəb olmadan ortadan qalxdı.
Əsrlər boyunca sipahilər, məmləkətin ən uzaq köşələrinə qədər yayılıb, kəndliylə iç-içə yaşadı və uzun müddət əkinçilik iqtisadiyatın və dövlət torpaq siyasətinin fəal müməssilləri rolunu oynamışdı. Padşahın, dövlətin ən əlçatmaz köşələrindəki sadiq təmsilçiləriydilər. Kəndlərin şənlənməsində, abadlıq hala gəlməsində hər dürlü yardımda olurdular.
Timarlı sipahilərin XVIII əsrin son illərində, hələ XVIII əsrdən etibarən sayları önəmli ölçüdə azaldı.
Qapıqulu süvarilərinin əhəmmiyət qəzanması ilə Sultan Əbdülməcid xan (1839-1865) 19 yanvar 1841-ci il fərmanı ilə bir çox timarlı sipahini əməkliyə sövq etdi. Fəqət timarlarını həyatlarının sonuna qədər onlara verdi. 1844-cü ildə bir qisim timarlı sipahi, atlı jandarma olaraq xidmətə alındı. Zatən uzun müddətdən bəri nə sipahi olaraq, nə saray mənsubu olaraq kimsəyə timar verilmirdi. Ölən timarlı sipahilərin övladları İstanbula gətirilib, hərbi məktəblərə verilirdi. 1850-ci ildən sonra timar da, sipahi də qalmadı. Tarixdən silindi.

Ənvər Çingizoğlu

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Dünya

Rusiya ələ keçirdiyi silahları nümayiş etdirdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Vətəndaşlar kupça ilə bağlı diqqətli olmalıdırlar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Maraqlı

İSRAİLİN YARANMASI,OSMANLININ DAĞILMASI, BİRİNCİ DÜNYA MÜHARİBƏSİ

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının