Bizi izləməyi unutmayın

#Araşdırma

Mahmud Cəm: Pəhləvilər sülaləsinin baş naziri olmuş azərbaycanlı -ARAŞDIRMA

12-06-2019, 18:01 | 992 dəfə baxılıb.

Mahmud Məhəmmədsadıq oğlu 1885-ci (hicri şəmsi 1264-cü) ildə Təbriz şəhərində anadan olmuş, ilk təhsilini də burada almışdır. Sonra doktor, fransalı əczaçı təbib Kupenin yanında tərcüməçi işləmişdir. Doktor Kupen vəliəhd Müzəffərəddin mirzənin şəxsi həkimi idi. Mahmud vəliəhdlə bu zaman tanış olmuş, onun yanına gedib-gəlmişdir. Bir müddət tərcüməçiliklə məşğul olmuş, sonra doktor Kupenin əczaxanasında işləməyə başlamışdı.

Mahmud 1909-cu (hicri şəmsi 1288-ci) ildə Təbrizdən Tehrana gəlir, burada Gömrük idarəsində tərcüməçi vəzifəsinə qəbul olunur. Bir qədər işlədikdən sonra maaşın azlığından buradan çıxaraq, Fransa səfirliyində çalışır və 8 il səfirlikdə işləyir. Deyilənə görə bu zamanlar o, Fransa səfirliyinin əməkdaşları ilə Dəmavənd dağının zirvəsinə qalxmışdır.
O, Fransa səfirliyində tərcüməçi işləyərkən ailə qurmuş, İngiltərə səfirliyinin 3-cü katibi Abbasqulu xan Nəvvabın və Xarici işlər vəziri olmuş Hüseynqulu xan Nəvvabın (1864-1906) bacısı ilə evlənmişdir. Bundan sonra onun yüksək vəzifələrə yolu açılmışdı.

Mahmud Cəm 1919-cu ildə (hicri şəmsi 1298-ci) ildə Qacarlar dövlətinin Baş naziri Vüsuqüddövlənin göstərişi ilə Maliyyə Nazirliyinin əməkdaşı kimi dövlət taxıl anbarının rəisi təyin olunur və Tağı Əzimi onun müavini olur. Bir müddət keçdikdən sonra dövlət əhəmiyyətli vəzifədə çalışan Mahmud Cəmə Müdirülmülk ləqəbi verilir. Bu zamandan etibarən o, Tehranın maliyyə işlərini idarə edən, xəzinədar kimi fəaliyyət göstərir.

Mahmud Cəm daha sonra aşağıdakı vəzifələrdə olmuşdur:
1920-ci (hicri şəmsi 1299-cu ) ildə Xarici İşlər Nazirliyinin əməkdaşı.
1921-ci (hicri şəmsi 1300-cü) ildə Maliyyə Nazirliyinin əməkdaşı
1921-ci (hicri şəmsi 1300-cü) ildə Baş nazir Həsən Pirniyanın Kabinəsində Maliyyə naziri
Baş nazir Əhməd Qəvamüssəltənənin kabinəsində xəzinədar, taxıl anbarının rəisi
1922-1923-cü illərdə Baş nazir Rza xan Sipəhin kabinəsində (hicri şəmsi 1302-1303-cü illərdə) Maliyyə naziri
1925-ci ildə (hicri şəmsi 1304-cü ildə) Baş nazir Məhəmmədəli Firuğinin kabinəsində Baş nazirin müavini
1926-cı ildə (hicri şəmsi 1305-ci ildə) Kirman əyalətinin ostandarı
1927-ci ildə (hicri şəmsi 1306-cı ildə) Baş nazir Müxbirüssəltənə Mehdiqulu xan Hidayətin kabinəsində nazir
1929-cu ildə (hicri şəmsi 1308-ci ildə) Xorasan əyalətinin ostandarı
1933-cü ildə (hicri şəmsi 1312-ci ildə) Xorasandan çağrılaraq Daxili İşlər naziri
1935-ci ildə (hicri şəmsi 1314-cü ildə) Məhəmmədəli Füruğinin əvəzinə Baş Nazir
1939-cu ildə (hicri şəmsi (1318-ci ildə) saray vəziri olur.

Mahmud Cəm 1941-ci ilədək (hicri şəmsi 1320-ci ilədək), yəni Rza şah Pəhləvi istefa verənədək saray vəziri olmuşdur. O, 1941-ci ildən İran dövlətinin Misirdə Böyük elçisi (Səfiri-Kəbiri) təyin olunur.
1947-ci ildə (hicri şəmsi 1326-cı ildə) Baş nazir Əhməd Qəvamın kabinəsi yenidən bərpa olunduqda o, Hərbi nazir təyin edilir. Kabinə süqut etdikdə isə Cəm yenidən saray vəziri işini davam etdirir.
1948-ci ildə (hicri şəmsi 1327-ci ildə) Roma səfiri edilir.
1956-cı ildə (hicri şəmsi 1335-ci ildə) Senat Məclisinin 3-cü və 4-cü darisəində Kirman senatoru seçilir və ömrünün sonuna qədər senator vəzifəsində çalışır.

Mahmud Cəm 10 avqust 1969-cu ildə (hicri şəmsi 1348-ci ildə) 85 yaşında Tehran şəhərində vəfat edib.

Mahmud Cəmin Firudin və Pərvin adlı övladları var.

Ənvər Çingizoğlu

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Mahmud Pənahiyan - Pənahəli xanın kommunist törəməsi-ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Ənvər Çingizoğlu yazır- Bahadur bəy Həsənbəyov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

İki nazir istefa verdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının