Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər -ARAŞDIRMA



Duruzların tarixi

Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Dünyada 2.5 milyona yaxın Duruz olduğu təxmin edilir. Suriyada isə Duruzlar ən böyük üçüncü dini azlıqdır. Ən çox yaşadıqları bölgə Livanın dağlıq yörələridir.

Duruz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir.

Duruzların irq olaraq kökənləri mövzusu dartışmalıdır və olduqca fərqli etnik kuramları irəli sürülmüşdür. Bir görüşə görə duruzların kökəni hititlərə, ya da qalatlara qədər geri götürülür. Bəzi araşdırmaçılar, qədim İran xalqlarından farsların və midiyalıların inancları olan Məzdəkizm ilə Duruzilik arasındakı bənzərlikləri sübut sayaraq, duruzların bu xalqların soyundan gəldiklərini irəli sürürlər. Bəzi etnoqraflar isə duruzların asuriyalılar tərəfindən sürgün edilmiş barbar bir tayfanın davamı olduqlarını müdafiə edirlər.

Duruzlar özlərini Ərəb irqindən sayırlar. Onların kökəni mövzusunda ən çox yandaş toplamış olan görüş, duruzların Yəməndəki aramilərlə qarışmış olan ərəblər olduqları biçimindədir. Bu görüşə görə duruzlar, böyük bir sel fəlakətindən sonra Yəməndən ayrılaraq şimala köç etdilər. İslamiyətin yayılması sırasında bu yeni dini mənimsəyərək, Livanın dağlıq yörələrini yurd tutdular.

Müasir duruzlar özlərini Cənubi Livanda yaşayan Vadi əl-Taymur tayfasına bağlayırlar. Bu tayfa Taymurallah və yaxud taymurallat qəbiləsindən çıxmışdı. Ət-Təbəriyə görə, bu qəbilə Ərəbistandan Yevfrat vadisinə gəlmiş və xristianlığı zorla qəbul etdirmişdilər.

Duruzlar Səlib səfərləri sırasında Anti-Livan dağlarındakı İsmaililər ilə birləşərək İslam ordularına qarşı xristianların yanında yer aldılar. Səlib səfərlərindən sonra da bölgədə varlıqlarını sürdürən duruzlar, Kaysilər və yəmanilər deyə iki qola ayrıldılar.

Yəmanilər Mərcidabık savaşında (1516) Osmanlıların, kaysilər isə məmlüklülərin tərəfini tutdular.

Orta əsrlərdən başlamış son dövrədək Duruzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Duruz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxrəddin Məan (1590-1633) və II Bəşir Şihabın ((1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maroni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Duruz və xristian maronilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı imperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdu.

Fransanın mandatlığı dövründə (1920-1943) Suriya və Livan druzları antiimperialist mübarizədə iştirak etdilər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl Duruz idi. Üzvlərinin əksəriyyəti druzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunmuşdur) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak etmişdir. 70-ci illərdə Livanda baş verən hadisələr zamanı druzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin birliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması uğrunda mübarizə aparırlar.

Duruzların inancları

Suriyadakı sirr dolu dini qrup Duruzlar kimlərdir, nəyə inanırlar, necə ibadət edirlər? Bu sual həmişə oxucuları maraqlandırıb.

Duruzlar Şiə inancından sanılır, amma əslində belə deyil. Şiə kökənli olduqları düşünülən duruzlarin əslində inanış baxımından şiəliklə yaxından uzaqdan ilgiləri yoxdur.

Duruzliyi quran və əsrarəngiz bir şəkildə ortadan qeyb olan Hakimin Allahın cisimləşmiş halı olduğuna inanırlar. Səlib səfərlərində xristianların yanında yer alan duruzlar, Hakimi eyni zamanda Mehdi olaraq da görürlər və geri dönəcəyinə inanırlar.

Duruz inancının ana əsaslarının çox az bir qismı xalqa açıqdır, inanc əsaslarının çoxu hər kəsdən gizlədilir. Bu bir az da uzun müddət inanclarını gizlətmələri üzündən inkişaf etmişdir.

Duruzlar Allahın birliyinə inanırlar, bu səbəblə özlərini Əhl əl-Tövhid (Tövhid əhli - birləşdiricilər) olaraq anmışdılar. Bəzi araşdırmaçıların Duruziliyi İslamın batıni təriqətləri arasında saymalarına qarşı, Duruziliyin Sünni şəriətiylə olduğu qədər, Şiə-Batıni anlayışla da çatışan tərəfləri vardır.

Duruzi inancına görə Allah, yeddi imamdan sonra Fatimi xəlifəsi Hakim Biəmrillah əl-Mənsur İbnil Əziz Billahda Hakim Biəmrihi adıyla insan qılığında görünmüşdür. Xəlifənin vəziri Həmzə ibn Əli də onun peyğəmbəridir. Hakim həm Allah, həm də insandır. Ancaq iki cür görünüşü vardır: Lahuti (Allah) və Nasuti (insan). Bu iki görünüş birbirinə bənzəməz. Ağılla anlaşılamayan Hakim bir çox dəfə insan şəklində görünmüş, insanlar fitnə-fəsada başlayınca gizlənmişdir. Yenidən ortaya çıxanda Duruziləri mükafatlandıracaq, ona inanmayanları da cəzalandıracaqdır.

Duruziliyin dörd şərti var:

-Hakimin Allah olduğuna inanmakq: Hakim, həm Tanrı həm də insandır (Lahut-Nasut). Bu iki mahiyyət bir-birindən ayrılmayacaq ölçüdə iç-içə keçmişdir. Tanrının bütün işləri anlamlı və alimanədir. İnsan ağlı Onu və işlərini qavrayıb qəbul edə bilməz. Allah, yer üzündə bir çox kəz insan biçimində zühur etmişdir; ən son olaraq ta özünü Hakim biçimində göstərmişdir. Pisliklər və pozqunluqlar ortadan qalxanda gizləndiyi yerdən bir kəz daha ortaya çıxacaq, Duruziləri mükafatlandıracaq, ona inanmayanları da cəzalandıracaqdır.

-Əmri tanımaq : “Qaim al-Zaman” olaraq da adlandırılan əmir, Həmzə ibn Əlinin özüdür. Həmzə, Allahın ilk yaratdığı, ilk cövhəridir. Kainat və bütün digər varlıqlar ondan yaradılmışdır; bu səbəblə Həmzə, yaradılanların ən qürurlusu və Allahın elçisidir. Dünya və Axirət işlərini idarə edən, cəza və mükafat verən odur. Allahın öz nurundan yaradıldığı üçün, imamların imamı olub, qiyamət günündə savab və iqab onun əli ilə ediləcəkdir. Yeyər, içər, əl ilə tutular. Atası və anası vardır. Arvadı və uşaqları yoxdur. O, səbəblərin səbəbi və tüməl ağıldır

-Hududu bilmək : İlahi əmirləri öyrədən və yayanlara “Hudud” deyilir. Hududun başı və birincisi Həmzədir və onunla birlikdə sayları beşə çatır. Bunlara “Vəzir” də deyilir. Həmzədən sonra gələn dörd hudud yaradılanların ən qürurlularıdır, evlənmədikləri kimi hər cür günahdan uzaqdırlar. Bunların xaricində hudud sayılan üç qrup daha vardır: “Dailər”, “Məzunlar” və “Müqassirlər”.

-Nəsihətə uymaq: Bəzi əxlaq kodekslərindən ibarət və “Hasil” də deyilən vəsiyətlərə uyulması məcburidir. Bu şərtlər:

Doğru sözlü olmaq (Sidq al-Lisan).
Qardaşliq, məzhəb üzvlərini qoruma (Hifz al-İxvan).
Öncəki bütün ibadətlərin və dini inancların tərk edilməsi.
İblisdən və bütün pisliklərdən uzaq durmaq.
Hakimin tək tanrı olduğuna inanmaq (Tövhid əl-Hakim).
Hakimin buyruq və borclarına boyun əymək.
Hakimin iradəsinə təslim olmaq.

Hakim imamlığı, vəziri Həmzəyə buraxmışdır. Həmzə, insana hülul edən bir cövhər, yaradılanların ən şərəflisidir. Kainat ondan doğmuşdur, ilk yaradılan odur. Ruhlara hökm edən, günah və savabları hesablayan, dünya və axirət işlərini əlindən keçirən odur. İlahi əmirləri öyrətən hududların başı yenə Həmzədir.

Duruzlarda alim və üləmalığa yalnızca bəlli bir ruhani təhsili tamamlamış olan seçkin şəxslər çatır; bunlara ağıllılar anlamına gələn Üqqal deyilir. Bunlar başlarına ağ sarıq sarıyırrlar və öz aralarında xüsusi məclislər düzəldirllər. Duruzluqda Uqqalın uyğulamaqda olduğu doqquz dərəcəli bir iyerarxiya vardır. İnisiyasyonun ilk ilində təcrübə müddətini tamamlayan nümayəndə əsl üzvülüyə qəbul edilə bilər. Şagirdlik müddətini tamamlayan Duruzinin ancaq ikinci ildə inancının simvolu olan ağ sarıq taxmasına izn verilir və məzhəbin bütün gizli-gizəmli ayinlərinə qatılmağa haq qazanır. Bəzən üqqalları "əcavid" də adlandırırlar.

Duruzilərin məscidlərinə Xəlavat adı verilir. Şəriət yolunu da, Şiə-Batıni inancını da rədd edirlər. Öz aralarında din işlərini bilənlər (üqqal-ağıllı) və bilməyənlər (cühhal-cahil) deyə ikiyə ayrırlar. Öz inanclarına gerçək tövhid inancı, özlərinə də müvahhid deyrlər. Qurban və Ramazan bayramına bənzəyən iki bayramları vardır.

Duruzilərin müqəddəs simvolu beş guşəli bir ulduzdur. Bu ulduzun hər bir guşəsi ayrı rəngdə olub, beş hüdudu və onların mahiyyətlərini təmsil edir:

Yaşıl: Gerçəyin anlaşılması və qavranması üçün gərəkli olan “Ağıl” dır. Allahın iradəsini təmsil edir.

Qırmızı: “Nəfs”dir və varlığın sərhəd-sınırlarını bildirir. Ağla yardımçıdır.

Sarı: Gerçəyin ən yalın ifadəsi olan "Kəlimə" - “Söz”dür. İlk ikisinə yardımçı olmaqdadır.

Mavi: “əs-Sabiq”dir. İradənin düşüncə gücünü təmsil edir. Sözə yardımçı olmaq və onu hər cür pislikdən qoruyarak, kainatı uyum və nizam içində tutmaq üzrə yaradılmışdır.

Ağ: “ət-Tali”dir. Mavinin gerçəkləşməsi və gücün maddələşməsidir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi