Məhəmmədhaşım mirzə Əfsər: Şairlərin şeyxi -ARAŞDIRMA



Məhəmmədhaşım mirzə Nurulla mirzə oğlu Əfsər 1879-cu ildə Səbzivar şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hacı Mirzə Həsən Həkim və Hacı Mirzə Hüseyn Səbzivarinin şagirdlərindən idi.

Məhəmmədhaşım mirzə Əfsər Əbülhəsən mirzənin vəfatından sonra Sultan Əhməd şah Qovanlı-Qacarın fərmanı ilə Şeyxərrəis ləqəbi daşıyırdı.

Məhəmmədhaşım mirzə Əfsər 1893-cü ildə diktator rejimlə mübarizəsinə görə mühakimə edilmiş, əvvəlcə Məşhədə, sonra Aşqabada sürgün edilmişdi. 1905-1907-ci illər Məşrutə hərəkatı dövründə İrana qayıtmışdı. Məşhəddə ədəbi dərnəklər təşkil etmişdi.

Məhəmmədhaşım mirzə 1911-ci ildən 1924-cü ilədək İran Milli Məclisin üzvü оlmuşdu. 1933-cü ildə İran Milli Məclisin sədr müavini vəzifəsində çalışmışdı.

Məhəmmədhəşim mirzə bir müddət Xorasan əyalətinin Maarif və Ovqaf idarəsinin rəisi olmuşdu.

Məhəmmədhaşım mirzə Əfsər şair idi. O, əvvəlcə Şərq yaradıcılıq tipinə meyl göstərən bir şair kimi Səbzivar ədəbi məclislərdə formalaşmışdı. Mənbələrindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. O, Qacarlar dövrünün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. İran ədəbiyyatında daha çox novator cərəyanının görkəmli nümayəndəsi kimi tanınmışdı.
Məşrutə hərəkatından sonra ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır ki, Əfsər bu dönəmin nümayəndələrindən sayılır.

Məhəmmədhaşım mirzə Əfsər lirik-didaktik xarakterli 8 min şeirin müəllifidir.

Məhəmmədhaşım mirzə Əfsər 1940-cı ildə vəfat edib. Tehran ətrafındakı İmamzadə Abdulla gorgahında dəfn edilib.

Ənvər Çingizoğlu


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi