Ölümündən bir əsr sonra Leninin mənşəyinin sirrini açdılar



Vladimir İliç Ulyanov 1870-ci ildə Simbirskdə xalq məktəbi imüfəttişinin – İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir – çuvaş, kalmık, rus, alman, yəhudi, isveç.

Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Bu bizim bildiyimiz faktlardır.
.
Keçək bilmədiklərimizə. SSRİ-də Oktyabr inqilabının ilhamçısı Vladimir İliç Leninin mənşəyi mövzusu diqqətlə qorunurdu. Az qala dövlət sirri kimi gizli qrif altında idi. Bu əsasən ona görə idi ki, Leninin əcdadları arasında yəhudilər vardı.

Sovet rəhbərləri qorxurdular ki, bu məlumatdan antisemitlər istifadə edərlər. Bu yaxınlarda amerikalı professor Yoxanan Petrovski-Şternin "Leninin yəhudi problemi" adlı kitabı çapdan çıxıb. Həmin kitabda göstərilir ki, Leninin ulu babası Moşko Blank yəhudi imiş.

Alman qəzeti "Sueddeutsche Zeitung" bu kitaba rəy yazaraq bildirib ki, onun qanında yəhudilik o qədər azdır ki, İsrailə qayıtmaq üçün ərizə versəydi, rədd cavabı alardı.

Leninin ulu babası Blank ahıl yaşlarında xaç suyuna salınmışdı. Babası İsrael isə doğuluşunda bu ayinə məruz qalmışdı. İsrael isveç kökənli alman olan Hanna Qrossçop ilə ailə qurmuşdu.

Bir fakta da fikir verək. Vladimir İliç Leninin bacısı Anna Ulyanova tərəfindən 1932-ci ildə İosif Stalinə yazılan bir məktub Leninin yəhudi mənşəyi ilə əlaqədar mübahisələrə son nöqtəni qoyur. Məktubda babalarınının (analarının atası) XVIII və XIX əsr Rusiyasındakı yəhudi əleyhdarı təhkimçilik siyasətindən xilas olmaq və daha yüksək təhsil haqqı əldə edə bilmək üçün xristianlığı qəbul edən ukraynalı bir yəhudi olduğu ifadə edilir.

Məktubda qeyd olunur: "Yoxsul bir yəhudi ailəsindən gələn babamızın baptizm sertifikatına görə atası Jitomirdə yaşayan Moses (Moşe) Blank adında biri olub. Vladimir İliç yəhudilər haqqında hər vaxt yaxşı düşünüb. Mənim daha əvvəl də şübhələndiyim mənşəyimizi, o (Lenin) sağkən bilməməsinə son dərəcə təəssüf edirəm".

Stalindən Leninin dövründə başladılan yəhudi düşmənçiliyi təmayülü ilə mübarizəsini davam etdirməsini istəyən Ulyanova qeyd edir: "Son illərdə yəhudi əleyhdarlığının kommunistlər arasında belə yenidən güclənərək artdığını eşidirəm. Bu gerçəyi kütlələrdən gizlətmək səhv olar".

Leninin dövründə başladılan yəhudi mədəniyyətinin inkişaf etdirilməsi işləri Stalin davam etdirərək kommunistlər arasındakı yəhudiləri təmizləmiş və XX əsrin 30-cu illərində bütün sovet yəhudilərini Çin sərhədindəki Birobidcan adlnan bölgəyə yerləşdirmişdi.

V. İ. Lenin özünü rus olaraq olaraq ifadə etmişdi. Onun rəsmi bioqrafiyası bacısı Olga Ulyanova tərəfindən yazılmış və bioqrafiyada ailənin rus, alman və İsveç mənşəyi olduğu qeyd olunmuşdu.

Ənvər Çingizoğlu

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi