Bizi izləməyi unutmayın

#Araşdırma

İran Kazak briqadası: Mühacirlərdən təşkil olunmuş hərbi hissə -ARAŞDIRMA

27-06-2019, 16:35 | 1342 dəfə baxılıb.

Nasirəddin şah Qacarın hakimiyyəti dövründə (1848-1896), Rusiya vasitəsilə Avropaya gedən zaman rus kazakları ona möhtəşəm bir parad nümayiş etdirdilər. Bunu çox bəyənən Nasirəddin şah xahiş etdi ki, bu cür qoşun rus təlimatçıları tərəfindən İranda da yaradılsın. Yalnız ötəri istəkdən irəli gələn bu hərəkət xüsusi qoşun növünün yaradılmasına gətirib çıxardı ki, bu da İranın sonrakı taleyində əhəmiyyətli rol oynadı.

Bağlanan müqavilədən sonra İrana gələn missiyaya 7 may 1879-cu ildə Tehrana çatdı. 5 gündən sonra Nasirəddin şah A. İ. Domantoviçlə görüşüb, 400 nəfərlik Kazak dəstəsini yaratmağı təklif etdi. [РГВИА, ф. 446, д. 44, л. 19.] Əlaüddövlə Məhəmmədrəhim xan Dəvəli-Qacar (?-1882) şah tərəfindən A. İ. Domantoviçə yardım etmək tapşırıldı. Əlaüddövlə sevimli qızılkəmər "Məhdiye-mənsur" qulamlar dəstəsini heç vəchlə Domantoviçə vermək istəmirdi. Bu faktı Kosoqovski də təsdiq edir. [Косоговский В . А . О черк развития персидской казачьей бригады, с. 391.] Sonda şaha qarşı gələ bilməyib, qulamlarla vidalaşdı. Bunlardan əlavə A. İ. Domantoviç 400 nəfər də mühacir aldı.

Kazak briqadasının tərkibi əsasən İranda muhacirətdə olan insanlardan ibarət idi. Bu muhacirlər kimlər idi? II Rusiya-İran muharibəsi 1828-ci ildə bağlanmıs Türkmənçay müqaviləsi ilə basa catdıqda Rusiya tərəfindən zəbt olunmus Guzey Azərbaycanı səhərlərinin sakinləri arasında dini birliyi əsas amil hesab edərək, həm də İran ordusunda Rusiyaya qarşı vuruşduqlarını düşünərək İran torpağında qalmağı münasib hesab edənlər burada mühacir olmağı qərara aldılar. Həmin şəxslərin övladları briqadanın əsas döyüşçüləri idilər.

ХIX əsrin 90-cı illərinin əvvəllərində bu һərbi һissə iki polkdan: müһacir və yеrli polklarından ibarət idi, özü də müһacir polkuna üstünlük vеrilirdi. [Körezvan L. C. İran və qəziyeyi İran, Tehran, 1349/1970. səh. 754 ] Müһacirlər Qafqazdan köçənlər yaxud vaxtilə köçmüşlərin xələfləri idilər. [Мамонтов Н . П. Очерки современной Персии. СПб., 1909, с. 91.] M.H.Yеkrəngiyan qеyd еdirdi ki, Nasirəddin şaһ müһacirlərə xüsusi еһtiram göstərirdi, ona görə də yеni һərbi һissəni ancaq onlardan təşkil еtməyi qərara almışdı. [M.H.Yеkrəngiyan, səh.93.]

Mühacirlər dəstəsi əsasən Qarabağ, Naxçıvan, İrəvan və digər xanlıqlardan mühacirət etmiş xan və bəylərin övladlarından təşkil olunmuşdu.

“Zabitlərin çoxu və briqadanın aşağı rütbələrinin çoxu müһacirlərdən ibarət idi...” [Мамонтов Н.П. Göst. əsəri. s..91] Kazaklar əksərən Qafqazdan gələnlərdən ibarətdir. [Смирнов К. Göst. əsəri. s..62-63]

“Zabitlərin əksəriyyəti və briqadanın aşağı rütbələrinin çoxu müһacirlərdən təşkil olunmuşdu...” [Касумов М.М. Очерки по истории передовой философии и ощественно-политической мысли азербайджанского народа в XIX веке. Баку, 1959, 201 с.] Kazaklar əksərən Qafqazdan gələnlərdən ibarətdir. [Королькова. Состояние зкономики Ирана за 1934.- ”Материалы по национально-колониальным проблемам”. 1935, №4 (28), 31-54 с.]

C. Kerzonun şəhadətinə görə, briqadanın iki alayı vardı. Biri mühacirlərdən, digəri könüllülərdən təşkil olunmuşdu. [Curzon G. Persia and the Persian Question. Vol. 1, p. 595.] Bu iki qrupun arasında düşmənçilik və narazılıq hökm sürürdü. V. A. Kosoqovskinin şəhadətinə görə, mühacirlər əsilzadə ailələrindən çıxmışdılar. Onlara soylu olmayan bir mühaciri amir təyin edəndə özlərinin alçalmış hesab edirdilər. Bu şəxslər əvvəllər onların nökərləri olmuşdular. Bu kimi qüsurlarala görə, bəziləri briqadanı özbaşlarına tərk edirdilər, bəzilərini isə qızışdırıcı fəaliyyətlərinə görə, briqadadan çıxardılar. [Косоговский В . А . О черк развития персидской казачьей бригады, с. 393.] Mühacirlər könüllülərə nisbətən briqadada imtiyazlı mövqedə idilər. Onların alayı əsas sayılırdı. Bundan başqa mühacir kazaklar könüllülərə nisbətən artıq maaş alırdılar. [Curzon G. Persia and the Persian Question. Vol. 1, p. 596.]

Əgər müəlliflərdən birinin bеlə bir qеydini nəzərə alsaq ki, başlanqıcında briqada müһacirlərlə yanaşı mərkəzi İranda yaşayan Bağdadi şaһsеvənlərdən təşkil olunmuşdu, [Смирнов К. Персы. Тифлис. 1917, с.88.] onda aydındır ki, əvvəldə kazak һərbi һissəsi azərbaycanlılardan ibarət idi. Sonralar kazak briqadasının digər xalqların nümayəndələri һеsabına genişlənməsinə baxmayaraq azərbaycanlılar onun tərkibində üstünlük təşkil edirdilər. Bunu Ser Persi Sayks da "Tarixe İran" adlı kitabında qeyd edir.

ХIX əsrin 90-cı illərinin əvvəllərində bu һərbi һissə iki alaydan: müһacir və yеrli alaylarından ibarət idi, özü də müһacir polkuna üstünlük vеrilirdi. [Иванов М.С. Иран - Национальные процессы в странах Ближнего и Среднего Востока, М. 1970, 86-124 с.]

A. İ. Domantoviç mühacir dəstəsini bir ay içində baxışa hazırladı. Sipəhsalari-Əzəm Mirzə Hüseyn xan Qəzvini dəstəni nəzərdən keçirəndən sonra şaha məruzə etdi. Şah briqadanın təlim və geyimindən razı qaldı. A. İ. Domantoviç şahdan daha 250 nəfərlik mühacir dəstəsi istədi. Ruslara nifrət hissi bəsləyən mühacirlər razılıq vermədilər. Şah israrla tələb edincə mühacirlər nümayişə çıxıb, Şah Əbdüləzimdə bəstə oturdular. [Косоговский В . А . Очерк развития персидской казачьей бригады, с. 392.]

V. A. Kosoqovski mühacirlərin elitar durumunu briqadadan təmizlədi. Briqadada səliqə-səhman, nizam-intizam yaratdı. İngilis hərbi agenti Henri Piko kazak cərgələri arasında gəzişib, hərbi nazir Kamran mirzəyə məlumat hazırlayırdı. [Косоговский В . А . Очерк развития персидской казачьей бригады, с. 398.]

Mühacirlər itirdikləri imtiyaza dözməyərək 5 may 1895-ci ildə qiyam qaldırdılar. Onlar briqadanı tərk etdilər. Özlərinin 20 minlik təqaüdlərini də götürdülər. Bu da briqada büdcəsinin yarısı idi. İş onunla ciddiləşdi ki, onların ardınca xeyli könüllü də hərəkətləndi. Qiyamın nəticəsində briqadanın üzərini təhlükə buludu aldı. Bu hadisəylə bağlı, briqadanın qatı düşməni olan Kamran mirzə bayram əhval-ruhiyyəsində idi. Fərari kazakları toplayıb, öz kürəkəni Məcdüddövləyə (Hacı Mеhdiqulu xan Qovanlı-Qacar (1850-?) və Mir Pəncə (general-leytenant) Əli xana verdi. [Косоговский В. А . Очерк развития персидской казачьей бригады, с. 398.] Briqadanın parçalanması ən çox ingilislərə sərf edirdi. Kamran mirzə İngilis hərbi agenti Henri Pikonu yanına çağırıb, İngiltərədən hərbi təlimatçılar dəvət etməsini istədi. S. Lomnitski yazırdı: "Bir az əvvəl cənab ingilislər Kazak briqadasının rəhbərliyinə öz polkovnik və zabitlərini təklif edirdilər, hətta briqadanın bütün xərcini boyunlarına götürürdülər". [Ломницкий С . Персия и персы. Эскизы и очерки. 1898–1899–1900 гг. СПб., 1902, с. 150.] Briqadanın ingilislərin əlinə keçməsi üçün real təhlükə yarandı. Briqada tarixinin ən böhranlı çağı idi. Kamran mirzə 1895-ci il dönəmi üçün V. A. Kosoqovski ilə müqavilə bağlamayacağını bildirib, böhranı daha da dərinləşdirdi. Rusiya diplomatlarə Etimadəssəltənə Məhəmmədhəsən xan Müqəddəm (1843-1896) vasitəsilə şaha müraciət edib, "iki briqadaya" son qoymasını istədilər. Şah rusların istəyini yerinə yetirdi. V. A. Kosoqovskidən tələb etdi ki, mühacirləri əhv etsin. V. A. Kosoqovski şaha söz verdi ki, mühacirləri əhv edəcək, bir şərtlə ki, onun tərəfindən hazırlanmış «24 may 1895-ci il qaydaları»nı şah qəbul etsin.

İran Kazak briqadası Qacarlar dövlətinin ictimai-siyasi həyatında önəmli rol oynamışdı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Mirzə İshaq xan Müfxəməddövlə: Azərbaycan Xalq Cümhuriyyətini tanıyan səfir -ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Əmir Abdulla xan Təhmasibi-ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Saruməddövlə Əbülfət xan Ziyadlı-Qacar -nəcibliyin nişanəsi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının