Bizi izləməyi unutmayın

#Araşdırma

Hacı Zeynalabdin Şirvani: Tehranı dağıtmaq istəyən dərviş - ARAŞDIRMA

5-07-2019, 15:09 | 1762 dəfə baxılıb.

Hacı Zeynalabdin Axund İsgəndər oğlu (ədəbi təxəllüsü Təmkin, təriqətdəki ləqəbi Məstəlişah; 16.8.1780, Şamaxı ş. - 1837 və ya 1838, Qırmızı dəniz, gəmidə; Səudiyyə Ərəbistanının Ciddə şəhərində dəfn edilmişdir) - Azərbaycan alimi, coğrafiyaşünas-səyyah, tarixçi, etnoqraf, filosof, ədəbiyyatşünas, şair. Hacı Məhəmmədəli Şirvaninin qardaşı. Ailəsi 1785 ildə İraqın Kərbəla şəhərinə köçmüşdür. Kərbəlada təhsil almış, təqribən 40 il səyahət etmiş, Azərbaycanda, o cümlədən Bakıda, Yaxın və Orta Şərq ölkələrində, Hindistan, Seylon (Şri Lanka), İndoneziya və s. yerlərdə olmuşdur. Təqribən 15 il Nemətullahi dini təriqətinə rəhbərlik etmişdir. Farsca “Riyazüs-səyahə” (“Cənnət bağı səyahətləri”, 1-ci h. 1821-22, 2 h. 1826-27 illərdə tamamlanmışdır). “Hədayüqüs-səyahə” (“Səyahət bağları”, 1826-27), “Büstanüs-səyahə” (“Səyahət bağı”, 1832) və s. əsərlərini yazmışdır.

Əsərlərində Yaxın və Orta Şərq ölkələri, Hindistan, Həbəşistan (Efiopiya), Orta Asiya, Azərbaycan və Ermənistanın coğrafiyası, tarixi, etnoqrafiyası, incəsənəti, mədəniyyət abidələri, ədəbiyyatı və s., həmçinin bəzi görkəmli şəxsiyyətlər haqqında qiymətli məlumatlar verilmişdir. Bir sıra coğrafi adların mənşəyi haqqında mülahizələr irəli sürmüşdür. “Büstanül-arifin” (“Ariflər bağı”, 1832) və “Kəşfül-maarif” (“Bilikləri açan”, fəlsəfi əsər, 1834) əsərlərini də yazmışdır. Cəlaləddin Ruminin çoxcildli “Məsnəvi” (Bombey, 1895) əsərinə müqəddimənin müəllifidir. Şeirləri “Divan”da (Tehran universitetinin Mərkəzi kitabxanasındadır) toplanmışdır. Hacı Zeynalabdin Şirvani haqqında birinci elmi məqaləni A. A. Bakıxanov yazmışdır. A. A. Bakıxanov onun “Riyazüs-səyahə” əsərinin üzünü köçürtdürmüşdü (A. A. Bakıxanovun ölümündən sonra əsər Asiya muzeyinə verilmişdir). Hacı Zeynalabdin Şirvaninin elmi və ədəbi fəaliyyəti bir sıra rus, Qərbi Avropa, Şərq və Azərbaycan tədqiqatçıları tərəfindən öyrənilmiş və yüksək qiymətləndirilmişdir. Əsərlərinin əlyazmaları Londondakı Britaniya muzeyinin kitabxanasında, Paris Milli kitabxanasında, Tehran universitetinin Mərkəzi kitabxanasında, Misirin Xidiviyyə kitabxanasında, Rusiya EA Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsi kitabxanasında, Gürcüstan Əlyazmaları İnstitutunda saxlanır. Ə. Cəfərzadənin “Xoş gördük, səyyah!” tarixi romanı Hacı Zeynalabdin Şirvaniyə həsr edilmişdir. [ASE, X cild, Bakı, 1987, s.145].

Hacı Zeynalabdin Şirvani nemətullahi təriqətində yüksək məqama malik idi və nemətullahi şeyxlərindən sayılırdı. Bu təriqətin ənənəsinə uyğun olaraq ona “Məstəli şah” ləqəbi ilə müraciət edirdilər.

Hacı Zeynalabdin Şirvani haqqında ilk dəfə Abbasqulu ağa Bakıxanov “Gülüstani İrəm” əsərində məlumat vermişdir: “Məstəli Hacı Zeynalabdin Şirvani hicri 1194- cü (1779) ildə, şəban ayının 15-də Şamaxı şəhərində anadan olmuşdur. Anadan olmasından altı ay kecəndən sonra, atası axund İsgəndər köc-külfətilə tərki-vətən edərək, Kərbəlaya getmişdir...O, 17 yaşına qədər rəsmi elmlərlə məşğul olmuşdur... Əvvəl hindli Məsuməli şahın xidmətinə yetişib, sonra Bağdadda isfahanlı Nurəli şahın xidmətini ixtiyar etmişdir...Uzun bir zaman Həsənəlişahın xidmətində olmuşdur. Həsənəli şah hicri 1216-cı (1802) ildə Pişavər səhərində vəfat etdikdən sonra o, Pəncab, Dehli, Ud, Allahabad, Benqal, Qücarat və Dekkan vilayətlərinə getmişdir. Cukilər, sinasilər, birakilər və nankasahilər, bütpərəstlər və zərdüştilərlə ünsiyyət etmişdir. Cəlalilər, mədarilər, qadirilər, dəhrilər, huluiclər və mubahilər ilə oturub-durmağı lazım bilmişdir. Raylar, raclar, bərəhmənlər və rəgirlər firqələrilə müsahib olmuşdur...Bir zaman da Pənc-piran, Siyah-pusan firqələri və Binəvayan, Xakəsəran və Nankasahian tayfaları ilə durub oturmuşdur....Nəqşbəndilər, cəskilər və sifidcaməganların söhbətinə könül vermişdir. İsmaililər, xətailər və manuyanlarla vaxt kecirmişdir. Məzdəkilər, xurrəmilər və uyğurilərlə söhbət etmişdir..

..Məşhur və məruf adamlarını görmüş, zəhəbilər, nurbəxşilər və sair böyük adamların təriqətindən xəbərdar olmuşdur....Əbaxilər, zeydilər, təbərilər və kəysanilərin etiqadlarını dinləmişdir. Həcc mərasimini yerinə yetirdikdən... sonra, vəhabilər və dörd məzhəb sahiblərilə həmsöhbət olaraq Səid və Misir ölkələrinə getmişdir. Qibtilər, mulhidlər təriqətindən ibrət alıb, bu ölkənin bir cox alim və şeyxləri ilə görüşüb... Əməvilər, şeytanpərəstlər, cəbrilər, qədrilər samirilər, yəhudilər və rahiblərlə ünsiyyət etmişdir....Padişahlar və bəktaşilər, rifailər, uşşaqilər və həmzadilərin təriqətçilərilə həmsöhbət olmuşdur. Nəsrilər, safilər, mövləvilər, xəlvətilər və fəramusilərlə ülfət etmişdir....

Huseynəli şah və Kövsərəli şahın müsahibi olmaq şərəfinə nail olmuşdur. Bir müddət həmədanlı Məczubəli şahın xidmətində qalıb, onun rəmzlərini öyrənməklə məşgul olmuşdur. Nemətullahi təriqətində təsfiyeyi-məvad edərək, irşad və təbliğatını kamala çatdırmışdır. Zahirpərəstlərdən bəzisi onu kafir hesab etdilər. İran padisahının rəyini onun əleyhinə cevirməklə dəfi xəyalına düşdülər. Kirman hakimi İbrahim xandan çox əziyyət görüb yenə Şiraza qayıtdı. Oranın alimlərindən - müctəhid və təqlidcilərindən bəzisi onun əleyhinə, bəzisi də lehinə hərəkət etmişdir. Onlar oz mənfəətlərini özgənin zərərində görürdülər. Fars fərmanfərması Huseynəli mirzə onun Fars əyalətindən çıxması haqqında hökm verdi. Hicri 1237-ci (1822) ildə, umumi vəba ilində öz ailəsilə bərabər İsfahana uz qoydu. Oradan da Qumisəyə gedib orada sakin oldu və “Riyazussəyahə” kitabını orada təlif etdi.... [ Bakıxanov A. Gülüstani-İrəm. Bakı: Minarə, 2000. 224 s., s. 89-90].
.
Şirvani həyatının böyük qismini məcburi sürgünlərdə keçirdi. Bu əsnada edam edilmə qorxusunu həmişə hiss etdi və ölümünü tələb edən fitvalar onun izini heç buraxmadı. Amma Abbas mirzənin oğlu Məhəmməd şah Qacarın 1834-cü ildə taxta çıxmasıyla birlikdə Nemətullahi şeyxlərinin və dərvişlərinin maddi durumları, bir Nemətullahi piri olan Məstəlişahın dostu [Şirazi, Təraik, III, ss. 299-317.] və eyni zamanda Qacarlar dövlətinin Baş vəziri olan Mirzə Ağasının (1198-1265) sayəsində müəzzəm şəkildə yaxşılaşdı və hətta dərvişlərin bir çoxuna dövlətdən maaş kəsildi. Nemətullahi qaynaqlarında yer alan, amma “Nizari qaynaqları tərəfindən təsdiqlənməyən” bir iddiaya görə isə, Qacar hökmdarı Məhəmməd şah 1830-cu illərin əvvəllərində və taxta çıxmazdan öncə Məstəlişah [Əlî Əsgər Məzhari-Kirmani, “Dər-giriha-yi Rəhmətəlîşah”, Sufi: Fəsılname-yi Xangah-i Nemətullahi, 38, 1377/1988, s. 33.] tərəfindən təsəvvüfə intisab etdirilmişdi. [Dəftəri Fərhad, The Isma’ilis: their history and doctrines. Cambridge: Cambridge University Press, 1990, p. 506.]

Mirzə Ağası, ünlü müctəhid Molla Əbdüssəməd Həmədaninin (ö.1802) müridiydi. Həmədani də sırasıyla təsəvvüfdə Nurəlişahın müridi [Şirazi, Təraik, III, ss. 211-213.], İslami zahiri elmlərdə isə Üsuli müctəhidi Bəhrül-Ulumun tələbəsi olmuşdu. [Şirazi, Bəhrül-Ulumun Nurəlîşah ilə Kərbəlada görüşdüyünü və onun şəxsiyyətindən təsirləndiyini iddia etməsinə rəğmən, Təraik, III, ss. 199-200]

Qırxaltıncı İsmaili Ağa xan Məhallatinin (ö.1881) anlatdığına görə [H. Səadət Nuri, Zindəge-yi Həcc Mirzə Mirzə Ağası, Tehran: 1355/1976, ss. 51-53] Ağası və Şirvani qacarların himayəsini güvəncə altına almaq üçün amansız bir rəqabətə girişmişdilər. Mirzə Ağası eyni zamanda Nemətullahiyyənin şeyxlərinin hədəf edildiyi andan etibarən Şirvaniyə qarşı sürəkli tələ qurdu və sonunda onun “Şahın gözündən düşüb saraydan sürgün edilməsinə” səbəb oldu. [Defteri, The Ismâ’îlîs, s. 507.] Mirzə Ağasının intriqaları eyni zamanda (Nemətullahi qaynaqlarına görə Məstəlişahın bir müridi olub təriqət ləqəbi Ataəlişah olan) xatırlanan İsmaili Ağa xanın da Kirman valiliyindən çıxardılmasına və Bəlucistana qaçmağa məcbur edilməsinə səbəb olmuşdu. Ağa xan sonunda Hindistana yerləşmədən əvvəl, Bəlucistanda İngilis hərbii qüvvələri ilə təsirli şəkildə işbirliyi qurdu. Bununla birlikdə bu intriqalara rəğmən Mirzə Ağası baş vəzir olduqdan sonra belə Şirvani həyata vida etdiyi 1253/1853-cü ilə qədər saraydan nizamlı şəkildə maaş aldı. [Humayuni M, Tarix-i silsilehâ-yi tarîka-yı Ne’metullahi dər İran. London: Bünyad-ı İrfan-ı Mevlana, 1992., s. 181.]

Mirzə Ağasının Məhəmməd şah Qacarın (hökmdarlığı 1834-1848) səltənəti əsnasında İranda təsəvvüfin intilektual profilinin yüksəlməsindəki təsiri önəmlidir. Mirzə Ağası təsəvvüfə təmayülü olan bir neçə üləmanı, ictihadın bir dərəcəyə qədər zəiflədiyi və antiruhani çıxışların inkişafının asanlaşdığı bəzi həssas dini vəzifələrə təyin etdi. [1834-cü il olması lazım gərəkən tarixi səhvən 1824-cü il olaraq vermişdir. Abbas Amanat, “Ağası”, EIr, II, s. 186.]

Bu mütəsəvvif baş vəzirin bir digər önəmli qatqısı isə onun himayəsində -Mirzə Saleh Şirazi tərəfindən- 1253/1837-ci idə ilk İran qəzetinin qurulması və bu sayədə Şiə din adamları qurumunun hegəmonyasının və üləmanın populyar dini və siyasi qanadlar üzərindəki nəzarətini zəiflətilməsidir. Gerçək bu ki, Məhəmməd şahın öz vəzirinin sadiq bir müridi olması, hətta Mirzə Ağasının ustadı Həmədanidən sonra Mirzə Ağasının oğullarının bir neçə nəfərinin ad atası olub [Nuri H. Səadət, Zindege-yi Həcc Mîrzə Mirzə Ağası. Tehran: İntişarat-ı Vahid, 1355/1976., s. 293.] Həmədaninin xələfi Həcc Molla Abbasəli Bunabi (ö.1831) [Humayuni, Tarix, s. 84.] üçün Marağada bir türbə tikdirməsi təriqət irfanının yalnızca bir neçə Üsuli uləması arasında böyük bir anlayış və tolerantlıq ilə qarşılanmasına yol açdı. Yenə də, Abbas Amanatın irəli sürdüyü üzrə, “Şahın mütəsəvviflərə sayğı göstərməsi….üləma ilə dərvişlərin birbirlərinə baxışlarında gözə çarpan həmən həmən heç bir dəyişiklik meydana gətirmədi”. [Amanat, Resurrection and renewal, s. 79.]

Rəhmətəlişah, Məhəmməd şahın tacqoyma məclisində dua etmədən öncə, Şirvaniyə xələf oldu. Bir üləma ailəsində doğan, gəncliyində (Məstəlişahın şəxsində və Şirazda) ustadı ilə qarşılaşan, ardından təsəvvüfə düşkünlüyü Şirazdakı dövlət dəstəkli mollalarla çatışmasına səbəb olan Rəhmətəlişah, sonunda ailəsi tərəfindən Şirazdan sürgün edildi və atası tərəfindən də ailə mirasından məhrum edildi. Rəhmətəli şah 1820-ci illərin əvvəllərində Həmədana qaçdı və Məczubəlişah tərəfindən gizli bir vəzifə ilə İsfahandakı Məstəlişahın yanına göndərildi. İsfahana vardığında tutuqlanıb, Məstəlişahın gizləndiyi yeri ifşa etməsi üçün dövlət məmurları tərəfindən ağır işkəncəyə məruz qoyuldu. Onun Məstəlişah ilə təmas quracaq çox az vaxtı oldu. Bununla birlikdə atasının İsfahan imamcüməsi olan xüsusi bir tanışı, Rəhmətəlişahın sərbəst buraxılmasına təminat yaratmaq üçün sonunda şəfaətçi oldu. Rəhmətəlişah, ustadı Məstəlişaha yenidən qovuşunca, xatırlanan İsmaili İmamı Ağa xan Məhallatinin xüsusi qonuğı olaraq ağırlandığı Məhallata daşındı. Ağa xan, Fətəli şahın səltənəti dönəmində dövlət dəstəkli üləmanın zulmlərindən sürəkli qaçdığı əsnada Məstəlişahı da himayə etmişdi. [Defteri, The Ismâîlîs, s. 507.]

Biz bu yazıda Hacı Zeynalabdin Şirvaninin bilmədiyimiz tərəflərini öyrənməyə cəhd etdik. Onun həqiqətlərindən qorxurdular.
.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Salah bəy Sadıqbəyov: Naməlum qəhrəman - ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Məhəmmədhaşım mirzə Əfsər: Şairlərin şeyxi -ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılacağı yer açıqlandı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının