Bizi izləməyi unutmayın

#Araşdırma

Bəhram bəy Məlikabbasov: Daşnaklarla mübarizədə - ARAŞDIRMA

6-07-2019, 15:33 | 2202 dəfə baxılıb.

Bəhram bəy Qarabağ xanlığının Mehri mahalında tanınmış məlikabbasovlar soyundandır. Babası Məlik Abbas bəy bir müddət Mehri və Güney mahallarının naibi olmuşdu.

Atası Əsəd bəy Şuşa qəzasının Mehri sahəsinin Nüvədi kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.
Əsəd bəy Məlikabbasov 1906-cı ildə erməni quldurları tərəfindən öldürülmüşdü. Qaynaqlarda yazılır: “Nuvədi kəndində yatağında hərəkətsiz uzanmış yüz yaşlı qoca Əsəd bəy Məlikabbasov süngü ilə deşik-deşik edilmişdir”.
Əsəd bəyin Hüseyn bəy, Bəhram bəy adlı oğlu vardı.

Bəhram bəy Əsəd bəy oğlu 1857-ci ildə Şuşa qəzasının Mehri sahəsinin Nüvədi kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ordubad şəhərində oxumuşdu. Zəngəzur qəza idarəsində II dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. 1893-cü ildə qəzada tərcüməçi kimi xidmət etmişdi. Sonra polis, ədliyyə pristavı kimi çalışmışdı.

1905-1906-cı illərdə ermənilərin müsəlman əhaliyə qarşı etdiyi soyqırım hərəkətlərini Zəngəzur qəza polis pristavı Bəhram bəy Məlikabbasovun qəza rəisinə və Yelizavetpol qubernatoruna etdiyi məruzələrdən öyrənirik:

Zəngəzur qəzasının 4-cü sahəsinin pristav əvəzi Məlikabbasovun qəza rəisinə 1906-cı il martın sonlarında göndərdiyi məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. Ermənilərin məskun olduqları ərazilərin yolları üzərində qanunsuz erməni silahlı dəstələrinin, azərbaycanlı icmalarının məskun olduqları rayonların yolları üzərində isə İrandan qaçaq yolla gələn quldurların dərəbəylik etdikləri raportda öz əksini tapmışdı. Məlikabbasov qəza rəisindən erməni quldurlarının cəmləşdiyi Şıxavuz və Qaragöl kəndlərindən hər hansı birinə 100 kazak əsgərinin göndərilməsinin bölgədə quldurluğun qarşısının alınmasına yardımçı olacağını vurğulayır. Məlik Abbasov 4-cü sahədə sülh və sakitliyin bərqərar olmasında Meğrili Keşiş Ter Vahanın, Lehvazlı Kərbəlayi Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə birgə Vağrivarlı David Axpercanovun, Əldərəli Həsənqulu bəy Sərməstbəyovun xidmətlərinin olduğunu yazırdı. (ARTA, f.62, siy.1, iş.41, v.62)

Zəngəzur qəza rəisinin tapşırığı ilə yerlərdə barışıq komissiyaları yaradılmışdı. Lakin həmin komissiyaların fəaliyyəti “Daşnaksutyun” partiyasının məramına zidd idi. Ona görə də komissiya üzvlərinə qarşı terror aksiyaları həyata keçirirdilər. Yelizavetpol qubernatoru A.Kalaçovun 24 aprel 1906-cı ildə Qafqazın canişininə göndərdiyi raportda “Daşnaksutyun” partiyasının Bığ kəndindəki muzdlu qatili Peto adlı erməninin üç naməlum ermənilərlə birlikdə barışıq komissiyasının üzvləri Hacı bəy Məlik Şəfiyevin və Molla Hacı Mir Əbdüləzim oğlunu qətlə yetirdikdən sonra həmin kənddə gizləndikləri qeyd edilmişdi. (ARTA, f.62, siy1, iş.41, v.70).

Rəsmi hakimiyyət təmsilçiləri erməni-müsəlman davasında ya ermənilərin tərəfini saxlayır, ya da bütün qanunsuzluqlara göz yumurdular. Gorus sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə Qafqaz canişininə teleqram göndərərək Zəngəzur qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin öhdəsindən gəlməməsindən şikayətlənirdilər. Teleqramda bildirilirdi ki, iyulun 9-da Gorusun müasir silahlarla silahlanmış komitəçiləri (erməni terrorçu partiyaları nəzərdə tutulurdu) Eyvazlar və Davutlu kəndlərinin köçərilərinə qəfildən hücum etmiş, çobanı yaralamışlar. Müsəlmanlar qorxu içərisində qaçaraq Ağudi və Vağudi kəndlərinə sığınmışlar. Ermənilər Eyvazlıların 900, Davutluların isə 600 qoyununu və 300 iribaşlı heyvanını aparmışlar. Köçərilər arana təhlükəsiz enmək üçün qəza rəisi Mitkeviçə müraciət etmişlər. Mitkeviç onları əmin etmişdir ki, yolların təhlükəsizliyi təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq. Qəza rəisinə inanan köçərilər yola çıxmış, lakin yenidən ermənilərin hücumuna məruz qalmışlar. Pusquda duran ermənilər iki tərəfdən hücum edərək bu dəfə eyvazlıların 50 baş iribuynuzlu heyvanını və 15 xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir görmək istəmədiyini görən köçərilər Qafqaz canişinindən onlara vurulan ziyanın ödənməsini və yeni qəza rəisinin təyin edilməsini xahiş etmişdilər. (“Kaspi”, 11 avqust 1906).

Qarabağda ilk müşavirə 1919-cu il fevralın 15-də keçirilmiş və aşağıdakı məsələlər müzakirə edilmişdir:
1.Erməni-Azərbaycan münaqişəsi, erməni qaçqınlarının müvəqqəti məskunlaşdırılması və köç məsələsi;
2. Milis orqanlarının fəaliyyətinin güjləndirilməsi və at-araba mükələfiyyəti.
3. Ərzaq məsələləri, əkin və bağ sahələrinin genişləndirilməsi;
4. Müsəlman qaçqınlarının öz yerlərinə qaytarılması;
5. Tibbi işlər;
6. Məktəb işləri;
7. Çağırışçılar məsələsi;
8. Poçt və teleqraf;
9. Cari məsələlər (SPİHMDA.F. 277, siy. 2, iş 43, v.11).

“İclasda çıxış edən Cavanşir qəza rəisi Bəhram bəy Məlikabbasov bildirmişdir ki, hələlik sakitlikdir, lakin "millət təəssübkeşləri" əhali içərisinə narazılıq salırlar. O, qeyd etmişdir ki, erməni əhalisi Azərbaycan dövlətinin hakimiyyətini qəbul etməyə və hətta dağılmış 10 erməni kəndinin əhalisi Azərbaycanlı kəndləri ilə birləşməyə hazırdır. Onun verdiyi məlumata görə qəzada 48 erməni kəndi və 277 Azərbaycanlı kəndi varmış. Əhalinin nisbəti isə belə imiş: 24607 nəfər erməni və 48064 nəfər Azərbaycanlı. Onun dediyinə görə son məlumatda Azərbaycanlıların sayının 63000 nəfər olduğu müəyyən edilmişdir”. (SPİHMDA.F. 277, siy. 2, iş 43, vərəq 12.)

1918-ci ildə ermənilərin müsəlman əhaliyə qarşı başladığı soyqırım aksiyalarını Cavanşir qəza rəisi Bəhram bəy Məlikabbasovun mərkəzi hökumətə və Gəncə qubernatoruna etdiyi məruzələrdən öyrənirik:

Tərtərdən qəza rəisi B. Məlikabbasovdan 108 №li 24 noyabr 1918-ci il tarixlə teleqram.
500 nəfərdən ibarət əsgərlərlə Dövlətli və Bazarkənd ermənilərinin Quturlulara basqın edərək, ümumi dəyəri 1,2milyon rubl həcmində taxılla və bir çox başqa əmlaklarla yüklənmiş 210 öküz və atların aparılması barəsində. Ağdərə erməniləri isə qalayçılıların 83 baş malını qaçırdıb apardı.

Cavanşir qəza rəisinin Gəncə qubernatoruna 6 dekabr 1918-ci il tarixli 1200 №li məlumatı.
Dekabrın birinə keçən gecə ermənilər Qarapirimli kənd sakini Cümşüd bəy Vəlibəyovun yatağına basqın edərək, onun 1350 baş qoyununu və 4 atını qovub aparıblar.

Dekabrın 2-də Dovşanlı kəndinin erməniləri elə həmin kəndin müsəlman əhalisini mühasirəyə alaraq, talayıblar, üç nəfəri öldürüblər, qalanları qaça biliblər; yenə dekabrın ikisində Malyataq ermənilərinin quldur dəstəsi Sırxavənd kəndinə hucum edərək, 122 baş buynuzlu mal-qaranı, 48 baş keçini qovub aparıblar; elə həmin kəndin quldur dəstəsi malyataqlı, canyataqlı və kaseptli ermənilərdən daha da gücləndirilmiş tərkibdə iki dəfə Qalayçılar kəndinə basqın edərək, 105 baş buynuzlu mal-qaranı sürüb apardı. Ümumiyyətlə ermənilər sistemli surətdə quberniyanın dağlıq hissəsindən müsəlmanları sıxışdırıb çıxarmağa çalışırlar.

Tərtərdən:
Son beş gün zərfində “Uğlad” erməniləri Qaranuş kəndi müsəlmanlarına hücum edərək 3 at və 1350 qoyunlarını aparmışlardır. Atışma nəticəsində qoyunların bir qismi saldırılmış və Cəmşid bəy Vəlibəyovun bir atı ölmüşdür. Başçılardan Mani adlı bir şəxs qətl edilmişdir. Dövlətli nam erməni kəndində 35 ev müsəlman ermənilərlə qarışıq yaşıyorlardı. Düşənbə günü Şuşadan ermənilərə bir məktub gəlmişdir. Məktubun məzmunu bizə məlum deyildir. Ancaq həman məktubu alar-almaz, ermənilər həman qonşularına hücum edərək evlərini, şeylərini, taxıllarını və heyvanlarını qarət edib Ocaqverdi Molla Qənbər oğlu, Eyvaz Novruz oğlu və Sona Şahməhəmməd qızını öldürmüşlərdir. Yerdə qalan müsəlmanlar dağlara, meşələrə dağılmış, bəziləri də yaxında olan müsəlman kəndlərinə qaçmışlardır.
Koladağ kəndi ermənilərin bir dəstəsi Surxaylı müsəlmanlarına hücum edərək 122 baş mallarını və 45 keçilərini aparmışlardır. Bu hücumda Kasapet ermənilərindən Makar nam birisi qətl edilmişdir. Digər bir dəstə iki dəfə Qala Şilan müsəlmanlarını 105 baş malını aparmışdır. Məhəlli hadisədən indicə qayıtmışam. Ermənilər özlərini nəhayət dərəcə cəngcuyanə bir surətdə apararaq böyük müşkülat ilə təhdid ediyorlar. Qəti tədbirlər görmək lazımdır. Təfsilatını məktub ilə xəbər verirəm. Əhvalat müfəssəl surətdə ingilis, fransa heyətinə xəbər verilmişdir.
Uyezd naçalniki Məlik Abbasov. 6 dekabr, saat 19. 55. (“Azərbaycan” qəzeti, №62. II kanuni-əvvəl. Səh. 1. Qarabağ əhvalı.)

Bəhram bəy Məlikaslanov Qatır Məmmədin qəzada pozuculuq hərəkatına qarşı nizam yaratmışdı.

«Qəza rəisi Məlikabbasov – Gəncə qubernatoru Rəfibəyliyə: ... Qatır Məmmədin əksər tərəfdarları darmadağın edilib... Məlum olub ki, Qtarı Məmmədin quldur dəstəsi Erkəcdədir (ermənilərin yaşadığı kənd – Ə.Ç.). Burada erməni bolşeviklərlə birləşərək güc toplamaq istəyirlər». Daha sonra dəstəni zərərləşdirmək üçün əlavə qüvvə göndərilməsi xahiş olunur (Rəfael Hüseynov. «Rəfibəylilər» Bakı 1996. s.163).

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

İskəndər bəy Məğrubov: Xilaskar - Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Ənvər Çingizoğlu yazır- Mustafa bəy Əlikişibəyov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Ənvər Çingizoğlu yazır- Bahadur bəy Həsənbəyov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının