Bizi izləməyi unutmayın

#Araşdırma

Cəmil bəy Vəzirov: Konservatoriya təhsilli mühəndis - ARAŞDIRMA

7-07-2019, 14:38 | 1292 dəfə baxılıb.

Cəmil bəy Qarabağın köklü-köməcli zadəgan soyu olan vəzirovlara bağlıdır. Vəzirovlar soyunun ilk ad daşıyıcısı, Cəmil bəyin babasının babası Mirzə Əliməhəmməd ağa Sofuoğludur. Musavi seyidlərdəndir. O, İbrahimxəlil xan Sarıcalı-Cavanşirin divanxanasında çalışmışdı. Xanın müşavir-məsləhətçisi idi.
Mirzə Əliməhəmməd ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmişdi. Elə bu missiyasına görə də 1797-ci ildə Ağaməhəmməd şah Qacarın əmri ilə boğuldu.
Mirzə Əliməhəmməd ağanın Seyid Şahməhəmməd ağa, Seyid Xanməhəmməd ağa, Mir Cəfər ağa adlı oğulları vardı.

Ulu babası Mirzə Xanməhəmməd ağa Mirzə Əliməhəmməd ağa oğlu Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. İbrahimxəlil xanın nədimi olmuşdu.
Mirzə Xanməhəmməd ağa məzəli söhbətləriylə xanın könlünü açardı. Yazılanlara görə İbrahimxəlil xan nə qədər hirsli olsa da, Mirzə Xanməhəmməd ağanı görəndə gülməkdən özünü saxlaya bilmirdi. Yusif Vəzir Çəmənzəminli «Qan içində» adlı tarixi romanında Xanməhəmməd ağanın surətini yaratmışdır.
1823-cü ilə bağlı Qarabağın «statistik təsviri»ində bir çox mülkədarlarla yanaşı Mirzə Xanməhəmməd ağanın da adı keçir. Mirzə Xanməhəmməd ağanın Dizaq mahalının Düdükçü, Edilli kəndlərində və Türkman obasında rəiyyətləri, torpağı vardı.
Mirzə Xanməhəmməd ağa Pəri xanım Seyid Məhəmməd qızı ilə ailə qurmuşdu. İsmayıl bəy, Rüstəm bəy, Fətəli bəy, Nəsir bəy, Şükür bəy adlı oğulları vardı.

Babası Mirzə İsmayıl bəy Mirzə Xanməhəmməd ağa oğlu Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Dövlət idarələrində məmur işləmişdi.
Mirzə İsmayıl bəy Cavanşir mahalının Malıbəyli obasından Başxanım xanımla evlənmişdi. Yusif bəy, İsmayıl bəy adlı oğlanları, Qönçə xanım adlı qızı vardı.
Atası İsmayıl bəy Mirzə İsmayıl bəy oğlu Vəzirov 1842-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Rus-tatar məktəbində təhsil almışdı. Məhkəmə orqanlarında işləmişdi.
İsmayıl bəy Balaxanım xanım Hacı Böyük bəy qızı Nuribəyova ilə evlənmişdi. Bu evlənmədən beş oğul, bir qız dünyaya gəlmişdi: Yaqub bəy, Bəhram bəy, Cəmil bəy, Cəlil bəy, Xəlil bəy və Hümay xanım.

İsmayıl bəyin üçüncü oğlu Cəmil bəy 1886-cı ildə Cavanşir qəzasının Zümürxaç kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini mollaxanada almışdı. Sonra Bakı real məktəbini bitirmişdi. Kiyev Politexnik İnstitutuna daxil olmuşdu.

Cəmil bəy Vəzirov eyni zamanda Kiyev Konservatoriyasının dinləyicisi olmuşdu. O, bu sahədə oxuyan ilk azərbaycanlıdır.

1917-ci ildə Kiyev Politexnik İnstitutunun kimya şöbəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, burda əməli mübarizə məktəbi keçmiş və proletar döyüşçüsü kimi yetişmiş Cəmil bəy 1917-ci ildə Bakıya gəlmişdi. Gələn gündən inqilabi fəaliyyət göstərməyə başlamışdı. Eyni zamanda da şəhər ərzaq komitəsində manufaktura şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

1918-ci ilin iyul ayının 31-də Cəmil bəy keçmiş vəzifəsindən azad olunub, Şəhər telefon şəbəkəsində müfəttiş vəzifəsində işləmişdi.

1919-cu ildə bir-birinin ardınca Azərbaycan və rus dillərində leqal və qeyri-leqal qəzetlər nəşr olunmağa başladı. Cəmil bəy də bu mətbuat orqanlarının yaranmasında və nəşrində yaxından iştirak edirdi. 1919-cu ilin axırlarında «Novıy mir» qəzetinin ilk nömrəsi çapdan çıxdı. Cəmil bəy bacarıqlı və alovlu bir publisist kimi qəzetin redaktoru vəzifəsinə irəli çəkildi.

1920-ci il aprelin 28-də Nəriman Nərimanov başda olmaqla Azərbaycan Sovet hökumətinin ilk heyəti təsdiq edildi. Cəmil bəy Vəzirov Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı vəzifəsinə təyin olundu.

1921-ci ildə Cəmil bəy Vəzirov vəzifəsindən azad olundu.

1922-ci ildə o, Zaqfederasiyada Azərbaycanın iqtisadiyyat üzrə daimi nümayəndəsi olmuşdu.

1923-cü ildə Cəmil bəy Vəzirov Tbilisidə Zaqafqaziya Dövlət Ticarəti idarəsində işləmişdi.

1928-ci ildə Cəmil bəy Vəzirov Bakıya dönərək «Azərxalça» İstehsalat birliyində çalışmışdı.

1938-ci ilin yaman yeli Cəmil bəy Vəzirovun üstündən də əsdi. Tutulub, Oryol şəhərinə sürgün olundu.

Cəmil bəy Vəzirov 1943-cü ildə bu şəhərdə ömrünü başa vurdu.
Cəmil bəy öncə Xeyrənsə xanım Vəzirova ilə evlənmişdi. Bu evlilikdən 1922-ci il doğumlu Aliyə adlı qızları vardı. Sonra boşanıb, professor Sona xanım Axundova ilə ailə qurdu. Sona xanımdan övladı olmadı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Mirzə Mehdi xan Azəri: İran şahbanusu Fərəhin babası - ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Mirzə Məhəmməd xan Cavanşir: Sərkərdə və diplomat kimi-ARAŞDIRMA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Məşədi Mir Baba bəy Vəzirov-Ənvər Çingizoğlunun araşdırması

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının