İldırım bəy Sultanov: Ermənilərdən təzminat tələb edən kişi - ARAŞDIRMA



İldırım bəy Qarabağın Püsyan elinə məxsusdur. Babası Hüseynqulu sultan Püsyandır. XVIII əsrdə Qarabağın Bərgüşad mahalının Qubadlı kəndində sakin idi. Mülkədar kimi bir neçə kənd və obaya yiyəlik edirdi.
Hüseynqulu sultanın törəmələri Sultanov soyunu daşıyırdılar.
Hüseynqulu sultanın Məmmədqulu bəy, Həsənqulu bəy, Ələkbər bəy, Paşa bəy, Cabbar bəy adlı oğulları vardı.

Atası Cabbar bəy Hüseynqulu sultan oğlu 1818-ci ildə Bərgüşad mahalının Qubadlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Qardaşları ilə bərabər atadan qalma Qubadlı, Zeyvə, Hacıalılı, Məmər, Hal, Davudlu, Mac, Ağbulaq, Qurdqulağı və başqa kəndləri idarə edirdi.
Cabbar bəyin İldırım bəy, Camal bəy, Cahangir bəy adlı oğulları vardı.

İldırım bəy Cabbar bəy oğlu Sultanov1842-ci ildə Şuşa qəzasının Zəngəzur sahəsinin Qubadlı kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

İldırım bəy Sultanov Qubadlı kənd məktəbinin hamisi idi. Məktəbə maddi vəsaitlə yardım edirdi.

İldırım bəy Sultanov xalq qəhrəmanıdır. O, 1905-1907-ci illərdə müsəlman əhalini erməni quldurlarından qorumuşdu.

1905 -ci ilin avqustun 20-də qubadlılı İldırım bəy Sultanov nayihəsinin rus pristav Yevorskinin vasitəsilə Görüs ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan türkləri azad etmək, köçərilərin sərbəst hərəkəti üçün yol vermək, erməni silahlı dəstələrini Gorusdakı mövqelərindən uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb olunurdu. Qəza rəisi Avaliani İldırım bəyin təzminat ödəmək tələbindən başqa digər tələblərin ödənilməsini təmin etdirmişdi. [Ա-դo. Հայ-թուրքական բախումները Կովկասում (1905-1906 թթ.): Վավերագրական, վիճակագրական, տեղագրական մեկնաբանություններով (հայերեն): Տպարաններ Այվազյանով եւ Նազարյանով: Իռեւան, 1907, էջ, s.254].

Bundan bir müddət əvvəl 1906-cı il yanvarın 9-da Sarallı və Xaçtəpə kəndlərinin türkləri ilə Yeğvard kəndinin erməniləri arasında dava düşür və iki nəfər türk öldürülür. A-donun verdiyi daha bir məlumata görə, yanvarın 18-də və 19-da İldırım bəyin başçılığı ilə türklər Qafan nahiyəsinin Zeyvə kəndinə hücum edirlər [Ա-դo. Հայ-թուրքական բախումները Կովկասում (1905-1906 թթ.): Վավերագրական, վիճակագրական, տեղագրական մեկնաբանություններով (հայերեն): Տպարաններ Այվազյանով եւ Նազարյանով: Իռեւան, 1907, էջ., s.29]. Lakin A-do İldırım bəyin erməni kəndinə hücumunun səbəbini açıqlamır. Əslində isə Zeyvə kəndi erməni terrorçularının yuvasına çevrilmişdi. İldırım bəy ətraf müsəlman kəndlərini vahimə içərisində saxlayan, tez-tez silahlı basqınlar edən erməniləri susdurmaq məqsədilə Zeyvə kəndinə hücum etmək məcburiyyətin-də qalmışdı. 1906-cı il fevralın 20-də Tiflisdə Qafqaz canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman sülh məclisi çağırılır.

İldırım bəy Sultanov Sona xanımla ailə qurmuşdu. Şəmil bəy, Cabbar bəy, Çingiz bəy bəy adlı oğlanları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi