Məhəmməd bəy Sərməstbəyov: Bəsirət gözlü şəxsiyyət - ARAŞDIRMA



Məhəmməd bəy Mehri mahalında tanınmış Sərməstbəyovlar soyuna bağlıdır. Bu soyun ulu babası Məlik Kəlbəli bəydir. Məlik Kəlbəli bəy Qapanat, Çulundur, Mehri mahallarının naibi olmuşdu.
Məlik Kəlbəli bəyin Sərməst bəy adlı oğlu vardı.

Sərməst bəy Məlik Kəlbəli bəy oğlu Əldərə kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi.
Sərməst bəyin törəməsi Sərməstbəyov soyadını daşiyırdılar.
Sərməst bəyin Bala bəy adlı oğlu vardı.

Bala bəy Sərməst bəy oğlu Əldərə kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi.
Bala bəyin Həsənqulu bəy, Məmmədhəsən bəy, Mustafa bəy, Məmmədəli bəy, Məmməd bəy, Əli bəy adlı oğulları, Balaca xanım, Kiçik xanım adlı qızları vardı.

Həsənqulu bəy Bala bəy oğlu Zəngəzur qəzasının Əldərə kəndində dünyaya gəlmişdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsənqulu bəyin Fərrux bəy, Məhəmməd bəy, Şahmar bəy oğulları vardı.

Həsənqulu bəyin ikinci oğlu Məhəmməd bəy 1890-cı ildə Ordubad qəzasının Əldərə kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ordubad şəhərində oxumuşdu. Zəngəzur qəza idarəsində II dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı.

Məhəmməd bəy Sərməstbəyov bir müddət Zəngəzur qəza rəisini əvəz edən Həbib xan Şəkinskinin kiçik köməkçisi olmuşdu.

Məhəmməd bəy Sərməstbəyov 1918-ci ildə Zəngəzur qəzasının rəisi işləmişdi. Nəzər Heydərov yazır: “Kəndlilərin mülkədarlardan şikayət edəcəkləri bir adam yox idi. Qəza rəisi Mığrı rayonunun Əlidərə kəndindən olan çox varlı mülkədar Məhəmməd bəy Həsənqulu bəy oğlu Sərməstbəyov idi, icmanın başçısı Əmir bəy Sultanov idi”, [N. Heydərov, Zəngəzur dağlarında, Bakı, 1989, səh. 41.].

Məhəmməd bəy Sərməstbəyov Ordubadda milis rəisi vəzifəsində çalışmışdı. (Саркисян А. А. Из истории деарменизации Нахичеванского края. (1920-1922) // Вестник общественных наук, №10 (574), 1990, стр.77-78) O, İrana gedənə qədər Ordubadda yaşamışdır. Rusca, ərəbcə bilən çox savadlı adam idi. Sovet dövründə anlayır ki, onu milis rəisi qoymaqla qaçmış varlıları öz yerlərinə qaytarmaq istəyirlər. Bu isə o demək idi ki, onları ya sürgün, ya da ölüm gözləyir. Lakin o, ələ düşən fürsətdən bacarıqla istifadə edir. 1926-cı ildə Sovet hökumətinin yuna ehtiyacı olanda Ordubadda ona 15 min manat pul verirlər ki, yun alsın. O da söz verir ki, mən gedib alaram. Pulu alandan sonra Mehriyə gəlir. Hakim Şaxasmatevosla dost imiş. Ona deyir ki, mən gedirəm İrana, 15 gündən sonra bu pulu Mehridə dövlət bankına verərsən. Deməsinlər ki, Məhəmməd bəy pul alıb qaçıb. Əgər verməsən özündən küs.

Məhəmməd bəy Sərməstbəyov İrana keçir. Oradan bir nəfəri təlimat üçün Ordubada göndərir. İki yerdə evi var idi. Yuxarı Üşdürəngədən qiymətli əşyaların hamısını aşağı evinə yığırlar. Sonralar komendatura yerləşən evinə 23 adamla Ordubad qabağından keçib gəlirlər. Bütün əşyaları yığıb İrana gedirlər. Bəyin evinə nəzarət edirmişlər. Çırağı yana-yana qoyurlar ki, heç kim şübhələnməsin.

Məhəmməd bəy Sərməstbəyov 1944-cü ilə kimi Cənubi Azərbaycanda yaşayır. Sovet ordusu İrana keçəndə hiss edir ki, Arazın bu tayından o vaxt İrana gedənlər seyrəlir. Əks-kəşfiyyat onları yığır. O, Tehrana köçür.

Məhəmməd bəy Sərməstbəyov 1981-ci ildə vəfat edir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi