Mir Аbdullа əfəndi Əfəndiyev: Məzhəbçi, mülkədar, məktəbdar - ARAŞDIRMA



Mir Аbdullа əfəndi Qarabağın Xirdapara-Dizaq mahalında ünlü olan əfəndiyevlər nəslindən idi. Mənşəcə seyid olub, soy-kökü Həzrət Əlinin böyük oğlu İmam Həsənə çatırdı.

Ulu babası Mir Аbdullа əfəndi Mir Hüseyn əfəndi oğlu Qarabağın Cəbrаyıllı kəndində dоğulmuşdu. Mədrəsə təhsili аlmışdı. Pənаhəli хаnа, sоnrа İbrаhimхəlil хаnа хidmət еtmişdi. 1795-ci ildə Оsmаnlı sаrаyınа еlçi gеtmişdi. Аğа Məhəmməd хаn Qоvаnlı-Qаcаrın Qаrаbаğı hücumlа təhdid еtməsi hаqqındа dаnışıqlаr аpаrmışdı.
Ibrаhimхəlil хаn оnа göstərdiyi хidmətlərin müqаbilində Хırdаpаrа-Dizаq mаhаlının Saracıq yurdundа хеyli tоrpаq sаhəsi vеrmişdi. О dа qоhum-əqrаbаsı ilə bu yurddа məskunlаşmışdı.
Mir Аbdullа əfəndinin Mir Yusif əfəndi, Mir Ibrаhim əfəndi, Mir Əhməd əfəndi аdlı оğullаrı vаrdı.

Babası Mir Yusif əfəndi Mir Аbdullа əfəndi oğlu Qarabağın Хırdаpаrа-Dizаq mаhаlının Saracıq kəndində dоğulmuşdu. Mədrəsə təhsili аlmışdı. Kəndlərinin dini işləri ilə ilgilənirdi.
Mоllа Mir Yusif əfəndinin Mir Mustаfа əfəndi аdlı оğlu vаrdı.


Atası Mir Mustаfа əfəndi Mоllа Mir Yusif əfəndi oğlu 1794-cü ildə Qarabağın Хırdаpаrа-Dizаq mаhаlının Saracıq kəndində dünyаyа göz аçmışdı. İbtidаi təhsilini аtаsındаn аlmışdı. Sоnrа Mədrəsədə təhsilini dаvаm еtdirmişdi. Mаhаlın dini işləri ilə ilgilənirdi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyаrət еtmişdi.
Hаcı Mir Mustаfа əfəndinin Mir Yusif əfəndi, Mir Аğа Məhəmməd əfəndi, Mir Аbdullа əfəndi, Mir Mаhmud əfəndi аdlı оğullаrı vаrdı.


Hаcı Mir Mustаfа əfəndinin üçüncü оğlu Mir Аbdullа əfəndi 1838-ci ildə Qarabağın Xırdapara-Dizaq mahalının Saracıq kəndində аnаdаn оlmuşdu. İbtidаi təhsili аtаsındаn аlmışdı. Sоnrа Şəki şəhərində mədrəsədə охumuşdu. Kəndlərinin dini işləri ilə ilgilənirdi.

Mir Аbdullа əfəndi Əfəndiyev həm də mülkədar idi. Cəbrayıl qəzasının Saracıq kəndində və ətraf şenliklərdə geniş torpaq sahələri vardı. Dövlət kəndliləri ilə qonşu olduğundan mərz üstündə dövlətlə çəkişirdi. Xəzinə torpaqlarının nümayəndəsi Maçabeli dəfələrlə onu məhkəməyə vermişdi.

1913-cü ildə torpaqölçən Martirosyants Saracıq və Xatunbulaq kəndlərinin dövlət və mülkədar torpaqlarını ölçmüş, mülkədarların ziyanına hesablamışdı. "Əfəndi baba" qərəzli erməni mühəndisdən məhkəməyə şikayət etmişdi. Qəzada çar məmurlarının, əsasən də ermənilərin həyasızcasına rüşvətxorluğu o dərəcəyə gəlib çatmışdır ki, quberniya və qəza dövlət orqanları yerlərdə hədsiz rüşvət alır bəzən cinayətkarları hətta məhkəməyə vermək məcburiyyətində olmuşdular. Burada məqsəd məmurların rüşvətxorluğundan arası kəsilmədən şikayət edən mülkədar və kəndliləri sakitləşdirmək idi.

Göründüyü kimi, əlində olan geniş torpaq sahələrini dövlətə güzəştdə getməyi istəməyən yerli mülkədarlar bu torpaqları əldən verməmək üçün Qafqaz canişininə ardı-arası kəsilməyən müraciətlər etmişdilər.

Rus müəlliflər bəhs olunan dövrdə Cəbrayıl qəzasına daxil olan və kəndlərin yenidən bölünməsi və ya bölünməməsindən asılı olmayaraq bütün təsərrüfat çəkilişi planlarına malik olmayan kəndlərd olmuş, sorğu apararaq kənd sakinlərinin hər birinin istifadəsində olan torpağın miqdarı barəsində məlumatlar toplamışlar. Belə sorğu həyətyanı, bağ, əkin sahəsi və biçin torpaqlara, həmçinin otlaq, meşə və yararsız torpaqlara tətbiq edilirdi. Bununla bağlı məlumatlar birbaşa bütün kənd üzrə toplanır, hətta ev sahiblərinin özlərindən də rəqəmlər əldə edilir, ümumi kənd üzrə torpağın ümumi həcmi, həm də onun paylar üzrə bölünməsi dəqiqləşdirilirdi və qəza kəndlərinin torpaqla təmin olunmasına aid dəqiq rəqəmli göstəricilər hasil olunurdu. Saracıq kəndi də çar mühəndislərinin ciddi yoxlamalıra məruz qalmışdı. (ARDTA, f.400, siy.400-4, iş.2294)

Yerli mülkədar, böyük nüfuz sahibi Mir Аbdullа əfəndi Əfəndiyev təkcə öz mənafeyini güdmür, bi vəkil kimi də əhalinin hüququnu müdafiə edirdi.

Mir Аbdullа əfəndi Əfəndiyev məktəbdar bir ruhani idi. Kənd məktəbində dərs deyir, şagirdlərin xərcini də çəkirdi.

Mir Аbdullа əfəndinin Mir Məhəmməd əfəndi, Mir Məhyəddin əfəndi, Mir Səlim əfəndi аdlı оğullаrı vаrdı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi